Prezidentin ismarışları: TDT-nin güclənməsi, Şimali Kiprin tanınması təşəbbüsləri - ŞƏRH
Gündəm / Siyasət
Oxunub: 97
10 Nis 2025 | 14:28
Prezidentin ismarışları: TDT-nin güclənməsi, Şimali Kiprin tanınması təşəbbüsləri - ŞƏRH


Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Türk dünyasında ölkələr arasında münasibətlərin Azərbaycan üçün çox vacib olduğunu bəyan edib.

Dövlət başçısının yeni düzəndə ölkənin rolu, maraqlarına dair məsələlərə münasibət bildirərkən Türk Dövlətləri Təşkilatının daha güclü quruma çevrilməsi üçün təşəbbüsləri artırmağa çağırıb.

Ümumiyyətlə sovetlərin dağılması ilə müttəfiq Türk respublikaları müstəqilliklərini elan etdi. Yeni şəraitdə Türkiyə də daxil olmaqla, Türk dövlətləri arasında iqtisadi, sosial, mədəni əməkdaşlıq yarandı.

Azərbaycan bu məsələdə ənənəvi olaraq aparıcılardan olub. Çünki Mərkəzi Asiya (Türküstan) ilə Türkiyə arasında Azərbaycan tarixən bağlayıcı, birləşdirici rolda olub. Rəsmi Bakı Türk Dövlətləri Təşkilatının (TDT) gücləndirilməsi istiqamətində ardıcıl siyasət yürüdür. Prezident İlham Əliyev Türk dövlətlərinin bir-birinin milli maraqlarını nəzərə alaraq qarşılıqlı dəstək və həmrəylik göstərməli olduqlarını vurğulayıb.

İlham Əliyev türk dövlətlərinin siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıqda fəal olmalarını çıxışlarında bildirir.
Prezidentin ismarışları: TDT-nin güclənməsi, Şimali Kiprin tanınması təşəbbüsləri - ŞƏRH

COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistanın dövlət başçılarının imzaladığı Strateji Tərəfdaşlıq Haqqında Saziş türkdilli ölkələr arasında mühüm bir addım sayılır. Bu sənəd üç ölkə arasında "yaşıl enerji" keçidi, bərpa olunan enerji sahəsində əməkdaşlıq və iqlim dəyişikliyi ilə mübarizə sahəsində birgə addımların atılmasına zəmin yaradır.

Azərbaycan bu il Türk Dövlətləri Təşkilatının Zirvə toplantısına ev sahibliyi edəcək.

Dövlət başçısı TDT üzvləri arasında heç bir narazılığın olmadığını vurğulayaraq bildirib ki, Avropa İttifaqında dəyərlər, mədəniyyət, ənənələr, miqrantlar, tariflər və sairə məsələlərdə xeyli narazılıqlar var. TDT-də belə narazılığın olmaması təşkilatı unikal edir.

Dövlət başçısı qurum üzvlərinin bu üstünlüklərini reallaşdırmağa çağırıb:

“Eyni zamanda, düşünürəm ki, hamımızın səyləri bugünkü sürətlə dəyişən dünyada kifayət deyil. Forumumuzun mövzusu həqiqətən göstərir ki, biz yubanmalı deyilik və təşkilatımızı mühüm qlobal iştirakçıya çevirmək fürsətini əldən buraxmalı deyilik. Bunun üçün böyük potensial var. Geniş coğrafiya, insan ehtiyatları, təbii ehtiyatlar, nəqliyyat marşrutları mövcuddur”.

Prezident TDT-nin güclü beynəlxalq fəaliyyətinin kifayət etmədiyini daha çox çıxış etməyin vacibliyini də bildirib. Dövlət başçısı bununla Təşkilat üzvlərinə fəallığı artırmaqla bağlı ismarış verib.
Prezidentin ismarışları: TDT-nin güclənməsi, Şimali Kiprin tanınması təşəbbüsləri - ŞƏRH

İlham Əliyev hərbi sahədən də danışaraq TDT-nin bu istiqamətdə mərkəz rolunda oynaya bilməsi üçün yeni ideya ilə çıxış edib. O, Avropada Türkiyə Ordusunun ən güclü olduğunu, Azərbaycanın da bu istiqamətdə imkanlarını nümayiş etdirdiyini qeyd edərək deyib:

“Biz həqiqətən qlobal səviyyədə beynəlxalq fəaliyyətin mərkəzinə çevrilə bilərik. Xüsusən də bəzi təşkilatları, daxili mübahisələri, inamsızlığı və qarşılıqlı etimadın çatışmamasını görəndə hər bir şey aydın olur”.

Prezident, həmçinin NATO daxilində müəyyən inamsızlığın olduğunu qeyd edərək TDT-ni bu istiqamətdə daha fəal olmağa çağırıb. Bu sahədə yaranan boşluğu TDT-nin doldura biləcəyini deyib.

Bununla da Prezident TDT-nin beynəlxalq məkanda rolunun artmasının, yeni təşəbbüsləri həyata keçirməsinin vacibliyini vurğulayıb.

Türk dövlətləri arasında münasibətlər kontekstində dövlət başçısı Şimali Kipr Türk Respublikası (ŞKTR) ilə bağlı məsələni də diqqətdə saxlayıb.
Prezidentin ismarışları: TDT-nin güclənməsi, Şimali Kiprin tanınması təşəbbüsləri - ŞƏRH

Prezident Azərbaycanda Şimali Kiprin mədəniyyət günlərinin keçirilməsinin böyük hadisə olduğunu deyib. O xatırladıb ki, Azərbaycanın ŞKTR-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasında mühüm rol oynayıb:

“Prezident Tatar Şuşada təşkilatın qeyri-rəsmi Sammitinə mənim tərəfimdən dəvət olunmuşdu və o, Şimali Kipr bayrağı ilə bizimlə idi”.

Dövlət başçısı vurğulayıb ki, Şimali Kiprdəki qardaşlarımız arasında heç bir şübhə yoxdur ki, biz müstəqil ölkə qurulana qədər, sona qədər sizinlə olacağıq.

“Əlbəttə ki, beynəlxalq birlik tərəfindən tanınana qədər sizinləyik”, - İlham Əliyev deyib.

Yeri gəlmişkən, ŞKTR-nin lideri Ersin Tatar Prezident İlham Əliyevə ADA Universitetində keçirilən forumda səsləndirdiyi bəyanatı məmnuniyyətlə qarşıladığını bildirib və göstərdiyi güclü dəstəyə görə təşəkkür edib.

Bir sözlə, dövlət başçısı sözügedən forumda iştirakçıları maraqlandıran müxtəlif məsələlərə dair açıqlamaları ilə Azərbaycanın qlobal miqyasda, o cümlədən Türk dünyasında yerini, rolunu və önəmini qeyd edib. Bununla yeni dünya nizamında Azərbaycanın mövqeyi, yeri və əhəmiyyətini göstərib.(Report)
Dün, 18:00
"Wikipedia" süni intellektlə yazılan məqalələri qadağan edir
Dün, 17:30
Bu türk ölkəsi ilk dəfə öz milli valyutasını çap etdi
Dün, 17:00
Nar ixracından gəlirlər 684 min dollar azalıb
Dün, 16:30
İrandan İsrailə raket hücumu – ölkədə həyəcan siqnalları səslənir
Dün, 16:00
Dağıstan buna görə Rekordlar kitabına düşdü
Dün, 12:00
Çipslər üçün yeni standart qəbul edildi
Dün, 11:30
Pulu çəkən rənglər
Dün, 11:00
Tribunaya Messinin adı verildi
Dün, 10:30
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasından 107 il ötür
Dün, 10:00
Tramp: İranda hərbi əməliyyat əla davam edir
Dün, 09:30
Millimizin paltardəyişmə otağını su basdı
Dün, 09:00
Bakıda evlərin həyətlərini su basıb, 18 nəfər təxliyə edilib - VİDEO
27-03-2026, 18:00
Putin İlham Əliyevə təşəkkür etdi
27-03-2026, 17:30
Qaydaları pozan idmançımıza 4 illik cəza verildi
27-03-2026, 17:00
Sel və subasma ilə bağlı əhaliyə ÇAĞIRIŞ
27-03-2026, 16:30
Yol polisi sürücülərə müraciət etdi
27-03-2026, 16:00
Yağıntılar nə vaxt kəsəcək? - Nazirlik AÇIQLADI
27-03-2026, 12:00
Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?
27-03-2026, 11:30
Tanınmış jurnalist Rəşad Baxşəlıyev vəfat etdi
27-03-2026, 11:00
İran idmançılarına bu ölkələrə səfər etməyi qadağan etdi
27-03-2026, 10:30
Zelenski Səudiyyə Ərəbistanına getdi
27-03-2026, 10:00
4 yaşlı uşağı maşın vurdu - Qonşusu gəzintiyə çıxarıbmış
27-03-2026, 09:30
Trampın imzası dollarının üzərində əks olunacaq
27-03-2026, 09:00
Pensiyaçılar üçün cənnət ölkələr: Siyahıda Azərbaycan da var
26-03-2026, 18:00
Tehrandan Zəngəzur dəhlizi ilə bağlı YENİ AÇIQLAMA
26-03-2026, 17:30
Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş
26-03-2026, 17:00
İran Xarq adasının ətrafına mina hasarı çəkir