Goranboyda tikinti sahibi “atanşik"lik edib- İDDİA
Gündəm / Sosial
Oxunub: 192
19 Tem 2023 | 13:17
Goranboyda tikinti sahibi “atanşik"lik edib- İDDİA

Son vaxtlar nəinki sıravi vətəndaşlar, hətta vəzifə sahibi olan bəzi şəxslər də hansısa məqsədlərinə nail olmaq üçün, müxtəlif adlar adı altında dələduzluq əməllərinə qol qoyurlar ki, bu da daha çox ictimai müzakirələrə səbəb olmaqdadır. Baxmayaraq ki, indiyə kimi ölkəmizin hüquq-mühafizə orqanı sahələrində çalışan əməkdaşları belə bir əməl sahiblərinə qarşı ciddi mübarizə tədbirləri aparmış, hətta bu istiqamətdə lazımi maarifləndirmə təbliğatlarını da həyata keçirmişlər. Təəsssüf hissi ilə qeyd edək ki, bu yöndə atılmış addımlar hələ də lazımi nəticəni vermir. Yəni, yaş həddindən asılı olmayaraq özünəməxsus düşüşüncə və əməl sahibi olan həmin şəxslər, bu gün də oxşar addımlarını atmaqla yaşadığımız cəmiyyətə “üzqaralığı” gətirməkdə davam edirlər.

Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən, dələduzluq etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməkdə ifadə olunur. Bu Məcəllənin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu günlərdə redaksiyamıza olduqca maraq doğuran və hər kəsin diqqətini cəlb edən müraciət daxil olub. Müraciət müəllifi Hacıyev Teymur Xanlar oğludur və o, müraciətində qeyd edir ki, “Mən hal-hazırda “Qranit Beton” MMC-də direktor müavini vəzifəsində çalışıram. 2022-ci ilin mart- noyabr ayları ərzində Goranboy rayonundakı "Medlife'' klinikasının sahibi Xaliq Mustafayevin oğlu Nicat Mustafayevə, rəhbərlik etdiyi “Merlak metası”nın tikintisi üçün beton vermişik. Qeyd edim ki, Nicat Mustafayev tikinti sektorunda çalışmaqdan əlavə o, həm də atasının rəhbərlik etdiyi həmin klinikada hüquqşünas da işləyir. Bildirim ki, bu şəxslə aramızda belə bir razılaşma var idi ki, hər iyrimi beş gündən bir ödəniş həyata keçiriləcək. Düzdür, ilk aylarda qarşı tərəf üzərinə düşən ödənişləri vaxtında ödəyirdi, bir qədər keçdikdən sonra isə gecikmələr oldu. Biz gecikmələrlə bağlı danışıb-barışdıq və Nicat Mustafayev gecikmələrə görə ödəməli olduğu pulların hamısını ödəyəcəyinə söz verdi. Bir sözlə, biz belə bir razılığa gəldik və bu şəxs bizdə özünə qarşı müəyyən inam hissi yaratmağı da bacardı. Belə bir səbəbdən də, həmin tikintiyə təkrar beton verməyə başladıq. O halda o, ödənişlər etdi, hətta gec də olsa gecikmələrə görə borclu olduğu pullardan da ödəməyə başladı. Bir sözlə, bu şəxs 2022-ci ilin noyabr ayına kimi az da olsa ödənişlər ödəyirdi. Noyabr ayının sonuna qədər onun üstüstə 68750 manat borcu yaranmışdı və həmin vaxtdan da o, ödənişləri dayandırdı. Elə ki, dekabr ayında Nicat Mustafayevin yanında olduq və borcun qaytarılması barədə danışdıq, o halda o, borcunu ödəməyəcəyini bildirdi. Hətta, bu şəxs borcu istədiyimizə görə bizi polislə hədələməyə də başladı və “Mənim sizə borcum var, vermirəm, gedin hara, kimə istəyirsiniz şikayətinizi verin” dedi. Belə olan halda Goranboy rayon Prokurorluğuna və RPŞ-nə yazılı şikayətimizi təqdim etdik. Həmin vaxtdan xeyli müddət keçsə də, Nicat Mustafayevin əməlləri araşdırılmadı və bu şəxsin atdığı addımlara heç bir hüquqi qiymət verilmədi”.

Bəli, müraciət müəllifinin qeyd etdiklərinə əsaslanmaqla belə qənaətə gəlmək olar ki, adı çəkilən tikintinin sahibi Nicat Mustafayev, Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən dələduzluq əməlinə qol qoymuşdur. Ümidvarıq ki, bu şəxsin atdığı addım gec də olsa hüquqi müstəvidə araşdırılacaq və qarşı tərəfin əməlinə lazımi qiymət də veriləcək. Çünki, şəxsin əməlindən də görünür ki, bu addım dələduzluq əməlidir və əməl məsuliyyət yaradır. Ola bilər ki, Goranboyun hüquq- mühafizə orqanı əməkdaşları Nicat Mustafayevə qarşı münasibətdə hansısa yumşaldıcı mövqedə dayansınlar, yaxud da hansısa səbəbdən qeyd olunan əməlin araşdırılmasında maraqlı olmasınlar. Amma, unu da unutmaq olmaz ki, bu gün biz sivil Azərbaycanda yaşayırıq və daha yuxarı instansiyaların verəcəkləri qərar, məhz problemin ədalətli həlli ilə nəticələnəcək.
Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.

Mövzu diqqətimizdədir.
Goranboyda tikinti sahibi “atanşik"lik edib- İDDİA
Goranboyda tikinti sahibi “atanşik"lik edib- İDDİA
Goranboyda tikinti sahibi “atanşik"lik edib- İDDİA
Bugün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Bugün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Bugün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Bugün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Bugün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Bugün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Bugün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Bugün, 11:00
Qarabağ qazisi vəfat edib
Bugün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Bugün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Bugün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Bugün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
7-02-2026, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
7-02-2026, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
7-02-2026, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
7-02-2026, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
7-02-2026, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar
7-02-2026, 10:30
Quba sakinlərinin yol problemi: "Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm"
7-02-2026, 10:00
Kasko sığortası olsa da, qəzadan sonra avtomobilini təmir etdirə bilmir
7-02-2026, 09:30
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı
7-02-2026, 09:00
Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər vərəm imiş?
6-02-2026, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
6-02-2026, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
6-02-2026, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO