Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir - ŞƏRH
Gündəm / Siyasət
Oxunub: 19
29 Kas 2024 | 15:12
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir - ŞƏRH


Qərb Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərində iqtidar partiyasının qələbəsini həzm edə bilmir. İnqilab, qarşıdurma çağırışları paytaxt Tbilisini bürüyüb, hüquq-mühafizə orqanları əməkdaşlarına xəsarət yetirilir, ölkə faktiki xaosa sürüklənir.

Qərb mediası və siyasi dairələrində Gürcüstanın yeni inqilabın astanasında olduğu qabardılır. Son aylar ABŞ və Avropa İttifaqı (Aİ) davamlı olaraq Gürcüstana təzyiq edir. Bu təzyiqlərin nəticəsi olaraq ona edilən yardımlar dayandırıldı. Eləcə də, Gürcüstan hakimiyyətinin nümayəndələrinin üzünə Qərbin bütün qapıları bağlandı. Amma bütün təzyiqlərə rəğmən, rəsmi Tbilisi iradə göstərdi və Qərbin təzyiqlərinə boyun əymək istəmədi.

Parlament seçkilərində hakim “Gürcü Arzusu”nun qələbəsi ilə razılaşmayan Qərb ölkədə vəziyyəti gərginləşdirmək üçün əlindən gələni edir.

Rəsmi Tbilisi ölkənin Aİ-yə üzvlük prosesini dayandırmaq barədə qərar qəbul edib. Baş nazir İrakli Kobaxidze bildirib ki, 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirməməyə qərar veriblər. O qeyd edib ki, Avropa İttifaqına üzvlük müzakirələrinin başlanması ölkəni təhdid etmək üçün alət kimi istifadə olunur, necə ki, əvvəllər eyni şey namizədlik statusu məsələsində baş vermişdi.

Bu məsələyə Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinskinin reaksiyası maraqlı olub. Onun sözlərinə görə, Aİ Gürcüstana üzvlük üçün namizəd statusu vermişdi və baş verənlər açıq şəkildə Gürcüstanın əvvəlki hökumətinin siyasətinə ziddir, eyni zamanda Gürcüstan xalqının əksər hissəsinin iradəsi ilə ziddiyyət təşkil edir.

Gürcüstan müstəqil, suveren dövlət olması və özünün qərar vermək hüququ isə diplomatı heç maraqlandırmayıb.

 
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir - ŞƏRH

İrakli Kobaxidze

Gürcüstanda baş verənlər, təşkil olunan aksiyaların bir hədəfi var – ölkəni növbəti “rəngli inqilab”a sürükləmək.

Birləşmiş Ştatlar başda olmaqla, Qərb ölkələri hər vəchlə ölkələrin suverenliyini təhdid edir. “Zəif bənd” kimi də yenə Gürcüstan seçilib. Bundan əvvəl belə ssenarini Serbiyada həyata keçirməyə çalışıblar. Cəhd uğursuz oldu və diqqət yenə də Tbilisiyə yönəldi.

Bölgədə növbəti inqilab ssenarisinin işə salındığını bu günlərdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də səsləndirib. O, MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərlərinin 20-ci Müşavirəsində çıxışı zamanı bildirib ki, Gürcüstan hazırda xarici qüvvələr vasitəsilə “rəngli inqilab” cəhdi ilə üzləşib: “Yəni dövlət çevrilişinə cəhd edirlər. Ümid edək ki, bu, uğursuz olacaq. Necə ki, Qərbin Belarus və Qazaxıstana zərbə vurmaq cəhdləri əvvəllər uğursuz olub”.

Törədilən iğtişaşların arxasında kollektiv Qərbin dayandığını Rusiya XİN-in rəsmisi Mariya Zaxarova da bəyan edib. O bildirib ki, hər vəchlə “Maydan çevrilişləri” üsullarından istifadə edərək vəziyyəti sarsıtmaq cəhdləri göz önündədir. M.Zaxarovanın qənaətincə, bu vəziyyətə yeganə mümkün cavab konstitusiyaya ciddi riayət etmək, milli maraqlara səs verən Serbiya xalqının seçiminə hörmət etməkdir.
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir - ŞƏRH

 
Mariya Zaxarova

Görünən odur ki, yenə də Qərb və onun strukturları üçün xalqın seçimi heç bir rol oynamır. İnsanlar spontan formada küçələrə çıxarılır, hökumət binalarına, əhalinin sıx toplaşdığı yerlərdə aksiyalara başlanılır. Budəfəki aksiyanı “rəngli inqilablar”ın davamı adlandırmaq üçün bütün əsaslar var.

“Gürcü planı”nda maraqlı olan odur ki, Gürcüstanda seçkilərin nəticələri elan olunduqdan xeyli sonra aksiyalar başladı.

Yeri gəlmişkən, “rəngli inqilab” ssenarisini həyata keçirəcək şəxs də müəyyən edilib - ikili vətəndaşlığı olan prezident Salome Zurabişvili. Etiraz aksiyalarında şəxsən iştirak edən xanım prezident kütləvi itaətsizliyə çağırışlar edir, hakimiyyəti devirməyi zəruri sayır.

Bəs niyə məhz Gürcüstan seçilir? Səbəblərdən ən birincisi və mühüm olanı odur ki, Tbilisi hakimiyyəti balanslı xarici siyasət yürüdür, Rusiya ilə yanaşı, digər ölkələrlə də sıx əməkdaşlıq edir. Rusiyanı sanksiyalarla çökdürməkdə israrlı olan Qərbə isə belə bir mövqe sərf etmir, bu səbəbdən də inqilaba cəhd göstərir.

Digər bir fakt - Serbiyada, Gürcüstanda seçki prosesini izləyən müşahidəçilər əvvəl proseslə bağlı ciddi qanun pozuntularının olmadığını bildiriblər. Lakin sonradan fikirləri dəyişib.

 
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir - ŞƏRH


İğtişaşları törətməkdə məqsəd Gürcüstanı zəiflətmək, onu Rusiyaya qarşı sanksiyalara qoşulmağa təhrik etməkdir. Bəllidir ki, öz siyasətini yeritmək üçün Qərb, ABŞ və onun himayəsində olan USAİD təşkilatı dəfələrlə oxşar ssenarilərdən istifadə ediblər – özlərinə uyğun hökumət formalaşdırmaqla dövləti təzyiq altında saxlamaq istəyirlər.

Baş verənlərə Gürcüstan hakimiyyətinin münasibətinə gəldikdə, bu, başadüşüləndir. Görünən odur ki, “rəngli inqilab”ın ölkəni hansı duruma gətirib çıxardığını hər kəs dərk edir. “Qızılgül inqilabı”ndan keçən 20 ildən artıq müddətdə ölkədə nə işğal altında olan torpaqlar azad olunub, nə sosial vəziyyət yaxşılaşıb. Əksinə, 2008-ci ilin avqustunda Rusiya ilə yaşanan dördgünlük müharibədən sonra vəziyyət daha da pisləşib.

İlk dəfə "rəngli inqilab"lar baş tutmuş ölkələrdə, o cümlədən də Gürcüstanda xalq demokratik cəmiyyətin varlığına inamlı idi və bunun arzusunda idilər. Təbii ki, bu yolla çox irəliləyişlər əldə olunsa da, nəticə etibarilə ümumilikdə ciddi nailiyyətlər qazanılmadı. Gürcüstan torpaq itirdi. Bundan sonra xalq demokratiya istəyindən böyük ölçüdə geri durdu. Amma bu, o demək deyil ki, indinin özündə demokratik təsisatlardan imtina edilir. Fərq ondadır ki, indi ağılla hərəkət edilir, emosiyalara yol verilmir.

Hadisələrin gedişi onu deməyə əsas verir ki, Gürcüstan məcburən inqilaba, qarşıdurmaya sürüklənir. Bu ssenarini reallaşdırmağa çalışanlar anlamaq istəmirlər ki, Gürcüstanda seçkinin nəticələrini qəbul etməkdən başqa çarə yoxdur. Yəni, "rəngli inqilablar" dövrü artıq bitib.(Report)
Dün, 18:23
Leyla Əliyeva Nayrobi tam orta məktəbində və tibb mərkəzində olub
Dün, 16:16
Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib
Dün, 15:26
MSK bələdiyyə seçkilərində daha 10 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb
Dün, 14:41
İranın Suriya səfirliyinin əməkdaşı öldürülüb
Dün, 13:58
Makronun doğum günündə qalmaqal: Fransa prezidenti irqçilik və homofobiyada ittiham olunur
Dün, 12:33
Direktorların işə qəbulu üzrə imtahan keçirilir
Dün, 11:41
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Dün, 10:43
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
Dün, 10:05
Bu ilin 11 ayı ərzində 505 yol qəzası olub, 344 nəfər ölüb
Dün, 09:29
Premyer Liqa: Bu gün daha iki oyun baş tutacaq
20-12-2024, 19:42
Ərdoğan: Beynəlxalq təhlükəsizlik nizamında ciddi hadisələr baş verir
20-12-2024, 18:33
Baş nazir maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtlərini təsdiqləyib
20-12-2024, 17:04
Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentini təbrik edib
20-12-2024, 16:33
Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb
20-12-2024, 15:27
Azərbaycanın D-8-ə üzvlüyü: yeni dünyanın qurulmasına qatılmaq üçün etimad - ŞƏRH
20-12-2024, 14:13
Antonio Koşta: Aİ Ukraynaya yardım göstərməyə davam edəcək
20-12-2024, 13:38
Milli Məclisin növbəti plenar iclası dekabrın 27-də keçiriləcək
20-12-2024, 13:03
Bakıda Yeni ilə hazırlıq görülür
20-12-2024, 11:24
Qumar, narkotik maddələrin məktəblərdə ticarəti - Çirkab içində olan Ermənistan - ŞƏRH
20-12-2024, 10:34
Azərbaycanda abituriyent imtahan qaydalarını pozduğuna görə HƏBS EDİLİB
20-12-2024, 09:53
İcma Ermənistandan azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edib
20-12-2024, 09:21
Xalq rəssamı Tofiq Ağababayev vəfat etdi
20-12-2024, 08:56
Bakının bir sıra yollarında tıxac yaranıb
19-12-2024, 18:55
Azərbaycan Fələstinə 2 milyon dollar yardım ayırıb
19-12-2024, 18:37
Azərbaycanda yeni Mərkəz yaradıldı
19-12-2024, 17:25
Goranboyda avtomobil aşıb, ölən var
19-12-2024, 16:34
Tovuzda məktəbdə baş verən hadisə nazirliyin nəzarətindədir - RƏSMİ