Prezidentin Tirana triumfu - Aİ Azərbaycanla münasibətlərdə yeni mərhələyə başlayır - ŞƏRH
Gündəm / Siyasət
Oxunub: 126
17 May 2025 | 17:07
Prezidentin Tirana triumfu - Aİ Azərbaycanla münasibətlərdə yeni mərhələyə başlayır - ŞƏRH


Azərbaycan Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Albaniyanın paytaxtı Tiranada keçirilən VI zirvə toplantısında iştirakı ölkəmizin Avropa ölkələri ilə əlaqələrinin inkişafının növbəti təzahürü oldu.

Artıq neçənci dəfədir ki, Azərbaycan toplantıya ən ali qonaq kimi dəvət olunur və bu da şübhəsiz ki, onun nüfuzunun göstəricisidir. Avropa tərəfindən böyük geosiyasi məkanda etibarlı tərəfdaş kimi nəzərdən keçirilir. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, Azərbaycan enerji, nəqliyyat-kommunikasiya, humanitar və digər gündəmlərin mürəkkəb məsələləri kontekstində aydın fəaliyyət proqramı təqdim etməyə müvəffəq olub.

Məlumdur ki, “Avropa Siyasi Birliyi” Avropa İttifaqının (Aİ) ən mühüm platformalarından biridir və ölkəmiz də onun Zirvə toplantılarının əksəriyyətində ən yüksək səviyyədə təmsil olunub. Xüsusilə 2022-ci il Praqa Zirvə toplantısı ən ciddi diplomatik uğurlarımızdan biri kimi yadda qalıb. Məhz həmin görüşdə Azərbaycanın ərazi bütövlüyü Ermənistan və Fransa tərəfindən qəbul edildi. Ərazi bütövlüyü və müstəqilliyin bərpasından sonra dünya bir həqiqəti qəbul etməyə məcbur oldu - Azərbaycan beynəlxalq miqyasda regional gücə çevrilib, bu gün Cənubi Qafqazın ən güclü dövləti, Xəzər regionunun isə nüfuzlu gücüdür.

Bu kontekstdə Tiranaya dəvət həm də Azərbaycanla bağlı bir müddətdir ki, Qərbdə aparılan çirkin kampaniyanın alt-üst olması idi. Avropa ittifaqı və Avropa Parlamenti dəfələrlə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib, qondarma qətnamələrin qəbulu ilə yadda qalıb. Bu dəvət onu deməyə əsas verir ki, Avropa İttifaqı öz sıralarında Azərbaycanı görmək, müzakirə olunan taleyüklü məsələlərlə bağlı rəsmi Bakının da mövqeyini dinləmək istəyir. Bunun təsdiqi də Prezidentin Zirvə toplantısında olan maraq və diqqət idi. Sammitin ilk günündə Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Böyük Britaniya, Çexiya, Slovakiya, Albaniya, Macarıstan hökumət başçıları Azərbaycan Prezidenti ilə görüşmək istəyini bildirdilər. Bu görüşlər Avropa elitasının Bakıya formalaşmış güc mərkəzi kimi böyük marağını nümayiş etdirdi. İlham Əliyevin Albaniya paytaxtında Aİ rəhbərləri ilə intensiv görüşləri Brüsselin Bakıya qarşılıqlı əlaqə arenasında sabitləşdirici amil kimi çıxış edən aktora artan marağını bir daha təsdiqlədi.
Prezidentin Tirana triumfu - Aİ Azərbaycanla münasibətlərdə yeni mərhələyə başlayır - ŞƏRH

Hər kəs aydın gördü ki, əksər dövlət başçıları – Fransadan tutmuş Ermənistana kimi hər kəs Prezident İlham Əliyevlə görüşüm müzakirə aparmaq istəyirdilər. Təbii ki, Azərbaycan Prezidenti buna apardığı uğurlu çoxvektorlu xarici siyasət kursu, yüksək diplomatik peşəkarlığı ilə nail olunub. Avropa liderləri də görür ki, Azərbaycan lideri artıq bir çox ölkələr arasında uzun illərdir davam edən münaqişələrin, problemlərin həllində vasitəçi kimi qəbul edilir. Azərbaycan qlobal proseslərə ədalətli yanaşması, özünün nüfuzu və çəkisi ilə hər kəsi özünə cəlb edir. Təsadüfi deyil ki, BMT-nin ən ali iqlim tədbirlərindən biri - COP-29 məhz Azərbaycanda keçirildi. Bu, Azərbaycanın artan nüfuzundan xəbər verir. Bu gün yaranmış mənzərə onu deməyə əsas verir ki, yalnız regional deyil, dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli hesab olunur.

“Avropa Siyasi Birliyi bəyan edir ki, bu siyasi koordinasiya platforması heç bir mövcud təşkilatı, strukturu və ya prosesi əvəz etmir. Sadəcə, ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirməyə ehtiyac var. Bütün səylər yeni geosiyasi dəyişikliklər fonunda Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməyə hesablanıb.

Sammit çərçivəsində aparılan müzakirələr zamanı Aİ regional münasibətlərə, sülh və təhlükəsizliyin təmin olunmasına sərmayə qoymağa, bütün regionu bir-birinə yaxınlaşdırmağa hazır olduğunu bəyan etdi. Bu prosesdə Azərbaycan kimi nüfuzlu dövlətin töhfəsi Avropa üçün vacibdir.
Prezidentin Tirana triumfu - Aİ Azərbaycanla münasibətlərdə yeni mərhələyə başlayır - ŞƏRH

Tiranada keçirilən Zirvə toplantısı hansı nəticələrlə yadda qaldı? Ən əsası Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin geriyə doğru istiqamət götürdüyü barədə fikirlər aradan qalxmış oldu. yeri gəlmişkən, ABŞ-də olduğu kimi, Avropa İttifaqının da əvvəlki rəhbərliyinin bu prosesdə mənfi rolu yadda çıxmamalıdır. Yada salaq ki, məhz ABŞ-nin əvvəlki rəhbəri Cozef Baydenin qərəzli və ermənipərəst mövqeyi nəticəsində ABŞ-Azərbaycan münasibətlərində gərginlik yaşanırdı. Lakin Donald Trampın prezident postuna təkrar seçilməsi ilə münasibətlərdə yüksələn xətlə inkişaf edir. “Ölkələrimiz birgə işləmək sahəsində zəngin tarixə malikdir və mən qarşıdan gələn illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözləyirəm. Azərbaycanın tərəfdaşımız İsrailə dəstəyini və onunla dostluğunu dəyərləndirir, ölkənizin və Ermənistanın regiona sülh gətirmək üçün atdığı addımları alqışlayıram”, - deyə ABŞ Prezidenti azərbaycanlı həmkarına göndərdiyi təbrik məktubunda bəyan etmişdi.

Analoji münasibəti Aİ ilə də bağlı söyləmək olar. Məhz Aİ-nin əvvəlki administrasiyası tərəfindən Azərbaycana münasibətdə haqsızlıq açıq-aşkar hiss olunub. Aİ də ABŞ kimi başa düşməyə başlayır ki, onun Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə siyasətinin həyata keçirilməsində Azərbaycan etibarlı tərəfdaşdır. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycan səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə Prezident İlham Əliyevin görüşləri təşkilatın Azərbaycana verdiyi əhəmiyyətin bariz nümunələridir.

Artıq deyə bilərik ki, Aİ ilə Azərbaycan arasında siyasi münasibətlər tamamilə bərpa olunub və normal məcradadır. Azərbaycanla gərginliyin səbəbkarı da məhz Avropa İttifaqı olub. Ermənistan Aİ ilə münasibətlərində regionda əlahiddə və inhisarçı mövqeyə sahiblənməyə, ayırıcı xətlərin yaranmasına çalışırdı. Aİ də bu cəhdləri dəstəkləyən qüvvələr də varıydı. Amma Prezident İlham Əliyevin qətiyyətli siyasəti bu kimi faktorların aradan qalxmasına səbəb oldu. Bütün bunları Avropa ilə Azərbaycan arasında münasibətlərin normal məcrada inkişafı ilə yanaşı, yeni dövrün başlanğıcı kimi də xarakterizə olunmalıdır.

Bir sözlə, Albaniyanın Tirana şəhərində keçirilən 6-cı “Avropa Siyasi Birliyi”nin sammiti tam məsuliyyətlə həm qitənin, həm də bu gün ən böyük geosiyasi birlik olan Aİ-nin gələcəyinə aydınlıq gətirməli olan taleyüklü, dönüş nöqtəsi kimi qiymətləndirməlidir.(Report)
Bugün, 18:00
Moskva 3 ölkəni qisas almaqla hədələdi, həmin ölkələrdən CAVAB
Bugün, 17:30
Müəllimlər bu fənlərdən imtahan verəcəklər - SİYAHI
Bugün, 17:00
Nyu-Yorkda gərginlik: İrana görə müsəlmanlara hücumlar artır, mer həyəcan siqnalı verdi
Bugün, 16:30
İnqilabi yenilik – Lazer silah dronları göydə "yandıracaq"
Bugün, 16:00
Hörmüzdə minlərlə gəmi keçid üçün növbə gözləyir
Bugün, 12:00
Kollektorların üzərində tikilmiş evlər sökülərsə, vətəndaşlara kompensasiya VERİLƏCƏK? - AÇIQLAMA
Bugün, 11:30
"400 manat maaşla dolanıram, pensiya da almıram" - Babəkin "oğlu"
Bugün, 11:00
Bakıda maşında yüksək səslə mahnı dinləmək qadağandır? - Vəkil açıqladı
Bugün, 10:30
Sabiq agentlik sədri açıqladı - “Pullar Talıbova çatırdı”
Bugün, 10:00
Telefona çox baxmaq - gözləri kor edir?
Bugün, 09:30
Soyuq ayaqlar yüksək xolesterolun əsas əlaməti
Bugün, 09:00
13 il tibb müəssisəsində işləyən qadın işdən çıxarılıb, bülletenlər sistemdən silinib – MƏHKƏMƏ İŞİ
Dün, 18:00
Prezident bu şəxsləri TƏLTİF ETDİ
Dün, 17:30
Pensiyasını azaltmışdılar, məhkəməyə verdi - 15 min manat da əlavə alacaq
Dün, 17:00
“İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir”
Dün, 16:30
Xırdalanda yaşayanlara ŞAD XƏBƏR
Dün, 16:00
Məktəbdə insident: Müəllim valideyni döydü
Dün, 12:00
Xəstəxanalarda yeni qayda: həkimi rənginə görə tanıyacaqlar
Dün, 11:30
Kirayə bazarında qiymətlər kəskin qalxdı
Dün, 11:00
Ofelya Şabanovanın müharibə iştirakçısı olan qardaşı dünyasını dəyişdi
Dün, 10:30
Bulvarda dənizdə batan qız xilas edildi - VİDEO
Dün, 10:00
İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO
Dün, 09:30
Moskva 2027-ci il üçün planını açıqladı: Miqrantlarla bağlı yeni limitlər
Dün, 09:00
Qubad sürüşmə baş verdi: Avtomobil torpaq altında qaldı
9-04-2026, 18:00
Dövlət qurumlarının adından kütləvi fişinq var-AÇIQLAMA
9-04-2026, 17:30
FTB-dən şok həbs: gizli məlumatlar ötürən sabiq xüsusi əməliyyatçı tutuldu
9-04-2026, 17:00
Ağ Evdən İrana sərt mesaj: “10 bəndlik plan zibil qutusuna atıldı”