Paşinyan sərhəd təxribatını niyə terrorçulara həvalə etdi?

Ermənistanın sərhəd təxribatında müzakirə edilən əsas detallardan biri də hücumun “Yerkrapa” terror təşkilatının üzvləri tərəfindən edilməsidir. Və bu amil “təxribat rəsmi İrəvanın iradəsindən kənar baş verib” fikirlərinin yaranması ilə nəticələnir. Çünki:
- könüllü batalyon kimi təqdim edilən “Yerkrapa” həmişə Ermənistanın hərbi rəhbərliyinə tabe olmadığı “imici” yaradıb və Rusiyaya yaxın kimi göstərilir;
- rəsmi İrəvan snayper atəşindən sonra məsuliyyətdən yayınmaq mövqeyini sərgilədi və verdiyi açıqlamalarla diqqəti ordu içindəki qruplaşmalara - “Yerkrapa” yönəltməyə çalışdı;
Ermənistan rəhbərliyinin sülh çağırışları da bu məsələdə fikirləri qarışdırır. Hərçənd, təkcə siyasi hədəflər yox, faktlar da snayperin tətiyinin Paşinyan hakimiyyəti tərəfindən “çəkildiyi”ni deməyə əsas verir.
Birincisi, “Yerkrapa” I Qarabağ müharibəsində yaranmış batalyon kimi keçmiş “Qarabağ klanı”na, dolayısı ilə Rusiyaya yaxın qruplaşma kimi görünsə də, həmişə Ermənistan MN tərəfindən “əlavə qüvvə” kimi istifadə edilib: qruplaşmanın hazırda sərhəddə dayanması da 44 günlük müharibədən sonra erməni ordusunda canlı qüvvə çatışmazlığından irəli gəlir;
İkincisi, terror qruplaşmasının hazırki rəhbəri Sasun Mikaelyan Nikol Paşinyana yaxın adamdır: Sarkisyanın dövründə onun partiyasının üzvü olsa da, 2008-ci ildə Paşinyanın da iştirak etdiyi aksiyaları dəstəklədiyi üçün uzaqlaşdırılıb və həbs olunub; 2018-ci ildə Paşinyanın “küçə inqilabı”na qoşularaq, onun komandasına daxil olub, 44 günlük müharibədən sonra bəzən “tənqidi açıqlamalar” versə də, hakimiyyətə bağlılığı davam edir; Nikol “Yerkrapa”nı “tuşonka generalı” Manvel Qriqoryandan alaraq, Mikaelyana verib, bu baxımdan, qruplaşmanın Ermənistan rəhbərliyinin iradəsindən kənar addım atması versiyası istisnadır;
Əslində təxribatın “Yerkrapa” qruplaşmasına həvalə olunması planın tərkib hissəsi kimi görünür: bu, məsuliyyətdən yayınmaq üçün manevr etmək imkanını saxlamağa hesablanıb.
Və hücumun hədəfləri də artıq bəllidir:
- Azərbaycanı cavab addımlarına sövq edərək, “atəşkəsi pozan tərəf” kimi göstərmək;
- Zəngəzur dəhlizini – Bakının Naxçıvana maneəsiz keçid təklifini gündəmdən çıxarmaq və bu marşrutun təhlükəsiz olmadığını nümayiş etdirmək;
- İran sərhədi yaxınlığında hərbi toqquşma yaradaraq, Tehranı Bakıya qarşı cəbhə almasına zəmin yaratmaq: bu çoxtərəfli plana daxil olan variantlardan biridir və təxribatdan sonra Ermənistan hakimiyyətinə yaxın medianın təqdimatında artıq özünü göstərir;
- İrəvanın “güzgü prinsipi”ni aktuallaşdırmaq: sərhəddə hərbi gərginlik Ermənistana qoşunların geri çəkilməsinin vacibliyini isbatlamaq üçün lazımdır;
- Sülh sazişinə sərhədin delimitasiyası xəritəsinin daxil edilməsinə nail olmaq: rəsmi Bakı uzunmüddətli proses olan delimitasiyanı sazişdən ayırmağı təklif edir, İrəvan isə delimitasiyanın hansı xəritələr əsasında aparılacağının sənədə daxil edilməsini istəyir, bunu “sərhəddə sabitliyə nail olmaq” arqumenti ilə əsaslandırmağa çalışır və SSRİ-nin son xəritələrini irəli sürür; söhbət Ermənistana sərf edən 1970-ci illərdən sonrakı xəritələrdən gedir;
Son iki məqsəd Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüsseldə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borellə görüşdə səsləndirdiyi fikirlərdə də öz əksini tapır. Təxribatın Brüsseldə Ermənistan-Aİ Tərəfdaşlıq Şurasının növbəti iclası ərəfəsində törədilməsi də İrəvanın sərhədlə bağlı istədiklərinin əhəmiyyətini Avropada sərgiləmək məqsədi daşıyırdı. (Axar)
Dün, 18:00
"TikTok" istifadəçilərə xəbərdarlıq etdi - "Qanunla qadağandır"
Dün, 17:30
Avropa Parlamentinin deputatı saxlanıldı
Dün, 17:00
Təmsilçimiz “Avroviziya”da neçənci çıxış edəcək? - Foto
Dün, 16:30
Evə şanssızlıq və bədbəxtlik gətirən O BİTKİ
Dün, 16:00
Biləsuvarda it 10 yaşlı uşağı dişlədi
Dün, 12:00
Süni intellekt ABŞ-də əmək bazarının bir hissəsini əvəz edə bilər – Araşdırma
Dün, 11:30
Gəncədə 41 yaşlı kişi bıçaqlandı
Dün, 11:00
Külli miqdarda pulun xərcləndiyi yollar niyə sıradan çıxır?-VİDEO
Dün, 10:30
Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi
Dün, 10:00
Ağdaşda 28 yaşlı qadın itkin düşüb
Dün, 09:30
Dövlət ipotekası iki dəfə azaldı
Dün, 09:00
Bakıda binalar niyə mavi rənglə işıqlandırıldı-SƏBƏB
2-04-2026, 19:00
3 yaşdan təhsil ideyası müzakirə YARATDI - "Uşağa qarşı haqsızlıqdır"
2-04-2026, 18:30
Abşeron rayonu Hökməli qəsəbəsində yağış sularının törətdiyi fəsadlar uğurla aradan qaldırılır – FOTOLAR
2-04-2026, 18:00
Biləcəridə gənc oğlan ata-anasını BIÇAQLADI
2-04-2026, 17:30
Bakıda qanunsuz aparıldığı deyilən tikinti ilə bağlı açıqlama
2-04-2026, 17:00
Baba nəvəsinə xəsarət yetirdi - Gəlini polisə şikayət etdi
2-04-2026, 16:30
Hava şəraiti fermerləri çətin vəziyyətə salıb: Məhsul itkisi artır - VİDEO
2-04-2026, 16:00
Bakıdan Moskva görüşünə reaksiya - Paşinyan Rusiyanın təzyiqinə meydan oxudu
2-04-2026, 12:00
50 yaşdan yuxarı şəxslərin DİQQƏTİNƏ
2-04-2026, 11:30
Azərbaycan öz manatını özü ÇAP edəcək? – Bu il üçün TƏZƏ pullar...
2-04-2026, 11:00
Dubay hava limanında PARTLAYIŞ: PUA ilə vuruldu
2-04-2026, 10:30
Xamenei: "Ölkənin siyasəti dəyişməzdir"
2-04-2026, 10:00
Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi
2-04-2026, 09:30
Sarkisyanən partiyası seçkidə iştirak etməyəcək
2-04-2026, 09:00
Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
1-04-2026, 18:00
Qiymətləri aşağı olan tələbələr orduya çağırılacaq