Prezident Madər Musayevin ölümü ilə bağlı nekroloq İMZALADI

Prezident İlham Əliyev Madər Musayevin ölümü ilə bağlı nekroloq imzalayıb.
Nekroloqda deyilir:
"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Madər Əliəsgər oğlu Musayev 2023-cü il iyulun 14-də ömrünün 76-cı ilində vəfat etmişdir.
Madər Musayev 1947-ci il noyabrın 26-da Bakı şəhərində anadan olmuşdur. O, 1975–1982-ci illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsində ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1964-cü ildə Bakı şəhərində ticarət sahəsində başlayan Madər Musayev 1995-ci ilədək bu sahədə müxtəlif vəzifələrdə çalışmış, iri ticarət mərkəzlərinə rəhbərlik etmiş, ticarətin təşkili və təkmilləşdirilməsi işində mühüm xidmətlər göstərmişdir. O, uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmiş, insanlara münasibətdə həssaslığı və dərin məsuliyyət hissi sayəsində böyük hörmət və rəğbət qazanmışdır.
Madər Musayevin ictimai fəaliyyəti də zəngin olmuşdur. O, XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin və I–VI çağırışlar Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının üzvü kimi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında Madər Musayevin xidmətləri təqdirə layiqdir. O, həmçinin Türkiyə, Rusiya, İran, Pakistan, Səudiyyə Ərəbistanı, Tunis, Gürcüstan və Tacikistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olmaqla parlamentlərarası qarşılıqlı əməkdaşlığın inkişafına töhfələr vermişdir.
Madər Musayev milli dövlətçiliyə sədaqəti və xalqımızın adət-ənənələrinə xüsusi ehtiramı sayəsində çoxsaylı seçiciləri arasında həqiqi nüfuz sahibi olmuşdur. Xeyriyyəçilik fəaliyyəti onun ali insani keyfiyyətlərini xarakterizə edən başlıca cəhətlərdən idi.
Madər Musayevin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı daim lazımınca qiymətləndirilmiş və o, uzunmüddətli səmərəli fəaliyyətinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarına layiq görülərək, 2007-ci ildə “Şöhrət”, 2017-ci ildə “Şərəf” və 2022-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilmişdir.
Tanınmış ictimai xadim, xeyirxah və səmimi insan Madər Əliəsgər oğlu Musayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Ədalət Vəliyev
Əhliman Əmiraslanov
Ziyafət Əsgərov
Hicran Hüseynova
Eldar İbrahimov
Eldar Quliyev
Ağalar Vəliyev".
Bugün, 10:30
Ləman yenidən əməliyyat olunacaq - Ailə kömək gözləyir
Bugün, 10:00
Bakıda arvadını güllələyən klinika direktoruna hökm oxundu
Bugün, 09:30
Marketlərin reklam siyasəti: 1 kq-a, yoxsa 100 qrama qiymət təyin etmək doğrudur?
Bugün, 09:00
Azərbaycanda ana yemək üstündə qızını vəhşicəsinə döydü
Dün, 18:00
Azərbaycanda bu hallarda valideyn övladına ödəniş etməli olacaq
Dün, 17:30
Dövlət 70 abidəni mühafizəyə götürəcək
Dün, 17:00
Yeni 100 manatlıq dövriyyəyə buraxılır - FOTO
Dün, 16:30
TƏBİB Azərbaycan səhiyyəsini dəyişir - vətəndaşların üzü gülür
Dün, 16:00
Diqqət: mənzillərə istiliyin verilməsi dayandırıldı
Dün, 12:00
Birgə hərbi dron istehsal edəcəklər
Dün, 11:30
Uşaq vaxtı udduğu termometri 20 il sonra çıxardılar
Dün, 11:00
Hər gün qəbul etdiyiniz bu vitamin böyrəkləri sıradan çıxara bilər
Dün, 10:30
Yeni təhlükə: insanlarda korluğa səbəb ola bilən virus aşkarlandı
Dün, 10:00
10 mindən çox hərbçi Hörmüzü blokadaya aldı
Dün, 09:30
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Dün, 09:00
Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
14-04-2026, 18:00
Yubileyi olan Xalq artistinə "Fəxri diplom" verildi - FOTO
14-04-2026, 17:30
Binada partlayış: Usta 15-ci mərtəbədən yıxılıb öldü
14-04-2026, 17:00
Bakıda özəl klinikanın fəaliyyəti dayandırıldı
14-04-2026, 16:30
Füzulidə mina partladı - ANAMA əməkdaşı həlak oldu
14-04-2026, 16:00
Dünyanın ən varlı məhbusu Azərbaycandadır
14-04-2026, 12:00
Qonşu ölkə siqaretlə vidalaşır: tam qadağa planı
14-04-2026, 11:30
Öldürülən İradənin ailəsi narazıdır - Biznesmen yenidən yoxlanacaq
14-04-2026, 11:00
Koronavirusun gizli fəsadı ortaya ÇIXDI
14-04-2026, 10:30
Məkkəyə girişə məhdudiyyət qoyuldu
14-04-2026, 10:00
Millimiz 2:9 hesabı ilə uduzdu
14-04-2026, 09:30
Ağcabədidə xalauşaqları evləndi - Araşdırmalar başladı