Bu ölkə iki yerə bölünə bilər - EKSPERT
Dünya
Oxunub: 102
12 Ock 2026 | 10:00
Bu ölkə iki yerə bölünə bilər - EKSPERT Baş verənlər Yəmən daxilində uzun müddətdir mövcud olan, lakin müəyyən balanslarla idarə edilən ziddiyyətlərin kəskinləşməsi ilə bağlıdır. Xüsusilə BƏƏ-nin dəstəklədiyi Cənub Keçid Şurasının (CKŞ) son aylarda hərbi-siyasi fəallığını artırması, rəsmi Yəmən hökumətinin isə bunu suverenliyə birbaşa təhdid kimi qiymətləndirməsi vəziyyəti partlayış həddinə çatdırıb. Hökumətin BƏƏ-dən bütün hərbi qüvvələrini çıxartmağı tələb etməsi və birgə müdafiə sazişini dayandırması artıq diplomatik böhranın da hərbi gərginliklə paralel getdiyini göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu Yəmənin müvəqqəti paytaxtı Ədən şəhərində yaranmış gərgin vəziyyəti şərh edərkən deyib.

V.Zifəroğlu bildirib ki, bu mərhələdə Ədən şəhərinə faktiki nəzarət məsələsi birmənalı deyil:

"Rəsmi olaraq Ədən Yəmən hökumətinin müvəqqəti paytaxtı hesab edilsə də, real təhlükəsizlik və idarəetmə mexanizmlərinin böyük hissəsi Cənub Keçid Şurasının təsiri altındadır. Dəniz limanı, hava limanı, əsas hərbi və təhlükəsizlik strukturlarında CKŞ-yə loyal qüvvələrin mövcudluğu onu göstərir ki, hökumət daha çox siyasi legitimliyi, CKŞ isə faktiki gücü təmsil edir. Bu baxımdan Ədən hazırda iki hakimiyyət arasında bölünmüş şəhər təsiri bağışlayır.

Mövcud gərginliyin Yəmənin faktiki olaraq iki hissəyə bölünməsi ilə nəticələnməsi real ssenarilərdən biri kimi görünür. Şimalda husilərin, cənubda isə Cənub Keçid Şurasının güclənməsi vahid dövlət modelini daha da zəiflədir. Əgər Ədən üzərində nəzarət uğrunda mübarizə silahlı toqquşma mərhələsinə keçərsə, bu, cənubda de-fakto ayrıca siyasi qurumun formalaşmasını sürətləndirə bilər".

Ekspertin sözlərinə görə, yaxın perspektivdə üç əsas istiqamət mümkündür: rəsmi hökumətin Səudiyyə Ərəbistanının dəstəyi ilə Ədəndə mövqelərini gücləndirməyə çalışması, Cənub Keçid Şurasının müstəqil cənub dövləti ideyasını daha açıq şəkildə gündəmə gətirməsi və ya tərəflər arasında məcburi siyasi kompromis cəhdləri. Lakin mövcud dinamikanın kompromisdən daha çox qarşıdurmaya meylli olduğu vurğulanır.

"Ədəndə baş verənlər lokal təhlükəsizlik insidenti deyil, Yəmənin gələcək dövlət quruluşunu müəyyən edə biləcək strateji qarşıdurmanın açıq əlamətidir. Bu prosesin necə nəticələnəcəyi isə təkcə daxili aktorlardan deyil, eyni zamanda regionda Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında yaranan fikir ayrılıqlarından da birbaşa asılı olacaq" , - o qeyd edib.
Bugün, 11:00
Azərbaycanda pensiya yaşını keçən icra başçıları - SİYAHI
Bugün, 10:30
Sevgilisini başından güllələyib ÖLDÜRDÜ
Bugün, 10:00
Oturaq həyat tərzi qəfil ölüm riskini artırır
Bugün, 09:30
Varlanmağı gözləməyin: Köhnə telefonunuzda nə qədər qızıl var?
Bugün, 09:00
Bakıda bu YOLLAR BAĞLANACAQ
Dün, 18:00
İşlənmiş hibrid avtomobillərin qiymətində kəskin artım müşahidə olunur.
Dün, 17:30
Dünyanın sonu çox realdır: bəşəriyyətin yox olması üçün 5 ssenari AÇIQLANDI
Dün, 17:00
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
Dün, 16:30
Boks millimizin üzvü evləndi
Dün, 16:00
Muğanlı–İsmayıllı yolunda daha bir sürüşmə qeydə alınıb - FOTOLAR
Dün, 12:00
20 Yanvar hadisələrinin iştirakçısı olmuş rusiyalı deputat VƏFAT ETDİ
Dün, 11:30
"Tasnim": İran Tramp üçün bir neçə sürpriz hazırlayıb
Dün, 11:00
Yaşayış binasında partlayış: ölənlər var
Dün, 10:30
2 min dollardan başlayan şam yeməyi: dünyanın ən bahalı Michelin ulduzlu restoranları – SİYAHI
Dün, 10:00
Alimlər D vitamininin bədənə yeni təsirini kəşf etdi
Dün, 09:30
Britaniya yanacaq satışını məhdudlaşdırır
Dün, 09:00
“Coca-Cola”ya niyə fosfor turşusu əlavə olunur?
23-03-2026, 18:00
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və qarabaşaq göndəriləcək
23-03-2026, 17:30
Dünyanın ən xoşbəxt və ən bədbəxt ölkələri - SİYAHI
23-03-2026, 17:00
Pezeşkian Trampı təkzib etdi: ABŞ-la danışıq aparmırıq!
23-03-2026, 16:30
Zaxarovanın Heydər Əliyevlə bağlı bu cəhdi qəbuledilməzdir!
23-03-2026, 16:00
Müdafiə Nazirliyindən əhaliyə dron XƏBƏRDARLIĞI
23-03-2026, 12:00
Cəmil Həsənlinin ölkədən çıxışına qadağa qoyulub
23-03-2026, 11:30
İlham Əliyev “Şirvan Aqro”nun açılışında
23-03-2026, 11:00
Şahın oğlu mövqe dəyişdi: ABŞ və İsrailə yeni şərt
23-03-2026, 10:30
Trampdan şok mesaj: “İranı yerlə-yeksan edəcəyik!”
23-03-2026, 10:00
Məşhur milyarder İsraili dəstəklədi