Vaşinqton Ermənistan-İran-Hindistan əməkdaşlığını fiaskoya uğradır - ŞƏRH
Gündəm / Siyasət
Oxunub: 58
15 May 2024 | 16:46
Vaşinqton Ermənistan-İran-Hindistan əməkdaşlığını fiaskoya uğradır - ŞƏRH


Son günlər dünya mətbuatında İranın Çabahar limanı ilə bağlı xəbərlərin və rəylərin sayında ciddi artım müşahidə edilir. İranın yeganə okean limanı olan Çabahar limanı Hind okeanı və beynəlxalq sulara MDB ölkərinin çıxışı üçün ən qısa tranzit marşrutu sayılır.Hindistan hökuməti isə 13 may tarixində rəsmi Tehranla sözügedən limanın icarəyə verilməsi barədə sənəd imzalayıb. Hindistanın limanlar, su yolları və gəmiçilik naziri Srabanad Sonovalla İranın yollar və şəhərsalma naziri Mehrdad Bazarpaş tərəfindən imzalanan müqavilə limanın idarəedilməsi ilə bağlıdır və razılaşma 10 il sonra yenilənəcək. Limanın idarəçiliyi Hindistanda qalacaq. Bununla da Hindistan hökuməti Rusiya, Cənubi Qafqaz, Avropa və Mərkəzi Asiya ilə ticarət əlaqələrini genişləndirmək, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmağı planlaşdırır. Sənədə əsasən, Rusiyadan göndərilən yüklər Azərbaycan və İran ərazisindən keçərək limana, oradan da Mumbaya çatdırılacaq. Eyni zamanda əks istiqamətə də yüklərin daşınması planlaşdırılır.

Məsələnin digər tərəfi isə Ermənistanla bağlıdır. Məlumdur ki, bir müddətdir Hindistanla rəsmi İrəvan arasında hərbi sahədə əməkdaşlıq davam edir. Rəsmi Delhi Cənubi Qafqaza silah alverçisi kimi daxil olmaq üçün erməni dövlətindən istifadə edir və müqavilələrin icrası da məhz bu liman vasitəsilə həyata keçirilir. Azərbaycan tərəfi haqlı olaraq bu məsələyə etirazını bildirib. Hətta bir ara xarici mətbuatda yayılan xəbərlərə görə, Rusiya da Hindistandan Ermənistana daşınan silahlarla bağlı İran hökumətinə xəbərdarlıq edib və bu işi dayandırmağı tələb edib.

Eyni zamanda erməni siyasi elitası ümid edir ki, bu layihə vasitəsilə yüklərin Avropaya və MDB ölkələrinə daşınmasında xüsusi paya malik olacaq və Aİİ üzvlüyü sayəsində piroqdan özünə pay götürəcək. Elə bu səbəbdən də Ermənistanın keçmiş iqtisadiyyat naziri Vaan Kerobyan bir müddət əvvəl bəyan etmişdi ki, Delhi-İrəvan arasında İrandan keçən ticarət yolu mayın sonuna qədər açılacaq. Təbii ki, söhbət Çabahar limanından gedirdi və tərəflər məsələni razılaşdırmışdılar. Paşinyan hökuməti isə bu xəbəri böyük iqtisadi uğur, çiçəklənməyə gedən yol kimi cəmiyyətə sırımağa da macal tapmışdı.
Vaşinqton Ermənistan-İran-Hindistan əməkdaşlığını fiaskoya uğradır - ŞƏRH

Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Yuxarıda da qeyd edildiyi kimi, İran və Hindistan arasında 13 may tarixində imzalanan müqavilənin mürəkkəbi qurumamış, rəsmi Vaşinqton hərəkətə keçib. ABŞ Dövlət Departamenti bəyan edib ki, Hindistan və İran arasında Çabahar limanı üçün 10 illik müqavilə imzalandığından xəbərdardırlar: "ABŞ-ın İrana qarşı sanksiyaları qüvvədə qalır və biz onları tətbiq etməyə davam edəcəyik. İranla iş görməyi düşünən hər kəs məruz qaldığı potensial riskdən, eləcə də sanksiyaların potensial riskindən xəbərdar olmalıdır”.

ABŞ Dövlət Departamenti xəbərdarlıq edib ki, İranın Çabahar şəhərindəki Şəhid Beheşti limanını idarə etmək və təchiz etmək üçün tərəfdaşlıq sazişi bağlayan Hindistan şirkəti sanksiyalarla üzləşmək riski ilə üzləşib.

Bu isə artıq 13 may tarixində imzalanan müqaviləni böyük sual altına qoyur. Ehtimal etmək olar ki, Hindistan hökuməti ABŞ kimi dövlətin sanksiyalarına məruz qalma riskini göz önünə ala bilməz. Hərçənd artıq İran mətbuatı rəsmi Delhinin və sözügedən şirkətin belə bir riski görməzdən gələcəyinə işarə edir. Bununla belə, əgər hind şirkəti bu addımı atsa, sanksiya zəncirinin uzanacağını və ABŞ-Hindistan münasibətlərinə xələl gətirəcəyini söyləmək mümkündür. Göründüyü kimi, Ağ Ev limanın belə bir fəaliyyətini mümkünsüz etmək üçün bütün yollara əl ata bilər.

Belə bir halın yaranması isə ilk növbədə Ermənistana zərbədir. Birincisi, Hindistandan Çabahar limanı vasitəsilə hərbi yüklərin daşınma ehtimalı risk altına düşür. Eyni zamanda Avropaya və MDB ölkələrinə daşınan yüklərdən pay uman erməni dövlətinin bu arzusu da puça çıxır.
Vaşinqton Ermənistan-İran-Hindistan əməkdaşlığını fiaskoya uğradır - ŞƏRH

Avropaya gəldikdə isə ehtimal etmək olar ki, Aİ gərginliyi azaltmağa və ABŞ-ın sanksiya tədbirlərini pozmadan nəqliyyat dəhlizini qoruyub saxlayacaq. Kompromis həll yollarını axtararaq ABŞ ilə bu məsələni müzakirə etmək üçün diplomatik səyləri də gücləndirə bilər. Amma başqa alternativ var və Qərb uzun müddətdir bu layihəyə daha çox maraq göstərir. Təbii ki, söhbət Azərbaycan vasitəsilə yüklərin daşınmasından gedir. İranın daim sanksiyalar altında olduğunu, hazırda İsrail və ABŞ-la münasibətlərin gərginliyini də göz önündə tutsaq, deməli, Hind okeanı və dolayı yolla Çindən Avropa və MDB məkanına daşınan yüklər üçün ən potensial və uğurlu marşrut xətti Azərbaycanın Zəngəzur dəhlizi layihəsidir fikrini tam əminliklə söyləmək mümkündür. Ermənistan variantı isə ən uğursuz və potensialı olmayan marşrut xəttidir.

Bunun bir sıra səbəbləri var. Birincisi, erməni dövlətində infrastruktur yenilənməli, yollar genişləndirilməli, dəmiryolu şəbəkəsi inşa edilməlidir. Eyni zamanda Ermənistanla İran arasında birbaşa dəmiryolu əlaqəsi də yoxdur. Avtomobil yolları isə çətin dağ relyeflərindən keçir və ilin bir çox aylarında istifadə qeyri-mümkündür. Bu yol isə Lars keçid məntəqəsindən keçməklə, Avropa və MDB məkanına çata bilsə də, Kremlin Paşinyan hökumətini cəzalandırmaq üçün müntəzəm olaraq, bu yolu bağladığı da gün kimi aydındır. Belə bir ssenari isə nə Qərb, nə də MDB ölkələri üçün məqbul deyil. Yüklərin daşınmasını asanlaşdırmaq və müddəti azaltmaq üçün nəzərdə tutulan yol Ermənistanda dalana dirənə bilər.

2000-ci ildə Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında təməli qoyulan "Şimal-Cənub" nəqliyyat dəhlizi anlaşmasına Azərbaycan 2005-ci ildə qoşulub. Vurğulamaq lazımdır ki, dəhlizin ölkəmizdən keçən hissəsi hazırdır. Coğrafi və geosiyasi mövqe ilə yanaşı, nəqliyyat infrastrukturu Ermənistandan fərqli olaraq, bu layihənin əsas parçası olmağa imkan yaradır. Bu səbəbdən də yüklərin Xəzər dənizindən keçərək, Ələt limanı-Zəngəzur dəhlizi vasitəsilə Avropaya, Bakıdan dəmir yolu xətti ilə Rusiyaya daşınması hazırda ideal variant kimi görünür.
Vaşinqton Ermənistan-İran-Hindistan əməkdaşlığını fiaskoya uğradır - ŞƏRH

Təsadüfi deyil ki, ABŞ Dövlət Departamentinin sanksiya ilə bağlı bəyanatından sonra Rusiya XİN müavini Mixail Qaluzin də açıqlama verib. Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin qərarı ilə 2021-ci ildə üç ölkənin baş nazir müavinlərinin birgə sədrliyi ilə yaradılan üçtərəfli qrupun tam işini tez bir zamanda bərpa etməyi zəruri hesab edir. Sonuncu dəfə qrup 2023-cü ilin yayında görüşüb və erməni tərəfinin işləri ləngitməsi, gah nala, gah da mıxa vurması, İran və Hindistanla layihəyə arxalanması səbəbindən hələ də Cənubi Qafqazın nəqliyyat infrastrukturu blokdan çıxmayıb. Artıq Çabahar limanı versiyası Vaşinqtonun sanksiyalarına məruz qalması səbəbindən rəsmi Moskva yenidən Zəngəzur dəhlizi məsələsinə işarə edir və işləri sürətləndirməyi tələb edir.

Hadisələrin gedişatı isə göstərir ki, üçtərəfli qrup yaxın vaxtlarda yenidən fəaliyyətə keçəcək və bu dəfə daha real nəticələrin əldə ediləcəyi qaçınılmaz görünür. Ermənistan siyasi elitasının isə son günlər Naxçıvanla dəmir yolu əlaqəsinin bərpası, regionda infrastrukturun blokdan çıxarılmasına hazır olmaları ilə bağlı bəyanatına da bu prizmadan yanaşmaq lazımdır. Rəsmi İrəvan növbəti dəfə dərk edir ki, regionda heç bir beynəlxalq layihəni, xüsusən də logistika sahəsində olan heç bir ideyanı Azərbaycanın iştirakı və icazəsi olmadan həyata keçirmək mümkün deyil.(Report)
Bugün, 11:26
Məleykə Abbaszadə: Attestatla universitetlərə qəbul hələ gözlənilmir
Bugün, 09:18
“Gəlinim mənim kimi fədakar, cəfakeş olsun”
Bugün, 08:45
İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar - YENİLƏNİB
Bugün, 07:40
ABŞ və İran vasitəçilər yolu ilə Yaxın Şərqlə bağlı danışıqlar aparıb
Dün, 19:14
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dün, 18:35
Hakimlərin maaşının artırılması təklif olundu
Dün, 17:55
General Orucov və digərlərinin cəzası azaldıldı
Dün, 17:17
Ərdoğan: Bizə dərs keçməyə çalışan Qərbin Afrikada nələr törətdiyini yaxşı bilirik
Dün, 16:55
Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb
Dün, 14:05
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dün, 13:04
“Qarabağ”ın oyununda qadın hakimlər
Dün, 12:45
Ağır qəzada həlak olan şəxs polis zabiti imiş - Foto
Dün, 12:06
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - Fotolar
Dün, 11:21
80 manat alan neçə müharibə veteranı var? - Rəsmi CAVAB
Dün, 10:13
Sosial şəbəkələr vasitəsilə törədilən cinayətlər
Dün, 09:32
Azərbaycan neftinin qiyməti 84 dolları ötüb
Dün, 08:59
Televiziya rejissoru vəfat edib
Dün, 08:38
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
16-05-2024, 23:08
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
16-05-2024, 22:51
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
16-05-2024, 22:34
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB
16-05-2024, 22:10
“Belarus şirkətlərini bu prosesə fəal qoşulmağa dəvət edirik”
16-05-2024, 19:43
Türkiyə Prezidenti: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
16-05-2024, 16:39
Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
16-05-2024, 16:11
Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilib
16-05-2024, 15:49
Lukaşenko: Belarus və Azərbaycan sənaye sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyə hazırdır
16-05-2024, 15:26
İlham Əliyev: Azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin iştirakına şad olardıq