Qərbi azərbaycanların bir-birindən fərqi, oxşarlıqları – onlar bir-birinin davamı da ola bilər - ŞƏRH
Gündəm / Siyasət
Oxunub: 98
26 Kas 2024 | 14:32
Qərbi azərbaycanların bir-birindən fərqi, oxşarlıqları – onlar bir-birinin davamı da ola bilər - ŞƏRH


İndiki Ermənistan ərazisindəki Qərbi Azərbaycan bir reallıqdır və bu gerçəklik gün kimi aydındır.

Ermənistanın baş naziri Nikol Paşinyan hələ ki Qərbi Azərbaycanın adını çəkir. Onu çox savadsızcasına uydurma Qərbi Ermənistanla müqayisə edirlər. Ermənistan, işğalçı və təcavüzkar ruhlu konstitusiya aktında Türkiyənin bu ərazisinə iddia etdiyini də gizlətməyib.

Rəsmi İrəvanın Qərbi Azərbaycan barədə çaldığı havaya Yelisey sarayının nümayəndələri də ayaq verir.

Fransanın Ermənistandakı səfiri Olivye Dekottini sosial şəbəkə səhifəsində yazıb ki, yeganə Qərbi Azərbaycan İranda yerləşir: “Bu tək və təkrarolunmazdır”.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan isə “Azərbaycan İrəvanı” ifadəsinə etiraz edərək iddia edib ki, bu, ölkəsinə qarşı ərazi iddiasıdır.

Qərbi Azərbaycan, Azərbaycan İrəvanı kimi ifadələr təsadüfi və əsassız deyil. Bu nə səfir Olivye Dekottini, nə də Ani Badalyanın savadı ilə dəyərləndiriləcək məsələdir.
Qərbi azərbaycanların bir-birindən fərqi, oxşarlıqları – onlar bir-birinin davamı da ola bilər - ŞƏRH

Ona görə Qərbi Azərbaycan əyaləti ilə Qərbi Azərbaycan bölgəsi məsələlərinə qısa aydınlıq gətirmək istərdik.

İndiki Ermənistan ərazisində azərbaycanlıların, yəni türklərin zorla, silah gücünə deportasiya olunduğu tarixi dədə-baba yurdlarına Qərbi Azərbaycan deyirlər.

Azərbaycanlıların ərazisində Ermənistan yarandığı gündən Qərbi Azərbaycan var. Onların torpaqları ermənilər tərəfindən havadarlarının dəstəyi ilə zəbt edilib. Dünyanın müxtəlif bölgələrindən bu yerlərə erməniləri köçürdərək onlara “yerli statusu”, yaxud repatriat statusu veriblər. Halbuki dünyadakı ermənilər üçün Ermənistan ərazisi vətən deyil. Müxtəlif şərtlər daxilində bu ərazilərdə qurulan təşkilata Ermənistan Respublikası deyilir.

Qərbi Azərbaycana ilk ermənilər 1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahanşahın qərarı ilə Kilikiya ərazisindən (indiki Türkiyə) indiki Üçkilsəyə köçürülüb. Qərbi Azərbaycan torpaqları Əfşarlar imperiyasının yaranmasına kimi əsasən Çuxursəəd bölgəsi olaraq adlanıb. Buranın öz inzibati hakimləri olub. 1747-ci ildə Mirmehdi xan İrəvan xanlığını qurub.

Qərbi Azərbaycandan türklər ötən əsrdə üç dəfə köçməyə məcbur ediliblər:

-1905-1920-ci illər;

-1948-1950-ci illər;

-1988-1992-ci illər.

Bu üç məcburi köç nəticəsində azərbaycanlıların torpaqları boşaldılıb. Yer, coğrafi və başqa adlar erməniləşdirilib, türklərə, azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb. Azərbaycanlılar tarixi və dədə-baba yurd yerlərini unutmayıb, nəsildən-nəslə ötürüblər. Məcburi köçkünlüyün üçüncü mərhələsinin şahidləri sağdır. Bu barədə çoxlu sayda materiallar var.
Qərbi azərbaycanların bir-birindən fərqi, oxşarlıqları – onlar bir-birinin davamı da ola bilər - ŞƏRH

Qeyd edək ki, 1918-ci ilin mart qırğınları zamanı ermənilər Zəngəzurda on mindən çox azərbaycanlını qətlə yetiriblər. 1918-1920-ci illərdə indiki Ermənistan Respublikasında yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülmüş, yaxud doğma torpağından didərgin düşmüşdü. Bu barədə Z. Korkodyan "Sovet Ermənistanının əhalisi 1831–1931" kitabında yazıb.

Bu kimi tarixi faktlar indiki Ermənistandakı türk torpaqlarının Qərbi Azərbaycan adlanması zərurətini meydana çıxarıb. Bu ərazi Azərbaycan Respublikasından qərbdə yerləşdiyi üçün belə adlanır. Bir də Zəngəzur, İrəvan, Basarkeçər, Göyçə, Amasiya və başqa türk yaşayış yerlərinin ümumiləşdirilmiş adı Qərbi Azərbaycandır. İndiki Ermənistandan, öz evlərindən köçməyə məcbur edilən azərbaycanlılar, türklər vətənə, öz evlərinə qayıtdıqdan, repatriant kimi hüquqları bərpa olunduqdan sonra bu ifadə işlədilməyə bilər.

Qərbi Azərbaycan azərbaycanlıların pozulmuş, tapdanan hüquqlarının bərpası üçün elan olunub. Bu, indiki Ermənistandan qovulmuş azərbaycanlıların sıx yaşayacağı ərazidir.

Onu İranın, Güney Azərbaycanın mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycanla qarşı-qarşıya qoymaq, “Qərbi Ermənistan”la müqayisə etmək istəyənlərin qərəzi gizlədilə bilinməyəcək dərəcədə çoxdur.

300 minə yaxın (üçüncü mərhələdə qovulanların sayı) azərbaycanlının vətəndaşlıq, mülkiyyət və insan hüquqları 35 ildən artıqdır pozulur. Beynəlxalq ictimaiyyət bu məsələyə diqqət yetirmək, bu problemin həllinə yardım etməklə Azərbaycan-Ermənistan normallaşma prosesinə, sülh sazişinin imzalanmasına daha böyük yardım edər. Bu, həm də Cənubi Qafqazda davamlı sülh və sabitliyə təkan verər.

Qərbi Azərbaycan əyaləti - ərazisi 37 437 kv. km, 2006-cı ildə aparılmış siyahıya almaya əsasən əhalisinin sayı 2 milyon 873 459 nəfərdir. Əhalisi əsasən Azərbaycan türklərindən ibarətdir. Bu əyalət beynəlxalq ictimaiyyətin diqqət etmədiyi Urmiya gölü ilə də məşhurdur.
Qərbi azərbaycanların bir-birindən fərqi, oxşarlıqları – onlar bir-birinin davamı da ola bilər - ŞƏRH

Qərbi Azərbaycan əyaləti rəsmi statusa malik Güney Azərbaycan, indiki İran ostanıdır.

Hazırda bu əyalətə iddia edən başqa gəlmə etnik qruplar da var. Onların iddialarına görə, bu əyalət, o cümlədən Urmiya türklərə aid deyil. Qərbi Azərbaycan əyaləti Türkiyə ilə sərhəddə yerləşir. Tehran hakimiyyəti həmin bölgəyə başqa etnik qrupların nümayəndələrini yerləşdirərək Azərbaycanla Türkiyənin arasını kəsməyi hədəfləyirlər.

Qərbi Azərbaycan əyaləti ilə Qərbi Azərbaycan bölgəsi arasında oxşarlıqlar:

- hər ikisi Azərbaycan türklərinin bölgəsidir;

- hər iki ərazinin türklərə aid olmadığı istiqamətində saxtakarlıqlar davam edir;

- hər iki türk torpağında tarixi abidələr özgələşdirilir;

- hər iki azərbaycanlı yurdunda yer, coğrafi və başqa adları yabanılaşdırılır və s.

Onlar arasında başlıca fərq Urmiya mərkəzli Azərbaycan əyalətində türklər yaşaması, onun varlığı uğrunda mübarizə aparmasıdır. İrəvan, Zəngəzur da daxil olmaqla Qərbi Azərbaycanda isə türklər yaşamır. Urmiya mərkəzli Azərbaycan bölgəsinin yurdlarında işıqlar yanır, ana dili, milli mədəniyyət hüquqları tapdanır. Torpaqları türklərdən təmizləmək üçün min bir hiylə, oyun qurulur.

Bununla da Qərbi Azərbaycan əyalətini Qərbi Azərbaycan bölgəsinin vəziyyətinə salmağa çalışırlar.

Fərqli və oxşar cəhdlərə baxmayaraq bu torpaqlar vətən Azərbaycanın bir parçasıdır. Qərbi Azərbaycan əyaləti və Qərbi Azərbaycan bölgəsi bir-birinin davamı da ola bilər...(Report)
Bugün, 12:00
Süni intellekt ABŞ-də əmək bazarının bir hissəsini əvəz edə bilər – Araşdırma
Bugün, 11:30
Gəncədə 41 yaşlı kişi bıçaqlandı
Bugün, 11:00
Külli miqdarda pulun xərcləndiyi yollar niyə sıradan çıxır?-VİDEO
Bugün, 10:30
Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi
Bugün, 10:00
Ağdaşda 28 yaşlı qadın itkin düşüb
Bugün, 09:30
Dövlət ipotekası iki dəfə azaldı
Bugün, 09:00
Bakıda binalar niyə mavi rənglə işıqlandırıldı-SƏBƏB
Dün, 19:00
3 yaşdan təhsil ideyası müzakirə YARATDI - "Uşağa qarşı haqsızlıqdır"
Dün, 18:30
Abşeron rayonu Hökməli qəsəbəsində yağış sularının törətdiyi fəsadlar uğurla aradan qaldırılır – FOTOLAR
Dün, 18:00
Biləcəridə gənc oğlan ata-anasını BIÇAQLADI
Dün, 17:30
Bakıda qanunsuz aparıldığı deyilən tikinti ilə bağlı açıqlama
Dün, 17:00
Baba nəvəsinə xəsarət yetirdi - Gəlini polisə şikayət etdi
Dün, 16:30
Hava şəraiti fermerləri çətin vəziyyətə salıb: Məhsul itkisi artır - VİDEO
Dün, 16:00
Bakıdan Moskva görüşünə reaksiya - Paşinyan Rusiyanın təzyiqinə meydan oxudu
Dün, 12:00
50 yaşdan yuxarı şəxslərin DİQQƏTİNƏ
Dün, 11:30
Azərbaycan öz manatını özü ÇAP edəcək? – Bu il üçün TƏZƏ pullar...
Dün, 11:00
Dubay hava limanında PARTLAYIŞ: PUA ilə vuruldu
Dün, 10:30
Xamenei: "Ölkənin siyasəti dəyişməzdir"
Dün, 10:00
Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi
Dün, 09:30
Sarkisyanən partiyası seçkidə iştirak etməyəcək
Dün, 09:00
Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
1-04-2026, 18:00
Qiymətləri aşağı olan tələbələr orduya çağırılacaq
1-04-2026, 17:30
Masazırda yol çökdü - FOTO
1-04-2026, 17:00
Masallıda ev yandı - Baba və nəvə öldü
1-04-2026, 16:30
Azərbaycanda Qərb Sənaye Parkı yaradılacaq
1-04-2026, 16:00
“Azərbaycan alüminiumu” ASC ləğv edilir
1-04-2026, 12:00
Azərbaycandan keçməklə Ermənistana 5 vaqon taxıl göndərilir