Qazaxın kəndlərinin qaytarılması sülhün başlanğıcıdır! - Türkiyədən AÇIQLAMA

Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası prosesi başlayıb. “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı beynəlxalq forumda çıxış edən Prezident İlham Əliyev sərhədlərin delimitasiyasından danışıb. Prezidentin sözlərinə görə, dövlət sərhədimizin təxminən 10 və ya 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir
Rəsmi məlumata görə, geodeziya ölçmələri əsasında sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində 26 aprel 2024-cü il tarixinə planlaşdırılan işlərin təxminən 35 faizi yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb.
Dövlətimizin başçısı ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında iki ölkənin delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. Prezident İlham Əliyev delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb.
Məsələ ilə bağlı Modern.az-a danışan türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu söyləyib ki, Azərbaycan əvvəldən bəri bölgəni tamamilə nəzarət altına almaq istəyir:
"Ermənistan 1992-ci ildə Qarabağın dağlıq hissəsi ilə yanaşı Azərbaycan torpaqlarını 20 faizini təşkil edən 8 kəndi də işğal eləmişdi. 44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycan əvvəldən ərazini tamamilə nəzarət altına almaq istəyirdi. Bunun səbəbi isə regionun hüzuru və sabitliyi baxımından vacibdir".

Ekspert Prezident İlham Əliyevin forumda delimitasiya ilə bağlı çıxışını belə şərh edib:
"Prezident cənab İlham Əliyev beynəlxalq forumda sərhədlərin 10-12 kilometrlik hissəsinin delimitasiya olunmasını deməklə həm dünyaya informasiya verdi, həm də ərazilərin digər qisminin də Azərbaycana verilməsini yenidən bütün dünyaya elan etdi".

Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı, ekspert Cihad Yaycı deyir ki, delimitasiya ilə bağlı məsələ çox vacib uğurdur:
"Bu, çox vacib hadisədir. Sərhədlərin bir qisminin artıq delimitasiyasının başa çatması münasibətlərin sülhə yaxın olduğunu göstərir. Masaya əyləşib müzakirələrin aparılması, nəticədə, delimitasiyasının başlaması böyük bir uğur kimi qiymətləndirirəm. Bu uğur da Azərbaycan hökumətinin rolu və mövqeyi çox vacibdir. İnşallah delimitasiya işləri tez bir vaxtda başa çatar".
Dün, 18:00
"TikTok" istifadəçilərə xəbərdarlıq etdi - "Qanunla qadağandır"
Dün, 17:30
Avropa Parlamentinin deputatı saxlanıldı
Dün, 17:00
Təmsilçimiz “Avroviziya”da neçənci çıxış edəcək? - Foto
Dün, 16:30
Evə şanssızlıq və bədbəxtlik gətirən O BİTKİ
Dün, 16:00
Biləsuvarda it 10 yaşlı uşağı dişlədi
Dün, 12:00
Süni intellekt ABŞ-də əmək bazarının bir hissəsini əvəz edə bilər – Araşdırma
Dün, 11:30
Gəncədə 41 yaşlı kişi bıçaqlandı
Dün, 11:00
Külli miqdarda pulun xərcləndiyi yollar niyə sıradan çıxır?-VİDEO
Dün, 10:30
Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi
Dün, 10:00
Ağdaşda 28 yaşlı qadın itkin düşüb
Dün, 09:30
Dövlət ipotekası iki dəfə azaldı
Dün, 09:00
Bakıda binalar niyə mavi rənglə işıqlandırıldı-SƏBƏB
2-04-2026, 19:00
3 yaşdan təhsil ideyası müzakirə YARATDI - "Uşağa qarşı haqsızlıqdır"
2-04-2026, 18:30
Abşeron rayonu Hökməli qəsəbəsində yağış sularının törətdiyi fəsadlar uğurla aradan qaldırılır – FOTOLAR
2-04-2026, 18:00
Biləcəridə gənc oğlan ata-anasını BIÇAQLADI
2-04-2026, 17:30
Bakıda qanunsuz aparıldığı deyilən tikinti ilə bağlı açıqlama
2-04-2026, 17:00
Baba nəvəsinə xəsarət yetirdi - Gəlini polisə şikayət etdi
2-04-2026, 16:30
Hava şəraiti fermerləri çətin vəziyyətə salıb: Məhsul itkisi artır - VİDEO
2-04-2026, 16:00
Bakıdan Moskva görüşünə reaksiya - Paşinyan Rusiyanın təzyiqinə meydan oxudu
2-04-2026, 12:00
50 yaşdan yuxarı şəxslərin DİQQƏTİNƏ
2-04-2026, 11:30
Azərbaycan öz manatını özü ÇAP edəcək? – Bu il üçün TƏZƏ pullar...
2-04-2026, 11:00
Dubay hava limanında PARTLAYIŞ: PUA ilə vuruldu
2-04-2026, 10:30
Xamenei: "Ölkənin siyasəti dəyişməzdir"
2-04-2026, 10:00
Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi
2-04-2026, 09:30
Sarkisyanən partiyası seçkidə iştirak etməyəcək
2-04-2026, 09:00
Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
1-04-2026, 18:00
Qiymətləri aşağı olan tələbələr orduya çağırılacaq