Türkiyə və Yunanıstan arasında "buzlar əriyir" - ŞƏRH
Gündəm / Siyasət
Oxunub: 403
14 May 2024 | 17:52
Türkiyə və Yunanıstan arasında "buzlar əriyir" - ŞƏRH


Türkiyə ilə Yunanıstan arasında münasibətlər son illər yeni mərhələyə daxil olub. Bu, hər iki tərəfin ritorikasında aydın hiss olunur. Görünən odur ki, həm rəsmi Ankara, həm də Afina əlaqələrin normallaşmasında və tarixi problemlərin həllində maraqlıdır.

İki ölkə arasında tarixi problemlərin əsas səbəbi ərazi məsələləri - adaların taleyidir. Belə ki, Egey dənizinin cənub-şərqində "12 ada" kimi tanınan, əslində sayı 12-dən çox olan bu adalar 20-ci əsrin əvvəllərinə qədər Osmanlı imperiyasına məxsus olub.

1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında imzalanan Lozanna müqaviləsinə əsasən, yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapdı və iki dövlət arasındakı sərhəd dəqiqləşdirildi. Egey dənizindəki xırda adalar bölüşdürüldü. Bir milyona yaxın yunan Türkiyədən Yunanıstana, 500 min türk isə Yunanıstandan Anadoluya köç etdi. Lozanna razılaşması faktiki olaraq Türkiyəni Dardanel və Bosfor boğazlarındakı haqlarından məhrum etdi. Türkiyə bu qiymətli keçidlər üzərindəki haqlarını bir də 1936-cı ildə imzalanmış "Montrö" sazişi ilə geri ala bildi.

Egey adalarında Türkiyə ilə Yunanıstan arasında ada qalmaqalı bu gün davam edir. Gərginliyin digər səbəbi Yunanıstanın Şərqi Egey adalarında hərbi texnika yerləşdirməsidir ki, bu da Türkiyənin sərt reaksiyasına gətirib çıxarıb. Bundan başqa, rəsmi Afina Şimali Kiprin müstəqilliyini tanımaq istəmir. Türkiyə isə əksinə, Şimali Kipri müstəqil oyunçu kimi qəbul edir.
Türkiyə və Yunanıstan arasında "buzlar əriyir" - ŞƏRH

Bununla belə, 2023-cü ildən etibarən tərəflər arasında normallaşma prosesi başlayıb. Belə ki, ötən ilin ilk yarısında keçirilən seçkilərdə yenidən qalib gələn Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Kriakos Miçotakis iki ölkə arasındakı münasibətləri indiki səviyyədən daha da irəli aparmağa qərarlı görünürlər.

Təsadüfi deyil ki, Türkiyə Prezidenti ötən il dekabrın 7-də ilk dəfə olaraq Yunanıstana rəsmi səfər etdi. buna cavab olaraq isə dünən Baş nazir K.Miçotakis dünən Türkiyədə səfərə gəldi. O, R.T.Ərdoğanla görüşdü, eyni zamanda səfər çərçivəsində Afina ilə Ankara arasında bir sıra sahələrdə əməkdaşlıq sazişləri imzalandı.

Sözsüz ki, bu sənədlər iki ölkə arasında əlaqələrin daha da irəli getməsində mühüm rol oynayacaq.

Türkiyə və Yunanıstan liderlərinin keçirdikləri birgə mətbuat konfransında diqqətçəkən əsas məsələlərdən biri də Kiprlə bağlı deyilənlər idi. Belə ki, Ərdoğan bildirdi ki, Kipr probleminin adadakı faktlar əsasında ədalətli və qalıcı həllinin tapılması vacibdir. "Belə bir addım regionumuzun sabitliyini və sülhünü gücləndirəcək. Ankara və Afina arasında həlli mümkün olmayan məsələ yoxdur, mübahisəli məsələlər açıq dialoq yolu ilə həll ediləcək", - Ərdoğan vurğuladı.
Türkiyə və Yunanıstan arasında "buzlar əriyir" - ŞƏRH

K.Miçotakis isə öz növbəsində söylədi ki, ikitərəfli anlaşma mühiti daha müsbət istiqamətdə inkişaf edir: "Biz göstərdik ki, müsbət dialoqu davam etdirmək əzmindəyik".

Görünən odur ki, həm Afina, həm də Ankara Kipr probleminin ədalətli yolla həllində maraqlıdır. Bu isə o deməkdir ki, tərəflər mövcud problemləri həll etmək, münasibətləri normallaşdırmaq istəyirlər.

Türkiyə və Yunanıstan qonşu olmaqla yanaşı, həm də NATO üzvləridir. Tərəflər arasındakı ziddiyyət Alyans daxilində həmrəyliyə də zərbə vururdu. Bu baxımdan, mövcud problemlərin həlli NATO daxilində mümkün parçalanmanın qarşısını almaqla yanaşı, həm də kənar güclərin Balkanlara müdaxiləsinin qarşısını ala bilər. Yəni Afina və Ankaranın münasibətlərin normallaşması istiqamətində atdığı addımlar tamamilə məntiqlidir.

R.T.Ərdoğan və K.Miçotakisin dediklərindən belə məlum olur ki, dünənki görüş kifayət qədər konstruktiv mühitdə keçib. Ehtimal etmək olar ki, müsbət motivli addımlar bundan sonra da atılacaq. Bu isə təkcə Yunanıstan və Türkiyənin özü üçün yox, həm də bütövlükdə bölgənin və NATO-nun xeyrinə olacaq.(Report)
Dün, 18:00
İlham Əliyev videoəlaqə ilə İrəvandakı sammitə QOŞULACAQ
Dün, 17:30
İran ABŞ-dan verilən cavabı araşdırır
Dün, 17:00
Bələdiyyə sədrinin ardınca gəlini də həbs edildi
Dün, 16:30
Azərbaycanda qadın həyat yoldaşını bıçaqladı
Dün, 16:00
Əsgər menyusunda inqilab: alternativ zülallara keçirlər
Dün, 13:00
Çindən öz şirkətlərinə QADAĞA
Dün, 12:30
Pul probleminə görə MTV-dəki verilişi bağlandı
Dün, 12:00
Uşaq qidasına zəhər qatan şəxs saxlanıldı
Dün, 11:30
İran mövqeyini dəyişdirib: Nüvə proqramını ABŞ ilə müzakirə etməyə razılıq verib
Dün, 11:00
15 yaşlı oğlan əmisinə hücum edən canavarı öldürdü - Hamı onu danışır
Dün, 10:30
Paytaxtda bu binaların təmirinə başlanır
Dün, 10:09
Tanınmış Jurnalist Qalib Mirzəyev vəfat etdi
Dün, 10:00
Bakı həftəyə tıxacla başladı - SİYAHI
Dün, 09:30
Balaca toyun böyük mənası - Foto, Video
Dün, 09:00
Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
2-05-2026, 18:00
Hamı onu ATIR: Çiyələyin bu hissəsi də yeməlidir
2-05-2026, 17:30
İranda 21 yaşlı idmançı edam edilib
2-05-2026, 17:00
Xamenei Fars körfəzində yeni idarəetmə sistemi quracaq
2-05-2026, 16:30
“Tağıyev: Məktəb” bədii filminin təqdimatı olub
2-05-2026, 16:00
Vüqar Hüseynova yeni vəzifə verildi
2-05-2026, 12:00
Aygün Kazımova konsertini təxirə saldı
2-05-2026, 11:30
Prezidentin ailəsi sərgidə - FOTOLAR
2-05-2026, 11:00
Federasiya prezidenti seçilən Ənvər Ənvərli bu icra başçısının OĞLUDUR
2-05-2026, 10:30
Oqtay Əsədovun sonuncu vəzifəsi də əlindən alındı - Yerinə yeni prezident seçildi
2-05-2026, 10:00
Bakıda bir sıra marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
2-05-2026, 09:30
Naxçıvan Muxtar Respublika Xəstəxanasına direktor təyin edildi
2-05-2026, 09:00
257 nömrəli məktəbdəki hadisə ilə bağlı polis ARAŞDIRMA APARIR