BİZİM TƏQVİM: Aprelin 26-da baş vermiş tarixi hadisələr
Gündəm / Sosial
Oxunub: 136
26 Nis 2025 | 08:48
BİZİM TƏQVİM: Aprelin 26-da baş vermiş tarixi hadisələr


1920-ci il aprelin 26-da Azərbaycan Demokratik Respublikası parlamentinin son iclaslarından biri keçirildi. İclasda 11-ci Qızıl Ordunun Azərbaycan ərazilərinə müdaxiləsi məsələləri müzakirə olundu. Qərara alındı ki, bu barədə bəyanat dünyanın bir çox ölkəsinə göndərilsin. Nəticədə 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Cümhuriyyəti fəaliyyətini dayandırmalı oldu.

Bəs, 26 apreldə dünyada daha hansı hadisələr baş verib?

1. 1870-ci ilin 26 aprelində Osmanlı dövlətində ibtidai və orta qız məktəblərində dərs keçmək üçün Darülmuallimat, yəni Qız Müəllim Məktəbi açıldı.

2. 26 aprel 1966-cı ildə Özbəkistanın paytaxtı Daşkənddə meydana gələn 8 bal gücündə zəlzələdə 36 mindən çox bina dağıldı, 300 min adam evsiz qaldı.

3. 1986-cı ilin bu günü Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verdi. Bu hadisə bəşəriyyət tarixində ən iri texnogen fəlakətlərdən sayılır. Çernobılda hadisə zamanı yaranan radioaktiv buludlardan təxminən 7 milyon insan zərər çəkdi. Qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlərin bir çoxu bu vaxta qədər müalicəni davam etdirir. Onların arasında Azərbaycan vətəndaşları da var. Onu da qeyd edək ki, Çernobıl faciəsinin ildönümündə isə virtual piratların kompüterləri kilidləməsindən 300 min kompüter təsirləndi, virusun şirkətə vurduğu ziyan təxminən 100 milyard dollar oldu.

4. 1995-ci ildən başlayaraq UNESCO-nun təşəbbüsü ilə hər il 26 Aprel Beynəlxalq Əqli Mülkiyyət Günü kimi qeyd olunur. Əqli Mülkiyyətin Ümumdünya Təşkilatının yaradılması və Əqli Mülkiyyətin Qorunması ilə bağlı beynəlxalq konvensiya ilk dəfə 1967-ci ildə imzalanıb.

5. 26 aprel 2010-cu ildə Azərbaycan paytaxtında Dünya dini liderlərinin Bakı sammiti işə başlayıb. Sammitdə dünyanın 33 ölkəsindən ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox yüksək səviyyəli nümayəndə iştirak edib. Həmçinin bu mötəbər tədbirə 14 nüfuzlu beynəlxalq təşkilatın, eləcə də Rusiya Federasiyasının 11 subyektinin dini rəhbərləri və nümayəndələri də qatılmışdılar.

6. 2015-ci ilin bu günündə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasimi keçirilib. Yarışlarda Avropanın 50 ölkəsindən 10 min idmançı mübarizə aparıb. Yarışlar Bakının 11, Mingəçevirin isə 1 idman qurğusunda keçirilib. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanaraq komanda hesabında ikinci yeri tutublar.

26 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Görkəmli ingilis yazıçısı Daniel Defo 1731-ci ilin bu günü 71 yaşında dünyasını dəyişib.

2. Məşhur fransız rəssamı Ferdinand Viktor Ejen Delakrua 1798-ci ilin 26 aprelində anadan olub.

3. 26 aprel 1936-cı ildə “Sərgüzəşt” adlı məşhur romanın və Türkiyə ədəbiyyatında realist janrda ilk romanın müəllifi Samipaşazade Sezai dünyasını dəyişib.

4. 1908-ci ilin 26 aprelində görkəmli yazıçı, ədəbiyyatşünas, Əməkdar Elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin anadan olub.İlk dəfə 1937-39-cu illərdə "Revolyusiya və kultura" jurnalında hissə-hissə nəşr olunan "Bir gəncin manifesti" əsəri yazıçıya böyük oxucu auditoriyası qazandırıb. Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi Azərbaycan filologiyasında diqqətəlayiq yer tutur.

5. Tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Mirəli Seyidov 26 aprel 1992-ci ildə dünyasını dəyişib.

6. Tanınmış müğənni, Əməkdar artist Baloğlan Əşrəfov 26 aprel 2021-ci ildə vəfat edib.(Bizim.Media)
Bugün, 12:00
Yarım milyon manata ofis icarəyə verən Araz Mehdiyev kimdir?
Bugün, 11:30
Coğrafiya elmləri doktoru Bakıya yağan dolunun səbəbini AÇIQLADI
Bugün, 11:00
"5 min manat verdim, bir ay sonra iş bağlandı" - Uşaq bağçasının direktorunun məhkəməsi
Bugün, 10:30
Ləman yenidən əməliyyat olunacaq - Ailə kömək gözləyir
Bugün, 10:00
Bakıda arvadını güllələyən klinika direktoruna hökm oxundu
Bugün, 09:30
Marketlərin reklam siyasəti: 1 kq-a, yoxsa 100 qrama qiymət təyin etmək doğrudur?
Bugün, 09:00
Azərbaycanda ana yemək üstündə qızını vəhşicəsinə döydü
Dün, 18:00
Azərbaycanda bu hallarda valideyn övladına ödəniş etməli olacaq
Dün, 17:30
Dövlət 70 abidəni mühafizəyə götürəcək
Dün, 17:00
Yeni 100 manatlıq dövriyyəyə buraxılır - FOTO
Dün, 16:30
TƏBİB Azərbaycan səhiyyəsini dəyişir - vətəndaşların üzü gülür
Dün, 16:00
Diqqət: mənzillərə istiliyin verilməsi dayandırıldı
Dün, 12:00
Birgə hərbi dron istehsal edəcəklər
Dün, 11:30
Uşaq vaxtı udduğu termometri 20 il sonra çıxardılar
Dün, 11:00
Hər gün qəbul etdiyiniz bu vitamin böyrəkləri sıradan çıxara bilər
Dün, 10:30
Yeni təhlükə: insanlarda korluğa səbəb ola bilən virus aşkarlandı
Dün, 10:00
10 mindən çox hərbçi Hörmüzü blokadaya aldı
Dün, 09:30
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Dün, 09:00
Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
14-04-2026, 18:00
Yubileyi olan Xalq artistinə "Fəxri diplom" verildi - FOTO
14-04-2026, 17:30
Binada partlayış: Usta 15-ci mərtəbədən yıxılıb öldü
14-04-2026, 17:00
Bakıda özəl klinikanın fəaliyyəti dayandırıldı
14-04-2026, 16:30
Füzulidə mina partladı - ANAMA əməkdaşı həlak oldu
14-04-2026, 16:00
Dünyanın ən varlı məhbusu Azərbaycandadır
14-04-2026, 12:00
Qonşu ölkə siqaretlə vidalaşır: tam qadağa planı
14-04-2026, 11:30
Öldürülən İradənin ailəsi narazıdır - Biznesmen yenidən yoxlanacaq
14-04-2026, 11:00
Koronavirusun gizli fəsadı ortaya ÇIXDI