Ərdoğanın Paşinyana məsləhəti: kitab oxumaq - ŞƏRH

BMT dünya dövləti rolunu oynaya bilər. Təşkilatın Baş Assambleyasının 79-cu sessiyasında dövlət, hökumət başçıları, XİN rəhbərləri və ölkələrin başqa yüksək vəzifəli rəsmilərinin bir-biri ilə görüşləri, çıxışları bunu təsdiqləyir.Müxtəlif dövlətlərin başçıları BMT-də islahatlarının aparılmasını təklif edib. Hətta, bu istiqamətdə tənqidi məqalələr və kitablar belə yazılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Daha ədalətli bir dünya mümkündür” (“Daha Adil Bir Dünya Mümkün”) kitabında bu məsələdən də bəhs edib.
Sentyabrın 24-də Türkiyə lideri Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində “Türk evində” Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.
Rəcəb Tayyib Ərdoğan ona kitabını hədiyyə verib.
Bunu Prezidentin hökumət başçısına özünəməxsus ismarışı da saymaq olar. Çünki belə görüşlərdə istənilən element təsadüfi sayılmaz.

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin başlanmasına 15 il əvvəl cəhd edilmişdi. Onda Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. Rəsmi İrəvan təcavüzkar üstünlüyündən istifadə edərək Türkiyəyə qarşı qondarma soyqırımı, ərazi iddialarından əl çəkmirdi. Bu azmış kimi Azərbaycan və Türkiyə məsələlərinin ayrılmasını təklif edirdi. Başqa sözlə o vaxt Ermənistanın əsas qanunu və müstəqillik haqqında konstitusiya aktı prosesin başlamasına ən böyük mane olmuşdu. Nəticədə məsələyə dair protokollar ləğv edildi.
Bundan sonra rəsmi Ankara Azərbaycan torpaqları işğaldan azad edilməyənədək bu ölkəyə sərhəd qapılarını açmayacağını bildirdi. İki ölkə arasında sərhəd-buraxılış məntəqələri indiyədək bağlıdır.
Buna səbəb yenə Ermənistanın müstəqillik haqqında konstitusiya aktı, əsas qanunu, tarix kitabları, gerbi, himni, bir sözlə, erməni etnik qrupu arasında on illərdir təbliğ olunan anti-Türkiyə və anti-Azərbaycan düşmənliyidir.

Nikol Paşinyan və komandasının üzvləri konstitusiya dəyişiklərinə hazır olduqlarını, qeyd etdiyimiz məsələlərdən, o cümlədən orta məktəblərdə tədris olunan tarix kitablarının dəyişdirilməsinin vacibliyini vurğulasalar da, indiyədək, bu istiqamətdə elə böyük işlər görülməyib. Yəni, İrəvan bu məsələdə bəyanatdan uzağa getməyib. Bununla belə müxtəlif görüşlərdə Paşinyan və hökumət üzvləri Azərbaycanla sülh sazişinin imzalanmasına hazır olduqlarından ağız dolusu danışırlar. Ermənistan rəhbərliyi həmin açıqlamaları ilə rəsmi Bakını beynəlxalq ictimaiyyətin qınaq obyektinə çevirməyə səy göstərir.
Ancaq 15 il əvvəl imzalanmış protokolların reallaşmamasının səbəbləri bu gün də aradan qalxmayıb.
Rəsmi İrəvan yeni konstitusiya üçün daha üç il gözlənilməsi bəyanatı ilə çıxış edir. Bu isə Azərbaycan və Türkiyə ilə normallaşma prosesinin başlanılmasının bilərəkdən yubadılması qənaətinə gəlməyə əsas verir. Ermənistanın Əsas qanununda dəyişiklik etməməsi Azərbaycanla sülh sazişinin imzalanmasına da böyük maneə olaraq qalmaqdadır.

Görüşdə Rəcəb Tayyib Ərdoğan və Nikol Paşinyan ölkələr arasında nizamlanma prosesini ilkin şərt olmadan davam etdirməyə və münasibətlərə yeni təkan verməyə hazır olduqlarını vurğulayıblar.
Həmsöhbətlər Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi çərçivəsində artıq atılmış addımlar və mövcud razılaşmalar barədə ətraflı danışıblar. Tərəflərin regional məsələləri də müzakirə etdikləri bildirilib.
Paşinyan Ərdoğana Ermənistanla Azərbaycan münasibətlərinin normallaşması prosesindəki mövcud vəziyyət, münasibətlərin nizamlanmasına dair saziş imzalamağa hazır olması, habelə hökumətin “Sülh kəsişməsi” təşəbbüsü barədə məlumat verib.
Türkiyə lideri Ermənistan hökumətinin başçısına bildirib ki, ölkələr ilkin şərt irəli sürmədən münasibətlərin normallaşdırılmasında mühüm irəliləyiş əldə ediblər və dialoq davam edəcək.

Rəcəb Tayyib Ərdoğan
Ərdoğan Ankaranın Bakı və İrəvan arasında davamlı sülhün bərqərar olmasını, “yeni tarixi dövrdə dostluq əlaqələrinin qurulmasını” fəal dəstəklədiyini vurğulayıb.
Nyu-York görüşünün Ermənistanla Azərbaycan və Türkiyə rəsmilərinin, işçi qruplarının yeni dialoqu üçün zəmin ola biləcəyi də mümkündür.
Ancaq bu görüşlər münasibətlərin tənzimlənməsi prosesi istiqamətində əməli addıma çevrilmirsə, o halda belə danışıqlar Ermənistan tərəfdən gözdən pərdə asmaqdan başqa bir nəsnə deyil.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də VII çağırış Milli Məclisinin ilk iclasındakı çıxışında Ermənistanla sülhə dair məsələdən də bəhs edib. O bildirib ki, sülh danışıqları Azərbaycanın təşəbbüsüdür. Prezidentin sözlərinə görə, Ermənistan bu məsələni süni şəkildə uzadır: “Onlar əgər bu coğrafiyada yaşamaq istəyirlərsə və təhlükəsizlik şəraitində yaşamaq istəyirlərsə, öz qonşularına qarşı siyasətlərində ciddi düzəlişlər etməlidirlər. Bu birincisi. İkincisi, nə onlar, nə onların arxasında duranlar 30 illik işğalı heç vaxt unutmamalıdırlar. Amma bunu unutmaq istəyirlər və unutdurmaq istəyirlər”.

Bu, Ermənistana sülh danışıqları ilə bağlı daha bir çağırışdır. Başqa sözlə, Prezident Ermənistan rəhbərliyinə bir daha sülhdən danışmaqdansa, bu yöndə addım atılmasını çatdırıb: “İkinci Dünya müharibəsindən sonra faşist Almaniyasına heç kim sülh müqaviləsi təklif etməyib. Faşist Almaniyası bir neçə yerə bölünmüşdü, kapitulyasiyaya uğrayan faşist dövlət cəzalandırıldı. Burada isə kapitulyasiyaya uğrayan faşist dövlət nəinki cəzalandırılmadı, hətta onlara bütün preferensiyalar verilir”.
Təəssüf ki, Ermənistan hələ də xaricdəki havadarlarının təlimatları əsasında sülh və normallaşma prosesini tormozlayır.
Paşniyanın “Türk evi”ndə Ərdoğanla görüşə razılıq verməsini də diplomatik jest kimi qiymətləndirmək olar. Belə ehtimal etmək olar ki, Ermənistan hökumətinin başçısı buranı danışıqlar üçün BMT-nin mənzil-qərargahından daha etibarlı sayıb. Bundan başqa ilkin şərtsiz Türkiyə ilə normallaşmaya hazırdırlar. O bu addımı ilə “hara deyirsiz gəlim, təki qapıları açın” ismarışını verib.
Rəcəb Tayyib Ərdoğan isə “Daha ədalətli bir dünya mümkündür” kitabı ilə Paşinyanı daha düzgün münasibət qurmağa çağırıb. Kitab təqdimatı ilə ona bir daha oxumağı məsləhət görüb.
Hər halda rəsmi İrəvanın növbəti davranışlarından, çıxışlarından hazırlıq səviyyəsi müşahidə olunacaq.(Report)
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
7-02-2026, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
7-02-2026, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
7-02-2026, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
7-02-2026, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
7-02-2026, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar
7-02-2026, 10:30
Quba sakinlərinin yol problemi: "Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm"
7-02-2026, 10:00
Kasko sığortası olsa da, qəzadan sonra avtomobilini təmir etdirə bilmir
7-02-2026, 09:30
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı
7-02-2026, 09:00
Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər vərəm imiş?
6-02-2026, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
6-02-2026, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
6-02-2026, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO