DTX-nin casus proqramlarına görə həbs etdiyi azərbaycanlı hakerin məhkəməsində şahid: Ona 80 min manat vermişəm

Azərbaycan və xarici şirkətlərin kompüter sistemlərinə qanunsuz daxilolmada, mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edən proqramlar yaratmada və digər kibercinayətlərdə təqsirləndirilən "Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Belə ki, ifadə verənlərdən biri də "İdrak" şirkətinin prezidenti “Zeromap” MMC-nin təsisçisi Hikmət Abdullayev olub.
O deyib ki, şirkəti serverlərin təhlükəsizliyi ilə məşğuldur. Şahidin sözlərinə görə, təqsirləndirilən şəxslə 2021-ci ildə tanış olub.
"Tural bir adamla gəldi. Dedilər ki, savadlı oğlandır. Bir az söhbət etdik, bacarıqlı insan olduğunu anladım. Mən ona dedim ki, özünü doğrultmaq üçün fürsət verə bilərəm, amma səni hələki işə götürməyəcəm. Ona məni serverlərdəki boşluqların maraqlandırdığını dedim. Bu boşluqları tapdığı təqdirdə dövlət orqanlarına məsələ ilə bağlı məlumat verdikdən və bu qurumların mütəxəssislərindən icazə aldıqdan sonra işləyə biləcəyimizi bildirdim", - şahid deyib.
Hikmət Abdullayevin sözlərinə görə, təqsirləndirilən şəxsə məsələ ilə bağlı şirkət yaratmağı təklif edib və buna görə də ona 80 min manat pul verib:
"Mən ona dedim ki, sən şirkəti yarat, rəhbəri olduğum İdrak şirkəti də sənin təhlükəsizliyini təmin edəcək. Belə də razılaşdıq. Bir müddət sonra DTX əməkdaşları məni hava limanında qarşıladı, istintaqa dəvət etdi. Daha sonra Turalın belə səhvlər etdiyini öyrəndim".
Hakim şahiddən tanımadığı adama niyə birdən-birə 80 min manat pul verdiyini soruşub.
Şahid Hikmət Abdullayev cavabında bildirib ki, Tural Əliyevin üzərində işlədiyi məsələ serverlərin təhlükəsizliyi üçün vacib olub:
"Mənim ondan istədiyim müdafiə sistemi idi. Əgər Tural xarici şirkətlərin serverlərində boşluqlar tapacaqdısa, biz o boşluqları bağlamaq üçün həmin şirkətlərə müraciət edəcəkdik".
Proses zamanı hakim şahid Hikmət Abdullayevin ibtidai istintaqa verdiyi ifadəsini də elan edib. O, həmin ifadəsində deyib ki, Tural Əliyev ona Azərbaycanın iki şirkətinin və xarici şirkətin informasiya sisteminə daxil olduğunu deyib. O da bununla bağlı təqsirləndirilən şəxsə iradını bildirib.
Prosesdə ifadə verən digər şahid E.Abdullayevin sözlərinə görə, təqsirləndirilən şəxsi internetdə tanıyıb.
"Turalın işlədiyi sahə üzrə təhsil alırdım. Tural mənə xarici şirkətlərin serverlərinə daxil olduğunu demişdi. Lakin hansı şirkətlər olduğu yadımda deyil".
Sonra şahidin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O, sözügedən ifadəsində deyib ki, Tural Əliyevin zərərverici proqramlara marağı olub:
"Tural özü də bəzən zərərverici proqramlardan istifadə edirdi. O, mənə xarici şirkətlərlə yanaşı, "Ulduz" və "Ultra" adlı yerli şirkətlərin serverlərinə də daxil olduğunu demişdi".
Müttəhim Tural Əliyev şahidin ibtidai istintaqa verdiyi ifadəsinə münasibət bildirib. O, "Ultra" şirkətinin serverinə daxil olduğunu, “Ulduz" şirkətinin serverinə daxil olmadığını və bu məsələ ilə bağlı özünü qismən təqsirli bildiyini deyib.
Məhkəmə prosesi aprelin 17-də davam etdiriləcək.
İttihama görə, “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyev 2021-2024-cü illərdə fiziki və hüquqi şəxslərin mobil telefonlarına və digər texniki avadanlıqlara kənardan nüfuz edə bilən casus proqramları əldə edib tətbiqə daxil olub.
Bundan başqa Tural Əliyev xarici ölkələrin şirkətlərinə məxsus hamıya açıq olmayan məlumatlara giriş edərək kiberhücumlar təşkil edib.
Tural Əliyevə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham verilib.
Dün, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
Dün, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
Dün, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
Dün, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
Dün, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
Dün, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
Dün, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
Dün, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar
Dün, 10:30
Quba sakinlərinin yol problemi: "Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm"
Dün, 10:00
Kasko sığortası olsa da, qəzadan sonra avtomobilini təmir etdirə bilmir
Dün, 09:30
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı
Dün, 09:00
Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər vərəm imiş?
6-02-2026, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
6-02-2026, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
6-02-2026, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO
6-02-2026, 16:30
Güllələnən müəllim əməliyyatdan çıxdı: Çoxsaylı yad cisimlər...
6-02-2026, 16:00
Sürücü hazırlığı üzrə təhsil haqqı 50 manata endirildi - FOTO
6-02-2026, 12:00
“Uşaqdan silahın növünü niyə soruşursunuz?”
6-02-2026, 11:30
Telefonunu taksidə unutdu, geri ala bilmir - Şirkətdən cavab - VİDEO
6-02-2026, 11:00
Yevlax sakini özünə vurduğu iynədən öldü
6-02-2026, 10:30
Türkiyədəki zəlzələdən 3 il ötür - FOTOLAR
6-02-2026, 10:00
"İdrak" liseyinin təsisçisi və direktoru kimdir? - FOTO
6-02-2026, 09:30
Şagirdin atası və liseyin mühafizəçisi də həbs oluna bilər - AÇIQLAMA
6-02-2026, 09:00
Bakıda 10-cu sinif şagirdi müəllimi GÜLLƏLƏDİ - RƏSMİ AÇIQLAMA
5-02-2026, 18:00
Prezidentin BƏƏ-yə səfəri başa çatdı - FOTOLAR
5-02-2026, 17:30
6 yaşlı uşağa oynadığı yerdə 19 bıçaq zərbəsi vurulub - ŞOK
5-02-2026, 17:00
Bakıda 7 erməniyə 114 il iş kəsildi