Ermənistanın qurtuluşunun real yolları - ANALİZ
Gündəm / Siyasət
Oxunub: 106
24 Haz 2024 | 17:17
Ermənistanın qurtuluşunun real yolları - ANALİZ

Ermənistan cəmiyyəti və ermənilər aldadılıb. Qafqazda, xüsusən Azərbaycan torpaqlarında yerləşdirilmələrinin təşkilatçıları onlara əlçatmaz vədlər verməklə yalan deyiblər. Həmin xülyalarla iki yüz ildir bu xalqın nümayəndələri yaşayıb.

Nifrət, kin kimi mənfi emosiya ilə tərbiyə olunub, sayları yetməyən və heç vaxt da yetməyəcək ərazi iddialarıyla böyüyüblər.

Azərbaycan torpaqlarının bir hissəsində onlara dövlət quranların Xəzərədək əraziləri də onlara peşkəş edəcəklərini düşünürdülər.

Başqa sözlə, erməni etnik qrupu Rusiyanın sayəsində dövlətə malik olub. Yəni onlara verilən Azərbaycan torpaqlarında bayraq ucaldıb, dövlət qurublar.

Bununla kifayətlənə də bilərdilər. Ancaq bu onlara azlıq edib. Konstitusiyalarına qonşu dövlətlərin ərazilərinin birləşdirilməsi kimi beynəlxalq normaları pozan müddəa belə daxil ediblər. Bu ölkənin əsas qanunu təcavüzkarlıq ideyasının bütün istiqamətlərdə mənbəyidir.

Ermənistanın dövlət olaraq əsası yoxdur. Onun bazası Azərbaycan torpaqlarını ələ keçirmək, türk düşmənliyi və qondarma soyqırımı ideyaları üzərində formalaşıb. Bunlardan birinin sıradan çıxması onlar üçün domino effektini verir.
Ermənistanın qurtuluşunun real yolları - ANALİZ

Azərbaycan əsgəri 44 günlük müharibədə Ermənistanı silkələdi. Qələbə onlara düşünmək üçün imkan verdi. Həmin dövrdə bəhs etdiyimiz yalan və saxta xülyaların yaradıcıları, havadarları belə Ermənistanı məğlubiyyətdən xilas edə bilmədi. Zaman, tarix və şərait ədalətin bərqərar olmasını da diktə etdi.

Uydurmaları yuxuda görmək istəyən erməni cəmiyyəti həmin hadisələrdən sonra hələ də mənasız ideyaların arxasınca yürüyür. Keşiş Baqrat Qalstanyanın başladığı “Vətən uğrunda Tavuş” şüarı altında keçirilən aksiyaya qoşulurlar. Bu aksiya həmin təcavüzkarlıq düşüncəsinin davamıdır. Azərbaycan torpaqlarına olan özlərinin və havadarlarının işğalçı niyyətlərini Nikol Paşinyana istefa tələbi ilə ört-basdır etməyə səy göstərirlər. Bu, fəaliyyətin arxasında duranlar daim ermənilərin maraqlarının təmin olunması düşüncəsi altında başqalarının tapşırıqlarını icra ediblər. Çünki Ermənistan dövləti onlara bu xidmət görə verilib.

Baş nazir Nikol Paşinyan çıxışlarında “artıq dövlətimiz var, bunu inkişaf etdirməyi düşünməliyik deyəndə” yəqin elə mövcud ölkəsinin başqa istiqamətlərdən əl çəkməyi təklif edir.

N.Paşinyan bu günlərdə hakim “Vətəndaş müqaviləsi” partiyasının forumunda etdiyi çıxışda bu məsələyə toxunub.
Ermənistanın qurtuluşunun real yolları - ANALİZ

O bildirib ki, Ermənistan xalqı artıq döyüşmək, əziyyət çəkmək və özünü qurban vermək istəmir, sadəcə yaşamaq istəyir. Bunu yeni siyasi reallıq olaraq ideoloji reallığın əsasları olduğunu qeyd edib. Paşinyan bunu xalqının elitaya və hakim çoxluğa mesajı olduğunu söyləyib.

Bu həm də müharibədən sonra “Ermənistan xalqı indi nə istəyir” sualına müəyyən mənada cavabdır. Çünki Azərbaycanın Qarabağ və ətraf rayonlarını işğal altında saxlayıb, Ermənistana qatmağa onlar nail ola bilmədi. Reallaşması mümkün olmayan bu ideyadan sonra erməni xalqı özü üçün çıxış yolu tapmağa başlayıb. Bəziləri mühacirətə üstünlük verib. Bir qismi mövcud hakim siyasi elitanı qəbul edib, bir qismi isə hələ də keçmiş prezidentlər - Robert Koçaryan və Serj Sarqsyanın yalan vədləri ətrafında fırlanırlar.

Paşinyan həmin çıxışında cəmiyyətin istəklərindən bəhs edərək deyib ki, xalq uşaqlarının xoşbəxt və firavan yaşamalarına şərait yarada bilib-bilməyəcəklərini hakimiyyətdən soruşur. O vurğulayıb ki, bu suala yalnız dövlət cavab verə bilər.

Baş nazir hesab edib ki, hakimiyyətin təqdim etdiyi real Ermənistan ideyası xalqdan alınıb. Onun sözlərinə görə, bu ideya ona və ya partiyasına deyil, Ermənistan cəmiyyətinə məxsusdur.
Ermənistanın qurtuluşunun real yolları - ANALİZ

Baş nazir adını çəkmədən keşiş Baqratın yürüşlərindən bəhs edərək deyib ki, xalq real Ermənistana üstünlük verdiyi üçün hərəkat uğursuzluğa düçar olub: “Həyat ideologiyasını dövlət ideologiyasına çevirmək, vətəndaşların yaxşı yaşamaq istəyinə azadlıq vermək lazımdır”.

Paşinyan əlavə edib ki, təcrid olunmuş elitalar özlərinin və ya başqalarının yaratdığı ideologiyaları xalqa tanıtmağa çalışır, çox vaxt onları zorakılıq yolu ilə tətbiq edirdilər.

Baş nazirin bu çıxışı erməni cəmiyyətinin real vəziyyətini əks etdirir. Ermənistanın dövlət olaraq mövcudluğunu qoruması üçün aşağıdakı məsələlər real sayılır:

- Qonşu dövlətlərə ərazi iddiasından birdəfəlik imtina etmək;

- uydurulmuş tarixdən əl çəkmək;

- türkləri düşmən gözündə görməmək;

- regional əməkdaşlığa üstünlük vermək;

- beynəlxalq öhdəliklərə əməl etmək;

- konstitusiyada islahat aparmaq, yaxud onu dəyişmək;

- Cənubi Qafqazda casus-dövlət rolu oynamaqdan əl çəkmək;

- xarici qüvvələrin aləti olmaqdan qurtulmaq;

- repatrasiya prosesinə ədalətli yanaşmaq və s.

Bunları həm də erməni cəmiyyətinin yenilənməsi, etimad və etibar qazanması üçün əsas saymaq olar. Nikol Paşinyan real Ermənistanı bu şərtlərə əməl edəcəyi halda qura bilər. Əks halda erməni cəmiyyəti bütün işlərə yenidən başlayacaq.(Report)
Bugün, 18:00
"TikTok" istifadəçilərə xəbərdarlıq etdi - "Qanunla qadağandır"
Bugün, 17:30
Avropa Parlamentinin deputatı saxlanıldı
Bugün, 17:00
Təmsilçimiz “Avroviziya”da neçənci çıxış edəcək? - Foto
Bugün, 16:30
Evə şanssızlıq və bədbəxtlik gətirən O BİTKİ
Bugün, 16:00
Biləsuvarda it 10 yaşlı uşağı dişlədi
Bugün, 12:00
Süni intellekt ABŞ-də əmək bazarının bir hissəsini əvəz edə bilər – Araşdırma
Bugün, 11:30
Gəncədə 41 yaşlı kişi bıçaqlandı
Bugün, 11:00
Külli miqdarda pulun xərcləndiyi yollar niyə sıradan çıxır?-VİDEO
Bugün, 10:30
Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi
Bugün, 10:00
Ağdaşda 28 yaşlı qadın itkin düşüb
Bugün, 09:30
Dövlət ipotekası iki dəfə azaldı
Bugün, 09:00
Bakıda binalar niyə mavi rənglə işıqlandırıldı-SƏBƏB
Dün, 19:00
3 yaşdan təhsil ideyası müzakirə YARATDI - "Uşağa qarşı haqsızlıqdır"
Dün, 18:30
Abşeron rayonu Hökməli qəsəbəsində yağış sularının törətdiyi fəsadlar uğurla aradan qaldırılır – FOTOLAR
Dün, 18:00
Biləcəridə gənc oğlan ata-anasını BIÇAQLADI
Dün, 17:30
Bakıda qanunsuz aparıldığı deyilən tikinti ilə bağlı açıqlama
Dün, 17:00
Baba nəvəsinə xəsarət yetirdi - Gəlini polisə şikayət etdi
Dün, 16:30
Hava şəraiti fermerləri çətin vəziyyətə salıb: Məhsul itkisi artır - VİDEO
Dün, 16:00
Bakıdan Moskva görüşünə reaksiya - Paşinyan Rusiyanın təzyiqinə meydan oxudu
Dün, 12:00
50 yaşdan yuxarı şəxslərin DİQQƏTİNƏ
Dün, 11:30
Azərbaycan öz manatını özü ÇAP edəcək? – Bu il üçün TƏZƏ pullar...
Dün, 11:00
Dubay hava limanında PARTLAYIŞ: PUA ilə vuruldu
Dün, 10:30
Xamenei: "Ölkənin siyasəti dəyişməzdir"
Dün, 10:00
Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi
Dün, 09:30
Sarkisyanən partiyası seçkidə iştirak etməyəcək
Dün, 09:00
Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
1-04-2026, 18:00
Qiymətləri aşağı olan tələbələr orduya çağırılacaq