Ermənistanda casus, xidmətçi oyunu – parlament seçkilərinə hazırlıq kampaniyası - ŞƏRH

Ermənistan cəmiyyəti parçalanıb. Əvvəllər o, “Qarabağın Ermənistana birləşməsi”, “Böyük Ermənistan”, saxta erməni soyqırımının beynəlxalq səviyyədə tanınması, Türkiyə, Gürcüstan, İran, Rusiya və Azərbaycana qarşı ərazi iddiaları xülyalar, uydurmalar əsasında birləşə bilirdi. İndi isə yönsüz qalıblar.Belə şəraitdə siyasi qüvvələr bir-birinə qarşı dedi-qodu, şayiə, qarayaxma aparır.
Keçmiş sovetlərdə ən məşhur qarayaxma ifadə bu idi: “KQB casusu”. SSRİ dağıldıqdan sonra onların sırası və mahiyyəti dəyişməyə başladı. “Rusiyanın agenti”, “QRU” (Rusiya Baş Kəşfiyyat İdarəsi) casusu”, yaxud “Amerikaya işləyir”, “Sorosun uşaqları” kimi ifadələrdən istifadə edilir.
Keçmiş sovet respublikalarının hər birində bura yerli milli məsələlər, istiqamətlər daxil olmaqla dəyişiklik edilə və ya əlavələr oluna bilər.
Ermənistan üçün son zamanlar ən məşhur belə deyimlər bunlardır: “Rusiya casusu”, “Türkiyə agenti”, “Azərbaycan casusu”.
Mayın 5-də Ermənistan parlamentinin sədri Alen Simonyan keçmiş prezident Robert Koçaryanı Rusiyaya “casusluq”da ittiham edib.
Keçmiş prezident əvvəlki çıxışlarından birində bildirmişdi ki, Ermənistan hakimiyyəti 2022-ci il Praqa Bəyannaməsində Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaqla Qarabağda yerləşdirilən “Rusiya sülhməramlılarının vasitəçilik kürsüsünü” əlindən alıb. Bundan başqa Koçaryan Ermənistanın BMT-də Rusiyaya qarşı qətnaməyə səs verməsini “axmaq addım” adlandırıb və ölkənin xarici ticarətinin 55-60 faizinin Rusiyaya aid olduğunu xatırladıb.

A.Simonyan jurnalistlərə bildirib ki, onun əlində casusluqla bağlı müvafiq faktlar yoxdur, ancaq, o, siyasətçidir, keçmiş prezidentdir, onun rəhbərlik etdiyi “Ermənistan” ("Hayastan") blokunun nümayəndələri tərəfindən səsləndirilən tezislərin təhlili əsasında siyasi bəyanat verir. Sədrin qiymətləndirməsinə görə, bu tezislər Rusiyanın mövqeyi ilə üst-üstə düşür. Bu fonda o, Gümrünün yeni meri Vardan Qukasyanın (onun sözlərinə görə, Robert Koçaryan tərəfindən dəstəklənir) Belarus nümunəsində Ermənistanın İttifaq dövlətinə qoşulması üçün çıxış etdiyini xatırladıb. Buna əsaslanaraq, o, Koçaryanı "Rusiyanın maraqlarına xidmət edən" siyasi xadim hesab etdiyini söyləyib.
O, həmçinin "şimal qonşusu" tərəfindən Ermənistana qarşı "hibrid müharibə"nin olduğunu və bunun 2026-cı ildə (seçkilərdən əvvəl) güclənəcəyini bildirib. KİV-in dəqiqləşdirici sualına cavab olaraq Simonyan vəsaitlərin Rusiyadan gəldiyini deyib.
Jurnalistlər Koçaryanın casusluqda ittiham edilməsinə cavab olaraq Simonyanı müxalifətin bəyanatlarına görə Bakı və Ankaranın maraqlarına xidmət edən Paşinyan və hakim komandaya qarşı oxşar ittihamları şərh etməsini xahiş ediblər. Simonyan bunun subyektiv iddia olduğunu bildirib: "İlham Əliyev proseslərdən və İrəvanın onun tələblərini yerinə yetirməməsindən narazıdır, bu isə sizin dediklərinizə ziddir”.
Parlament sədrinə Azərbaycanın uzun müddətdir Ermənistandan Konstitusiyasına dəyişiklik etməyi, oradan Müstəqillik Bəyannaməsinə istinadı çıxarmağı tələb etdiyini xatırladıblar: “Ermənistan rəhbərliyi baş nazirin simasında da bildirib ki, Bəyannamə Konstitusiyada olmamalıdır”.
A.Simonyan cavabında bildirib ki, Ermənistan rəhbərliyini kapitulyasiyada və güzəştə getməkdə ittiham edən şəxslər rəsmi İrəvanı yeni təcavüzə səbəb ola biləcək ehtiyatsız hərəkətlərə sövq edirlər.

Jurnalistlərlə yaranan bu polemikadan da görünür ki, Alen Simonyan Koçaryana “Rusiya maraqlarının xidmətçisi” ittiham etdiyi kimi ona və Paşinyana da sətiraltı olaraq Azərbaycanın “istəklərinin ifaçısı” damğası vurur.
Ermənistanın ikinci prezidenti Robert Koçaryanın ofisi parlament sədri Alen Simonyanın ittihamlarına kəskin reaksiya verib.
Koçaryanın ofisinin rəhbəri Baqrat Nikoyan cavab olaraq, Alen Simonyana istehza ilə "Ərdoğanın kitabını götürüb sakitləşməyi" məsləhət görüb: “Simonyan Azərbaycan yefreytor-casus və türk agenti statusuna malikdir. Onun bəyanatlarını şərh etmək hər erməni üçün alçaldıcıdır”.
Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Nikol Paşinyanın komandası “casus ovuna” çıxmışdı. Bir neçə il öncə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ölkə ərazisində xarici agentura şəbəkəsinin fəaliyyətinin qarşısının alındığına dair xəbərlər yayılmışdı. Onda dövlətə xəyanətdə şübhəli bilinən 19 nəfər saxlanılmışdı.
Nikol Paşinyan iki il öncə “orduda “beşinci kolon”a son qoyduqlarını” bildirmişdi. Baş nazirin “beşinci kolon” dedikdə Rusiya amilini nəzərdə tutduğu da istisna edilmir. Çünki Ermənistan silahlı qüvvələri ənənəvi olaraq Rusiyanın təsiri altında olub. Hətta, 1992-ci ilin fevralında Azərbaycanın Xocalı və Ermənistanın işğal etdiyi başqa şəhərlərində qətliamları, soyqırımları Rusiya hərbçiləri ilə birlikdə törədiblər.

Təsadüfi deyil ki, həmin dövrdə Robert Koçaryan Qarabağdakı cinayətkar erməni silahlı dəstəsinin və qurumun başçısı olub. Qarabağda törətdiyi cinayətkar əməllərə və xaricdəki havadarlarının tapşırıqlarını yerinə yetirdiyi üçün 1998-ci ildə Levon Ter-Petrosyan istefaya göndərildi, yerinə Robert Koçaryan gətirildi. Bu, Rusiyanın Koçaryana mükafatı idi. Rusiya Prezidenti Vladimir Putin o, həbsdə olduğu il Ermənistana səfər etmiş, məhbus keçmiş prezidentin həyat yoldaşı ilə görüşmüşdü.
Odur ki, Simonyanın dediklərində həqiqət var. Koçaryan daim Rusiyanın maraqlarına xidmət edib. Putin onu “dostum” adlandırıb.
Ermənistan cəmiyyətinin Rusiyaya münasibəti birmənalı yaxşı deyil. Elə Qərbə, Avropaya baxışlarının da eyni şəkildə olduğunu ehtimal etmək olar.
Cəmiyyətdəki qütbləşmənin bir tərəfi rusiyayönümlülər, yaxud “Rusiyaya xidmət edənlər”, ən sadəsi “Rusiya casusları”ından ibarətdirsə, o biri tərəfdə Qərb, avropayönlülər, ən yaxşı halda “Sorosun yetişdirmələri, uşaqlar”ı durur.
Nikol Paşinyanın “vesternizasiya”, qərbləşmək siyasəti uğur əldə edə bilmədiyi üçün “Real Ermənistan” tezisləri ictimai-siyasi platformaya daxil edilib.
Ona görə bu ölkə “realçı”lara və “Rusiya xidmətçiləri”nə bölünüb.

Bu bölgü daha çox 2026-cı ildə keçirilməsi nəzərdə tutulan siyasi kampaniya, parlament seçkilərinə hazırlıqdan sayılır. Çünki belə bölgü həm də təbliğat kampaniyası zamanı hakim partiyanın işini asanlaşdıra bilər.
Gümrüdə yerli seçkilərdə hakim partiyanın məğlubiyyəti Nikol Paşinyana və komandasına ciddi xəbərdarlıq sayılır. Habelə bu günlərdə Robert Koçaryanın hakimiyyətə qarşı hesablanan geniş müsahibəsi də rusiyayönlü müxalifətin gələn ilki kampaniyaya hazırlığından xəbər verir.
Tərəfdarları və Rusiya da bu siyasi kampaniyaya hazırlığı genişləndirir. Ermənistanın “Biz yatmırıq” vətəndaş hərəkatının təşəbbüskarı Edqar Kazaryan parlamentdə baş nazir Nikol Paşinyana etimadsızlıq göstəriləcəyinə əminliyini bildirib: “Məndə belə təəssürat yaranır ki, impiçmentin əleyhinə olanlar onun uğursuzluğundan deyil, uğurundan narahatdırlar”.
Hərəkatın təşəbbüskarları Edqar Kazaryan və Narek Malyan Paşinyana etimadsızlıq təşəbbüsü ilə çıxış edərək parlamentin deputatlarına məktublar göndəriblər.
Edqar Kazaryan müxtəlif təhsil müəssisələri ilə yanaşı, 2006-2007-ci illərdə İrəvanda Avropa Şurası siyasi kurs, 2009-2010-cu illərdə isə Moskva siyasi kurs məktəblərində təhsil alıb.

Yaxın zamanda isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri gözlənilir. Lavrovun səfəri son illərdə əhəmiyyətli dəyişikliklərə uğramış Moskva və İrəvan arasındakı mürəkkəb münasibətlər fonunda reallaşır.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik şurası katiblərinin birgə iclasında iştirak etməyəcək.
Odur ki, “Rusiya xidmətçiləri”nin və ya emissarlarının gələn il Ermənistanda mövsümü başlayacaq. Göstərdiyimiz nümunələr isə bu kampaniyaya hazırlıq, yaxud məşqdir.(Report)
Bugün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Bugün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Bugün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Bugün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Bugün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Bugün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Bugün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Bugün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Bugün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Bugün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Bugün, 09:30
Rusiyada zəlzələ baş verib
Bugün, 09:00
"BOLT" BAHALAŞDI
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT