Münhendə Əliyev Paşinyanla GÖRÜŞƏCƏK?..

Bu gün - fevralın 16-da Almaniyanın Münhen şəhərində beynəlxalq Təhlükəsizlik Konfransı öz işinə başlayıb.
Yenixeber.org: Konfransın açılış günündə ABŞ vitse-prezidenti Kamala Harris çıxış edəcək.
Fevralın 17-də isə Ukrayna prezidenti Volodimir Zelenskinin çıxışı gözlənilir.
Ağ ev Harrisin Zelenski ilə görüşəcəyini açıqlayıb.
Gözlənir ki, Harris Bayden administrasiyasının Ukraynaya dəstəyi davam etdirəcəyini bildirəcək.
ABŞ dövlət katibi Antoni Blinken də Münhen konfransında iştirak edəcək.
Beynəlxalq təhlükəsizlik siyasətinin müzakirəyə çıxarıldığı konfransda dünyanın 50-dək lideri iştirak edir. Rusiya və İran hökumətləri Münhenə dəvət olunmayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 16-da Münhenə işgüzar səfər edib.
Paşinyan Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək, onun xarici tərəfdaşlarla ikitərəfli görüşlər də planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də konfransa qatıla bilər. Dünən Almaniya kansleri Olaf Şolts İlham Əliyevə təbrik məktubunda konfransdan bəhs edərkən, "Sizinlə Münhen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam", - deyə bildirib.
Bəs Münhendə İlham Əliyev - Nikol Paşinyan görüşü keçirilə bilərmi?
Ermənistan Baş nazirinin dəftərxanası yerli mətbuata Paşinyanın Azərbaycan Prezidenti ilə görüşün planlaşdırılıb-planlaşdırılmadığına aydınlıq gətirməyib.
Bu haqda Azərbaycan tərəfdən də hər hansı məlumat yoxdur.
Xatırladaq ki, 2023-cü ildə ABŞ-ın dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderləri məhz Münhendə görüşmüşdülər.ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayen ötən gün Münhen Təhlükəsizlik Konfransına getməzdən əvvəl bəyan edib ki, “Vaşinqton İrəvan və Bakının mövqelərini yaxınlaşdırmağa çalışacaq”.
Bununla belə, dövlət katibinin müavini Münhendə Ermənistan-Azərbaycan nizamlanmasına həsr olunmuş danışıqların olub-olmayacağına toxunmayıb.
Qeyd edək ki, İlham Əliyevlə Nikol Paşinyan arasında sonuncu təmas 2023-cü il dekabrın 26-da Rusiyanın Sankt-Peterburq şəhərində MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində olmuşdu.
Ayaqüstü söhbətləşən liderlər Ermənistan-Azərbaycan sülh gündəliyi ilə bağlı məsələləri müzakirə etmişdilər. Onların danışığını əks etdirən fotolarda yayılsa da, ayaqüstü görüş haqda detallı məlumat verilməmişdi.
Münhen Konfransı 1962-ci ildə NATO-ya üzv ölkələrin “müdafiə idarələrinin nümayəndələrinin iclası” kimi təsis edilib.
1999-cu ildən etibarən hər il keçirilən bu tədbirdə Mərkəzi və Şərqi Avropa ölkələrindən siyasətçilər, hərbçilər və biznes nümayəndələri də iştirak edirlər.
Forum çərçivəsində ənənəvi olaraq siyasətçilərin qeyri-rəsmi və şəxsi görüşləri təşkil olunur və bu görüşlərdə təhlükəsizlik siyasəti ilə bağlı yeni təşəbbüslər müzakirə olunur.(Modern)
Dün, 18:00
"TikTok" istifadəçilərə xəbərdarlıq etdi - "Qanunla qadağandır"
Dün, 17:30
Avropa Parlamentinin deputatı saxlanıldı
Dün, 17:00
Təmsilçimiz “Avroviziya”da neçənci çıxış edəcək? - Foto
Dün, 16:30
Evə şanssızlıq və bədbəxtlik gətirən O BİTKİ
Dün, 16:00
Biləsuvarda it 10 yaşlı uşağı dişlədi
Dün, 12:00
Süni intellekt ABŞ-də əmək bazarının bir hissəsini əvəz edə bilər – Araşdırma
Dün, 11:30
Gəncədə 41 yaşlı kişi bıçaqlandı
Dün, 11:00
Külli miqdarda pulun xərcləndiyi yollar niyə sıradan çıxır?-VİDEO
Dün, 10:30
Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi
Dün, 10:00
Ağdaşda 28 yaşlı qadın itkin düşüb
Dün, 09:30
Dövlət ipotekası iki dəfə azaldı
Dün, 09:00
Bakıda binalar niyə mavi rənglə işıqlandırıldı-SƏBƏB
2-04-2026, 19:00
3 yaşdan təhsil ideyası müzakirə YARATDI - "Uşağa qarşı haqsızlıqdır"
2-04-2026, 18:30
Abşeron rayonu Hökməli qəsəbəsində yağış sularının törətdiyi fəsadlar uğurla aradan qaldırılır – FOTOLAR
2-04-2026, 18:00
Biləcəridə gənc oğlan ata-anasını BIÇAQLADI
2-04-2026, 17:30
Bakıda qanunsuz aparıldığı deyilən tikinti ilə bağlı açıqlama
2-04-2026, 17:00
Baba nəvəsinə xəsarət yetirdi - Gəlini polisə şikayət etdi
2-04-2026, 16:30
Hava şəraiti fermerləri çətin vəziyyətə salıb: Məhsul itkisi artır - VİDEO
2-04-2026, 16:00
Bakıdan Moskva görüşünə reaksiya - Paşinyan Rusiyanın təzyiqinə meydan oxudu
2-04-2026, 12:00
50 yaşdan yuxarı şəxslərin DİQQƏTİNƏ
2-04-2026, 11:30
Azərbaycan öz manatını özü ÇAP edəcək? – Bu il üçün TƏZƏ pullar...
2-04-2026, 11:00
Dubay hava limanında PARTLAYIŞ: PUA ilə vuruldu
2-04-2026, 10:30
Xamenei: "Ölkənin siyasəti dəyişməzdir"
2-04-2026, 10:00
Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi
2-04-2026, 09:30
Sarkisyanən partiyası seçkidə iştirak etməyəcək
2-04-2026, 09:00
Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
1-04-2026, 18:00
Qiymətləri aşağı olan tələbələr orduya çağırılacaq