Paşinyanın arzusu “Ermənistan tarixi” – erməni cəmiyyətinin faşizmdən xilası - ŞƏRH
Gündəm / Siyasət
Oxunub: 116
7 Ock 2025 | 14:12
Paşinyanın arzusu “Ermənistan tarixi” – erməni cəmiyyətinin faşizmdən xilası - ŞƏRH


Ermənistan cəmiyyəti, ermənilər kələfin ucunu itirib. Çünki illər uzunudur yalanlar, xülyalar, saxta tarix əsasında yaşayıb, tərbiyə olunublar.

Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan “Erməni tarixi”nin 2-ci cildinin birinci hissəsini oxuyub bitirdiyini deyərək, ondan alınacaq dərsdən danışıb: “Bu kitab Ermənistan Respublikasının maraqları baxımından hazırlanmayıb. Biz tarixdən bir dərs aldıq: real Ermənistan ideologiyası. Əminəm ki, bu, bütün vətəndaşlar, cəmiyyət və xalq üçün ümumdövlət dərsinə çevrilməlidir. Onun praktiki əhəmiyyəti var”.

O əlavə edib ki, məktəblərdə tədris olunan fənn “Ermənistan tarixi” adlanmalıdır: “Bu, çox mühüm ideoloji və fəlsəfi məsələdir”.

Bu onu göstərir ki, Ermənistan elitası yeni fəlsəfi-ideoloji konsepsiya hazırlayaraq, ona da “Ermənistan tarixi” adını verib. Deməli, “Erməni tarixi” fənninin uydurma, saxta, xülya olduğu qədər siyasi, iqtisadi, mədəni, milli, coğrafi, humanitar və başqa baxımlardan zərərvericiliyi də təsdiqlənir.

“Erməni tarixi” bu etnik qrupun tarixi, inkişafı, “dövlətçilik ənənələri”, “məruz qaldıqları zülmlər”dən bəhs edir.

Kitabda ermənilərin tarixi beş dövrdə göstərilib:

Antik dövr - qədim zamanlardan “Van krallığının süqutuna” qədər; əski dövr – “Yervanduni çarlığının yaranmasından xristianlığın dövlət dini elan edilməsi”nə qədər.

Orta əsrlər – xristianlığın dövlət dini elan edilməsindən erməni milli-azadlıq hərəkatının yüksəlişinə qədər (erkən, inkişaf etmiş və son orta əsrlər);

Yeni dövr erməni azadlıq hərəkatları ilə başlayır və ilk Ermənistan Respublikasının elan edilməsinə qədər.
Paşinyanın arzusu “Ermənistan tarixi” – erməni cəmiyyətinin faşizmdən xilası - ŞƏRH

Beşinci, ən son dövr Ermənistanın birinci, ikinci və üçüncü respublikalarının, eləcə də Qarabağın (onlar “Artsax” yazıb-red.) tarixini əhatə edir.

Bu mərhələlər, dövrlərin saxta olduğu, sonradan quraşdırıldığı Qarabağ və İrəvan məsələlərindən aydın olur. Ümumilikdə, “erməni tarixi”ndə “müəlliflər” türklərə, onların ərazilərinə qarşı bütün saxtakarlıqları etməklə yanaşı şər-böhtan atmaqdan çəkinməyiblər. Osmanlı dövlətinə, Türkiyəyə, Azərbaycana qarşı ərazi iddialarına bu “kitab”da haqq qazandırmağa çalışıblar.

Onun müəllifləri bu, yolla “Böyük Ermənistan” ideyasının reallaşması üçün öz aləmlərində “elmi əsaslar” “hazırlayıblar”.

“Erməni tarixi” etnik qrupun “tarixi” ilə bağlı “elmi” əsasların hazırlanmasına, dünyaya müxtəlif dillərdə təqdim olunmasına fokuslanıbsa, onu “tseqakronizm” (“tseghakronutyun”), “ermənilik” adlı erməni ideologiyası da “bütövləşdirib”.

Başqa sözlə, “erməni tarixi” kitabı və “tseqakronizm” bu etnik qrupun başının bəlasıdır. Onlar erməni cəmiyyətini insanları sevməkdən, humanistlikdən, dünyadan uzaq salır, türklərə kin, nifrət, düşmənlik aşılayıb.

“Tseqakronizm”in məqsədi erməni xalqını “tarixi vətənlərinin” bütün ərazisində “vahid erməni dövləti” çərçivəsində “birləşdirməkdir”. Bu ideologiya ötən əsrin 30-cu illərində Qaregin Njde və Hayk Asatryan tərəfindən işlənib hazırlanıb. Tsexakronizmin üzvi hissəsi və davamı taronizm ideologiyasıdır.
Paşinyanın arzusu “Ermənistan tarixi” – erməni cəmiyyətinin faşizmdən xilası - ŞƏRH

Adın və ideologiyanın əsas müəllifi isə Qaregin Njdedir. O, bu ideologiyanı ötən əsrin 30-cu illərində Avropada yeni yaranan nasional-sosializm (faşizm) əsasında yaradıb.

Vətənə, qana, genə, dilə, milli mənsubiyyətə, soy, kökə pərəstişlik, mənsub olduğu etnos hamıdan üstün tutmaq Njdenin düşüncə sisteminin əsaslarındandır.

Bu düşüncə sistemi əsasında bir neçə erməni nəsli tərbiyə alıb. Onlar dünyanın müxtəlif ölkələrində dövlət vəzifələri tuturlar. Təəssüf ki istisnasız olaraq, həmin insanlar saxta “Erməni tarixi” kitabı oxuyub, “tseqakronizm” ideologiyasını qəbul edib. Onlar yaşadıqları ölkələrdə dövlət vəzifələrini tutarkən bu yanlış, faşist düşüncə sisteminə xidmət edirlər.

Azərbaycanın Livandakı səfirliyinə hücumu, bu ölkədəki TV-dən Türkiyə və Osmanlı dövləti əleyhinə çıxışı erməni etnik qrupunun nümayəndəsi edib.
Paşinyanın arzusu “Ermənistan tarixi” – erməni cəmiyyətinin faşizmdən xilası - ŞƏRH

Başqa bir örnək Avetis Qidanyan adlı ermənidir. O, bir neçə il Livanın turizm naziri olanda yerli telekanallardan birinə bildirmişdi: “Mən erməni soylu livanlıyam. Mən türklərin Livana gəlməsini qadağan edə bilmərəm. Ancaq mən onları hava limanında da salamlamaq istəmirəm”.

Məlumdur ki, ermənilərin Azərbaycana, Türkiyəyə, türklərə, azərbaycanlılara qarşı mübarizəni hədəf seçən çoxsaylı terror təşkilatları, qrupları fəaliyyət göstərir. ASALA, “Daşnaksütyun”u yada salmaq kifayətdir.

Onlar bu “kitabın” və “erməniliyin”, yəni erməni faşist ideologiyası ilə tərbiyələniblər. Yenisi də yoxdur. Çünki ermənilərin heç vaxt dövləti olmayıb. Yeganə görüb-götürdükləri Azərbaycan torpaqları üzərində qurulan indiki Ermənistan Respublikasıdır.

Bəhs etdiyimiz düşüncə sistemi yaratmaqla əslində faşistləri təqlid edən erməni ideoloqları, bu etnik qrup qonşularla dinc, yanaşı yaşaya bilmir. Həmin sistemə görə bu etnik qrupa etibar, etimad edilmir. Onlar yalançı, dostluğa, qonşuluğa vəfasız sayılırlar. Həmin düşüncə sistemi erməni etnik qrupunu başqalarının əlində Türkiyə və Azərbaycana qarşı təzyiq alətinə çevirib.
Paşinyanın arzusu “Ermənistan tarixi” – erməni cəmiyyətinin faşizmdən xilası - ŞƏRH

Ermənistanın konstitusiya aktında vurğulananlar da “Erməni tarixi” və “tseqakronizm” ruhunda tərbiyənin, təbliğatın törəməsidir. Nikol Paşinyan, Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarqsyan, Ruben Vartanyan, Samvel Karapetyan, Zori Balayan, Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və başqaları, bütün erməni siyasiləri, elitası, ideoloqları bu saxta, əsassız, yalanlar üzərində qurulan faşist ideolojisi əsasında böyüyüb, Azərbaycan və Türkiyəni məhv etmək planları qurub, bu istiqamətdə fəaliyyət göstəriblər.

44 günlük müharibə “Erməni tarixi”nin beş mərhələsindən ikisinin sabun köpüyü olduğunu isbatladı. O biriləri də bu ikisindən fərqlənmir.

Nikol Paşinyan bu yuxudan ayılıb, xülyadan reallığa keçməyə çalışır. Ancaq bir ayağını hələ də o yalanlar dünyasından, sistemindən çıxara bilmir.

Bir əsrdən çox faşizm ruhunda böyüyən, tərbiyə alan erməni cəmiyyətini Azərbaycan silkələyib, ayıldıb. İndiki Ermənistan ictimaiyyətinin yenilənməsi, faşizmdən xilas olması da ayılmaqdan başlayır. Bir zamanlar faşist liderləri Moskvada “Qırmızı Meydan”da parad, ermənilərdə Bakıda ona oxşar tədbir keçirəcəklərini deyirdi...

“Ermənistan tarixi”ndə isə reallıqlar əksini taparsa, kitab erməni cəmiyyəti üçün yeni ideoloji düşüncənin formalaşmasında yönverici ola bilər.(Report)
28-03-2026, 18:00
"Wikipedia" süni intellektlə yazılan məqalələri qadağan edir
28-03-2026, 17:30
Bu türk ölkəsi ilk dəfə öz milli valyutasını çap etdi
28-03-2026, 17:00
Nar ixracından gəlirlər 684 min dollar azalıb
28-03-2026, 16:30
İrandan İsrailə raket hücumu – ölkədə həyəcan siqnalları səslənir
28-03-2026, 16:00
Dağıstan buna görə Rekordlar kitabına düşdü
28-03-2026, 12:00
Çipslər üçün yeni standart qəbul edildi
28-03-2026, 11:30
Pulu çəkən rənglər
28-03-2026, 11:00
Tribunaya Messinin adı verildi
28-03-2026, 10:30
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasından 107 il ötür
28-03-2026, 10:00
Tramp: İranda hərbi əməliyyat əla davam edir
28-03-2026, 09:30
Millimizin paltardəyişmə otağını su basdı
28-03-2026, 09:00
Bakıda evlərin həyətlərini su basıb, 18 nəfər təxliyə edilib - VİDEO
27-03-2026, 18:00
Putin İlham Əliyevə təşəkkür etdi
27-03-2026, 17:30
Qaydaları pozan idmançımıza 4 illik cəza verildi
27-03-2026, 17:00
Sel və subasma ilə bağlı əhaliyə ÇAĞIRIŞ
27-03-2026, 16:30
Yol polisi sürücülərə müraciət etdi
27-03-2026, 16:00
Yağıntılar nə vaxt kəsəcək? - Nazirlik AÇIQLADI
27-03-2026, 12:00
Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?
27-03-2026, 11:30
Tanınmış jurnalist Rəşad Baxşəlıyev vəfat etdi
27-03-2026, 11:00
İran idmançılarına bu ölkələrə səfər etməyi qadağan etdi
27-03-2026, 10:30
Zelenski Səudiyyə Ərəbistanına getdi
27-03-2026, 10:00
4 yaşlı uşağı maşın vurdu - Qonşusu gəzintiyə çıxarıbmış
27-03-2026, 09:30
Trampın imzası dollarının üzərində əks olunacaq
27-03-2026, 09:00
Pensiyaçılar üçün cənnət ölkələr: Siyahıda Azərbaycan da var
26-03-2026, 18:00
Tehrandan Zəngəzur dəhlizi ilə bağlı YENİ AÇIQLAMA
26-03-2026, 17:30
Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş
26-03-2026, 17:00
İran Xarq adasının ətrafına mina hasarı çəkir