Qərəzli AŞPA-ya Gürcüstandan cavab: müstəqil dövlətlərlə ultimatum dilində danışmaq olmaz - ŞƏRH

Hər zaman Azərbaycana qarşı qərəzli və ikili mövqeyi ilə seçilən Qərb strukturlarının, o cümlədən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) budəfəki hədəfi Gürcüstandır. Bu dövlətə qarşı "səlib yürüşü"nə start verən Qərb Tbilisinin müstəqil siyasət yürütməsi ilə heç cür barışa bilmir, ona qarşı hədyan və böhtan yağdırılır.
Qonşu Gürcüstanda inqilab ssenarisi baş tutmadığından onu sanksiya və qətnamələrlə hədələyirlər. Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi və siyasi məhbusların azad olunmasını tələb edən qətnamənin AŞPA-da qəbulu da bundan xəbər verir.
Qətnamədə Gürcüstan hakimiyyətindən qarşıdakı aylarda yeni seçkilər elan etmək, nümayişçilərə qarşı "güc tətbiqi"ni, jurnalistlərə, vətəndaş fəallarına qarşı hüquqi mexanizmlərdən istifadəni dayandırmaq, “Xarici agentlər" haqqında qanunu geri çəkmək tələb olunub. Özü də qısa müddət ərzində hakim “Gürcü Arzusu” partiyası qeyd edilən tələbləri yerinə yetirməlidir. Yoxsa həmin vaxtadək Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri məhdud olacaq.
Rəsmi Tbilisi ittihamları cavabsız qoymadı. AŞPA-dakı nümayəndə heyəti avropalı parlamentarilərin ədalətsiz qətnaməsinə görə qurumdakı fəaliyyətini dayandırdə və bu da Qərbdə şok effekti yaratdı. AŞPA ümid edirdi ki, Tbilisi bunun qarşılığında geri çəkiləcək. Lakin bu, baş vermədi.
Gürcüstan nümayəndə heyəti bütün bu şərtlərin tamamilə qəbuledilməz olduğunu bildirərək bunların ölkənin daxili işlərinə müdaxilə və gürcü xalqının iradəsinə zidd olduğunu bəyan elədi.

Baş nazir İrakli Kobaxidzenin məsələyə reaksiyasını da AŞPA-ya tutarlı cavab saymaq olar.
“Bugünkü belə bir vəziyyətdə Avropa Şurası Parlament Assambleyasında olmağın mənası yoxdur. Bizim qərarımız tamamilə alternativsiz qərardır”, - o bəyan edib. Baş nazir əlavə edib ki, Avropa bürokratiyasında müşahidə edilən ədalətsizlik, yanlış yanaşma və problemlər aradan qalxarsa, Gürcüstanın AŞPA-dakı fəaliyyəti bərpa ediləcək.
Maraqlıdır ki, AŞPA Gürcüstanda parlament seçkilərində hər hansı qanun pozuntusu ilə bağlı sübutları olmadığı halda onu hədəfə alır. Hər kəs də yaxşı bilir ki, Avropanın məramı özündən tamamilə asılı bir Gürcüstan görməkdir. Ölkəni Rusiyaya tətbiq edilən sanksiyalara qoşmaq, bir növ, Gürcüstanda ikinci cəbhə açmaq hədəflənib.
Seçkilərdən 3 ay keçməsinə baxmayaraq, Qərb hələ də seçki pozuntuları ilə bağlı sübutları ortaya qoya bilməyib. Görünən odur ki, Avropanın siyasi elitasının Gürcüstanın suverenliyini təhdid etməsi qənaəti gürcülər arasında güclənir. Belə olmasaydı, gürcülərin əksəriyyəti müstəqilliyini qorumağa çalışan ölkənin AŞPA-dan çıxma qərarını doğru addım kimi qiymətləndirməzdi.

İrakli Kobaxidze
Önəmlisi odur ki, AŞPA-nın siyasi olaraq “çürümüş”, gücsüz bir qurum olduğunu artıq ən loyal gürcülər də qəbul edir və dəstəkləyir. Adı dəfələrlə korrupsiya qalmaqallarında hallanan, separatizmə dəstək verən AŞPA artıq xalqda heç bir inam yaratmır.
Bəli, bu gün Gürcüstanın demokratik hökuməti davamlı olaraq öz suverenliyini təmin etmək, sülhü qorumaq və milli maraqları müdafiə etmək istiqamətində çalışır. Tbilisinin ədalətsiz münasibətə və ikili standartlara qarşı mövqeyi düzgündür.
İlk növbədə, AŞPA Gürcüstan xalqının iradəsini və demokratik hökumət üçün səs vermiş 1 milyon 120 min seçicinin qərarını hörmətlə qarşılamalıdır. AŞPA və ya başqa bir təşkilat heç bir əsas olmadığı halda yeni seçkilər tələb edirsə, bu, təhqirdir, qəbuledilməzdir. Gürcüstanın əsas siyasi mesajı budur ki, ölkə öz suverenliyini, sülhü və milli maraqlarını möhkəm müdafiə etməkdə davam edəcək, Avropa bürokratiyasından gələn siyasi təzyiqlərə isə "yox" deyəcək. Gürcü rəsmilərinin də dediyi kimi, əgər Avropa Gürcüstanla şantaj və təzyiq dili ilə danışırsa, yollar sağlam şəkildə ayrılmalıdır.
Yeri gəlmişkən, məhz separatizmə dəstək verməsi səbəbindən Azərbaycan da ötən il AŞPA-da fəaliyyətini dondurub. O da Gürcüstan kimi AŞPA-nın qərəz və ikili standartlarının qurbanı olub. Bu barədə Prezident İlham Əliyev də fikrini açıq şəkildə ifadə edib.

“Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı haqsız mövqeyi ölkənin ərazi bütövlüyünün bərpası ilə əladədardır”, - Prezident ötən il avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, bir sıra Qərb təsisatları, anti-Azərbaycan qüvvələr Azərbaycana qarşı haqsız və ədalətsiz münasibət sərgiləyir: “Qərəzli mövqeyə görə, AŞPA üzvlərinin Azərbaycana səfərinə qadağa qoyulub. Ölkənin nümayəndə heyətinin bu təşkilata qayıtmasından sonra bu qadağa ləğv ediləcək. Azərbaycan dəfələrlə AŞPA-nı "qırmızı xətti" keçməkdə ittiham edib”.
Və indi analoji hal Gürcüstana qarşı həyata keçirilir.(Report)
28-03-2026, 18:00
"Wikipedia" süni intellektlə yazılan məqalələri qadağan edir
28-03-2026, 17:30
Bu türk ölkəsi ilk dəfə öz milli valyutasını çap etdi
28-03-2026, 17:00
Nar ixracından gəlirlər 684 min dollar azalıb
28-03-2026, 16:30
İrandan İsrailə raket hücumu – ölkədə həyəcan siqnalları səslənir
28-03-2026, 16:00
Dağıstan buna görə Rekordlar kitabına düşdü
28-03-2026, 12:00
Çipslər üçün yeni standart qəbul edildi
28-03-2026, 11:30
Pulu çəkən rənglər
28-03-2026, 11:00
Tribunaya Messinin adı verildi
28-03-2026, 10:30
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasından 107 il ötür
28-03-2026, 10:00
Tramp: İranda hərbi əməliyyat əla davam edir
28-03-2026, 09:30
Millimizin paltardəyişmə otağını su basdı
28-03-2026, 09:00
Bakıda evlərin həyətlərini su basıb, 18 nəfər təxliyə edilib - VİDEO
27-03-2026, 18:00
Putin İlham Əliyevə təşəkkür etdi
27-03-2026, 17:30
Qaydaları pozan idmançımıza 4 illik cəza verildi
27-03-2026, 17:00
Sel və subasma ilə bağlı əhaliyə ÇAĞIRIŞ
27-03-2026, 16:30
Yol polisi sürücülərə müraciət etdi
27-03-2026, 16:00
Yağıntılar nə vaxt kəsəcək? - Nazirlik AÇIQLADI
27-03-2026, 12:00
Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?
27-03-2026, 11:30
Tanınmış jurnalist Rəşad Baxşəlıyev vəfat etdi
27-03-2026, 11:00
İran idmançılarına bu ölkələrə səfər etməyi qadağan etdi
27-03-2026, 10:30
Zelenski Səudiyyə Ərəbistanına getdi
27-03-2026, 10:00
4 yaşlı uşağı maşın vurdu - Qonşusu gəzintiyə çıxarıbmış
27-03-2026, 09:30
Trampın imzası dollarının üzərində əks olunacaq
27-03-2026, 09:00
Pensiyaçılar üçün cənnət ölkələr: Siyahıda Azərbaycan da var
26-03-2026, 18:00
Tehrandan Zəngəzur dəhlizi ilə bağlı YENİ AÇIQLAMA
26-03-2026, 17:30
Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş
26-03-2026, 17:00
İran Xarq adasının ətrafına mina hasarı çəkir