COP29 qlobal səviyyədə istixana qaz emissiyalarının balansını təmin edəcək – ANALİZ
Gündəm / Siyasət
Oxunub: 99
26 Ağu 2024 | 12:49
COP29 qlobal səviyyədə istixana qaz emissiyalarının balansını təmin edəcək – ANALİZ


İstixana qazı emissiyalarının balansını təmin etmək və karbon izi dünyada getdikcə daha vacib məsələlərə çevrilir. İstixana qazları emissiyalarının qlobal iqlim dəyişikliyinə təsiri böyükdür. Bu qazlar ətraf mühitin çirklənməsi kimi ciddi problemlərə səbəb ola bilir.

İstixana qazı emissiyaları atmosferdə çoxaldıqca istilik balansı qalxır, nəticədə qlobal istiləşmə və iqlim dəyişikliyi baş verir. Bundan əlavə, istixana qazları yeraltı suların, havanın çirklənməsinə və sağlamlıq problemlərinə də gətirib çıxarır. Öncəliklə aydınlıq gətirək, istixana qazı və karbon izi nədir?

İstixana qazları atmosferdə istiliyin saxlanmasına səbəb olan qazlardır. Karbon (CO2), metan (CH4), azot oksidləri (NOx) və hidrofluorokarbonlar (HFCs) kimi qazlar istixana qazları hesab olunur. Bu qazlar mədən yanacaqlarının istifadəsi, sənaye fəaliyyətləri, nəqliyyat vasitələrinin hərəkəti və meşələrin qırılması kimi insan fəaliyyəti nəticəsində yaranır.

Karbon izi deyilən anlayış isə bir şirkətin və ya şəxsin fəaliyyətindən istixana qazı emissiyalarının miqdarını ölçən metrikdir. Karbon ayaq izi adətən CO2 ekvivalentlərində ifadə edilir və vahid CO2 emissiyaları kimi ölçülür. Məsələn, hansısa şirkətin istehsal etdiyi bir ton məhsulun karbon izi, həmin malın istehsalında istifadə olunan resursların istixana qazı emissiyaları ilə əlaqələndirilir. Buradan belə nəticəyə gəlmək olur ki, istifadə olunan resursların istixana qazı emissiyası nə qədər artırsa, məhsulun karbon izi də bir o qədər çoxdur deməkdir. Bəs bu “çoxluq” iqlimə təsirsiz ötüşürmü?

Orta qlobal temperatur dünyada iqlim vəziyyətinin dəyərləndirilməsi üçün ən çox istifadə edilən ölçü vahididir. Bu ölçü vahidi vasitəsilə bizə bir çox məsələlər aydın olur.

Belə ki, sənaye erasının başlanğıcından sonra qlobal orta temperatur 0,7°C artıb. Yer kürəsində orta temperaturun artması ilə bərabər yerli yağıntı trendləri və ekoloji zonaların sərhədləri dəyişir, su səthində istiləşmə və buzlaqların əriməsi müşahidə olunur. Amma bu dəyişim özünü hər ölkədə fərqli göstərə bilir. İqlim dəyişmələrinə məcburi uyğunlaşma adi hala çevrilib. Məsələn, Afrikanın şərqində quraqlıq mövsümündə insanlar su tapmaq üçün daha uzun məsafə qət etməyə vadar olur. Banqladeş və Vyetnam kimi ölkələrdə şiddətli qasırğa, sel və dəniz səviyyəsinin qalxması nəticəsində kiçik fermerlər məhsul itkisi ilə üzləşirlər. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının qəbul olunmasından keçən dövr ərzində atmosferdə istixana qazlarının konsentrasiyasının stabilləşdirilməsi istiqamətində bəşəriyyət çox az nailiyyət əldə edib. Təbii ki, yüz illər boyu aram-aram korlanan iqlim şəraitini qısa zamanda bərpa etmək mümkünsüzdür.
COP29 qlobal səviyyədə istixana qaz emissiyalarının balansını təmin edəcək – ANALİZ

Hazırda yer kürəsində orta temperaturun artması və iqlim dəyişmələri Qırğızıstanda kiçik fermer üçün təhlükəli hesab edilən, ABŞ-nin cənub ştatlarının birində yaşayan fermer üçün təhlükəli hesab edilməyə bilər. Lakin iqlim dəyişməsinin sürətlə artımı milyonlarla insan, eko-sistem ünsürü və bütün dünya üçün təhlükə hesab olunur. İqlim dəyişmələrinin təsirinin azaldılması üçün temperatur artımının son məqbul həddi müəyyənləşdirilməlidir. İqlimşünas alimlərin bir çoxu hesab edir ki, bu hədd 2°C həddindədir. Qlobal orta temperatur həddində 2°C-dən artıq istiləşmə baş verəcəyi təqdirdə iqlim dəyişmələri riskləri təhlükəsinin kəskinləşəcəyi ehtimal olunur. Yuxarıda qeyd olunduğu kimi bunun üçün istixana qazlarının atmosferə tullantısının qarşısı alınmalıdır. Amma mövzu ilə bağlı olan statistikaya nəzər salsaq qlobal karbon emissiyaları 2011-ci ildə 3% artaraq rekord 34 milyard tona çatmışdır ki, bunun da təxminən 78% Böyük iyirmilik (G-20) ölkələrinin payına düşür. Ən son 2021-ci ildə müəyyənləşən statistikaya görə Azərbaycanda karbon emissiyası isə təxminən 58.1 milyon ton təşkil edir. Onu da qeyd edək ki, bu qazlar min illərlə atmosferdə qala bilir.

Qazlar və onların qlobal istiləşməyə təsiri aşağıdakı kimidir:
- Enerjidən, meşədən və torpaqdan istifadə, sement istehsalından yaranan qazlar – 65%
- Qaz borularındakı sızmalar, heyvandarlıq fəaliyyəti tullantılarının fermentasiyası, düyü sahələri, tullantılar, tullantı poliqonları, biokütlənin yandırılması, məişət axıntıları – 20%
- Sənaye, soyuducu agentlər, aerozollar, köpükləndirici maddələr, həlledicilər – 10%
- Torpağın gübrə ilə təminatı, torpağın təmizlənməsi, biokütlənin yandırılması, daş kömür və karbohidrogenlərin yandırılması – 5%

Ötən əsrin 90-cı illərindən sonrakı illərdə Sovet İttifaqının dağılması ilə Azərbaycanda bir çox sənaye müəssisəsi öz fəaliyyətini dayandırdı. Beləliklə ölkədə istixana effekti yaradan qazların emissiyası kəskin aşağı düşdü. 2005-ci illərin ortalarından etibarən ölkədə neft hasilatının artması səbəbindən istixana effekti yaradan qazların atmosferə atılmasının həcmində artış müşahidə olundu. 2005-ci ildə istilik effekti yaradan qazların atılması ilə bağlı göstərici 1990-ci illə müqayisədə 43% azalsa da, 2021-ci ildə istixana effekti yaradan qazların həcmi 1990-ci ildəki göstəricidən cəmi 26% aşağı idi.
COP29 qlobal səviyyədə istixana qaz emissiyalarının balansını təmin edəcək – ANALİZ

Azərbaycanın dəstəklədiyi Paris Sazişinə əsasən 2030-cu ildə istilik effekti yaradan qazların emissiyası 35% azaldılmalıdır. Bu da 1990-cı illə müqayisədə istilik effekti yaradan qazların emissiyasının həcminin 51.3 milyon tona düşməsi deməkdir. Yəni, 2021-ci ildə qeydə alınan nəticə ilə müqayisədə 12% yaxın azalma tələb edilir. Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərdən bəlli olur ki, Azərbaycanda istilik effekti yaradan qazların emissiyası əsasən enerji sektoru ilə bağlıdır. 2021-ci ildə ölkədə enerji sektorunda atmosfer havasına atılan istixana qazları ümumi istixana qazı emissiyalarının 81,2%-ni təşkil edib.

Dünya Bankının (DB) Azərbaycanda iqlim göstəriciləri ilə bağlı hesabatında da ölkənin dekarbonizasiya hədəflərinə çatmasının vacibliyi qeyd olunub:

“Dekarbonizasiya üzrə dəqiq kursun müəyyənləşdirilməsi və həyata keçirilməsi üçün Azərbaycanda iqtisadi diversifikasiya və daha dinamik özəl sektor tələb olunur. Nəzərə almaq lazımdır ki, energetika və su təchizatı da daxil olmaqla yaşıl keçid üçün vacib olan sektorlarda dövlət müəssisələri üstünlük təşkil edir və onlar ölkənin işçi qüvvəsinin yarısına malikdirlər", - deyə hesabatda qeyd olunur.

Ən son – 2021-ci ilə aid olan göstəricilərdən aydın olur ki, 1990-cı illə müqayisədə ölkədə istixana qazı emissiyası cəmi 26% aşağı düşüb. Dünya Bankının məlumat bazasında deyilir ki, dünya üzrə 2020-ci ildə istixana effekti yaradan qazların emissiyası təxminən 50% artıb. Dünyanın ən böyük iki iqtisadiyyatında - ABŞ-da 1990-2020-ci illərdə həmin qazların emissiyası üç faiz azalıb, Çində isə dörd dəfədən çox artıb.

İstixana qazlarının emissiyalarını azaltmaq üçün COP29 kimi nəhəng tədbirlərin keçirilməsi və orada alınan ciddi qərarlar çox müsbət haldır. Lakin hər kəs öz kiçik addımları ilə də istilik və qaz balansının qorunmasına töhfəsini verə bilər. Məsələn şirkətlər ekoloji maarifləndirmə və davamlılıq prinsiplərinə uyğun olaraq aşağıdakı yönlərdə fəaliyyət göstərə bilər:

Bərpa olunan enerjidən istifadə edilə bilər. Şirkətlər enerji istehlakının böyük bir hissəsini təşkil edən qalıq yanacaqlardan qaçaraq günəş, külək, hidroelektrik və biokütlə kimi bərpa olunan enerji mənbələrinə müraciət etməklə istixana qazı emissiyalarını azalda bilər.
COP29 qlobal səviyyədə istixana qaz emissiyalarının balansını təmin edəcək – ANALİZ

Enerji istehlakını azaltmaq və bununla da istixana qazı emissiyalarını bitirmək üçün enerji səmərəliliyi tədbirləri görülməlidir. Məsələn, bina izolyasiyası, enerjiyə qənaət edən işıqlandırma sistemləri və yüksək məhsuldar cihazlardan istifadə etməklə enerji istehlakı azaldıla bilər.

Davamlı təchizat zəncirini qorumaq da əsas məqsədlərdən biri olmalıdır. Şirkətlər tədarük zəncirindəki bütün fəaliyyətlərdə ətraf mühit amillərini nəzərə alıb, davamlı materiallardan istifadə etməklə və ekoloji cəhətdən təmiz təchizatçılar seçməklə öz istixana qazı emissiyalarını azalda bilər.

Təkrar emal və tullantıların idarə edilməsi sahəsində də ciddi boşluqlar yaşanır. Tullantıların təkrar emalı istixana qazı emissiyalarını ciddi şəkildə azaltmağa kömək edə bilər. Tullantılar təkrar emal olunduqda onlar yenidən istifadə edilə biləcək və tullantı sayında azalma baş verəcək. Bu da öz növbəsində zərərli qaz emissiyalarının yaranmasına imkan verməyəcək.

Bütün bu işlər üçün sosial məsuliyyət önəmli faktdır. Şirkətlər öz sosial öhdəliklərinə uyğun olaraq ekoloji cəhətdən təmiz təcrübələri qəbul etmək və işçilərə evdən işləməyə icazə verməklə trafik və zərərli qaz emissiyalarını azalda bilər. İstixana qazı emissiyalarının azaldılması davamlı gələcək deməkdir. Dünya ölkələri, prezident və rəsmi nümayəndələr ilə yanaşı kiçik və ya böyük şirkətlərin bu mövzuda önə çıxması həm ekoloji, həm də iqtisadi baxımdan faydalı olacaq.(Report)
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
7-02-2026, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
7-02-2026, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
7-02-2026, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
7-02-2026, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
7-02-2026, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar
7-02-2026, 10:30
Quba sakinlərinin yol problemi: "Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm"
7-02-2026, 10:00
Kasko sığortası olsa da, qəzadan sonra avtomobilini təmir etdirə bilmir
7-02-2026, 09:30
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı
7-02-2026, 09:00
Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər vərəm imiş?
6-02-2026, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
6-02-2026, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
6-02-2026, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO