Süni mayalanma, süni qida, süni intellekt - Salam, süni dünya
Araşdırma
Oxunub: 60
15 Şub 2026 | 17:30
Süni mayalanma, süni qida, süni intellekt - Salam, süni dünya
XXI əsr insanı paradoksal dövrün içində yaşayır. Texnologiya pik həddə çatıb. Qəribəsi odur ki, bu inkişafın içində maraq istiqaməti dəyişib. Kosmosda şəhər ideyası sensasiya doğurmur. Ay səthində toy etmək adi bir layihə kimi qəbul edilir. Süni intellektlə yazılan mətnlər heyrət doğurmur, o da adiləşib.
Bütün bu irəliləyişlərin fonunda insanın diqqəti qəribə şəkildə geriyə qayıdır. O, bir toyuğun yumurtlamasına daha çox maraq göstərir. Bir inəyin süd verməsi ona daha təbii və cazibədar görünür. Torpağa toxum səpib cücərməsini izləmək kosmik layihələrdən daha mənalı təsir bağışlayır.
Bu meyl təsadüfi sayıla bilməz. O baxımdan ki, texnoloji piklər insanı özündən alır. Odur ki, geriyə qayıdış istəyi texnologiyadan yorulmuş şüurun reaksiyasıdır. Texnoloji inkişaf zəncirvari reaksiya kimidir. Nüvə parçalanması kimi bir yenilik özündən sonra onlarla, yüzlərlə yenilik yaradır. Hər yenilik isə insanın həyatına yeni asılılıq forması gətirir. İnsan rahatlaşdıqca təbiətdən uzaqlaşır. Təbiətdən uzaqlaşdıqca isə psixoloji boşluq artır. Yəni proseslər biri-birinə zəncirvari bağlanır.
Bu gün ailə daxilindəki konfliktlər də bu boşluğun nəticəsidir. Dünyanın əksər ölkələrində valideynlərlə övladlar arasında dərin fikir ayrılığı mövcuddur. Problem təkcə nəsillərarası fərq deyil. Problem tərəfləşmədir. Eyni evdə yaşayan insanlar eyni dünyada yaşamırlar. Valideyn analog dövrün insanıdır. Övlad isə rəqəmsal mühitdə formalaşıb. Onların informasiya mənbəyi, düşüncə strukturu fərqlidir. Hətta qorxu və arzuları da fərqlidir.
Valideynlər təxminən problemi görür, amma qəbul etmək istəmirlər. Onlar hesab edir ki, övlad dəyişib. Halbuki dəyişən bütöv mühitdir. Uşaq hansı qida ilə böyüyübsə, hansı informasiya ilə qidalanıbsa, onun dünyagörüşü də ona uyğun formalaşıb. Süni uşaq yeməkləri ilə böyüyən nəsil, eyni zamanda süni informasiya mühitində yetişib. Sosial şəbəkələr, qısa videolar, filtrli reallıq onların şüurunda yeni norma yaradıb.
Elmi araşdırmalar göstərir ki, erkən yaş dövründə qəbul edilən qida növləri neyron əlaqələrin formalaşmasına təsir edir. Bağırsaq mikrobiomu ilə beyin fəaliyyəti arasında birbaşa əlaqə mövcuddur. Əgər qida sənaye üsulu ilə dəyişdirilibsə, onun təsiri yalnız fiziki deyil, davranış səviyyəsində də özünü göstərə bilər.
Süni mayalanma məsələsi də eyni dərəcədə mürəkkəb mövzudur. Tibbi baxımdan bu metod minlərlə ailəyə övlad sevinci bəxş edib. Bu, müasir tibbin mühüm nailiyyətidir. Lakin burada da sosial-psixoloji aspekt diqqətdən kənarda qalmamalıdır. Təbii mayalanma ilə süni mayalanma arasında genetik baxımdan fundamental fərq yoxdur. Uşaq bioloji olaraq valideynlərinin genlərini daşıyır. Fiziki oxşarlıq mümkündür. Hətta xarakter bənzərliyi də ola bilər.
Ancaq fərq prosesin özündədir. Təbii yaranma emosional, hormonal və psixoloji bütövlüyün nəticəsidir. Süni mayalanma isə tibbi müdaxilədir. Bu müdaxilə insanın təbiət üzərində nəzarət imkanını göstərir. Burada sual etik müstəviyə keçir. İnsan həyatın başlanğıcını planlaşdıra bilirsə, gələcəkdə hansı sərhədlər qalacaq?
Davranış və düşüncə fərqi məsələsinə gəlincə, burada daha çox mühit faktoru rol oynayır. Süni üsulla dünyaya gələn uşağın davranışı onun böyüdüyü ailə modelindən asılıdır. Lakin eyni zamanda o, yüksək texnoloji dövrün məhsuludur. O, planlaşdırılmış dünyada doğulub. Bu planlaşdırma şüuraltı olaraq həyatın da idarə edilə bilən bir mexanizm olduğu düşüncəsini gücləndirə bilər.
Süni qida mövzusu daha geniş miqyaslıdır. Genetik modifikasiya olunmuş məhsullar dünya bazarının böyük hissəsini təşkil edir. Rəsmi statistikaya görə, bir çox ölkələrdə GMO məhsullar geniş istifadə olunur. Bunun əsas məqsədi məhsuldarlığı artırmaqdır. Əhali artdıqca qida tələbatı da artır. Bu, iqtisadi zərurətdir.
Lakin genetik dəyişiklik edilmiş məhsullarla təbii məhsullar arasında fərq var. Təbii toxum torpağa düşəndə cücərir. Hibrid və ya steril toxum isə məhsul vermir. Bu, kənd təsərrüfatında asılılıq yaradır. Fermer hər il yeni toxum almağa məcbur olur. Bu isə iqtisadi modelin dəyişməsi deməkdir. Bu qısırlıq insanda da özünü göstərir.
Yediyimiz buğdanın tərkibində əvvəlki qida dəyəri varmı? Müasir buğda sortları daha məhsuldardır, amma zülal və mineral balansı fərqlidir. Ət sənayesi də dəyişib. Sürətli böyümə üçün xüsusi yemlərdən istifadə edilir. Bu dəyişikliklərin uzunmüddətli təsiri hələ də müzakirə mövzusudur.
Süni mayalanma ilə dünyaya gələn, süni qida ilə böyüyən, süni informasiya mühitində formalaşan nəsil artıq reallıqdır. Onların sayı barədə dəqiq statistika vermək çətindir. Çünki bu proses qlobaldır və fərqli formalarda təzahür edir.
İndi b edir. Onun mütərəqqi tərəfləri danılmazdır. Məlumat emalını sürətləndirir. İnsan səhvini azaldır. Yeni imkanlar yaradır.
Təhlükə ondadır ki, yeni nəsil düşünmə prosesini də alqoritmlərə həvalə edir. Cavab axtarmaq əvəzinə sorğu yazır. Analiz etmək əvəzinə nəticə gözləyir. Bu isə intellektual passivlik riski yaradır. Beyin istifadə edilmədikcə zəifləyir.
Bütün bunlardan sonra birmənalı şəkildə iddia etmək olar ki, robotlaşma prosesi qaçılmazdır. Dünya bu istiqamətdə gedir. Qarşı çıxmaq real nəticə verməyəcək, əksinə səni məhvə aparacaq. Bəs, uyğunlaşma necə olmalıdır? Texnologiyanı inkar etmədən təbiəti necə qoruya bilərik? Süni ilə təbii arasında balans necə qurulmalıdır?
Hər yan süni mayalanma, süni qida, süni intellektlə əhatələnib. Bu artıq emosional ifadədən kənar struktur reallıqdır. Şəhərlər süni landşaftdır. İşıqlandırma süni gündüz yaradır. İqlimə müdaxilə müzakirə olunur. Görünən odur ki, artıq insan öz yaratdığı mühitdə yaşayır. İndi insan təbitəin ona bəxş etdiyi mühitdə yaşamaq istəmir. Təbiət balans üzərində qurulub. İnsan isə maksimuma meyllidir. Hədd aşılarkən sistem pozulur.
Nəticə olaraq, süni dünya anlayışı yeni imkanlardan daha çox qorxu doğurur. Hesab edənlər var ki, insan öz düşünmə qabiliyyətini qoruyarsa, süni intellekt təhlükə olmayacaq, kömək edəcək. Qida istehsalında etik və elmi prinsiplər qorunarsa, aclıq problemi azalacaq. Ailə daxilində dialoq bərpa olunarsa, nəsillərarası uçurum daralacaq.
Biz süni dünyada yaşayırıq, yoxsa onu idarə edirik? Cavab gələcək nəsillərin taleyini müəyyən edəcək. Süni reallıq qaçılmazdır. Amma masir insanın təbii şüuru çox tənbəlləşir.
Bugün, 18:00
Qərb Ermənistanı geosiyasi alət kimi istifadə edir - Rusiya XİN
Bugün, 17:30
Süni mayalanma, süni qida, süni intellekt - Salam, süni dünya
Bugün, 17:00
Xaricdə təhsil vədləri, yarımçıq qalan ümidlər - Şikayətlər artır
Bugün, 16:30
Çingiz Abdullayev Mehtiyevdən müsadirə edilən vəsaiti istədi
Bugün, 16:00
Qubada faciə: Məktəblinin müəmmalı ölümü araşdırılır
Bugün, 12:00
Münhendə Əliyevə təxribatçı sual verən Safaryanı ora kim göndərib? - DETALLAR
Bugün, 11:30
Barak Obamadan yadplanetlilərlə bağlı ŞOK ETİRAF
Bugün, 11:00
16 yaşlı boksçu sınaq döyüşü zamanı öldü
Bugün, 10:30
KİV: Navalnı nadir zəhərlə öldürülüb
Bugün, 10:00
Tanınmış xanəndə vəfat edib
Bugün, 09:30
Misirdə 10 min illik arxeoloji abidə aşkarlandı
Bugün, 09:00
Bu gün imtahan var
Dün, 12:00
Həftənin bu günləri şadlıq saraylarında toy etmək qadağan edildi
Dün, 11:30
İlhamiyyə Rza bu sözləri deyib, televizya karyerasına son qoydu
Dün, 11:00
Ölkə dərin böhranda: 29 yaşlı qadınlara şok xəbərdarlıq yollanır
Dün, 10:30
Qəbiristanlıqda bazar açıblar
Dün, 10:00
İlham Əliyev Münhendə Azərbaycan jurnalistlərinə müsahibə verib
Dün, 09:30
Azərbaycanda hərbi hava qüvvələri günüdür
Dün, 09:00
Az TV 70 yaşında
13-02-2026, 18:00
Elektromobillər bahalaşır - benzinli maşınlar da ucuzlaşmır
13-02-2026, 17:30
Azərbaycandan Ukraynaya generatorlar göndərildi - FOTO
13-02-2026, 17:00
Bakıda 4-cü sinif şagirdi qəfil öldü
13-02-2026, 16:30
Niyə maaş qalxan kimi QİYMƏTLƏR də QALXIR? Natiq Cəfərlidən FƏRQLİ YANAŞMA
13-02-2026, 16:00
Bu gün “Qarabağ”ın oyunu var
13-02-2026, 15:30
14 manatdan ucuz satılan araqlar saxtadır - XƏBƏRDARLIQ
13-02-2026, 12:00
Bu gün pensiyaları ödəniləcək rayon və şəhərlərin ADLARI
13-02-2026, 11:30
Mebel sexinin fəaliyyəti dayandırıldı - VİDEO