Əhməd ifadəsində nələr danışıb? - Dəhşətli cinayətin DETALLARI
Gündəm / Hadisə
Oxunub: 167
13 Haz 2024 | 15:11
Əhməd ifadəsində nələr danışıb? - Dəhşətli cinayətin DETALLARI

İlin ən dəhşətli cinayət hadisəsinin ilkin istintaqı tamamlanıb. Söhbət ikisi azyaşlı olmaqla beş ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun işindən gedir. Məlum olduğu kimi, ekspert rəyləri ilə Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi sübut edilib. Rəydə yazılıb ki, təqsirləndirilən şəxsin psixoloji vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Rəyə əsasən, Əhməd hadisəni törətdikdən dərhal sonra şübhəli şəxs qismində müstəntiqə ifadə verib, ailəsini öldürməsindən danışıb.

“Qafqazinfo” Əhmədin həmin ifadəsini əldə edib.

Əvvəlcə onu deyək ki, sözügedən ifadədə azyaşlılarla bağlı həssas məqamların olduğunu nəzərə alaraq onu ixtisar etmişik. Cinayət əməlinin ağırlığını, ifadənin də buna müvafiq olaraq doğura biləcəyi mənfi emosiyaları nəzərə alaraq ürəyi zəif olanların oxumamasını tövsiyə edirik!

İstintaqla Əhmədin uşaqlıqdan psixoloji durumunun normal olmadığı, şizofreniyadan əziyyət çəkdiyi sübut edilib. Əhməd orta məktəbdə 9-cu sinfə kimi təhsil alıb, hərbi xidmətə yararsız hesab edilib. Amma yaxınlarının köməkliyi ilə Moskva şəhərində hansısa universitetdə ali təhsil alıb.

“Məni ailədən saymırdılar, buna görə nifrət hissi yaranmışdı”

Əhməd ilk ifadəsində ailə üzvlərini öldürməsinin səbəbini onu ailədən saymamaları, diqqət göstərməmələri ilə əlaqələndirib. Dediyinə görə, ailəsi ona ayrıca ev alıb, həmin evdə tək yaşayırmış. Tək yaşadığı üçün ailəsi ilə normal münasibəti olmayıb.
Əhməd ifadəsində nələr danışıb? - Dəhşətli cinayətin DETALLARI

Amma hadisə günü atası onu evə gətiribmiş. Mehman Əhmədov (atası) səhər yeməyi hazırlayan vaxt Əhməd qəfil onu öldürmək fikrinə düşüb: “Evdə atam və mən var idim. Birdən ağlıma gəldi ki, onu öldürüm. Mətbəxdən bıçağı götürüb bir neçə dəfə zərbə vurdum. Öləndən sonra isə onun avtomobilinin açarını götürüb aşağı düşdüm. Bundan sonra maşına minib birbaşa bacım Elmiranın evinə getdim. Suraxanı rayonunda yaşayırdı. Elmira qapını açan kimi əlimdəki bıçaqla onu da öldürdüm”.

Qarşısına bütün ailəsini öldürmək məqsədi qoyan Əhməd azyaşlı bacısı qızını da eyni üsulla həyatından edib. Bundan sonra o, bıçaqları meyitlərin yanına atıb, avtomobillə atasını öldürdüyü evə qayıdıb. Əhməd evin həyətindəki marketdən siqaret almaq istəsə də, satıcı əlinin qanlı olduğunu görüb ona siqaret verməyib.

Marketdən çıxdıqdan sonra isə anası ilə qardaşı Məhəmmədin evə gəldiyini görüb. Əhməd həmin vaxt yaxınlıqdakı mağazadan 20 manata balta alıb, hadisəni həmin balta ilə törədib: “Balta ilə əvvəl anamı, sonra da qardaşımı öldürdüm. İşimi bitirdikdən sonra baltanı evin şkafında gizlədib aşağı düşdüm. Həmin vaxt ərazidə polis əməkdaşları var idi. Özümü şübhəli apardığım üçün məni tutdular. Atam, anam və bacımın məni ailədən saymamaları, diqqət göstərməmələri, ayrı yaşamaq istəmələri məndə onlara qarşı nifrət yaratmışdı. Qardaşımın və bacım qızının da gələcəkdə valideynləri kimi olacağını düşündüyüm üçün onları da öldürdüm ki, rahatlıq tapım. Bundan əlavə, daxilimdən gələn səs də onları öldürməli olduğumu deyirdi”.

Əhməd anasını öldürərkən qonşuluqdakı qadın şahid olub. Əhməd qadını təhqir edərək yaxın durmamasını əmr edib. Qonşu qadın evə qaçaraq polisə məlumat verib.

Zərərçəkmiş şəxslərdən birinin yaxınının istintaqa verdiyi ifadəsində bir məqam da diqqət çəkir. İfadədə deyilir ki, hadisə baş verən gün atası Əhmədi Mərdəkanda yerləşən reabilitasiya mərkəzinə aparacaqmış. Oğlu ilə də bu səbəbdən görüşübmüş.

Məlumat üçün deyək ki, Əhmədin əvvəllər cinayət törətməsi ilə bağlı istintaq heç bir məlumat əldə etməyib. O, qısa müddət atasının aldığı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub. Ondan əvvəl isə barmen və ofisiant işləyib. Ekspert rəyi ilə anlaqsız olduğu sübut olunan Əhməd məhkəmə qərarı ilə fəaliyyət qabiliyyətsiz şəxs kimi tanınıb. Bu səbəbdən onun yaxınlarından biri hüquqi varisi kimi tanınıb.

Qeyd edək ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılacaq. Prokurorluq Əhməd Əhmədov barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün qərar göndərib.
Dün, 16:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Dün, 15:51
Bəylər Eyyubovun təyinatı barədə xəbər TƏSDİQLƏNDİ
Dün, 15:16
Onlayn qumar oyunlarında bank kartlarının alqı‑satqısını həyata keçirən dəstə üzvləri saxlanıb - VİDEO
Dün, 12:47
Tbilisidə 2 kq uran almağa cəhd göstərən Çin vətəndaşları saxlanılıb
Dün, 12:21
Orada hər həftə təxminən 7 min nəfər həlak olur - FACİƏ
Dün, 11:41
Bu cihazları uzadıcı ilə qoşmaq olmaz! - XƏBƏRDARLIQ
Dün, 11:17
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Dün, 10:30
Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşıb
Dün, 10:00
Premyer Liqa: "Araz-Naxçıvan" "Sabah"la, "Zirə" "Sumqayıt"la üz-üzə gələcək
24-10-2025, 16:17
Müəllimlərin maaşının artırılması üçün təkliflər təqdim edəcəyik
24-10-2025, 15:39
Pakistanda son 24 saat ərzində ikinci partlayış baş verib, ölənlər var
24-10-2025, 14:59
Şuşanın ECO-nun turizm paytaxtı elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib
24-10-2025, 13:06
Yardımlıda avtomobil yolunun təmirinə 2 milyon manat ayrılıb
24-10-2025, 12:24
Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini müəyyənləşdirmək üçün yeni qaydalar hazırlanıb
24-10-2025, 11:27
Sahibə Qafarova Cenevrədə Alen Simonyanla görüşündən danışıb
24-10-2025, 10:36
"Euronews": Azərbaycan aktiv şəkildə urbanizasiya siyasətini həyata keçirir
24-10-2025, 09:45
Qızıl və gümüşün qiyməti azalıb
24-10-2025, 09:04
Deputatlar bu gün toplaşır - Gündəlikdə 17 məsələ var
23-10-2025, 18:37
Orban: Ukraynanı tərəfdaş kimi görmək istəyirik, Aİ üzvü kimi yox
23-10-2025, 18:13
İlk dəfə bağça müdirlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək
23-10-2025, 17:42
Daha bir QHT təmsilçisinin məhkəməsi başlayıb
23-10-2025, 16:47
Tramp xəbərdarlıq edib: ABŞ İsrailə İordan çayının qərb sahilini ilhaq etməyə icazə verməyəcək
23-10-2025, 16:14
Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
23-10-2025, 15:35
Xaçmazda avtomobildə doğuş olub, körpə ölüb
23-10-2025, 13:18
Yol polisinin stasionar postları daxili təhlükəsizliyin keşiyində
23-10-2025, 12:55
Beynəlxalq səyyahlar Füzuliyə səfər edib
23-10-2025, 12:31
MN-nin "İstirahət evi"nin rüşvət ittihamı ilə həbs olunan rəisi barədə qərar verilib