İrana kömək etməyən ABŞ Tehrana qarşı siyasətini dəyişməyəcək
Gündəm / Siyasət
Oxunub: 194
21 May 2024 | 09:12
İrana kömək etməyən ABŞ Tehrana qarşı siyasətini dəyişməyəcək

“İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onları müşayiət edən digər şəxslərin olduğu helikopterin qəzaya uğramasından sonra İran hökuməti kömək üçün ABŞ-a müraciət edib”.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib. Onun sözlərinə görə, Vaşinqton logistik səbəblərə görə Tehrana kömək edə bilməyib: “İran hökuməti kömək üçün bizə müraciət edib. Biz onlara açıq şəkildə bildirdik ki, belə bir vəziyyətdə xarici hökumətin istənilən müraciətinə cavab olaraq yardım təklif edəcəyik. Və sonda biz bu yardımı göstərə bilmədik”.

Miller qeyd edib ki, baş verən son hadisəyə baxmayaraq ABŞ İrana, o cümlədən bu ölkənin hava nəqliyyatına qarşı sanksiyaları tam şəkildə qüvvədə saxlamaq niyyətindədir:

“Biz sanksiya rejiminə görə qətiyyən üzr istəmək fikrində deyilik. İran hökuməti öz təyyarələrindən terrora dəstək üçün avadanlıq daşımaq üçün istifadə edib. Bu baxımdan, İran hökumətinin istifadə etdiyi təyyarələr daxil olmaqla, sanksiyaları tam şəkildə həyata keçirməyə davam edəcəyik. İran hökuməti 45 illik helikopterin pis hava şəraitində uçması qərarına görə məsuliyyət daşıyır”.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi isə bildirib ki, ABŞ İran siyasətində hər hansı dəyişiklik gözləmir və Vaşinqtonun özü də Tehrana qarşı kursu dəyişmək niyyətində deyil: “Biz İranın davranışında hər hansı dəyişiklik gözləmirik. Və buna görə də, iranlılar, onların məsuliyyətə cəlb edilməsinə gəldikdə, Amerikanın davranışında hər hansı dəyişiklik gözləməməlidir”.(AzVision)
Bugün, 18:00
"TikTok" istifadəçilərə xəbərdarlıq etdi - "Qanunla qadağandır"
Bugün, 17:30
Avropa Parlamentinin deputatı saxlanıldı
Bugün, 17:00
Təmsilçimiz “Avroviziya”da neçənci çıxış edəcək? - Foto
Bugün, 16:30
Evə şanssızlıq və bədbəxtlik gətirən O BİTKİ
Bugün, 16:00
Biləsuvarda it 10 yaşlı uşağı dişlədi
Bugün, 12:00
Süni intellekt ABŞ-də əmək bazarının bir hissəsini əvəz edə bilər – Araşdırma
Bugün, 11:30
Gəncədə 41 yaşlı kişi bıçaqlandı
Bugün, 11:00
Külli miqdarda pulun xərcləndiyi yollar niyə sıradan çıxır?-VİDEO
Bugün, 10:30
Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi
Bugün, 10:00
Ağdaşda 28 yaşlı qadın itkin düşüb
Bugün, 09:30
Dövlət ipotekası iki dəfə azaldı
Bugün, 09:00
Bakıda binalar niyə mavi rənglə işıqlandırıldı-SƏBƏB
Dün, 19:00
3 yaşdan təhsil ideyası müzakirə YARATDI - "Uşağa qarşı haqsızlıqdır"
Dün, 18:30
Abşeron rayonu Hökməli qəsəbəsində yağış sularının törətdiyi fəsadlar uğurla aradan qaldırılır – FOTOLAR
Dün, 18:00
Biləcəridə gənc oğlan ata-anasını BIÇAQLADI
Dün, 17:30
Bakıda qanunsuz aparıldığı deyilən tikinti ilə bağlı açıqlama
Dün, 17:00
Baba nəvəsinə xəsarət yetirdi - Gəlini polisə şikayət etdi
Dün, 16:30
Hava şəraiti fermerləri çətin vəziyyətə salıb: Məhsul itkisi artır - VİDEO
Dün, 16:00
Bakıdan Moskva görüşünə reaksiya - Paşinyan Rusiyanın təzyiqinə meydan oxudu
Dün, 12:00
50 yaşdan yuxarı şəxslərin DİQQƏTİNƏ
Dün, 11:30
Azərbaycan öz manatını özü ÇAP edəcək? – Bu il üçün TƏZƏ pullar...
Dün, 11:00
Dubay hava limanında PARTLAYIŞ: PUA ilə vuruldu
Dün, 10:30
Xamenei: "Ölkənin siyasəti dəyişməzdir"
Dün, 10:00
Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi
Dün, 09:30
Sarkisyanən partiyası seçkidə iştirak etməyəcək
Dün, 09:00
Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
1-04-2026, 18:00
Qiymətləri aşağı olan tələbələr orduya çağırılacaq