Gürcüstanda “diplomat qiyamı” - Qərb eyni ssenarini Azərbaycan üçün də hazırlamışdı

Gürcüstan Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dondurub.
Baş nazir İrakli Kobaxidzenin bu qərarı elan etməsindən sonra Tbilisidə vəziyyət gərginləşib.
Qərb siyasi mərkəzlərinin təsir dairəsində olan müxalifət qüvvələri küçələrə axışıb. Parlament binasının önündə toplaşan etirazçılarla polis arasında insident yaşanıb. Polisin asayişi təmin etmək cəhdlərinə müqavimət göstərən aksiya iştirakçıları lazer işıqlarından istifadə ediblər. Qarşıdurma zamanı Daxili İşlər Nazirliyinin əməkdaşları sırasında xəsarət alanlar, xəstəxanaya yerləşdirilənlər olub.
Gürcüstan prezidenti, səlahiyyət müddəti başa çatmaq üzrə olan Salome Zurabişvilinin aksiya iştirakçılarına dəstək verməsi vəziyyəti gərginləşdirib. O, tərəfdarlarını təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya təhrik edən bəyanatlar səsləndirib. Zurabişvilinin bənzər hərəkətləri son 2 il ərzində dəfələrlə təkrarlandığı üçün gözlənilməz olmayıb. Bu baxımdan “prezident-müxalifət tandemi”nin təxribatlarını zərərsizləşdirmək təhlükəsizlik qüvvələri üçün çətinlik yaratmayıb.
Amma gərginliyi artıran başqa bir amil daha var - Qərb mərkəzləri aksiya iştirakçılarını ruhlandırmaq üçün “son silaha” əl atıblar. Avropa dövlətlərinin xüsusi xidmət orqanları tərəfindən ələ alınmış bir qrup gürcü diplomat aksiya iştirakçılarını dəstəkləyiblər. Gürcüstan Xarici İşlər Nazirliyinin müxtəlif ölkələrdəki səfirliklərində çalışan 92 əməkdaşı birgə bəyanat imzalayaraq, öz dövlətlərinin qərarına qarşı çıxıblar. Onlar rəsmi Tbilisidən Avropa və avroatlantik strukturlara qoşulmaq yönündə danışıqları davam etdirməsini tələb ediblər.
Qeyd edək ki, ABŞ və Avropa İttifaqı ayrı-ayrı dövlətlərdə öz maraqlarını təmin etmək üçün təzyiq vasitəsi rolunda adətən yerli müxalifət partiyalarından, ələ alınmış QHT və KİV-lərdən istifadə ediblər. “Qrant”, “texniki dəstək” və “siyasi himayədarlıq”la nəzarətdə saxlanılan yerli “QHT” və “KİV”lər, siyasi partiyalar zəruri anda hərəkətə gətirilərək öz ölkələrində Qərb siyasi maraqlarının müdafiəsinə qalxıblar. Bu model ABŞ və Qərbin hədəfində olan bütün regionlarda, o cümlədən, Cənubi Qafqazda-Gürcüstan və Azərbaycanda da dəfələrlə tətbiq edilib. İndi isə vəziyyət bir qədər fərqlidir. ABŞ və Avropa İttifaqı Gürcüstanda yenilənmiş təxribat mexanizmini sınaqdan çıxarırlar. Təşkil etdikləri etiraz aksiyalarına həm də ələ alınmış rəsmi şəxsləri, o cümlədən, diplomatları qatırlar. Faktiki olaraq, dövlət çevrilişinə təşəbbüs göstərirlər. Qərbpərəst qüvvələr Gürcüstanda tam bir çevriliş planını isra edirlər.
Əslində bu ssenarinin Gürcüstandan öncə Azərbaycanda tətbiq edilməsinə cəhd göstərilib. “Diplomat qiyamı”na əsaslanan proqramın ilk epizodları 2015-ci ildə təzahür edib. Hadisənin izlənilməsi nəticəsində müəyyən edilib ki, Qərb insitutları Azərbaycanda “radikal müxalifət”, “QHT” və “KİV”lərdən başqa həm də “ələ alınmış diplomatlar” üzərində işləyiblər. Qərbin maraqlarına uyğun təxribatlar törətməyə hazırlaşan “kölgə qruplar” formalaşdırıblar.
Bu barədə Azərbaycan KİV-lərində çoxsaylı məqalələr dərc edilib. “Yenilənmiş Qərb şəbəkəsinin üzvləri və təxribat planının detalları” başlığı ilə yayımlanmış məqalədə “kölgə qruplar”ın formalaşdırılma mexanizmləri və fəaliyyət metodları barədə detallı bilgilər yer alıb (https://musavat.com/news/yenilenmis-qerb-sebekesi-nin-uzvleri-ve-texribat-planinin-detallari-belli-oldu-sensasion-faktlar_1093817.html).
Məqalədə qeyd edilib ki, Qərb mərkəzləri COP29 və Milli Məclis seçkiləri ərəfəsində təxribat ssenarilərini icra etməyə hazırlaşıblar. Bunun üçün ənənəvi müxalifət, QHT və KİV şəbəkəsindən başqa, həm də yeni elementlərdən faydalanıblar. Bu sırada həm də “ələ alınmış diplomatlar”a istinad ediblər. “Həbs edilən diplomat işi” başlıqlı məqalədə isə “diplomat oyunu”nun detalları təsvir olunub (https://qafqazinfo.az/news/detail/qerb-azerbaycan-uzre-texribat-sebekelerini-gurcustandan-balkanlara-kocurur-444479).
Qeyd edilib ki, Qərb xüsusi xidmət orqanları tərəfindən müxtəlif vasitələrlə ələ alınmış keçmiş diplomatlardan ibarət xüsusi qrup formalaşdırılıb. Bu yöndə şübhələr Qərb ölkələrində PKK və FETO ilə əməkdaşlıq etdiyi təsdiqlənən keçmiş azərbaycanlı diplomat Emin İbrahimovun həbsindən sonra öz təsdiqini tapıb. O, xırda xuliqanlıq əməlinə görə həbs edilsə də, istintaqın gedişində yeni detallar üzə çıxmışdı. Bütöv bir şəbəkənin qanunsuz əməlləri ifşa edilmişdi.
“Diplomatın cinayət işi” araşdırılarkən, onun çevrəsi, şübhəli əlaqələrinə dair faktlar ələ keçmişdi. Müəyyən olunmuşdu ki, “sabiq diplomatların” öz aralarında yazışdıqları xüsusi bir internet səhifə və məxvi mesajlaşma platforması mövcuddur. Bu platformalarda dövlət əleyhinə planların müzakirəsi aparılır. Kənar girişlərin məhdudlaşdırıldığı, modern texnologiyaların tətbiqi ilə mühafizəsi təmin olunan həmin platformalar Qərb xüsusi xidmətləri tərəfindən idarə edilir.
Emin İbrahimovun XİN-də müxtəlif əlaqələrinin müəyyənləşdirilməsi kontekstində aparılan təhqiqat zamanı qrupun digər üzvləri barədə də məlumatlar əldə edilib. Bu günlərdə Azərbaycan KİV-lərində “Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?” başlıqlı yazı dərc edilib (https://qafqazinfo.az/news/detail/caqqal-leqebli-sexs-kimdir-454291). Qeyd olunub ki, COP29 ərəfəsində müxtəlif Qərb dairələri sabiq diplomatlardan istifadə edərək, Azərbaycana qarşı təxribatlar hazırlayıblar. Kod adı “Cavanşir” olan, diplomatiya sistemindən uzaqlaşdırılmış “Çaqqal” ləqəbli Ramiz Vəliyev də bu kontekstdə ciddi şübhə obyektinə çevrilib. O, diplomatiya sistemində çalışarkən xaricə, o cümlədən “söyüş müxalifəti”nə məlumat ötürən şəxslərdən biri kimi fəaliyyət göstərib.
Beləliklə, indi Gürcüstanda çox qabarıq şəkildə təzahür edən “diplomat qiyamı” ABŞ və Avropa İttifaqının hədəf ölkələr üzrə hazırladıqları yeni təxribat ssenarilərindən xəbər verir. Bu ssenarilərdə rol alan komponenetlərdən biri də “ələ alınmış diplomatlar”dır. Həmin ssenari təkcə Gürcüstan üçün nəzərdə tutulmayıb. Əgər sabah Paşinyan Qərbə qarşı hansısa sürüşkən addımlar atacaqsa, o da yeni silahın hədəfinə çevriləcək. Onlarla diplomatın təpkisini görəcək.
Azərbaycan isə həmişə olduğu kimi, bu dəfə də oyunları poza bilib. Özünün ayıq-sayıq davranması ilə bu planı da alt-üst edə bilib.
28-03-2026, 18:00
"Wikipedia" süni intellektlə yazılan məqalələri qadağan edir
28-03-2026, 17:30
Bu türk ölkəsi ilk dəfə öz milli valyutasını çap etdi
28-03-2026, 17:00
Nar ixracından gəlirlər 684 min dollar azalıb
28-03-2026, 16:30
İrandan İsrailə raket hücumu – ölkədə həyəcan siqnalları səslənir
28-03-2026, 16:00
Dağıstan buna görə Rekordlar kitabına düşdü
28-03-2026, 12:00
Çipslər üçün yeni standart qəbul edildi
28-03-2026, 11:30
Pulu çəkən rənglər
28-03-2026, 11:00
Tribunaya Messinin adı verildi
28-03-2026, 10:30
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasından 107 il ötür
28-03-2026, 10:00
Tramp: İranda hərbi əməliyyat əla davam edir
28-03-2026, 09:30
Millimizin paltardəyişmə otağını su basdı
28-03-2026, 09:00
Bakıda evlərin həyətlərini su basıb, 18 nəfər təxliyə edilib - VİDEO
27-03-2026, 18:00
Putin İlham Əliyevə təşəkkür etdi
27-03-2026, 17:30
Qaydaları pozan idmançımıza 4 illik cəza verildi
27-03-2026, 17:00
Sel və subasma ilə bağlı əhaliyə ÇAĞIRIŞ
27-03-2026, 16:30
Yol polisi sürücülərə müraciət etdi
27-03-2026, 16:00
Yağıntılar nə vaxt kəsəcək? - Nazirlik AÇIQLADI
27-03-2026, 12:00
Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?
27-03-2026, 11:30
Tanınmış jurnalist Rəşad Baxşəlıyev vəfat etdi
27-03-2026, 11:00
İran idmançılarına bu ölkələrə səfər etməyi qadağan etdi
27-03-2026, 10:30
Zelenski Səudiyyə Ərəbistanına getdi
27-03-2026, 10:00
4 yaşlı uşağı maşın vurdu - Qonşusu gəzintiyə çıxarıbmış
27-03-2026, 09:30
Trampın imzası dollarının üzərində əks olunacaq
27-03-2026, 09:00
Pensiyaçılar üçün cənnət ölkələr: Siyahıda Azərbaycan da var
26-03-2026, 18:00
Tehrandan Zəngəzur dəhlizi ilə bağlı YENİ AÇIQLAMA
26-03-2026, 17:30
Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş
26-03-2026, 17:00
İran Xarq adasının ətrafına mina hasarı çəkir