ICAO Rusiyanın "Boing" təqsirini təsdiqlədi – növbəti AZAL-ın təyyarəsi ola bilər - ŞƏRH

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Şurası rəsmi olaraq Rusiyanın 2014-cü ildə Ukraynanın Donbas bölgəsi üzərində baş verən MH17 reysi qəzasında məsuliyyət daşıdığını tanıyıb. ICAO Şurasının qənaətincə, Rusiya öz hərəkətləri ilə beynəlxalq mülki aviasiya haqqında Çikaqo Konvensiyasını, xüsusilə də uçuş zamanı mülki hava gəmilərinə qarşı silah tətbiqini qadağan edən müddəanı pozub. Yaxın həftələrdə də Rusiyanın zərəri necə ödəməli olduğu məsələsi nəzərdən keçiriləcək.
Məlumat üçün bildirək ki, Rusiyaya qarşı şikayəti ICAO-ya 2022-ci ilin martında Avstraliya və Niderland təqdim edib. Onların vətəndaşları təyyarə qəzasında həlak olanların əksəriyyətini təşkil etdiyi üçün bu iddia ilə çıxış etmişdilər. Rusiyanın bu iddiaya münasibətinə gəldikdə, 2024-cü ilin iyununda ICAO-nun səlahiyyətini tanımadığı üçün şikayətin baxılmasında iştirakını dayandırıb. Avstraliya, Belçika, Malayziya, Niderland və Ukrayna nümayəndələrindən ibarət Beynəlxalq İstintaq Qrupu belə nəticəyə gəlib ki, təyyarə separatçılar tərəfindən Rusiyadan bir müddət əvvəl gətirilmiş "Buk" zenit-raket kompleksindən vurulub.
Niderlanddakı məhkəmə qondarma Donetsk Xalq Respublikasının keçmiş müdafiə naziri İqor Strelkovu və daha iki nəfəri təyyarənin qəsdən məhv edilməsi və qəsdən adam öldürmə ittihamları ilə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib. İşdə adı keçən daha bir şəxs bəraət alıb.
"Biz Rusiyanı nəhayət bu dəhşətli zorakılıq aktına görə məsuliyyətini tanımağa və öz qəbuledilməz davranışına görə zərəri ödəməyə çağırırıq", - Avstraliya xarici işlər naziri Penni Vonqun bəyanatında deyilir. Onun niderlandlı həmkarı Kaspar Veldkamp isə bildirib ki, ICAO-nun qərarı beynəlxalq ictimaiyyətə aydın bir siqnaldır ki, "dövlətlər beynəlxalq hüququ cəzasız poza bilməzlər". "ICAO Şurasının MH17 işi üzrə qərarı Rusiyanı məsuliyyətə cəlb etmək üçün daha bir mühüm addımdır", - ICAO-dakı nümayəndə olan Ukraynanın Kanadadakı səfiri Yuliya Kovaliv "Avropa Həqiqəti"nə bildirib.

Qeyd edək ki, “Malaysia Airlines”a məxsus “Boeing 777” təyyarəsi 2014-cü ilin iyulunda Donbas üzərində vurulub. Nəticədə 298 nəfər həlak olub. Bu təyyarə qəzası tarixdə qurbanların sayına görə ən böyük on qəza sırasına daxildir.
Göründüyü kimi, Beynəlxalq Mülki Aviasiya Təşkilatı qəzadan 11 il sonra müvafiq qərar qəbul edib və məsuliyyət daşıyan tərəfin Rusiya olduğunu üzə çıxarıb. Rusiya bu illər ərzində dəfələrlə çoxsaylı insan ölümünə gətirib çıxarmış qəza ilə bağlı məsuliyyəti öz üzərindən atmağa çalışsa da, səyləri nəticəsiz qalıb. Müvafiq ekspertizanın nəticəsi ortadadır və bütün faktlar da təyyarənin onun tərəfindən vurulduğunu üzə çıxarıb. Rusiya məsuliyyəti öz üzərinə götürməli, üzr istəməli, həlak olanların ailələrinə kompensasiya ödəməlidir. Əks təqdirdə, onsuz da sanksiyalar içində çabalayan ölkəyə qarşı yeni qadağalarla üzləşə bilər.
Beləliklə, Avstraliya və Niderlandın qaldırdığı iddia ədalətli həllini tapıb və Rusiyanın məsuliyyət daşıdığını təsdiqləyib. Bu yerdə yada AZAL-a məxsus təyyarənin Rusiya ərazisində raketlə vurulub yerə salınması düşür. Hadisənin üstündən altı ay keçsə də, Rusiya tərəfi laqeydlik, susqunluq nümayiş etdirir, istintaq orqanları isə ictimaiyyətə qaneedici bir məlumat təqdim etmir. Rusiya tərəfi həmişə olduğu kimi, yenə də klassik taktikasından istifadə etməyə çalışır – prosesi süni şəkildə uzadır, cavabdehləri gizlədir.

Yayılan məlumatlara görə, Azərbaycan hüquq-mühafizə orqanları bu müddət ərzində Rusiya tərəfi ilə mütəmadi əlaqə saxlayıb. Hər ay məsələ ilə bağlı sorğular göndərilir, məlumat istənilir, istintaqla əməkdaşlıq təklif olunur. Amma cavab yoxdur.
Əsas məsələ hazırda odur ki, bu cinayətin hüquqi və siyasi cavabdehliyi aydın şəkildə müəyyən edilsin. Əgər Rusiya öz daxilində bu məsuliyyəti daşıyan şəxsləri istintaqa cəlb etmək niyyətində deyilsə, o zaman Azərbaycan ICAO-ya şikayət etmək hüququnu özündə saxlayır.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğrayan zamanı təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Prezident İlham Əliyev dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bildirib ki, “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi Rusiyanın hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qalıb.
Mayın 5-də xarici işlər naziri Ceyhun Bayramov AZAL-ın təyyarəsinin vurulması ilə bağlı şərhində bildirib ki, rəsmi Bakı Rusiyanın istintaqının başa çatmasını gözləyir. Bildirib ki, AZAL-ın təyyarəsinin vurulması məsələsi hər zaman gündəliyimizdədir: "Biz bütün təmaslarımız zamanı bu məsələni Rusiya tərəfi ilə qaldırırıq".
Qarşı tərəfin Azərbaycana verdiyi izahat ondan ibarətdir ki, hazırda Rusiyada istintaq tədbirləri davam edir. Bildirirlər ki, istintaq tədbirləri başa çatdıqdan sonra daha detallı məlumatlar təqdim edəcəklər. Lakin ortada heç bir irəliləyiş yoxdur.
Qəzadan sonra Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayevin səsləndirdiyi fikirlər maraqlı idi. O deyib ki, ölkəsi qəzaya uğrayan təyyarə ilə bağlı obyektiv və şəffaf araşdırmanın tərəfdarıdır. “Gizlədəcək heç nəyimiz yoxdur, biz obyektiv və şəffaf istintaqın tərəfdarıyıq”, - deyə, o bildirib. D. Abayev qeyd edib ki, araşdırma ICAO-nın bütün standartlarına uyğun aparılır. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Braziliya araşdırmada iştirak etmək üçün səlahiyyətli nümayəndələr təyin ediblər:
“Qazaxıstan Nəqliyyat Nazirliyinin dərc olunmuş hesabatı ilkin xarakter daşıyır. Nazirliyin məlumatına görə, yekun hesabat 2025-ci ilin dekabrına qədər dərc oluna bilər. Yeri gəlmişkən, ICAO ilkin hesabatın səviyyəsini və keyfiyyətini yüksək qiymətləndirib, məlumatın təfərrüatlı və dolğunluğunu qeyd edib”.
Qeyd edək ki, ilkin hesabatda göstərilib ki, sərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olub. Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılığı ilə əlaqədar bu məlumatlar FDR vasitəsilə öz təsdiqini tapıb. Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışıblar. Təyyarə Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşib. Müəyyən olunub ki, təyyarəyə kənardan müdaxilə edilib. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması bu faktı təsdiqləyir. Həmin faktların fotosu, həmçinin videoları da qeydiyyata alınıb. Həmin zədələr hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfiqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub.

BMAT-ın Çikaqo Konvensiyasına əsasən ilkin hesabat hazırlandıqdan sonra qəzanın səbəbləri ilə bağlı qəza tarixindən bir il ərzində yekun hesabat hazırlanmalıdır. Həmin yekun hesabatın hazırlanması ilə bağlı Qazaxıstanı və araşdırmada iştirak edən digər dövlətlər tərəfindən artıq işlər başlanılıb.
Beləliklə, ICAO Rusiyanın 2014-cü ildə Ukraynanın Donbas bölgəsi üzərində baş verən MH17 reysi qəzasında məsuliyyət daşıdığını tanıdı və baş verən faciədə onun məsuliyyət daşıdığı təsdiqləndi. Və indi Rusiya bundan nəticə çıxarmalıdır. AZAL təyyarəsinin Qroznıda Rusiyanın Hərbi Hava Müdafiə qüvvələrinin məsuliyyətsizliyi və mülki aviasiya ilə koordinasiyalı fəaliyyət göstərməməsi nəticəsində vurulduğu məsuliyyətini üzərinə götürməlidir. Onsuz da bütün faktlar bunu təsdiq edir. Rusiya növbəti dəfə beynəlxalq qurumlar, konkret olaraq ICAO tərəfindən təqsiri elan edilmədən özü məsuliyyətini dərk etməli və üzrxahlıqla çıxış etməlidir. Azərbaycan tərəfi ən yüksək səviyyədə - Prezident səviyyəsində mövqeyini bəyan edib. İlham Əliyev çıxışında “təyyarəmizin qəzaya uğramasının bütün məsuliyyəti Rusiyanın müvafiq dövlət orqanları üzərinə düşür” bildirib.
Ümid etmək olar ki, Rusiya rəhbərliyi üstündən altı ay keçdikdən sonra nəhayət bütün məsuliyyəti öz üzərinə götürəcək və beynəlxalq normalar çərçivəsində müvafiq addımlar atacaq.(Report)
Bugün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Bugün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Bugün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Bugün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Bugün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Bugün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Bugün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Bugün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Bugün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Bugün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Bugün, 09:30
Rusiyada zəlzələ baş verib
Bugün, 09:00
"BOLT" BAHALAŞDI
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT