Gerisayım BAŞLADI – “Rusiya Ermənistanı 12 saata ram edəcək”
Gündəm / Siyasət
Oxunub: 168
19 Nis 2024 | 14:53
Gerisayım BAŞLADI – “Rusiya Ermənistanı 12 saata ram edəcək”


Rusiya ilə Ermənistan arasında münasibətlər getdikcə daha da kəskinləşir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın son açıqlamasından da görmək olar.

Belə ki, keçirdiyi son brifinqdə Zaxarova deyib ki, ABŞ və Aİ əvvəl-axır İrəvanı tək qoyacaqlar:

“Qərb ölkələri Ermənistanı regionda yeni münaqişələri qızışdırmaq üçün yeni alətə çevirəcək. Aydındır ki, Vaşinqton və Brüssel Rusiya ilə Ermənistan arasında həm təhlükəsizlik, həm də iqtisadi sahədə bütün əlaqələri məhv etməyi, həmçinin KTMT və AİB mexanizmlərini sarsıtmağı qarşılarına məqsəd qoyublar. Qərb ölkələri Cənubi Qafqazda ən yaxın qonşuları arasında çəkişmə yaratmağa çalışır, Ermənistana isə ABŞ və Aİ-nin yeni münaqişə ocağını alovlandırmaq üçün alət rolu verilir. Qərblilər "işlərini" gördükdən sonra Ermənistanı tək qoyacaqlar”.

“Zaxarovanın dedikləri əslində Rusiyanın mövqeyidir”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, Ermənistanın bir dövlət olaraq taleyi yaxın bir-iki ay ərzində həll olunacaq:

“Zaxarovanın dedikləri əslində Rusiyanın mövqeyidir. Onlarda dəqiq məlumat var ki, Fransa ABŞ-ın tapşırığı ilə Qafqazda yeni münaqişə ocağı yaratmaq istəyir. Ona görə də həm Ermənistanı silahlandırır, həm də Azərbaycana qarşı informasiya müharibəsini gücləndirir, ölkəmizə münasibətdə ədalətsiz addımlar atırlar. Bütün bunların fonunda Qərb çalışır ki, Azərbaycan da artıq hərəkət etsin.

Azərbaycan Fransanı siyasi cəhətdən məhv edib. Paris Afrikadakı mövqeyini itirdi. Yəni Azərbaycana dil uzatmaq Fransaya baha başa gəldi. Rusiyanın mövqeyi isə Azərbaycanın xeyrinə dəyişdi. Onların buradakı sülhməramlı ordusu da getdi və buradan çıxan orduları Ermənistanda yerləşdirildi”.

“Ermənistanın dövlət kimi taleyi yaxın bir-iki ay ərzində həll olunacaq”

Həmsöhbətimiz deyir ki, Zaxarovanın İrəvana yönəlik bu xəbərdarlıqları Ermənistanın da sonda Ukrayna kimi meydanda tək qalacağına işarədir:

“Ortada Gürcüstan, Ukrayna nümunəsi var, Ermənistan da bu yöndə üçüncü nümunə olacaq. Vəziyyətin belə davam etməsi Rusiyanı Ermənistana qarşı hərəkətə keçməyə vadar edəcək. Rusiya vaxtilə Gürcüstanı 72 saata ram edib. Ermənistanı isə 12 saata ram edəcək. 12 saatdan sonra Ermənistan Rusiyanın nəzarətində olacaq. Ermənistanın dövlət kimi taleyi yaxın bir-iki ay ərzində həll olunacaq. Payıza qədər onun dövlət kimi qalıb-qalmaması tam müəyyən olunacaq”. (Bizim.Media)
Dün, 18:00
"TikTok" istifadəçilərə xəbərdarlıq etdi - "Qanunla qadağandır"
Dün, 17:30
Avropa Parlamentinin deputatı saxlanıldı
Dün, 17:00
Təmsilçimiz “Avroviziya”da neçənci çıxış edəcək? - Foto
Dün, 16:30
Evə şanssızlıq və bədbəxtlik gətirən O BİTKİ
Dün, 16:00
Biləsuvarda it 10 yaşlı uşağı dişlədi
Dün, 12:00
Süni intellekt ABŞ-də əmək bazarının bir hissəsini əvəz edə bilər – Araşdırma
Dün, 11:30
Gəncədə 41 yaşlı kişi bıçaqlandı
Dün, 11:00
Külli miqdarda pulun xərcləndiyi yollar niyə sıradan çıxır?-VİDEO
Dün, 10:30
Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi
Dün, 10:00
Ağdaşda 28 yaşlı qadın itkin düşüb
Dün, 09:30
Dövlət ipotekası iki dəfə azaldı
Dün, 09:00
Bakıda binalar niyə mavi rənglə işıqlandırıldı-SƏBƏB
2-04-2026, 19:00
3 yaşdan təhsil ideyası müzakirə YARATDI - "Uşağa qarşı haqsızlıqdır"
2-04-2026, 18:30
Abşeron rayonu Hökməli qəsəbəsində yağış sularının törətdiyi fəsadlar uğurla aradan qaldırılır – FOTOLAR
2-04-2026, 18:00
Biləcəridə gənc oğlan ata-anasını BIÇAQLADI
2-04-2026, 17:30
Bakıda qanunsuz aparıldığı deyilən tikinti ilə bağlı açıqlama
2-04-2026, 17:00
Baba nəvəsinə xəsarət yetirdi - Gəlini polisə şikayət etdi
2-04-2026, 16:30
Hava şəraiti fermerləri çətin vəziyyətə salıb: Məhsul itkisi artır - VİDEO
2-04-2026, 16:00
Bakıdan Moskva görüşünə reaksiya - Paşinyan Rusiyanın təzyiqinə meydan oxudu
2-04-2026, 12:00
50 yaşdan yuxarı şəxslərin DİQQƏTİNƏ
2-04-2026, 11:30
Azərbaycan öz manatını özü ÇAP edəcək? – Bu il üçün TƏZƏ pullar...
2-04-2026, 11:00
Dubay hava limanında PARTLAYIŞ: PUA ilə vuruldu
2-04-2026, 10:30
Xamenei: "Ölkənin siyasəti dəyişməzdir"
2-04-2026, 10:00
Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi
2-04-2026, 09:30
Sarkisyanən partiyası seçkidə iştirak etməyəcək
2-04-2026, 09:00
Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
1-04-2026, 18:00
Qiymətləri aşağı olan tələbələr orduya çağırılacaq