Dövlət Departamentinin məntiqsizliyi - Ermənistanla ərköyün uşaq kimi davranılır - ŞƏRH
Gündəm / Siyasət
Oxunub: 85
20 Eyl 2024 | 15:37
Dövlət Departamentinin məntiqsizliyi - Ermənistanla ərköyün uşaq kimi davranılır - ŞƏRH


İkili standartlar və siyasi riyakarlıq ABŞ Dövlət Departamentinin əsas xüsusiyyətlərindən birinə çevrilir. Beynəlxalq müstəvidə proseslərə ikili yanaşma, ədalət prinsiplərindən uzaqlaşma son illər özünü daha qabarıq göstərir. ABŞ üzərinə götürdüyü öhdəliklərə nəinki əməl etmir, hətta BMT Nizamnaməsinin və digər beynəlxalq hüququn normalarının, eləcə də beynəlxalq təhlükəsizlik mexanizmlərinin gözdən salınması üçün əlindən gələni əsirgəmir.

Bu sırada ABŞ Dövlət Departamenti xüsusilə seçilib. Nəzarət etdiyi qurumlarla dövlətlərin daxili işlərinə qarışır, qarışıqlıq yaradır, sabitliyə qarşı çıxır, ölkələr arasında fərq qoyur, proseslərə ikili yanaşma sərgiləyir.

Dövlət Departamenti azərbaycanlı jurnalistin regionda Ermənistanın hərbləşdirilməsi siyasətinin, ATƏT-in keçmiş Minsk qrupu ölkələrinin Ermənistanı dəstəkləməyə davam etməsinin və ABŞ və Avropa İttifaqının artan hərbi dəstəyinin Azərbaycanla Ermənistan arasında davam edən sülh sazişi danışıqlarına təsiri, o cümlədən Ermənistanla Rusiya arasında artan ticarət və hərbi əlaqələrin daha geniş regionda stabilliyə təhdid təşkil etməsi ilə bağlı sorğusuna cavabını da bu qəbildən saymaq olar. Bu cavabı qərəzin və rəzilliyin pik həddi saymaq olar.
Dövlət Departamentinin məntiqsizliyi - Ermənistanla ərköyün uşaq kimi davranılır - ŞƏRH

ABŞ otuz ilə yaxın ATƏT-in Minsk qrupunun həmsədri kimi Azərbaycanla Ermənistan arasında münaqişənin nizamlananması ilə məşğul olsa da, əslində, erməni lobbisinin maraqlarından çıxış edib. Münaqişənin dondurulmasına çalışıb və proseslərin belə qalmasında maraqlı olduğunu ortaya qoyub. Bu proses Qarabağ işğaldan azad olduqdan sonra da davam edib. Ermənistanı silahlandırması da bu qəbildəndir. İndi də azərbaycanlı jurnalistin sorğusuna cavab olaraq bildirilib ki, “ABŞ Ermənistanın özünün seçdiyi münasibətləri davam etdirməklə bağlı suveren hüququna hörmət edir”.

ABŞ-nin Ermənistana yardımları artırmasına gəldikdə, qeyd edilib ki, bu ölkəyə yardımı onun demokratik və iqtisadi inkişafını artırmaq, regional iqtisadiyyata inteqrasiyanı gücləndirmək, ticarəti şaxələndirmək və mənfi təsirlər qarşısında dayanıqlılığını gücləndirməyə xidmət edir. Qeyd olunub ki, Birləşmiş Ştatlar Azərbaycanın və Ermənistanın regionda təhlükəsizliyi və tərəqqini təmin edəcəyinə inanır, davamlı və layiqli sülh sazişinə nail olmaq səylərini dəstəkləyir: “Tərəflər razılaşmanın yekunlaşdırılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə ediblər və ABŞ bu prosesi istənilən şəkildə dəstəkləməyə sadiqdir”.
Dövlət Departamentinin məntiqsizliyi - Ermənistanla ərköyün uşaq kimi davranılır - ŞƏRH

Xatırladaq ki, Azərbaycan mediasında bundan əvvəl dərc olunan məlumatlarda ABŞ-nin Ermənistana silah verməsi foto və konkret marşrutlarla sübuta yetirilib. Amerikalı hərbçilər artıq Ermənistanda da yerləşiblər. Nə adla? Yəqin ki, sülhü təmin etmək üçün deyil.

ABŞ tərəfinin açıqlaması ziddiyyətlidir. Departamentin cavabından belə çıxır ki, ermənilərə xüsusi üstünlük verilir. Onlar kimlə istəyirlər dostluq edə bilərlər. Həm onlarla, həm də ruslarla əməkdaşlıq edə, silah tədarükü belə həyata keçirə bilərlər. Bəs başqası belə edəndə niyə ona qarşı çıxır, təzyiqlərlə hədələyirlər? Ortada Gürcüstan nümunəsi var. Uzun müddətdir Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmağa məcbur edilir. Amma Ermənistanın Rusiyaya qarşı Qərbin özünün sanksiyalarını pozmasına da, hərbi əməkdaşlığa da göz yumulur.

ABŞ-nin bu yanaşması bu ölkənin proseslərə qərəzli və ikili yanaşmanın təzahürü kimi qiymətləndirilməlidir.

Bir daha təsdiq olunur ki, ABŞ regionda gərginliyin qalmasında maraqlıdır. Rəsmi Vaşinqton Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına çalışmaqdansa, revanşizmə, qərəzə və riyakarlığa üstünlük verir. Məsələn, avqustun əvvəllərində ABŞ Hərbi Hava Qüvvələrinin iki təyyarəsinin İrəvanın "Zvartnots" hava limanına enişi heç bir halda Cənubi Qafqazla bağlı xoş niyyətdən xəbər vermir. Bu barədə ilk məlumatı yayan "Caliber.az" analitik-informasiya portalının yazdığına görə, təyyarələrdə Ermənistana hərbi yük və ABŞ ordusunun şəxsi heyəti göndərilib. Sosial şəbəkələrdə bunun görüntüləri də yayılıb.
Dövlət Departamentinin məntiqsizliyi - Ermənistanla ərköyün uşaq kimi davranılır - ŞƏRH

Qeyd edək ki, hərbi yük əsasən snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, xüsusi təyinatlılar üçün zirehli gödəkcələr, hücum mini-dronları, kiçikölçülü minalar və ABŞ ordusunda istifadə olunan digər döyüş sursatlarından ibarətdir. Ermənistana göndərilmiş şəxsi heyət isə əksəriyyəti ABŞ ordusunda xidmət edən erməniəsilli ABŞ vətəndaşıdır. Onlar Ermənistan ordusunun hərbi geyimi ilə təchiz olunub və Zəngəzurdakı hərbi bazada yerləşdiriliblər.

İkili yanaşmanın əsas səbəbi, şübhəsiz ki, erməni lobbisindan qaynaqlanır. Məhz lobbi hər vəchlə Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına qarşı çıxır, revanşist qüvvələri yeni hərbi qarşıdurmaya cəlb etməyə çalışır. Halbuki bu gün regionda yeni reallıq yaranıb. Bu reallıq Bakı ilə İrəvan arasında yekun sülh sazişinin imzalanmasını nəzərdə tutur.

Proseslərin inkişafı göstərir ki, ikitərəfli təmaslar, xüsusilə Azərbaycanın səyləri nəticəsində bu istiqamətdə müəyyən irəliləyiş əldə olunub. Amma bu, Vaşinqtonu narahat edir. ABŞ-nin bu narahatlığı isə aydın görünür. Ağ Ev bu təşvişini istəsə də, gizlədə bilmir.

ABŞ-nin hədəfi bəllidir: Ermənistanı silahlandırmaqla onu Rusiyaya qarşı yönəltmək. Silahla təchizatın gücləndirilməsi Ermənistanda Ukrayna ssenarisinin həyata keçirilməsinə yönəlib. Bir sözlə, Ermənistan hərbi poliqona çevrilməkdədir. (Report)
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
7-02-2026, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
7-02-2026, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
7-02-2026, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
7-02-2026, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
7-02-2026, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar
7-02-2026, 10:30
Quba sakinlərinin yol problemi: "Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm"
7-02-2026, 10:00
Kasko sığortası olsa da, qəzadan sonra avtomobilini təmir etdirə bilmir
7-02-2026, 09:30
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı
7-02-2026, 09:00
Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər vərəm imiş?
6-02-2026, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
6-02-2026, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
6-02-2026, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO