Serj Sarkisyan revanşistləri qızışdırır – ŞƏRH
Gündəm / Siyasət
Oxunub: 107
16 Nis 2025 | 15:58
Serj Sarkisyan revanşistləri qızışdırır – ŞƏRH


Ermənistanın baş naziri Nikol Paşinyanla sabiq prezidentlər arasında qarşıdurma yeni fazaya qədəm qoyub. Bir müddət əvvəl Gümrüdə keçirilən seçkilərdə ikinci prezident Robert Köçəryanın diktəsi və planı ilə məğlubiyyətə uğradılan “Mülki müqavilə”yə yeni “zərbə” Respublikaçılar Partiyasından, yəni Serj Sarkisyan cəbhəsindən gəldi. Bu gün erməni müxalifəti Robert Köçəryanın gizli şəkildə dəstəklədiyi Vardan Qukasyanı Gümrü meri seçib.Respublikaçılar Partiyasının 35 illiyinə həsr edilmiş tədbirdə çıxış edən sabiq prezident bir sıra açıqlamaları ilə revanşistlərə səslənib və 2026-cı il seçkiləri ilə bağlı əsl niyyətini ortaya qoyub. Sarkisyanın çıxışını eyni zamanda Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesinə və imzalanacaq sülh müqaviləsinə qarşı kimi də şərh etmək olar. Çıxışdan sonra müxalifətin, xüsusən də respublikaçıların nəzarəti altında olan media qurumlarında bəytərifi və çıxışın bəh-bəhlə tirajlanması sistemli və planlı işin gedişindən xəbər verir.

Bununla belə, qeyd etmək yerinə düşər ki, gün ərzində Ermənistan parlamentinin spikeri Alen Simonyanın Serj Sarkisyan və müxalifət partiyası haqqında açıqlamalarından sonra qarşı tərəfdən belə bir cavab gələcəyi gözlənilən idi. Üçüncü prezident mütəmadi çıxışlar və müraciətlər səsləndirsə də, bu dəfə “barıtı çox edib”.

2020-ci ilin müharibəsindən sonra regionda baş verən proseslər, geosiyasi dəyişikliklər, güc balanslarının yenidən formalaşması təbii ki, revanşist qrupların planlarını suya qərq edib. Bu səbəbdən də ideoloji ajiotaj, PR və sosial media hücumu xüsusən də 2026-cı il seçkiləri ərəfəsində aktivləşib. Bununla yanaşı, vurğulamaq lazımdır ki, istənilən halda, bu tip vəziyyətlərə qarşı həm Nikol tərəfdarları, həm də onun siyasi “qara işlərini” görən, gizli şəkildə neytral maskası altında gizlənən analitiklərdən tutmuş, özünü sosial filosof adlandıranlara qədər cavab kampaniyasına start verilir. Elə Robert Köçəryanın bir müddət əvvəl məlum çıxışında olduğu kimi, bu dəfə də üçüncü prezidentin cavabı bu dairələr tərəfindən verilir və verilməyə davam edir.

İndi isə Sarkisyanın məlum çıxışından əsas tezislərə toxunaq. Uzun-uzadı nitq söyləyən üçüncü prezidentin əsas məqsədi kütlədə müharibə qorxusu yaratmaq, ordu və Qarabağ ermənilərini arxasına almaq və revanşistləri aktivləşdirmək olub. Toxunulan məqamlar isə bunlardır: ekzistensial təhlükə var, Ermənistanın müstəqilliyi və Qarabağ erməniləri risk altındadır.
Serj Sarkisyan revanşistləri qızışdırır – ŞƏRH

Serj Sarkisyanın ekzistensial təhlükə və Ermənistanın müstəqilliyi, Qarabağ erməniləri risk altındadır deyəndə nəyi nəzərdə tutduğu anlaşılmazdır. Hazırda şərti sərhəd xəttində baş verən atəşkəs pozuntusuna görə birbaşa erməni ordusu məsuliyyət daşıyır. Erməni KİV-də Azərbaycan hərbçilərinin dinc sakinlərin evlərini və təsərrüfatlarını atəşə tutması barədə tirajlanan xəbərlər sırf cəmiyyət üçün hesablanıb. Hakim komanda bir tərəfdən sülh müqaviləsini imzalamağa hazır olduğu barədə mesajlar verir, digər tərəfdən də atəşkəsi pozaraq vəziyyəti qəlizləşdirir. Bu isə “Vətəndaş müqaviləsi” elitasının müqavilənin imzalanmasını 2026-cı il seçkilərinə qədər yubatma niyyəti güddüyünü ortaya qoyur. Sarkisyanın isə bu tip açıqlama verməyində əsas niyyət xalqı təşviş içində saxlamaq, hakim partiyanın yarıtmaz fəaliyyəti nəticəsində ölkənin təhlükə qarşısında qaldığını beyinlərə yeritmək, 2026-cı il seçkilərində qalib gələcəyi təqdirdə bu problemləri həll edəcəyinə vəd verməkdir.

Bu çıxışı seçki platforması kimi də qəbul etmək olar. Eyni zamanda Qarabağ ermənilərinin risk altında olduğunu ifadə etməsi, Qarabağ klanının yenidən aktivləşərək, onları təşkilatlandırma məqsədi güddüyünü söyləmək olar. Rəsmi rəqəmlərə görə, hazırda Ermənistanda yaşayan Qarabağ ermənilərinin 50-60 mininin Ermənistan vətəndaşlığı var və vətəndaşlıq üçün müraciət edənlərin sayı çoxalır. Bunu nəzərə alsaq, bu elektoratın seçkilərdə kimə səs verəcəyi də ciddi məsələdir və belə bir səs çoxluğunu qazanmaq Sarkisyanın əsas hədəflərindən biri ola bilər.

Partiya sədrinin çıxışında diqqət cəlb edən məqamlardan biri də ölkə daxilində həmrəylik mühitinin yaradılması ilə bağlı fikridir. Bununla Serj təşkilatlanma, seçkilərdə partiyasının mütləq qələbəsini təmin etmək üçün addımlar atacağının, xalqı öz ətrafına toplamaq üçün planlar qurduğunun anonsunu verib.

Qeyd etmək yerinə düşər ki, Sarkisyanın çıxışındakı ən vacib məqamlardan biri də ordu ilə bağlı fikirləridir. Üçüncü prezident bildirib ki, silahlı qüvvələrin XX əsrin çağırışlarına uyğun döyüş qabiliyyətini bərpa etmək, əsgərlərin döyüş ruhunun bərpası, qoşunların hərtərəfli təminatının təşkili, ordunun yüksək səviyyəli peşəkar hərbi kadrlarla doldurulması əsas hədəflərindən biridir. Bu açıqlama isə onu deməyə əsas verir ki, 2026-cı il seçkilərində respublikaçıların qələbə qazanacağı təqdirdə regionu yeni müharibə riski gözləyir və Serj ölkəni müharibə fəlakətinə sürükləyəcəyinin anonsunu verir.
Serj Sarkisyan revanşistləri qızışdırır – ŞƏRH

Eyni zamanda keçiriləcək parlament seçkilərində qələbə qazanmaq istəyən Sarkisyan həm ordudan dəstək istəyir, həm də işlərin istədiyi məcrada getməyəcəyi təqdirdə küçə mitinqləri ilə hakimiyyəti təhvil verdiyi Paşinyanı ordunun gücü ilə devirəcəyi barədə təhdid edir. Ehtimal etmək olar ki, bu, planlaşdırılan məsələdir və artıq ona yaxın şəxslər orduda təbliğat aparır, müəyyən generalları öz tərəflərinə çəkmək üçün işlərə başlayıb.

Partiya sədrinin çıxışında diqqət cəlb edən məqamlardan biri də peşəkar diplomatik korpusun formalaşdırılması və müttəfiqlər, tərəfdaşlarla münasibətlərin bərpası ilə bağlıdır. Bu isə Serjin Azərbaycan Ermənistan danışıqlarını uzadacağına işarədir. Sarkisyan seçkilərdə qalib gələcəyi təqdirdə danışıqları dalana dirəcəyinin anonsunu verməklə yanaşı, Rusiya ilə münasibətlərə üstünlük verəcəyinə işarə edir. Bununla da Şimaldan dəstək almaqla yanaşı, iki ölkə münasibətlərinin normallaşması əleyhinə olan bir sıra xarici və yerli qruplara yaxınlaşmaq istəyini reallaşdırmaq niyyətini güdür.

Aydındır ki, Serj Sarkisyanın çıxışı revanşistləri və sülh müqaviləsinin imzalanmasını istəməyən qrupları aktivləşdirmək, özünə cəlb etmək məqsədi güdür. Təbii ki, baş verənlər hakim partiya tərəfindən diqqətlə izlənilir və vitse-spiker Ruben Rubinyanın elə dünən “hakim partiyanın seçkiöncəsi proqramında Şuşa və Hadrutun “azad edilməsi” ilə bağlı vədlər olmacayaq” açıqlaması birbaşa Serj komandasına cavab idi. Bununla hakim partiya bildirir ki, 2026-cı il seçkilərinə heç bir müharibə, revanş, Qarabağ kimi şüarlarla qatılmayacaq. Bunu eyni zamanda Qarabağ ermənilərini qızışdıran qruplara və separatçı tör-töküntülərə cavab kimi də qəbul etmək olar.
Serj Sarkisyan revanşistləri qızışdırır – ŞƏRH

Eyni zamanda, Nikol Paşinyanın elə bu gün “bütün çətinliklərə baxmayaraq, sülh gündəminə sadiqik” bəyanatı da cavab kimi dəyərləndirilməlidir və hökumətin revanşizm, müharibə, ordu kimi təhlükəli tezislərdən uzaq durduğuna işarədir. Çünki “Vətəndaş müqaviləsi” elitası gözəl dərk edir ki, bu tip fikir və tezislər Azərbaycanın xoşuna gəlməyəcək və səbir kasasını daşıracaq. Belə bir hal isə həqiqətən Ermənistan üçün əsl faciəyə çevrilə bilər.

Erməni siyasi mühitinin analizi isə göstərir ki, həm Robert Köçəryan, həm də Serj Sarkisyanın seçkilərdən əvvəl aktivləşməsi 2026-cı ilin qızğın rəqabət formatında keçəcəyinə dəlalət edir. Bununla yanaşı, Serjin müharibə və ordu tezislərinin hələ də 2020-ci il dəmir yumruğunu unutmayan, siyasi təlatümlərdən bezən erməni cəmiyyəti üçün nə dərəcədə lazımlı olacağını nəticələr göstərəcək...(Report)
Bugün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Bugün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Bugün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Bugün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Bugün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Bugün, 09:30
Rusiyada zəlzələ baş verib
Bugün, 09:00
"BOLT" BAHALAŞDI
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
7-02-2026, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
7-02-2026, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
7-02-2026, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
7-02-2026, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
7-02-2026, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar