Prezident İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub.
Sədr Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafını və əldə etdiyi nailiyyətləri məmnunluqla qeyd etdi.
Söhbət zamanı ötən il Astanada keçirilmiş görüş əsnasında ölkələrimiz arasında strateji tərəfdaşlığa dair qəbul olunan birgə bəyanat məmnunluqla xatırlandı. Bu gün dövlət başçıları tərəfindən imzalanacaq Birgə Bəyanatda isə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinin daha bir pillə yüksələcəyi qeyd edildi.
Ölkələrin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə və qarşılıqlı dəstəklərinə toxunuldu.
Çin Xalq Respublikasının Sədri Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinə (AQEM) sədrliyini məmnunluqla vurğulayaraq, bu xüsusda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirdi.
Görüşdə Azərbaycanın və Çinin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla vurğulandı. Dövlətimizin başçısı “Vahid Çin” siyasətini həmişə dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri birmənalı şəkildə pislədiyini qeyd etdi. Azərbaycan və Çinin terrorizm, ekstremizm və separatizmə qarşı birgə səylərlə mübarizəsi qeyd olundu.
Si Cinpin COP29-un Azərbaycanda uğurla keçirilməsi və Qlobal Cənubun maraqlarının təmsil olunması baxımından Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev buna görə təşəkkürünü bildirərək, COP29 çərçivəsində qlobal iqlim gündəliyi üçün vacib qərarların qəbul edildiyini xatırladı.
Dövlət başçısı öz növbəsində Si Cinpinin müdrik rəhbərliyi ilə Çinin inkişafına toxundu.
Ölkələrimiz arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğu bildirildi, artıq Azərbaycanın müvafiq qurumları ilə Çin şirkətləri arasında bu sahədə çoxsaylı sənədlərin imzalandığını və praktiki əməkdaşlığın həyata keçirildiyi vurğulandı.
Görüşdə Hökumətlərarası Komissiyanın sonuncu iclasına toxunuldu, humanitar və mədəni sahələrdə əməkdaşlıq məsələləri qeyd olundu.
Ticarət dövriyyəmizin son dövrlərdə 20 faizdən çox artması müsbət qiymətləndirildi.
Çin Xalq Respublikasının Sədri “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən ölkələrdən biri Azərbaycanın olduğunu məmnunluqla xatırladı. Bu çərçivədə ölkələrimiz arasında əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə olundu.
Son dövrlərdə Orta Dəhliz vasitəsilə Çindən Avropaya gedən yüklərin həcmində artım dinamikası məmnunluqla qeyd edildi və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanların olduğu vurğulandı.
Strateji tərəfdaşlığa dair Birgə Bəyanatda qeyd edildiyi kimi, Azərbaycanın Qlobal Təhlükəsizlik, Qlobal İnkişaf və Qlobal Sivilizasiyalar, həmçinin bəşəriyyətin vahid taleyi kimi Çinin təşəbbüslərini dəstəklədiyi bildirildi, bununla bağlı əməkdaşlıq məsələlərinə toxunuldu.
Si Cinpin Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə Toplantısına və bu çərçivədə təşkil olunacaq bir sıra təntənəli tədbirlərə dəvət etdi.
Dövlət başçısı dəvəti məmnunluqla qəbul etdi.
***
Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub.
Bu barədə "Report"un Pekinə ezam olunmuş əməkdaşı xəbər verir.



Dün, 18:00
"Wikipedia" süni intellektlə yazılan məqalələri qadağan edir
Dün, 17:30
Bu türk ölkəsi ilk dəfə öz milli valyutasını çap etdi
Dün, 17:00
Nar ixracından gəlirlər 684 min dollar azalıb
Dün, 16:30
İrandan İsrailə raket hücumu – ölkədə həyəcan siqnalları səslənir
Dün, 16:00
Dağıstan buna görə Rekordlar kitabına düşdü
Dün, 12:00
Çipslər üçün yeni standart qəbul edildi
Dün, 11:30
Pulu çəkən rənglər
Dün, 11:00
Tribunaya Messinin adı verildi
Dün, 10:30
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasından 107 il ötür
Dün, 10:00
Tramp: İranda hərbi əməliyyat əla davam edir
Dün, 09:30
Millimizin paltardəyişmə otağını su basdı
Dün, 09:00
Bakıda evlərin həyətlərini su basıb, 18 nəfər təxliyə edilib - VİDEO
27-03-2026, 18:00
Putin İlham Əliyevə təşəkkür etdi
27-03-2026, 17:30
Qaydaları pozan idmançımıza 4 illik cəza verildi
27-03-2026, 17:00
Sel və subasma ilə bağlı əhaliyə ÇAĞIRIŞ
27-03-2026, 16:30
Yol polisi sürücülərə müraciət etdi
27-03-2026, 16:00
Yağıntılar nə vaxt kəsəcək? - Nazirlik AÇIQLADI
27-03-2026, 12:00
Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?
27-03-2026, 11:30
Tanınmış jurnalist Rəşad Baxşəlıyev vəfat etdi
27-03-2026, 11:00
İran idmançılarına bu ölkələrə səfər etməyi qadağan etdi
27-03-2026, 10:30
Zelenski Səudiyyə Ərəbistanına getdi
27-03-2026, 10:00
4 yaşlı uşağı maşın vurdu - Qonşusu gəzintiyə çıxarıbmış
27-03-2026, 09:30
Trampın imzası dollarının üzərində əks olunacaq
27-03-2026, 09:00
Pensiyaçılar üçün cənnət ölkələr: Siyahıda Azərbaycan da var
26-03-2026, 18:00
Tehrandan Zəngəzur dəhlizi ilə bağlı YENİ AÇIQLAMA
26-03-2026, 17:30
Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş
26-03-2026, 17:00
İran Xarq adasının ətrafına mina hasarı çəkir