Artırılan cərimələrin tam siyahısı - Rəsmi şərh

İyulun 17-si Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.
Dəyişikliyə əsasən yol-hərəkəti qaydalarının pozulmasına görə cərimələrin miqdarının artırılmasından əlavə məcəlləyə yeni-333.1.1-ci (narkotikin təsiri altında avtomobil idarə edilməsi) maddəsi əlavə edilib.
Məcəlləyə edilmiş dəyişikliklər və əlavələr, tətbiq ediləcək cəzalar nədən ibarədir? Bununla bağlı suallara Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli aydınlıq gətirib.

Qurum rəsminin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi ilə bağlı fərmanda əsas məqamlardan biri məcəlləyə yeni- 333.1.1-ci maddənin əlavə edilməsidir:
“ Burda söhbət konkret olaraq narkotik təsiri altında nəqliyyat vasitəsinin idarə edilməsindən gedir. Bu maddənin sanksiyasında 600 manat cərimə və ya 6 aydan 1 ilə kimi sürücülük hüququndan məhrumetmə cəzası nəzərdə tutulur. Eyni əməl təkrar törədildikdə isə 800 manat cərimə və ya 2 il sürücülük hüququndan məhrum edilməklə 15 gündən 1 aya kimi inzibati həbs cəzası tətbiq edilə bilər. Əvvəl isə bu məsələ 333.1-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) maddəyə uyğun olaraq tənzimlənirdi . Həmin maddənin sanksiyası 400 manat cərimə və ya 6 aydan 1 ilə kimi sürücülük hüququndan məhrum etmə nəzərdə tuturdu.”

Fərmanda əskini tapmış əsas dəyişiklərdən biri isə avtomobil yollarının qorunması və saxlanılmasına görə cərimələrin artırılması ilə bağlıdır. Bu qaydanı pozan vəzifəli şəxslər üçün cərimə məbləği 500-800 manat, hüquqi şəxslər üçün isə 2-3 min manat olub. Əvvəl isə bu məbləğ vəzifəli şəxslərə münasibətdə 100-150 manat, hüquqi şəxslərə münasibətdə isə 1000-2000 manat idi.
Dəyişiklikdə cərimə məbləği ən çox artırılan cəza növü də budur.

Digər cəza və tətbiq ediləcək cərimələri cədvəl şəklində təqdim edirik:

.jpeg)
.jpeg)
Araz Əsgərli qeyd edib ki, qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərin əsas məqsədi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində məsələlərə daha tutarlı və təsiredici yanaşmaqdır:
“Dəyişiklərin hər biri kobud qayda pozuntuları üzərində aparılıb və bu cür qayda pozuntularının hər biri birbaşa yol-nəqliyyatı hadisələrinin törədilməsində əsas halları təşkil edir. Əsas məsələ budur ki, qaydalara zidd hərəkət edən sürücülərə münasibət qanuni qaydada dəyişir.”
Bugün, 12:00
Yarım milyon manata ofis icarəyə verən Araz Mehdiyev kimdir?
Bugün, 11:30
Coğrafiya elmləri doktoru Bakıya yağan dolunun səbəbini AÇIQLADI
Bugün, 11:00
"5 min manat verdim, bir ay sonra iş bağlandı" - Uşaq bağçasının direktorunun məhkəməsi
Bugün, 10:30
Ləman yenidən əməliyyat olunacaq - Ailə kömək gözləyir
Bugün, 10:00
Bakıda arvadını güllələyən klinika direktoruna hökm oxundu
Bugün, 09:30
Marketlərin reklam siyasəti: 1 kq-a, yoxsa 100 qrama qiymət təyin etmək doğrudur?
Bugün, 09:00
Azərbaycanda ana yemək üstündə qızını vəhşicəsinə döydü
Dün, 18:00
Azərbaycanda bu hallarda valideyn övladına ödəniş etməli olacaq
Dün, 17:30
Dövlət 70 abidəni mühafizəyə götürəcək
Dün, 17:00
Yeni 100 manatlıq dövriyyəyə buraxılır - FOTO
Dün, 16:30
TƏBİB Azərbaycan səhiyyəsini dəyişir - vətəndaşların üzü gülür
Dün, 16:00
Diqqət: mənzillərə istiliyin verilməsi dayandırıldı
Dün, 12:00
Birgə hərbi dron istehsal edəcəklər
Dün, 11:30
Uşaq vaxtı udduğu termometri 20 il sonra çıxardılar
Dün, 11:00
Hər gün qəbul etdiyiniz bu vitamin böyrəkləri sıradan çıxara bilər
Dün, 10:30
Yeni təhlükə: insanlarda korluğa səbəb ola bilən virus aşkarlandı
Dün, 10:00
10 mindən çox hərbçi Hörmüzü blokadaya aldı
Dün, 09:30
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Dün, 09:00
Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
14-04-2026, 18:00
Yubileyi olan Xalq artistinə "Fəxri diplom" verildi - FOTO
14-04-2026, 17:30
Binada partlayış: Usta 15-ci mərtəbədən yıxılıb öldü
14-04-2026, 17:00
Bakıda özəl klinikanın fəaliyyəti dayandırıldı
14-04-2026, 16:30
Füzulidə mina partladı - ANAMA əməkdaşı həlak oldu
14-04-2026, 16:00
Dünyanın ən varlı məhbusu Azərbaycandadır
14-04-2026, 12:00
Qonşu ölkə siqaretlə vidalaşır: tam qadağa planı
14-04-2026, 11:30
Öldürülən İradənin ailəsi narazıdır - Biznesmen yenidən yoxlanacaq
14-04-2026, 11:00
Koronavirusun gizli fəsadı ortaya ÇIXDI