5 yaşlı uşaqlara 2-ci sinif proqramı: Erkən inkişaf, yoxsa erkən təzyiq?
Araşdırma
Oxunub: 57
18 Şub 2026 | 17:30
5 yaşlı uşaqlara 2-ci sinif proqramı: Erkən inkişaf, yoxsa erkən təzyiq?
Müasir təhsil sistemində 5 yaşlı uşaqların artıq 2-ci sinif proqramı ilə yüklənməsi, sanki görünməz bir yarışın tərkib hissəsinə çevrilib. Bir vaxtlar bağça yaşlı uşaqlar üçün oyun və sosiallaşma dövrü hesab olunan bu mərhələ, indi imlalar, riyazi tapşırıqlarla əvəz olunur.

Bəs 5 yaşlı uşaqlara hansı səviyyədə akademik biliklər verilməlidir?

Təhsil eksperti Elçin Əfəndi hedeftv.az-a açıqlamasında bildirib ki, 5 yaşlı uşaqlar birbaşa məktəbə hazırlıq qruplarına başlayırlar və bu pillə artıq təhsil sisteminin ən erkən sinfi kimi qiymətləndirilir:

"Sıfırıncı sinifdə şagirdlər ibtidai təhsilə başlamaq üçün müəyyən bilik və bacarıqlara sahib olmalıdırlar. Ölkədə prioritet istiqamətlərdən biri məktəbəqədər təhsilin inkişaf etdirilməsi və hər bir uşağın bu prosesə cəlb olunmasıdır. Bunun üçün dövlət tərəfindən dəstək göstərilir, həmçinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində özəl təhsil müəssisələrində dövlət büdcəsi hesabına imkan yaradılır ki, şagirdlər məktəbəqədər təhsil ala bilsinlər.

Belə hazırlıq uşaqlara həm bilikləri tətbiq etməyi, həm də tapşırıqları öyrənməyi öyrədir ki, ibtidai siniflərdə daha az çətinlik yaşansın. Lakin hər kəs məktəbəqədər hazırlığa qoşulmur, bəzi ərazilərdə valideynlərin yanaşması istənilən səviyyədə deyil, nəticədə üç-dörd yaşlı uşaqlar belə məktəbə hazırlıq istiqamətinə cəlb olunmur.

Eyni zamanda, 5 yaşlı uşaqların məktəbə hazırlıq qruplarında ibtidai təhsilin birinci-dördüncü sinif mövzularına cəlb olunması yolverilməzdir. Belə hallar uşaqların üzərinə əlavə yük qoyur və təhsildən yayınmalarına səbəb ola bilər. Ona görə də bu praktikalar uşaqların yaş psixologiyası və pedaqoji yanaşma baxımından düzgün deyil".
Bugün, 18:00
Moskva 3 ölkəni qisas almaqla hədələdi, həmin ölkələrdən CAVAB
Bugün, 17:30
Müəllimlər bu fənlərdən imtahan verəcəklər - SİYAHI
Bugün, 17:00
Nyu-Yorkda gərginlik: İrana görə müsəlmanlara hücumlar artır, mer həyəcan siqnalı verdi
Bugün, 16:30
İnqilabi yenilik – Lazer silah dronları göydə "yandıracaq"
Bugün, 16:00
Hörmüzdə minlərlə gəmi keçid üçün növbə gözləyir
Bugün, 12:00
Kollektorların üzərində tikilmiş evlər sökülərsə, vətəndaşlara kompensasiya VERİLƏCƏK? - AÇIQLAMA
Bugün, 11:30
"400 manat maaşla dolanıram, pensiya da almıram" - Babəkin "oğlu"
Bugün, 11:00
Bakıda maşında yüksək səslə mahnı dinləmək qadağandır? - Vəkil açıqladı
Bugün, 10:30
Sabiq agentlik sədri açıqladı - “Pullar Talıbova çatırdı”
Bugün, 10:00
Telefona çox baxmaq - gözləri kor edir?
Bugün, 09:30
Soyuq ayaqlar yüksək xolesterolun əsas əlaməti
Bugün, 09:00
13 il tibb müəssisəsində işləyən qadın işdən çıxarılıb, bülletenlər sistemdən silinib – MƏHKƏMƏ İŞİ
Dün, 18:00
Prezident bu şəxsləri TƏLTİF ETDİ
Dün, 17:30
Pensiyasını azaltmışdılar, məhkəməyə verdi - 15 min manat da əlavə alacaq
Dün, 17:00
“İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir”
Dün, 16:30
Xırdalanda yaşayanlara ŞAD XƏBƏR
Dün, 16:00
Məktəbdə insident: Müəllim valideyni döydü
Dün, 12:00
Xəstəxanalarda yeni qayda: həkimi rənginə görə tanıyacaqlar
Dün, 11:30
Kirayə bazarında qiymətlər kəskin qalxdı
Dün, 11:00
Ofelya Şabanovanın müharibə iştirakçısı olan qardaşı dünyasını dəyişdi
Dün, 10:30
Bulvarda dənizdə batan qız xilas edildi - VİDEO
Dün, 10:00
İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO
Dün, 09:30
Moskva 2027-ci il üçün planını açıqladı: Miqrantlarla bağlı yeni limitlər
Dün, 09:00
Qubad sürüşmə baş verdi: Avtomobil torpaq altında qaldı
9-04-2026, 18:00
Dövlət qurumlarının adından kütləvi fişinq var-AÇIQLAMA
9-04-2026, 17:30
FTB-dən şok həbs: gizli məlumatlar ötürən sabiq xüsusi əməliyyatçı tutuldu
9-04-2026, 17:00
Ağ Evdən İrana sərt mesaj: “10 bəndlik plan zibil qutusuna atıldı”