Sıbiqanın Bakı səfəri ikitərəfli əməkdaşlığa əsaslanır - Spekulyasiya yersizdir - ŞƏRH

Azərbaycanla Ukrayna arasında münasibətlər hər zaman yüksək səviyyədə olub. Hər iki ölkə ərazi bütövlüyünün pozulmasından əziyyət çəkib və bu fonda da bir-birini qarşılıqlı şəkildə dəstəkləyib.
Mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sıbiqanın Azərbaycana səfərinə də ikitərəfli münasibətlərin genişləndirilməsi prizmasından baxılmalıdır. Prezident İlham Əliyev tərəfindən qəbul zamanı da ikitərəfli məsələlər gündəmdə olub. Vurğulanıb ki, Azərbaycan Ukraynada müharibə başlayandan bəri bu ölkəyə humanitar yardım göstərməklə yanaşı, onun bərpası prosesində fəal iştirak edib.
Qarşı tərəf də bunu hər zaman dəyərləndirib. Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan bundan sonra da Ukraynaya humanitar yardımını davam etdirəcək. Söhbət zamanı Azərbaycanın və Ukraynanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədikləri qeyd olunub. Azərbaycanın İrpen şəhərində həyata keçirdiyi layihələrin əhəmiyyəti isə xüsusi vurğulanmalıdır.
Danışıqlar zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıq, biznes missiyalarının təşkili, işgüzar əlaqələri təşviq edən platformaların təkmilləşdirilməsi barədə müzakirələr aparılıb. Həmçinin nəqliyyat dəhlizlərinin ticarət əlaqələrinin gücləndirilməsində rolu barədə fikir mübadiləsi aparılıb.
Məlumat üçün bildirək ki, Azərbaycanla Ukrayna arasında 2021-ci ildə 1 milyard dollar olan ticarət dövriyyəsi 2022-ci ildə 600 milyon, 2023-cü ildə 350 milyon, 2024-cü ildə isə 30 faiz artımla 460 milyon dollar olub.
Əvvəlcə, səfərlə bağlı spekulyasiyaya yol verənlərə onu xatırladaq ki, bu, iki dövlət arasında qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün dünyada qəbul edilmiş praktikadır. Buna görə də kimsə bu səfərdən narahatlıq keçirməməli və səfər də normal qarşılamalıdır.

Digər bir məsələ. Azərbaycanla Ukrayna arasında tarixən, o cümlədən müharibə illərində isti münasibətlər mövcud olub və suallar doğura biləcək hər hansı nüans yoxdur. Azərbaycanı keçmiş SSRİ respublikaları, o cümlədən Ukrayna ilə siyasi, iqtisadi və mədəni əlaqələr bağlayır.
Lakin ukraynalı nazirin Bakıya səfəri və səslənən bəyanatlar gözlənildiyi kimi, Rusiyanın bir sıra dairələrində qıcıq və narahatçılıq doğurub. Halbuki, Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə Rusiya ilə Ermənistan arasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və ikitərəfli müqavilələr çərçivəsində müttəfiqlik və strateji tərəfdaşlıq münasibətləri olub. Rusiya bununla yanaşı, Ermənistana bir milyard dollarlıq silah satışını da həyata keçirib. Onunla müxtəlif təşkilatlarda birgə təmsil olunub.
Son vaxtlar da Rusiya ilə Ermənistan arasında qarşılıqlı səfərlərin sayı artıb. Son olaraq Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistana, baş nazir Nikol Paşinyan isə Moskvaya gedə bilirsə, Ukrayna XİN rəhbərinin Azərbaycana və ya əksinə səfəri də normal haldır. Buna görə bu səfər yalnız Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlər kontekstində qiymətləndirilməli və hər hansı spekulyativ mülahizələrə yol verilməməlidir.
Azərbaycan hər hansı bir dövlətlə münasibətlərini müstəqil şəkildə qurur və bu, onun hüququdur. Eyni zamanda Ukrayna ilə davam edən müharibədə ölkəmiz neytral mövqe nümayiş etdirib. Nazirin səfəri zamanı da səslənən fikirlərə baxsaq, burada üçüncü ölkəyə yönəlik hər hansı bəyanat səslənməyib. Əksinə, postsovet məkanında sülh və əmin-amanlığın qurulması diqqət mərkəzində olub.

Beləliklə, Ukrayna xarici işlər nazirinin Azərbaycana səfəri hər iki ölkə üçün qarşılıqlı maraq doğuran aktual məsələlərin müzakirəsinə yönəlmiş beynəlxalq münasibətlərin tamamilə təbii və ümumqəbul edilmiş təcrübəsidir. Bu cür diplomatik əlaqələr normadır və nə narahatlıq, nə də fərziyyələr doğurmamalıdır.
Bu halda Ukrayna nazirinin Azərbaycana və ya əksinə, Azərbaycan rəsmilərinin Kiyevə səfəri də diplomatik münasibətlərin təbii elementi kimi qiymətləndirilməlidir. Ukrayna diplomatının Bakıya səfərini hər hansı geosiyasi intriqalar kontekstində təqdim etmək cəhdləri əsassızdır və sadəcə müəyyən qrupların maraqlarına xidmət edir. Bu, sırf iki suveren dövlət arasında ikitərəfli təmasdır və məhz bu cür qiymətləndirilməlidir.
Son olaraq qeyd edək ki, Ukrayna xarici işlər nazirinin Azərbaycana səfəri dövlətlərarası əlaqələri gücləndirən bir addımdır və spekulyasiyalar və ya fərziyyələr üçün səbəb deyil.(Report)
Dün, 18:00
"Wikipedia" süni intellektlə yazılan məqalələri qadağan edir
Dün, 17:30
Bu türk ölkəsi ilk dəfə öz milli valyutasını çap etdi
Dün, 17:00
Nar ixracından gəlirlər 684 min dollar azalıb
Dün, 16:30
İrandan İsrailə raket hücumu – ölkədə həyəcan siqnalları səslənir
Dün, 16:00
Dağıstan buna görə Rekordlar kitabına düşdü
Dün, 12:00
Çipslər üçün yeni standart qəbul edildi
Dün, 11:30
Pulu çəkən rənglər
Dün, 11:00
Tribunaya Messinin adı verildi
Dün, 10:30
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasından 107 il ötür
Dün, 10:00
Tramp: İranda hərbi əməliyyat əla davam edir
Dün, 09:30
Millimizin paltardəyişmə otağını su basdı
Dün, 09:00
Bakıda evlərin həyətlərini su basıb, 18 nəfər təxliyə edilib - VİDEO
27-03-2026, 18:00
Putin İlham Əliyevə təşəkkür etdi
27-03-2026, 17:30
Qaydaları pozan idmançımıza 4 illik cəza verildi
27-03-2026, 17:00
Sel və subasma ilə bağlı əhaliyə ÇAĞIRIŞ
27-03-2026, 16:30
Yol polisi sürücülərə müraciət etdi
27-03-2026, 16:00
Yağıntılar nə vaxt kəsəcək? - Nazirlik AÇIQLADI
27-03-2026, 12:00
Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?
27-03-2026, 11:30
Tanınmış jurnalist Rəşad Baxşəlıyev vəfat etdi
27-03-2026, 11:00
İran idmançılarına bu ölkələrə səfər etməyi qadağan etdi
27-03-2026, 10:30
Zelenski Səudiyyə Ərəbistanına getdi
27-03-2026, 10:00
4 yaşlı uşağı maşın vurdu - Qonşusu gəzintiyə çıxarıbmış
27-03-2026, 09:30
Trampın imzası dollarının üzərində əks olunacaq
27-03-2026, 09:00
Pensiyaçılar üçün cənnət ölkələr: Siyahıda Azərbaycan da var
26-03-2026, 18:00
Tehrandan Zəngəzur dəhlizi ilə bağlı YENİ AÇIQLAMA
26-03-2026, 17:30
Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş
26-03-2026, 17:00
İran Xarq adasının ətrafına mina hasarı çəkir