BRICS-in yüksəlişi və qlobal sistemə təsirləri - ARAŞDIRMA
Gündəm / Siyasət
Oxunub: 48
25 Ekm 2024 | 14:22
BRICS-in yüksəlişi və qlobal sistemə təsirləri - ARAŞDIRMA


2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılan BRICS hökumətlərarası qurum kimi bu gün qlobal iqtisadiyyatın və siyasətin transformasiyasında mühüm rol oynayır.

Dünya əhalisinin təxminən 45 %-ni və qlobal iqtisadiyyatın 37,4 %-ni əhatə edən bu qurum inkişaf etməkdə olan iqtisadiyyatlara dəstək kimi ön plana çıxır.

2011-ci ildə Cənubi Afrika Respublikasının (CAR), 2024-cü il yanvarın 1-də isə Misir, İran, BƏƏ və Efiopiyanın birliyə üzv olması ilə BRICS-in əhatəsi genişlənib və beynəlxalq təsir gücü daha da artıb.

BRICS ölkələrinin təməl hədəfi daha ədalətli və balanslaşdırılmış qlobal nizam qurulmasıdır. Bu məqsədə çatmaq üçün quruma üzv ölkələr iqtisadi əməkdaşlığın artırılması, ticarət və maliyyə sahələrində yeni tərəfdaşlıqların inkişaf etdirilməsi, daha müstəqil iqtisadi strukturun yaradılması istiqamətində bir çox təşəbbüslər irəli sürürlər.

BRICS ölkələrinin iqtisadi profili və əməkdaşlıq sahələri

Asiyanın iki nəhəngi Çin və Hindistan BRİKS-in ən böyük iqtisadiyyatına malik ölkələrdəndir. Çin yüksək istehsal gücü, qabaqcıl texnologiyası və innovativ sənaye infrastrukturu ilə qlobal ticarətdə mühüm aktordur. Hindistan isə kənd təsərrüfatı, informasiya texnologiyaları və biotexnologiya sahələrində güclü mövqeyə malikdir. Növbəti beş ildə Hindistanın qlobal iqtisadiyyata töhfəsinin 15 %-ə qədər artacağı gözlənilir.
BRICS-in yüksəlişi və qlobal sistemə təsirləri - ARAŞDIRMA

Növbəti pillədə yer alan, enerji sahəsində ciddi rola malik Rusiya təbii sərvətləri ilə BRICS ölkələri arasında xüsusilə seçilir. Enerji sektoru Rusiya iqtisadiyyatının əsas sütunlarındandır və bu sahədəki xarici ticarət ölkənin qlobal iqtisadiyyatda yerini gücləndirir.

Latın Amerikası və Afrikanın təmsilçiləri olan Braziliya və Cənubi Afrika Respublikası öz regionlarında iqtisadi və mədəni sahədə lider mövqeyindədir. Braziliya kənd təsərrüfatı və sənaye sektorunda, CAR isə mineral ehtiyatlara və qiymətli mədən məhsulları ixracı ilə qlobal bazarda xüsusi yer tutur.

BRICS-in vizyonu və yeni üzvlər

Yaxın keçmişdə 40-dan çox ölkə BRICS-ə qatılmaq istəyini bildirib və bunlardan 22-si rəsmi müraciət edib. Afrika, Yaxın Şərq və Asiya ölkələrinin çoxu BRICS-in təklif etdiyi alternativ inkişaf və əməkdaşlıq modelini cəlbedici hesab edir, bu strukturun bir hissəsi olmaq istəyir. Bu istəyi Qərb mərkəzli qlobal sistemin məhdudlaşdırıcı iqtisadi sanksiyalarına reaksiya kimi də qiymətləndirmək olar. Xüsusilə, inkişaf etməkdə olan ölkələri BRICS-in qərəzsiz əməkdaşlıq modeli və qeyd-şərtsiz yardımı cəlb edir.

Hazırda 13 ölkə - Qazaxıstan, Əlcəzair, Belarus, Türkiyə, Boliviya, Kuba, İndoneziya, Malayziya, Nigeriya, Tailand, Uqanda, Özbəkistan və Vyetnam tərəfdaş statusuna malik olub.

Qeyd edək ki, iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamədə Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.
BRICS-in yüksəlişi və qlobal sistemə təsirləri - ARAŞDIRMA

Cənubi Afrika Xarici İşlər Nazirliyinin BRICS-dəki xüsusi nümayəndəsi Anil Sooklal qurumun baxışını “BRICS çoxmədəniyyətli və çoxqütblü dünya nizamı yaratmaq üçün çalışır” bəyanatı ilə ifadə edib. Efiopiya kimi ölkələr BRICS çətiri altında daha güclü iqtisadi və diplomatik əlaqələr qurmaq üçün çalışır.

BRICS iqtisadiyyatında dönüş nöqtəsi: Yeni İnkişaf Bankı və yerli valyutalar

BRICS-in əhəmiyyətli institutlarından biri olan Yeni İnkişaf Bankı (NDB) üzv ölkələrinin infrastruktur layihələrini maliyyələşdirməklə və inkişaf etməkdə olan ölkələrə kreditlər verməklə qlobal iqtisadiyyatın inkişafına töhfə verir. NDB 2014-cü ildə hər BRICS ölkəsi tərəfindən 10 milyard ABŞ dolları sərmayə qoyaraq (cəmi 50 milyard ABŞ dolları) yaradılmış bankdır. Hazırda NDB 16 milyard ABŞ dolları dəyərində istiqraz buraxıb ki, bunun da təqribən 35 %-i Çin valyutası olan yuanladır. Bankın verdiyi kreditlərin də məbləği diqqət çəkir. Belə ki, NDB bu günə qədər 35 milyard ABŞ dolları dəyərində kredit portfeli yaradıb. Bankın dəstək olduğu layihələrə bərpa olunan enerji elektrik stansiyaları, nəqliyyat infrastrukturu və səhiyyə xidmətləri kimi əsas inkişaf sahələri daxildir.
BRICS-in yüksəlişi və qlobal sistemə təsirləri - ARAŞDIRMA

BRICS ölkələri maliyyə müstəqilliyini artırmaq və bununla da dolların dominantlığından uzaqlaşmaq məqsədilə öz ödəniş sistemi olan “BRICS Pay”ı inkişaf etdirir. Rubl SWIFT sistemindən çıxarıldıqdan sonra yerli valyutada maliyyələşmənin təmin edilməsi istiqamətində səylər güclənib. BRICS çərçivəsində bu nisbət 22 %-ə çatıb və 2026-cı ilə qədər 30 %-ə çatdırılması planlaşdırılır.

BRICS tərəfindən qlobal ödəniş sistemlərinə qarşı hazırlanmış layihələr dollar mərkəzli qlobal maliyyə sistemindən asılılığı azaltmaq məqsədi daşıyır. Rusiya Prezidenti BRICS-in öz maliyyə infrastrukturunu yaratmağı nəzərdən keçirdiyini bəyan edib və SWIFT-ə bənzər yeni sistemin yaradılmasını dəstəklədiyini açıqlayıb.

Türkiyə və Azərbaycanın BRICS ilə əməkdaşlıq imkanları

Türkiyə və Azərbaycan BRICS ölkələri ilə əməkdaşlığı dərinləşdirmək istiqamətində addımlayır. Türkiyənin BRICS ilə kənd təsərrüfatı, enerji və sənaye sahələrində əməkdaşlıq imkanları var. Azərbaycan da BRICS ölkələri ilə enerji sektorunda birgə layihələr həyata keçirməklə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində mühüm addım ata bilər. BRICS ölkələrinə neft, qaz və kənd təsərrüfatı məhsulları, gələcəkdə isə alternativ enerji ixracı Azərbaycanın yeni bazarlara çıxışına imkan yarada bilər.

Azərbaycan, həmçinin BRICS ölkələri ilə texnologiya transferi, enerji infrastrukturunun modernləşdirilməsi və kənd təsərrüfatı məhsuldarlığının artırılması sahəsində əməkdaşlığı inkişaf etdirməklə qlobal iqtisadiyyatda daha güclü mövqe qazana bilər. Çinin mövcud “Bir kəmər, bir yol” layihəsi regional əlaqələr baxımından Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir ki, bu təşəbbüsdə daha yaxından iştirak üçün də BRICS mühüm rol oynamaq imkanına sahibdir. Həmçinin “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin də BRICS çərçivəsində inkişaf etdirilməsi Azərbaycanın tranzit potensialına əhəmiyyətli töhfə verə bilər.
BRICS-in yüksəlişi və qlobal sistemə təsirləri - ARAŞDIRMA

BRICS-in qlobal təsiri və gələcək perspektivlər

BRICS iqtisadi və siyasi müstəqilliyin tərəfdarı olan ölkələrin əməkdaşlıq mərkəzinə çevrilib. ABŞ-nin dollar əsaslı sanksiyalarına qarşı müstəqil ticarət və maliyyə strukturu təklif edən BRICS inkişaf etməkdə olan ölkələrin iqtisadi gözləntilərini qarşılaya biləcək model təqdim edir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, qarşıdakı illərdə qlobal iqtisadi artımın böyük hissəsi BRICS ölkələri tərəfindən təmin ediləcək. Təkcə Çinin 21,7 % töhfə verəcəyi təxmin edilir ki, bu da bütün G7 ölkələrinin birgə payından çoxdur. Sonrakı yerdə isə Hindistan qərarlaşır və analitiklər 2029-cu ilə qədər ölkənin dünya iqtisadiyyatındakı payının təxminən 15 % artacağını gözləyirlər. Rusiyanın payı 2,1 %, Braziliyanın payı isə 2 % olacaq.

BRICS-in inkişaf prosesi təkcə ticarət və maliyyə müstəqilliyi baxımından deyil, həm də çoxqütblü və multikultural dünya nizamının yaradılması istiqamətində mühüm addımdır. Bu, inkişaf etməkdə olan ölkələrə daha çox iqtisadi çeviklik verəcək və böyük maliyyə institutlarından asılılığı azaldacaq.(Report)
Bugün, 16:51
Müəllimlərin sertifikasiyası qaydalarına dəyişiklik
Bugün, 16:16
Sabah Xocalıya növbəti köç olacaq - 119 nəfər doğma yurduna qayıdır
Bugün, 15:32
Pezeşkiandan “günah keçisi” düzəltmək cəhdi - istefa onun qurtuluşu olar - ŞƏRH
Bugün, 14:47
Azərbaycanda sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunu yoxlanılması üçün qaydalar təsdiq edilib
Bugün, 14:20
Özbəkistan Prezidenti İlham Əliyevə başsağlığı verib
Bugün, 13:44
Sabah yağış yağacaq - PROQNOZ
Bugün, 12:27
Türkiyənin Azərbaycandakı səfirliyində bayraqlar endirildi
Bugün, 11:27
Qazaxıstan Baş naziri ölkədə aviasiya təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı göstəriş verib
Bugün, 10:57
Qazaxıstan FHN: Aktau yaxınlığındakı təyyarə qəzasında həlak olan 7 nəfərin şəxsiyyəti müəyyənləşdirilib
Bugün, 10:22
Müsəlman Ağsaqqalları Şurası təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib
Bugün, 09:52
Rusiya FHN: Təyyarə qəzası zamanı xəsarət almış doqquz rusiyalı təxliyə edilib
Bugün, 09:10
Qazaxıstan Azərbaycan və Braziliya ilə birlikdə təyyarə qəzasını araşdıracaq
Bugün, 08:54
Bu gün Azərbaycanda matəmdir
Dün, 16:51
Matəm günü təhsil müəssisələrində tədris ənənəvi qaydada davam edəcək - RƏSMİ
Dün, 16:33
Prezident İlham Əliyev: Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var
Dün, 15:51
Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
Dün, 15:29
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirib
Dün, 15:17
İran Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı verib
Dün, 14:59
Paşinyan qəza ilə bağlı başsağlığı verdi
Dün, 14:43
Prezident İlham Əliyevin olduğu təyyarə Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib
Dün, 14:29
Ərdoğan Azərbaycana başsağlığı verib
Dün, 14:17
Təyyarə qəzasında sağ qalanlardan 14-ü Azərbaycan vətəndaşıdır
Dün, 14:05
Prezident başsağlığı verdi
Dün, 12:53
İlham Əliyevin tapşırığı ilə dövlət rəsmiləri Aktaudakı təyyarə qəzasını araşdırmağa gedib
Dün, 12:30
Mehriban Əliyeva Aktau yaxınlığında təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verib
Dün, 11:43
AZAL-ın Bakı-Qroznı sərnişin təyyarəsi qəzaya uğrayıb -YENİLƏNİB
Dün, 11:15
Prezident təsdiqlədi: Sosial yardım nə qədər artacaq?