Ukrayna hadisələrində əlçatmaz nikbinlik - bloka qoşulmadan demokratik olmaq problemi - TƏHLİL
Gündəm / Siyasət
Oxunub: 175
20 May 2025 | 16:16
Ukrayna hadisələrində əlçatmaz nikbinlik -  bloka qoşulmadan demokratik olmaq problemi - TƏHLİL


Ötən gün beynəlxalq ictimaiyyətin diqqəti ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasındakı telefon danışığına yönəlmişdi.

Yarımçıq və Rusiya nümayəndələrinin hədə ilə iştirak etdikləri İstanbul görüşündən sonra bu dialoqun tərəflər arasında azından rəsmi Kiyevin istədiyi kimi 30 günlük atəşkəslə bağlı razılığın əldə olunacağı güman edilirdi. Ancaq bu, baş verməyib. Donald Tramp seçildikdən sonra üçüncü dəfə Vladimir Putinlə telefon danışığı aparıb. Söhbətdən sonra hər iki lider qısa bəyanatlar versələr də, təfərrüatlara varmayıblar.

Onlar təxminən iki saat söhbətləşiblər.

V.Putin jurnalistlərə açıqlamasında gələcəkdə sülh müqaviləsi haqqında memorandum üzərində Ukrayna ilə işləməyə hazır olduğunu bildirib: “Müvafiq razılaşmalar əldə edildiyi təqdirdə müəyyən müddətə atəşkəs də mümkündür”.

Vladimir Putin Moskva üçün əsas məsələnin mövcud Rusiya-Ukrayna böhranın kökündə duran səbəbləri aradan qaldırmaq olduğu tezisini bir daha vurğulayıb.
Ukrayna hadisələrində əlçatmaz nikbinlik -  bloka qoşulmadan demokratik olmaq problemi - TƏHLİL

Donald Tramp “Truth Social” sosial şəbəkəsində həmkarı ilə danışığın tonu və ruhunu dəyərləndirərək onu "əla" adlandırıb. Onun sözlərinə görə, Moskva və Kiyev "dərhal" atəşkəs, sülh haqqında danışıqlara başlayacaqlar: “Onun şərtləri iki tərəf arasında müzakirə ediləcək, çünki onlar başqa heç kimin bilmədiyi danışıqların təfərrüatlarını bilirlər”.

Tramp bu barədə artıq Ukrayna Prezidenti Volodimir Zelenskiyə, həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə, Fransa prezidenti Emmanuel Makrona, İtaliya Baş naziri Corciya Meloniyə, Almaniya Kansleri Fridrix Mertsə və Finlandiya Prezidenti Aleksandr Stubba məlumat verdiyini bildirib.

O əlavə edib ki, Vatikan danışıqların keçirilməsində çox maraqlı olardı.

Almaniya Kansleri Fridrix Merts Trampla söhbət zamanı Avropa liderləri Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək qərarına gəliblər: “Avropa və ABŞ bu məsələdə həmrəydir: Biz Ukraynanı atəşkəsə doğru yolda dəstəkləyirik. Avropa sanksiyalar vasitəsilə Moskvaya təzyiqi artıracaq”.
Ukrayna hadisələrində əlçatmaz nikbinlik -  bloka qoşulmadan demokratik olmaq problemi - TƏHLİL

Avropa liderlərinin Donald Trampla sanksiyaların da sərtləşdirilməsi barədə razılaşdıqları məlum deyil. ABŞ Prezidenti isə telefon danışıqlarından sonra hələlik yeni sanksiyalar tətbiq etmək istəmədiyini bildirib. O hesab edir ki, hazırda nəyə isə nail olmaq üçün müəyyən imkanlar var. Sanksiya tətbiq edilərsə, vəziyyət pisləşə bilər.

Tramp iddia edib ki, bu ABŞ-nin müharibəsi deyil, o, sadəcə kömək etməyə çalışır. Bundan başqa, Ağ Evin sahibi deyib ki, Rusiya-Ukrayna münaqişəsinə ölkəsi müdaxilə etməməli idi: “Bu Avropanın problemi olmalı idi”.

O, 2-4 həftə ərzində Ukraynanın nizamlanma üçün kifayət qədər iş görüb-görmədiyini deyəcəyini vurğulayıb.

Donald Tramp bildirib ki, amerikalı əsgərlər Ukraynaya getməyəcək. Bununla yanaşı, o, əvvəllər verdiyi açıqlamanı təkrarlayıb: “Danışıqların heç bir nəticə vermədiyini görsək, müharibəni bitirmək cəhdlərini dayandıracağıq”.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiya müharibəni uzatdığı və sülh nizamlanması üçün real olmayan şərtlər irəli sürdüyü təqdirdə ona qarşı sanksiya təzyiqinin davam etdirilməsinin vacibliyini bəyan edib: “Rusiya başladığı müharibəni bitirməlidir. Bunu istənilən zaman edə bilər. Ukrayna həmişə sülhə hazırdır”.

O, həmçinin vurğulayıb ki, Ukrayna Rusiya ilə nəticə verəcək istənilən formatda birbaşa danışıqlara hazırdır: “Türkiyə, Vatikan, İsveçrə - biz bütün mümkün platformaları nəzərdən keçiririk. Ukrayna buna inandırılmalı deyil və bizim nümayəndələrimiz danışıqlarda real qərarlar qəbul etməyə hazırdırlar. Məhz Rusiyanın belə nəticəli danışıqlara güzgü hazırlığını təmin etmək lazımdır”.
Ukrayna hadisələrində əlçatmaz nikbinlik -  bloka qoşulmadan demokratik olmaq problemi - TƏHLİL

Belə zənn edilirdi ki, ABŞ-nin dövlət başçısı rusiyalı həmkarını atəşkəs, yaxud sülh sazişinin imzalanması üçün Ukrayna Prezidenti ilə birbaşa ikitərəfli danışıqlara başlaması üçün yola gətirə biləcək. Ancaq bu, baş vermədi. Donald Tramp münaqişəyə ABŞ-nin müdaxiləsinin yersiz hesab edərək, Avropanın problemin həllində önə çıxmasını söyləməsi Ukraynanı Rusiyaya qarşı müharibədə siyasi-diplomatik və mənəvi baxımından məyus edə bilər. Çünki müharibənin və ümumiyyətlə, Ukraynada “Maydan hərəkatı”ndan indiyədək baş verənlərin əsas hədəfi məlumdur. Bu ölkə Qərbə - NATO və Avropa İttifaqına üzv olmaq, Rusiyanın təsir və nüfuz dairəsindən çıxmaq istəyir. Ölkə bunu heç də birtərəfli qayda da etmir.

Bu ölkədə "narıncı inqilab"ın qələbəsinə Qərbin verdiyi dəstək, etdiyi yardım, göstərdiyi təşəbbüskarlıq Rusiyanın başladığı müharibədə Ukraynaya edilmir. ABŞ Ukraynanın faydalı qazıntılarına dair müqaviləni imzalasa da, ölkənin təhlükəsizliyinə onun real təsiri görünmür.

Telefon danışığı zamanı atəşkəs, sülh müqaviləsinin bağlanması, dövlət başçılarının birbaşa ikitərəfli görüşü ilə bağlı qərar qəbul edilməyib. Yəni müharibənin dayanmasına nail olunmayıb. Rusiya savaşı davam etdirmək üçün sanki vaxt udmaq istəyir. Moskva niyə müharibəni davam etdirmək üçün vaxt udur? Belə ehtimal etmək olar ki, Rusiya işğal və ilhaq etdiyi ərazilərdən çıxmaq, onlardan imtina etmək fikrində deyil. Görünür, o, daha böyük əraziləri tutmaq, danışıqlar prosesində onları güzəştə getmək niyyətindir.

Ona görə də Vladimir Putin və Donald Trampın açıqlamasında qeyri-müəyyənliklər var. Açıqlamalarından da göründüyü kimi, liderlər müzakirə olunan məsələlər üzrə ortaq məxrəcə gəlməyiblər. Belə ehtimal etmək olar ki, Donald Tramp həmkarına düşünmək üçün vaxt verib. Çünki ABŞ-nin Çinə qarşı açdığı ticarət savaşında Vaşinqton üstünlük əldə edib.

Tramp ərəb ölkələri ilə də təhlükəsizlik və hərbi məsələlərdə razılığa gəlib. Habelə, İranla görüşlərin, danışıqların davam edəcəyi istisna olunmur. Hindistanın Pakistana qarşı başladığı müharibə də Ştatları Ukrayna müharibəsindən uzaqlaşdırmayıb. Odur ki, beynəlxalq müstəvidə başqa hadisələr ABŞ-nin son aylar əldə etdiyi uğurdan xəbər verir. Onun uğuru Rusiya da daxil olmaqla başqa rəqiblərin məğlubiyyəti sayıla bilər.
Ukrayna hadisələrində əlçatmaz nikbinlik -  bloka qoşulmadan demokratik olmaq problemi - TƏHLİL

Moskva Vaşinqtonun bu kimi üstünlükləri qarşılığında Ukraynada bataqlıqda çabalayır, keçmiş SSRİ-nin Yaxın Şərqdə əldə etdiyi mövqeləri yenidən qazana bilmir. Postsovet məkanında hələ də uğura nail ola bilməyib. Daim qoynunda bəslədiyi Ermənistan Rusiyanın süd vəzisi xərçənginə çevrilib.

Bununla belə, Rusiya Ukraynada apardığı haqsız savaşdan əl çəkmir. O, ölkəsinin qlobal maraqlarını regional hikkəli, inadcıl hədəflərinə qurban verir. Ona görə də Trampla Putinin nəticəsiz danışığı daha çox “Ukrayna nüfuz dairəsinə bölünərək satılıb” qənaətinə gəlməyə əsas verir.

“2019-cu il mayın 20-də Ukraynanın altıncı Prezidenti Volodimir Zelenski seçkinin qalibi olaraq and içib. Onun səlahiyyət müddəti 2024-cü ilin yazında başa çatıb.

Müharibə olmasaydı, Ukraynada prezident seçkisi keçiriləcəkdi. Ölkə demokratik yolla inkişafını bir az da irəli aparacaqdı. Nə ərazisi bölünəcək, nə də vətəndaşları qaçqın düşəcəkdi. Ona görə də təbii sual yaranır - demokratik dövlət qurmaq üçün mütləq Qərbə meyllənib, Rusiyaya qarşı olmaq lazımdır? Ukraynadakı müharibədən ukraynalılar hələ ki heç nəyə nail olmayıblar. Əksinə, torpaqlarını, təbii sərvətlərini itirdiklər kimi, yenicə adət etdikləri demokratik dəyələri də unudurlar. Ukraynada müharibənin bitəcəyi ilə bağlı nikbinliyə ümid verəcək əsas hələ yoxdur...(Report)
Dün, 18:00
"Wikipedia" süni intellektlə yazılan məqalələri qadağan edir
Dün, 17:30
Bu türk ölkəsi ilk dəfə öz milli valyutasını çap etdi
Dün, 17:00
Nar ixracından gəlirlər 684 min dollar azalıb
Dün, 16:30
İrandan İsrailə raket hücumu – ölkədə həyəcan siqnalları səslənir
Dün, 16:00
Dağıstan buna görə Rekordlar kitabına düşdü
Dün, 12:00
Çipslər üçün yeni standart qəbul edildi
Dün, 11:30
Pulu çəkən rənglər
Dün, 11:00
Tribunaya Messinin adı verildi
Dün, 10:30
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasından 107 il ötür
Dün, 10:00
Tramp: İranda hərbi əməliyyat əla davam edir
Dün, 09:30
Millimizin paltardəyişmə otağını su basdı
Dün, 09:00
Bakıda evlərin həyətlərini su basıb, 18 nəfər təxliyə edilib - VİDEO
27-03-2026, 18:00
Putin İlham Əliyevə təşəkkür etdi
27-03-2026, 17:30
Qaydaları pozan idmançımıza 4 illik cəza verildi
27-03-2026, 17:00
Sel və subasma ilə bağlı əhaliyə ÇAĞIRIŞ
27-03-2026, 16:30
Yol polisi sürücülərə müraciət etdi
27-03-2026, 16:00
Yağıntılar nə vaxt kəsəcək? - Nazirlik AÇIQLADI
27-03-2026, 12:00
Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?
27-03-2026, 11:30
Tanınmış jurnalist Rəşad Baxşəlıyev vəfat etdi
27-03-2026, 11:00
İran idmançılarına bu ölkələrə səfər etməyi qadağan etdi
27-03-2026, 10:30
Zelenski Səudiyyə Ərəbistanına getdi
27-03-2026, 10:00
4 yaşlı uşağı maşın vurdu - Qonşusu gəzintiyə çıxarıbmış
27-03-2026, 09:30
Trampın imzası dollarının üzərində əks olunacaq
27-03-2026, 09:00
Pensiyaçılar üçün cənnət ölkələr: Siyahıda Azərbaycan da var
26-03-2026, 18:00
Tehrandan Zəngəzur dəhlizi ilə bağlı YENİ AÇIQLAMA
26-03-2026, 17:30
Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş
26-03-2026, 17:00
İran Xarq adasının ətrafına mina hasarı çəkir