İlham Əliyev konfrans iştirakçılarına MÜRACİƏT ETDİ
Gündəm / Siyasət
Oxunub: 148
15 Haz 2024 | 10:21
İlham Əliyev konfrans iştirakçılarına MÜRACİƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Sizi “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfransın keçirildiyi, Türk dünyasının mədəniyyət paytaxtı olmuş Şuşa şəhərində səmimi-qəlbdən salamlayır, konfransın işinə uğurlar arzulayıram.

Müasir dövrdə qlobal kataklizmlər beynəlxalq münasibətlər sisteminin geosiyasi reallıqlarından birinə çevrilmişdir. Xarici güc mərkəzlərinin təsiri və müdaxiləsi ilə dünyanın müxtəlif regionlarında çoxsaylı qarşıdurmaların – etnik və dini zəmində münaqişələrin, siyasi konfrontasiyaların baş verməsi, xaos və anarxiya mühitinin yaranması ayrı-ayrı dövlətlərə və bütövlükdə beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaratmaqdadır. Beynəlxalq hüquq normalarının kobudcasına pozulduğu və ikili standartlara əsaslanan selektiv yanaşmaların baş qaldırdığı belə bir şəraitdə milli maraqların qorunmasına hədəflənmiş və mövcud çağırışlara cavab verən siyasətin həyata keçirilməsi müstəqil dövlətlərin qarşısında duran başlıca vəzifələrdəndir.

Son zamanlarda yeni strateji hədəflərə doğru inamla irəliləyərək dünya siyasətində yüksələn güc mərkəzinə çevrilən, beynəlxalq nüfuzu və geosiyasi təsir imkanları artmaqda olan Türk Dövlətləri Təşkilatında birləşən ölkələr də analoji çağırışlarla üzləşirlər. Yeni ittifaq modeli kimi dünyanın diqqət mərkəzində olan bu təşkilatda təmsil olunan ölkələrin sıx həmrəylik şəraitində dostluq və qardaşlıq prinsiplərinə, qarşılıqlı anlaşmaya, bərabərhüquqlu tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətləri həm milli və regional səviyyədə, həm də qlobal miqyasda sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir.

Heç şübhəsiz, Türk Dövlətləri Təşkilatında bir araya gələn ölkələrin siyasi partiyalarının qarşılıqlı faydalı əməkdaşlığı da müştərək məqsədlərin həyata keçirilməsində əhəmiyyətli rol oynayır.

Əminəm ki, Azərbaycan xalqı üçün əlamətdar olan mühüm tarixdə – Milli Qurtuluş Günündə və Şuşa Bəyannaməsinin imzalanmasının növbəti ildönümündə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “İslam dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhərində keçirilən, bu səbəbdən xüsusi rəmzi mənaya və mənəvi-siyasi önəmə malik bu tədbirin ölkələrimiz arasında çoxşaxəli münasibətlərin inkişafına, Türk dünyasında birliyin daha da möhkəmlənməsinə, yeni hədəflərin reallaşmasına dəyərli töhfələr verəcəkdir.

Fürsətdən istifadə edərək, milli-mənəvi dəyərlərimizin və İslam mədəniyyətinin mühüm tərkib hissəsi olan müqəddəs Qurban bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni nailiyyətlər diləyirəm".
Bugün, 18:00
"TikTok" istifadəçilərə xəbərdarlıq etdi - "Qanunla qadağandır"
Bugün, 17:30
Avropa Parlamentinin deputatı saxlanıldı
Bugün, 17:00
Təmsilçimiz “Avroviziya”da neçənci çıxış edəcək? - Foto
Bugün, 16:30
Evə şanssızlıq və bədbəxtlik gətirən O BİTKİ
Bugün, 16:00
Biləsuvarda it 10 yaşlı uşağı dişlədi
Bugün, 12:00
Süni intellekt ABŞ-də əmək bazarının bir hissəsini əvəz edə bilər – Araşdırma
Bugün, 11:30
Gəncədə 41 yaşlı kişi bıçaqlandı
Bugün, 11:00
Külli miqdarda pulun xərcləndiyi yollar niyə sıradan çıxır?-VİDEO
Bugün, 10:30
Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi
Bugün, 10:00
Ağdaşda 28 yaşlı qadın itkin düşüb
Bugün, 09:30
Dövlət ipotekası iki dəfə azaldı
Bugün, 09:00
Bakıda binalar niyə mavi rənglə işıqlandırıldı-SƏBƏB
Dün, 19:00
3 yaşdan təhsil ideyası müzakirə YARATDI - "Uşağa qarşı haqsızlıqdır"
Dün, 18:30
Abşeron rayonu Hökməli qəsəbəsində yağış sularının törətdiyi fəsadlar uğurla aradan qaldırılır – FOTOLAR
Dün, 18:00
Biləcəridə gənc oğlan ata-anasını BIÇAQLADI
Dün, 17:30
Bakıda qanunsuz aparıldığı deyilən tikinti ilə bağlı açıqlama
Dün, 17:00
Baba nəvəsinə xəsarət yetirdi - Gəlini polisə şikayət etdi
Dün, 16:30
Hava şəraiti fermerləri çətin vəziyyətə salıb: Məhsul itkisi artır - VİDEO
Dün, 16:00
Bakıdan Moskva görüşünə reaksiya - Paşinyan Rusiyanın təzyiqinə meydan oxudu
Dün, 12:00
50 yaşdan yuxarı şəxslərin DİQQƏTİNƏ
Dün, 11:30
Azərbaycan öz manatını özü ÇAP edəcək? – Bu il üçün TƏZƏ pullar...
Dün, 11:00
Dubay hava limanında PARTLAYIŞ: PUA ilə vuruldu
Dün, 10:30
Xamenei: "Ölkənin siyasəti dəyişməzdir"
Dün, 10:00
Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi
Dün, 09:30
Sarkisyanən partiyası seçkidə iştirak etməyəcək
Dün, 09:00
Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
1-04-2026, 18:00
Qiymətləri aşağı olan tələbələr orduya çağırılacaq