Avropa Parlamentindən Cənubi Qafqazda sülhə zərbə: əsassız iddialar, məkrli planlar - ŞƏRH
Gündəm / Siyasət
Oxunub: 90
23 Ekm 2024 | 14:03
Avropa Parlamentindən Cənubi Qafqazda sülhə zərbə: əsassız iddialar, məkrli planlar - ŞƏRH


Oktyabrın 22-də Avropa Parlamentində Azərbaycandakı vəziyyət, eləcə də Ermənistanla münasibətlərə dair dinləmələr keçirilib. Dinləmələr gözlənildiyi kimi də nəticələnib. Belə ki, bəzi Avropa siyasətçiləri növbəti dəfə Azərbaycana qarşı qərəzli bəyanatlarla çıxış ediblər.

Bu baxımdan, xüsusilə Avropa komissarı Nikolas Şmitin səsləndirdiyi fikirləri göstərmək olar. Belə ki, o, bəzi Azərbaycan vətəndaşlarının siyasi əqidəsinə və ya baxışlarına görə cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud özlərini jurnalist və ya insan haqları müdafiəçisi kimi təqdim edən şəxslərlə bağlı cinayət işlərinin siyasi motivli olması iddiası ilə çıxış edib.

Məsələ burasındadır ki, indiyə kimi, Avropa Parlamentinin, demək olar, bütün dinləmələrində belə absurd iddialar səslənib. Hətta rəsmi Bakı əleyhinə qətnamələr də qəbul edilib. Amma proseslərin inkişafı göstərib ki, onların heç bir mənası olmur. Beləliklə, olan Avropa siyasətçilərinin elə özlərinə olur. Onlar, belə demək mümkünsə, “yalançı çoban” obrazına düşürlər.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə oktyabrın 22-də yuxarıda qeyd etdiyimiz iddialara münasibət bildirib. O qeyd edib ki, rəsmi Bakı Nikolas Şmitin Azərbaycan əleyhinə səsləndirdiyi qəbuledilməz, əsassız və tamamilə qərəzli bəyanatı qətiyyətlə rəd edir: “Komissarın Avropa Xarici Fəaliyyət Xidməti (AXFX) tərəfindən hazırlanan bu bəyanatı reallıqdan tamamilə uzaqdır və Azərbaycanın daxili işlərinə növbəti uğursuz müdaxilə cəhdidir. AXFX və Avropa Parlamentinin bu cür zərərli yanaşması çoxdan səmərəsiz olduğunu və heç bir nəticə vermədiyini sübut etməklə yanaşı, yalnız Azərbaycan-Avropa münasibətlərini mürəkkəbləşdirir”.
Avropa Parlamentindən Cənubi Qafqazda sülhə zərbə: əsassız iddialar, məkrli planlar - ŞƏRH

Avropa Parlamentinin siyasi sifarişlə işlədiyi artıq sirr deyil. Birincisi, məntiqli sual yaranır ki, Avropa Parlamenti necə, hansı haqla Azərbaycanla bağlı dinləmələr keçirir? Axı Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Elə isə sözügedən qurum niyə öz işləri ilə məşğul olmur?! Onu da nəzərə almaq lazımdır ki, indiyədək Azərbaycanın təmsil olunduğu hansısa qurum, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Avropadakı durumu müzakirə etməyib. Belə olan halda Avropa niyə Azərbaycanın işlərinə qarışır? Bu, Avropa parlamentinin öz fəaliyyətində siyasi direktivləri əsas götürdüyünü bir daha göstərir.

Maraqlısı və həm də təəssüfləndiricisi budur ki, Avropa təşkilatları bəzən öz üzvlərinə qarşı da qərəzli davranırlar. Məsələn, Macarıstan korrupsiyada ittiham olunur. Hərçənd digər Avropa dövlətlərində, o cümlədən Yunanıstan, Portuqaliya kimi dövlətlərdə korrupsiya hallarına daha çox rast gəlinir. Niyə məhz rəsmi Budapeştin hədəf alınması isə təsadüfi deyil. Çünki Macarıstan Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi üzvüdür. Bu, Avropanı narahat edir. Beləliklə, Avropa dövlətləri və təsisatların türkofob meyilləri bir daha üzə çıxır.
Avropa Parlamentindən Cənubi Qafqazda sülhə zərbə: əsassız iddialar, məkrli planlar - ŞƏRH

Onu da deməliyik ki, noyabrda Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində belə dinləmələrin keçirilməsi və səslənən əsassız iddialar da məqsədlidir. Niyyət rəsmi Bakının artan nüfuzuna kölgə salmaqdır.

Hərçənd, nəzərə almaq lazımdır ki, belə cəhdlər əvvəllər də olub və nəticə verməyib.

Əslində, Avropa İttifaqının (Aİ) Azərbaycandakı durum barədə danışmağa, ümumiyyətlə, haqqı yoxdur. Əgər bu təşkilat və Avropa Parlamenti həqiqətən obyektivdirsə, onda niyə Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə heç bir reaksiya verməyib?! Həmçinin, bəzi Aİ ölkələrində insan haqlarının pozulması, polis zorakılığı kimi məsələlər nə üçün heç vaxt gündəmə gətirilməyib. Məsələn, Avropa Parlamenti kolonialist siyasətindən əl çəkməyən Fransaya niyə heç vaxt “gözün üstündə qaşın var” deməyib?
Avropa Parlamentindən Cənubi Qafqazda sülhə zərbə: əsassız iddialar, məkrli planlar - ŞƏRH

Yeni Kaledoniya və digər dənizaşırı ərazilərdə aksiyaların qanla boğulması kimi hallara tam etinasızlığı fonunda Avropa Parlamentinin Azərbaycandakı durum və Bakı ilə İrəvan arasındakı münasibətlər barədə nəinki danışmağa, bircə kəlmə də deməyə, əlbəttə, mənəvi haqqı çatmır.

Sadalanan məqamlar və görünən mənzərə onu deməyə əsas verir ki, Avropa Parlamenti və ümumilikdə Aİ bölgədə sülh və sabitliyə zərbə vurmaqla məşğuldur. Məqsəd Cənubi Qafqazda yeni gərginlik yaratmaq və beləliklə, regiona nüfuz etməkdir. Lakin Aİ ən mühüm məqamı unudur: belə cəhdlər Azərbaycanla münasibətlərin pozulmasına səbəb olur.(Report)
28-03-2026, 18:00
"Wikipedia" süni intellektlə yazılan məqalələri qadağan edir
28-03-2026, 17:30
Bu türk ölkəsi ilk dəfə öz milli valyutasını çap etdi
28-03-2026, 17:00
Nar ixracından gəlirlər 684 min dollar azalıb
28-03-2026, 16:30
İrandan İsrailə raket hücumu – ölkədə həyəcan siqnalları səslənir
28-03-2026, 16:00
Dağıstan buna görə Rekordlar kitabına düşdü
28-03-2026, 12:00
Çipslər üçün yeni standart qəbul edildi
28-03-2026, 11:30
Pulu çəkən rənglər
28-03-2026, 11:00
Tribunaya Messinin adı verildi
28-03-2026, 10:30
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasından 107 il ötür
28-03-2026, 10:00
Tramp: İranda hərbi əməliyyat əla davam edir
28-03-2026, 09:30
Millimizin paltardəyişmə otağını su basdı
28-03-2026, 09:00
Bakıda evlərin həyətlərini su basıb, 18 nəfər təxliyə edilib - VİDEO
27-03-2026, 18:00
Putin İlham Əliyevə təşəkkür etdi
27-03-2026, 17:30
Qaydaları pozan idmançımıza 4 illik cəza verildi
27-03-2026, 17:00
Sel və subasma ilə bağlı əhaliyə ÇAĞIRIŞ
27-03-2026, 16:30
Yol polisi sürücülərə müraciət etdi
27-03-2026, 16:00
Yağıntılar nə vaxt kəsəcək? - Nazirlik AÇIQLADI
27-03-2026, 12:00
Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?
27-03-2026, 11:30
Tanınmış jurnalist Rəşad Baxşəlıyev vəfat etdi
27-03-2026, 11:00
İran idmançılarına bu ölkələrə səfər etməyi qadağan etdi
27-03-2026, 10:30
Zelenski Səudiyyə Ərəbistanına getdi
27-03-2026, 10:00
4 yaşlı uşağı maşın vurdu - Qonşusu gəzintiyə çıxarıbmış
27-03-2026, 09:30
Trampın imzası dollarının üzərində əks olunacaq
27-03-2026, 09:00
Pensiyaçılar üçün cənnət ölkələr: Siyahıda Azərbaycan da var
26-03-2026, 18:00
Tehrandan Zəngəzur dəhlizi ilə bağlı YENİ AÇIQLAMA
26-03-2026, 17:30
Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş
26-03-2026, 17:00
İran Xarq adasının ətrafına mina hasarı çəkir