Öz ayıblarına kor olan Avropa Parlamentinin Azərbaycana “hərbi əsir” təzyiqi - ŞƏRH

Avropa Parlamenti növbəti dəfə Azərbaycana qarşı nifrət və qərəzini nümayiş etdirdi. Qurum ötən gün qəbul etdiyi kağız parçası ilə bir daha Azərbaycana qarşı bitib-tükənməyən nifrətini nümayiş etdirmiş olub.
Erməni lobbisinin Azərbaycanla bağlı qətnaməsi 523 səslə qəbul edilib, üç deputat sənədin əleyhinə səs verib, 84 nəfər bitərəf qalıb. Sənəddə Azərbaycanda Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin dərhal azad olunması tələb edilib.
Erməni lobbisinin dünyaboyu başlatdığı kampaniyadan geri qalmaq istəməyən avroparlamentarilər ilk dəfə deyil ki belə riyakarlığa yol verirlər. Avroparlamentarilər 30 il ərzində Azərbaycanın tarixi-mədəniyyət abidələrinin dağıdılmasına, torpaqların işğal altında talan edilməsinə, Xocalı soyqırımı və s. məsələlərə laqeyd və biganə yanaşıblar.
Əvvəla, həbs olunan ermənilər Azərbaycana qarşı cinayət törətdiklərinə görə həbs ediliblər, onlar cinayətkardırlar. Yəni, Azərbaycanda hərbi əsir yoxdur.
Erməni lobbisindən yemlənən avroparlamentarilərin riyakarlığı o həddə çatıb ki, məhkəmə prosesi gedə-gedə Azərbaycana qarşı qətnamə qəbul edirlər. Nə məhkəmə prosesində adları keçən şəxslərin ifadələri nəzərə alınır, nə onlara yaradılan şəraitdən bəhs edilir, bir sözlə, məhkəmənin nəticəsi gözlənilmir. Bu isə onların Azərbaycana təzyiq etdiyinin göstəricisi hesab edilə bilər.

Ruben Vardanyan
Bu faktlardan bir neçəsinə nəzər salaq. Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesində Qarabağda yaşayan erməniəsilli şəxs Hayrapetyan Kamo Eduardoviç şahid qismində ifadə verərkən deyib ki, onun maliyyələşdirməsi nəticəsində Xankəndi ətrafında 2, Əsgəranda isə 1 ədəd olmaqla, ümumilikdə 3 hərbi anbar yaradılıb. Əlavə edib ki, Vardanyan tərəfindən bütün erməni sakinlərin silahlanaraq azərbaycanlılara qarşı vuruşması təbliğ edilib. Ruben Vardanyanın bu silahlı dəstələri yaratmaqda məqsədi Azərbaycana qarşı mübarizə aparmaq olub. Digər təqsirləndirilən şəxs Arkadi Qukasyan qanunsuz hərəkətləri qınadığını vurğulayaraq bildirib: “Mənim fikrimcə, qadını, uşağı və ya ahıl insanı öldürən şəxs insan deyil. Söhbət onun milliyyətindən getmir”. O, Qarabağda məktəbdə rus dilində oxuduğunu, lakin erməni məktəblərinin Azərbaycan və rusdilli məktəblərdən sayca daha çox olduğunu deyib. Qukasyan etiraf edib ki, Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb.
Göründüyü kimi, avroparlamentarilər nəinki məhkəmə qətnaməsini gözləmir, prosesdə ifadə verən şahidlərin etiraflarına da diqqət yetirmirlər. Onların Avropa daxilində problemləri həll etmək əvəzinə, digər ölkələrin daxili işlərinə qarışmaları artıq adət halını alıb. Halbuki, təşkilatın özünün daxilində korrupsiya və rüşvət qalmaqalları ara vermir.
Dünyanın bir çox ölkələrində baş verən hadisələrlə bağlı qərəzli qətnamələr qəbul edən, başqalarına “demokratiya” dərsi verən avropalı parlamentarilərin böyük texnologiya şirkətindən rüşvət alması ilə bağlı saysız-hesabsız materiallardan ən sonuncunu təqdim etməyi borc bildik. Həmin materialda bildirilib ki, Belçikanın hüquq-mühafizə orqanları texnologiya nəhəngi “Huawei” şirkətinin Avropadakı lobbiçilik fəaliyyətinə dair spiral rüşvət istintaqının bir hissəsi olaraq martın 13-də Avropa Parlamentində 20-dən çox ünvana reyd keçirib və iki ofisi möhürləyib. Məqalədə diqqətə çatdırılır: “Belçika Prokurorluğunun sözçüsü deyib ki, hazırda Avropa Parlamentində aktiv korrupsiya, sənədlərin saxtalaşdırılması, çirkli pulların yuyulması ilə bağlı ilkin ittihamlar üzrə təhqiqat aparılır. Polis Brüssel, Flandriya, Valloniya və Portuqaliyada 21 ünvana reyd keçirib və bir neçə nəfər həbs edilib”.

Nüfuzlu “Politico” nəşri yazır ki artıq 2022-ci ilin dekabrında Avropa Parlamenti, xüsusən də vasitəçi təşkilatlar vasitəsilə rüşvət və hədiyyələr yolu ilə korrupsiyaya bulaşan avropalı deputatlar “Qatarqeyt” qalmaqalında Aİ qərarlarının qəbuluna xarici dövlətlərin təsiri ilə bağlı ciddi araşdırmalarla üzləşiblər.
Qəzet əlavə edir ki, cümə axşamı Avropa Parlamentindəki iki ofis polis tərəfindən möhürlənib. Onlardan biri uzun müddət rəsmi vəzifədə çalışan və yeni seçilmiş Avropa Parlamentinin deputatı Nikola Minçevin indiki köməkçisi Adam Muçtara məxsusdur. Bu şəxs, eyni zamanda, EU40 adlı qrupun həmtəsisçisi idi və onun prezidenti Yunan siyasətçisi Eva Kayli “Qatargate” korrupsiya araşdırmasında əsas fiqur olub. Deputat qəzetə verdiyi açıqlamada ofisinin möhürləndiyini təsdiqləyib, lakin hər hansı bir qanun pozuntusu olduğunu inkar edib.

Adam Muçtara
Parlamentin ictimai səhifələrinə və qurumda işləyən üç nəfərin bildirdiyinə görə, digər möhürlənmiş ofis uzun müddətdir Avropa Parlamentinin deputatı Fulvio Martusciello və onun partiya üzrə həmkarı Marko Falkonenin köməkçilərinə aiddir. Köməkçilərdən və deputatlardan hansının istintaqa cəlb olunacağı hələ ki, bəlli deyil. Hər iki deputat istintaqın mərkəzində olduqları barədə iddiaları şərh etməkdən imtina edib.
Yeni qalmaqal Avropa Parlamentinin nüfuzu üçün məhvedici ola bilər. Bu, Qətər rüşvət qalmaqalından ("Qatargate") sonra tətbiq edilən etika və şəffaflıq qaydalarının sərtləşdirilməsi fonunda baş verir. Avropa Parlamentinin korrupsiya şəbəkəsinə cəlb olunmuş deputatları 2022-ci ildə Avropa İttifaqının qərarlarına təsir etmək müqabilində Körfəz ölkələrindən nağd pul, hədiyyə və xidmətlər qəbul ediblər. Maraqlı və təccüb doğuran hal ondan ibarətdir ki, Avropa Parlamentində korrupsiya və rüşvət qalmaqalları barədə dəfələrlə yazılsa da, hesabatlar dərc edilsə də, beynəxalq aləm buna səssiz qalır. Erməni lobbisindən yemlənən deputatlar isə bundan istifadə edərək öz cinayətkar əməllərini davam etdirirlər.
Şübhəsiz ki, Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzuna xələl gətirmək və ölkəmizə qarşı növbəti dəfə təzyiq nümayiş etdirmək cəhdidir. Hər zaman Azərbaycana qarşı qərəzli mahiyyəti ilə seçilib. Bu da onlardan biridir. İlk növbədə, Azərbaycana qarşı belə bir yanlış münasibətin sərgilənməsi erməni diasporunun və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi təşkilatlarının uzun illər ərzində apardığı məqsədyönlü fəaliyyəti ilə əlaqələndirilməlidir.
Əvvəlkilər kimi, budəfəki qətnamə də kağız parçasıdır və heç bir hüquqi qüvvəsi yoxdur.(Report)
Bugün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Bugün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Bugün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Bugün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Bugün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Bugün, 09:30
Rusiyada zəlzələ baş verib
Bugün, 09:00
"BOLT" BAHALAŞDI
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
7-02-2026, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
7-02-2026, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
7-02-2026, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
7-02-2026, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
7-02-2026, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar