Məktəbdəki monitorinqlə bağlı YENİLİK

“Monitoringin məqsədi yalnız şagirdlərin bilik səviyyəsini ölçmək deyil, eyni zamanda, müəllimlər, proqram tərtibatçıları və təhlil aparan idarəedici orqanlar üçün vacib məlumatların toplanması və təhlilinin aparılmasıdır. Bu il monitorinq 300 mindən çox şagirdi əhatə edəcək. IV sinif şagirdləri tədris dili və riyaziyyat fənləri üzrə sualları cavablandıracaqlar. VI sinif şagirdləri isə təbiət, tədris dili və riyaziyyat fənləri üzrə monitorinqə cəlb olunacaqlar. Suallar mövcud tədris proqramına uyğun hazırlanıb. Bu monitorinqin özəlliyi odur ki, suallar hazırlanarkən kifayət qədər ciddi elmi-metodik iş aparılıb”.
Bu fikirləri “Azərbaycan müəllimi”nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.
O bildirib ki, bu monitorinqdə şagirdlərin təhlil və düşünmə bacarıqları tələb edən suallarla da qarşılaşması nəzərdə tutulub. Bu cür suallar həm də müəllimlər üçün bir göstərici rolunu oynayır. Belə ki, bu nəticələr əsasında həm kiçik, həm də böyük summativ qiymətləndirmələrin gələcəkdə daha keyfiyyətli şəkildə hazırlanması mümkündür:
“Bu ilin yeniliklərindən biri də odur ki, ölkə üzrə 10 000 şagird rəqəmsal qiymətləndirməyə cəlb olunacaq. Həmin şagirdlər xüsusi təchiz olunmuş mərkəzlərdə, kompüter vasitəsilə, rəqəmsal formatda keçiriləcək monitorinqdə iştirak edəcəklər. Qalan şagirdlər isə əvvəlki illərdə olduğu kimi, kağız daşıyıcı üzərində aparılan monitorinqə qatılacaqlar”.
Onun sözlərinə görə, rəqəmsal qiymətləndirməni daha çox şagirdi əhatə edəcək şəkildə davam etdirmək planlaşdırılır. Bu yanaşma bir tərəfdən kağız daşıyıcılardan qənaətlə istifadəyə, digər tərəfdən isə monitorinq materiallarının yoxlanmasının rəqəmsallaşdırılması sayəsində prosesin sadələşdirilməsinə və zamana qənaətə imkan verir:
“Eyni zamanda, bu addım həm şagirdlərdə, həm də təhsil verənlərimizdə rəqəmsal bacarıqların formalaşmasına töhfə verir”,- deyən müsahibimiz valideynlərə müraciət edib:
“Sabah övladlarının monitorinqdə iştirakına dəstək göstərsinlər, onların təyin olunmuş məktəblərə vaxtında gəlmələrini təmin etsinlər. Növbəti mərhələlərdə valideynlər öz övladlarının, məktəblərinin nəticələri barədə də məlumatlı olacaqlar”.
Nəticələrə gəldikdə isə Vəfa Yaqublu deyib ki, rəqəmsal formatda keçirilən qiymətləndirmənin nəticələri dərhal əldə edilir. Kağız daşıyıcı üzərində aparılan qiymətləndirmənin nəticələrinin yoxlanılması isə müəyyən vaxt tələb edə bilər: “İstənilən halda nəticələrin açıqlanması vahid və şəffaf qaydada həyata keçiriləcək”.
Bugün, 18:00
Azərbaycanda bu hallarda valideyn övladına ödəniş etməli olacaq
Bugün, 17:30
Dövlət 70 abidəni mühafizəyə götürəcək
Bugün, 17:00
Yeni 100 manatlıq dövriyyəyə buraxılır - FOTO
Bugün, 16:30
TƏBİB Azərbaycan səhiyyəsini dəyişir - vətəndaşların üzü gülür
Bugün, 16:00
Diqqət: mənzillərə istiliyin verilməsi dayandırıldı
Bugün, 12:00
Birgə hərbi dron istehsal edəcəklər
Bugün, 11:30
Uşaq vaxtı udduğu termometri 20 il sonra çıxardılar
Bugün, 11:00
Hər gün qəbul etdiyiniz bu vitamin böyrəkləri sıradan çıxara bilər
Bugün, 10:30
Yeni təhlükə: insanlarda korluğa səbəb ola bilən virus aşkarlandı
Bugün, 10:00
10 mindən çox hərbçi Hörmüzü blokadaya aldı
Bugün, 09:30
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bugün, 09:00
Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
Dün, 18:00
Yubileyi olan Xalq artistinə "Fəxri diplom" verildi - FOTO
Dün, 17:30
Binada partlayış: Usta 15-ci mərtəbədən yıxılıb öldü
Dün, 17:00
Bakıda özəl klinikanın fəaliyyəti dayandırıldı
Dün, 16:30
Füzulidə mina partladı - ANAMA əməkdaşı həlak oldu
Dün, 16:00
Dünyanın ən varlı məhbusu Azərbaycandadır
Dün, 12:00
Qonşu ölkə siqaretlə vidalaşır: tam qadağa planı
Dün, 11:30
Öldürülən İradənin ailəsi narazıdır - Biznesmen yenidən yoxlanacaq
Dün, 11:00
Koronavirusun gizli fəsadı ortaya ÇIXDI
Dün, 10:30
Məkkəyə girişə məhdudiyyət qoyuldu
Dün, 10:00
Millimiz 2:9 hesabı ilə uduzdu
Dün, 09:30
Ağcabədidə xalauşaqları evləndi - Araşdırmalar başladı
Dün, 09:00
ABŞ Hörmüz boğazında blokadanı başlatdı
13-04-2026, 18:00
Hər evdə var: İşıq pulunu çox yazan cihaz
13-04-2026, 17:30
Tramp Hörmüz boğazını blokadaya almağı əmr etdi
13-04-2026, 17:00
Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?