Məzhəkə mərkəzinə çevrilən Avropa Parlamenti – deputatlar ABŞ-dən Azadlıq heykəlini geri istəyirlər - ŞƏRH

Absurd və məntiqsiz qətnamələri ilə gündəmdə olan Avropa Parlamenti (AP) artıq çoxdandır ki, ciddiliyini itirib. Adı daha çox maliyyə və korrupsiya qalmqallarında hallanan bu təşkilat növbəti dəfə qeyri-ciddiliyini ortaya qoyub, gülüş obyektinə çevrilib.
Belə ki, Avropa Parlamentinin Fransadan olan deputatı Rafael Qlyuksman qaldırdırdığı təklif hər kəsi təəccübləndirib. Deputat Birləşmiş Ştatlara XIX əsrdə fransızlar tərəfindən hədiyyə edilən Azadlıq heykəlini Fransaya qaytarmağı tələb edib. O, iddiasını belə əsaslandırıb ki, ABŞ artıq abidənin verildiyi illərdəki ənənələrdən uzaqlaşıb və Nyu-Yorku iki yüz ilə yaxındır bəzəyən abidə geri qaytarılmalıdır.
"Azadlıq heykəlini geri qaytarın. Elmi azadlığı müdafiə etdikləri üçün tiranlara dəstək verən amerikalılara deyəcəyik: "Artıq onun simvolizə etdiyinə hörmət etmirsiniz. Biz onu sizə verdik, amma, deyəsən, bu ideyalara xor baxırsınız. Ona görə də biz onu götürəcəyik, bizimlə daha yaxşı olacaq".
Gözlənildiyi kimi, onun çıxışı avroparlamentarilərin alqışları ilə müşayiət olunub. Bu da onu deməyə əsas verir ki, deputatlar onunla həmfikirdirlər.
Qlyuksman ABŞ Prezidenti Donald Trampın tədqiqat institutlarına ayrılan maliyyəni azaltmaq qərarını da tənqid edib və onun sözlərinə görə, bu qərar Fransa hökumətinə bəzi alimləri ölkəyə gətirməyi təklif etməsi ilə nəticələnib.
Bundan əlavə, Qlyuksman Fransadakı ifrat sağ hərəkatların liderlərini Trampı və ABŞ prezidenti ilə birlikdə dövlət xərclərinin azaldılmasının tərəfdarı olan milyarder İlon Maskı dəstəkləməkdə ittiham edib.

Qeyd edək ki, Azadlıq heykəli 28 oktyabr 1886-cı ildə Nyu Yorkda Amerikanın Müstəqillik Bəyannaməsinin yüzilliyini qeyd etmək üçün açılıb və fransızların Amerikaya hədiyyəsi olub. Abidənin müəllifi fransız heykəltəraş Auguste Bartholdidir. Parisdə Sena adasında heykəlin daha kiçik bir nüsxəsi də var.
Avropa Parlamentinin Fransadan olan deputatının bu təşəbbüsü həm mediada, həm də cəmiyyətdə gülüş doğurub, müzakirələrə səbəb olub. Əksəriyyət də qurumun qeyri-ciddi, mənasız bir təşkilata çevrildiyi qənaətindədir.
Maraqlıdır ki, bir neçə gün bundan əvvəl Belçika prokurorluğu Avropa Parlamentində korrupsiyada şübhəli bilinən bir neçə nəfəri dindirmək üçün saxlayıb. Qurumun məlumatına görə, federal polis Brüssel regionunda, həmçinin Flandriya, Valloniya və Portuqaliyada 21 axtarış əməliyyatı keçirib. İstintaq hesab edir ki, korrupsiya sxemləri, sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə 2021-ci ildən etibarən müntəzəm əsasda və "tamamilə gizli şəkildə" həyata keçirilib. Və avroparlamentarilər bu məsələyə reaksiya vermək əvəzinə, Azadlıq heykəlini geri istəyirlər.
Avropa Parlamentinin deputatlarının bundan əvvəl qəbul etdikləri qətnaməni də bu qəbildən saymaq olar. Söhbət hərbi cinayətlərdə ittiham olunan erməni separatçıların Bakıda keçirilən məhkəmə prosesindən gedir. Avroparlamentarilər həmin şəxslərin dərhal azad olunması tələbi ilə çıxış ediblər. İttiham olunan şəxslərin "əsir" və "girov" adlandırılması, məhkəmə prosesinə qarşı qarayaxma kampaniyası aparılması Avropa Parlamentinin həm anti-Azərbaycan mövqeyinin, həm də cinayəti, terroru dəstəkləməsinin göstəricidir.

Sənəd, həmçinin digər qərəz və böhtan dolu fikirlərdən ibarətdir. Məsələn, iddia olunub ki, Azərbaycan Qarabağda “erməni mədəni irsini dağıdır”. Hətta Azərbaycanın digər ərazilərində də eyni addımların atıldığı yalanı ortaya atılır.
Erməni lobbisinin sifarişi ilə qəbul edilən kağız parçası sanki Avropa Parlamentində deyil, Ermənistanda hazırlanıb. Ümumiyyətlə, Azərbaycana qarşı olan ikili standartlar, qərəz xarakterli yanaşmalar və islamofobiya Avropa Parlamentində ana xətt olub.
Korrupsioner şəxslərin əllərində oyuncağa çevrilən Avropa Parlamenti tək Azərbaycana qarşı deyil, qardaş Türkiyəyə nifrət və qərəzi ilə də seçilib. Həm Avropa Parlamenti, eləcə də Avropa İttifaqı Türkiyəyə qarşı ikiüzlü və qeyri-səmimi davranır. Konkret olaraq Avropa Parlamentində Türkiyə üzrə məruzəçi Naço Amor da bu istiqamətdə rasist bəyanatları ilə seçilib.
Lakin məsələ ondadır ki, Donald Trampın prezident kürsüsünə əyləşməsi ilə ABŞ-Avropa ittifaqı münasibətlərində bir soyuqluq müşahidə edilir. Bu da Avropa İttifaqını yenidən üzünü Türkiyəyə tutmağa məcbur edib. ABŞ Brüsselin təhlükəsizlik təminatından imtina etdiyi üçün Aİ Ankaraya yaxınlaşmaq xəttini götürüb. Maraqlıdır ki, vaxtilə Türkiyəni yaxınlarına buraxmayanlar indi ondan kömək istəyirlər.
Hətta Avropa İttifaqı “ən gec 2016-cı ilin iyun ayının sonuna qədər” Türkiyə vətəndaşları üçün viza məhdudiyyətini ləğv edəcəyini bəyan edib. Avropa İttifaqı-Türkiyə sammitinin bəyanatında deyilir ki, “viza liberallaşmasının yol xəritəsinin implementasiyası türk vətəndaşlarına dair viza tələblərinin ən gec 2016-cı ilin iyun ayına qədər aradan qaldırılması məqsədi ilə Avropa İttifaqının bütün üzv ölkələri tərəfindən sürətləndiriləcək”.

Qeyd edilir ki, Türkiyə bunun üçün qalan tələblərin yerinə yetirilməsi istiqamətində bütün addımları atmalıdır. Belə ki, məhz bunların əsasında Avropa Komissiyasının müvafiq qiymətləndirməsindən sonra Avropa Parlamenti və Şurası (AŞ) yekun qərar verəcək.
Beləliklə, Azərbaycanın iyirmi faiz torpağı işğal olundu, bir milyondan çox insan öz yurd-yuvasını itirərək qaçqın vəziyyətinə düşdü, şəhərlər, kəndlər, məscidlər, mədəniyyət ocaqları dağıdıldı, kütləvi edamlar oldu, soyqırımılar, hərbi əsirlərə qarşı zorakılıqlar, çoxsaylı terror aktları baş verdi. Avropa Parlamenti və digər Qərb strukturları isə bunlara məhəl qoymadı, susdu! İndi isə mənafeyinə təhlükə görən kimi ayağa qalxıb Azadlıq heykəlinin geri qaytarılması kimi absurd təşəbbüslərlə çıxış edir.(Report)
Bugün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Bugün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Bugün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Bugün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Bugün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Bugün, 09:30
Rusiyada zəlzələ baş verib
Bugün, 09:00
"BOLT" BAHALAŞDI
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
7-02-2026, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
7-02-2026, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
7-02-2026, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
7-02-2026, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
7-02-2026, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar