Hədəfi bəlli 107 yaşlı Müstəqil Azərbaycan - dost da, düşmən də dəyişməyib - ŞƏRH

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) zaman ötsə də, yaşının üstünə yaş gəlsə də, sanki ölkə ictimaiyyətinə, vətəndaşlarına daha da yaxınlaşır. Yeni nəsil onu dəyərləndirdikcə o da gəncləşir.
Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci illiyi, Azərbaycanın Müstəqilliyi günüdür.
İllər keçsə də, bu milli dövlətin qurucuları, yaradılması, tarixi şəraiti və başqa bu kimi faktlar, hadisələr dəyişməzdir. Hər il Cümhuriyyətin yarandığı gün qeyd olunanda ovaxtkı tarixi hadisə də xatırladılır.
1918-ci il may hadisələrinədək Azərbaycanın ziyalıları yeni dövlət quruculuğuna dair bir sıra proqramlar hazırlamışdı. Bu, Rusiyada baş verəcək hadisələrdən daha çox asılı idi. Çünki onda hərəkat xaricdən, indiki terminlə ifadə etsək, beynəlxalq ictimaiyyət tərəfindən elə də ciddi dəstəklənmirdi. ABŞ, Böyük Britaniya və onların müttəfiqləri çar Rusiyanın dağılmasında maraqlı olduqlarından müstəmləkə əyalətlərində baş verənlərə müəyyən mənada laqeyd yanaşırdılar.
ABŞ-nin 28-ci prezidenti Vudro Vilson Azərbaycan parlamentinin ozamankı sədri Əlimərdan bəy Topçubaşovla görüşdə cümhuriyyətin müstəqilliyini tanımaqdan imtina edərək bildirmişdi ki, Azərbaycan məsələsi Rusiyadan öncə ola bilməz. Halbuki onda Azərbaycan da daxil olmaqla əyalətlərin ABŞ və Böyük Britaniya kimi dövlətlərin dəstəyinə böyük ehtiyacı var idi.
1919-cu ildə isə Vilson Bakı neftinin pulları hesabına qurulan Nobel Sülh Mükafatı laureatı olub.
Azərbaycan Cümhuriyyəti türk və islam dünyasında ilk demokratik, parlamentli respublika olub. Onun yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlılar 150 min kv/km-lik ərazidə yaşayırdı. Azərbaycanın tarixi və əzəli bu torpaqlarında 1918-ci ildə Cənubi Qafqazda “Ermənistan Demokratik Respublikası” da quruldu. Yaranmış beynəlxalq şəraitə görə cümhuriyyət rəhbərləri ərazini müstəqil Azərbaycan dövləti ilə mübadilə etdilər.
Müstəqil Azərbaycan dövlətinin yaranması Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanması şəraitində baş verib. 1918-ci il may ayının 27-də Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırıb, uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şuranın yaradılmasına dair qərar qəbul edilib. AXC Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə, İcra Komitəsinin sədri Fətəli xan Xoyski seçilmişdi.

Heç şübhəsiz, güzəştə edilən torpaqların məsələsinin gələcəkdə yenidən gündəliyə gələcəyi də ovaxtkı siyasi, hərbi qüvvələrin gündəliyində idi.
Həmin mübadilə nəticəsində Azərbaycan liderləri İrəvanı Ermənistanın "siyasi mərkəzi" kimi tanımağa məcbur olub. Ona görə də Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra AXC bölgədə tarixi Azərbaycan torpaqlarının 113,9 min kv/km-ni əhatə edib. Onda Cümhuriyyətin əhalisi 2, 8 milyondan çox olub.
AXC hökuməti 1918-ci ilin mayın 28-dən iyunun 16-na qədər Tiflisdə, iyunun 16-dan sentyabrın 17-ə qədər Gəncədə, 1920-ci sentyabrın 17-dən həmin il aprelin 28-inə qədər isə Bakıda fəaliyyət göstərib.
Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən, müstəqil dövlət kimi tanınmışdı. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlamışdı. ABŞ cümhuriyyəti 1920-ci ilin yanvarında Antanta Ali Şurasının bir hissəsi olaraq tanımışdı.
AXC müstəqil məhkəmə sisteminin yaradılması sahəsində də mühüm tədbirlər həyata keçirmişdi. Ölkənin milli valyutası təsis edilmişdi. Ordu qurulmuşdu.

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən iki istiqamətdə silahlı həmlələrə cavab verib. Şimalda Rusiyaya, ölkə daxilində isə erməni-daşnaklarına qarşı mübarizə aparıb.
Osmanlının türk-islam ordusunun yardımı istisna olunmaqla, regionda maraqları reallaşdırmaq istəyən heç bir qüvvə Azərbaycana xarici dəstək vermədi.
Türk-islam ordusu ilə Azərbaycan ordusunun, yaxud silahlı dəstələrinin “Sentrokaspi” diktaturasına, erməni-bolşevik cütlüyünə qarşı birgə mübarizəsi iki ölkənin birliyinin yeni dövr üçün ən uğurlu örnəyi idi. Sonrakı illərdə bu hadisə daha böyük uğurlar üçün təməl olub...
Cümhuriyyətin yaranmasından bəhs edərkən onun süqutuna da toxunmağa ehtiyac yaranır. 1920-ci il aprelin 28-də bolşevik Rusiyası şimal bölgələrdə hərbi qüvvələrin azlığından yararlanaraq Azərbaycana hərbi müdaxilə edib.
Aprelin 27-də gündüz saat 12-də Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsi və Rusiya Kommunist (bolşevik) Partiyası Qafqaz Diyar Komitəsinin Bakı bürosu adından hakimiyyəti təhvil vermək haqqında Azərbaycan parlamentinə ultimatum verildi. Azərbaycan parlamentinin fəaliyyəti həmin gün saat 20.45-də başa çatıb. Onda Rusiya iddia edirdi ki, XI Qızıl Ordu Azərbaycandan keçərək Türkiyəyə yardım üçün gedir. Ona görə icazə verilməsini istəyib. Bu yalan diplomatiyası bolşeviklərin işinə yaradı. Parlamentdəki antimilli qüvvələr və müstəqillik tərəfdarları buna inanaraq aşağıdakı şərtlərlə hakimiyyətin Azərbaycan kommunistlərinə verilməsi barədə qərar çıxartdı:
- Rus ordusu Bakıya daxil olmadan dəmir yolu ilə birbaşa Anadolunun köməyinə gedəcək; Azərbaycan istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və ilhaqdan qorunacaq; Azərbaycan Ordusu olduğu kimi saxlanacaq; Azərbaycanın siyasi partiyaları üçün fəaliyyət azadlığı təmin olunacaq; keçmiş dövlət xadimləri, hökumət üzvləri və millət vəkilləri təqib olunmayacaq, dövlət idarələri qulluqçularının iş yerləri saxlanacaq, yalnız rəhbər vəzifəli şəxslər dəyişdiriləcək; azad şəraitdə toplaşacaq Azərbaycan Şuraları hakimiyyətin idarəçilik formalarını təyin edəcək.

Bunun ardınca 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan olundu.
İşğalçı bolşevik Rusiyasına qarşı ölkənin müxtəlif bölgələrində silahlı üsyanlar da oldu. Ancaq yardım olmadığından qarşı tərəf bu üsyanları yatırdı.
Cümhuriyyət parlamentinin qəbul etdiyi qərarın heç bir müddəasına əməl olunmadı. Əksinə, bolşeviklərin repressiyası gücləndi.
Bununla Azərbaycan torpaqlarının işğalı davam elədi, siyasi, sosial mühacirət başladı. Bolşeviklərin hakimiyyətə gəlişi ilə azərbaycanlılar Qərbi Azərbaycandan, Ermənistandan zorla çıxarıldı. Azərbaycanın Zəngəzur, Göyçə və başqa mahalları Moskvanın qərarı ilə Ermənistan verildi. Qarabağda isə “Muxtar Vilayət” təsis edildi. Bununla da yeni münaqişənin, ziddiyyətin əsası qoyuldu.
1988-ci ildən -1991-ci ilədək ermənilər sovet hərbçilərinin yardımı ilə Qərbi Azərbaycan torpaqlarında türkləri, azərbaycanlıları, müsəlmanları qovaraq, onları zorla Ermənistan vətəndaşlığından məhrum etdilər. Sonrakı proses Qarabağda davam etdirildi. Onlar Rusiya, Fransa kimi havadarlarının siyasi, hərbi və maddi və sair yardımı ilə Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxladı.
Azərbaycan torpaqlarının azad edilməsi üçün iki dəfə böyük miqyasda müharibə aparıb - Birinci və ikinci Qarabağ müharibələri.
Bəzi dairələrdə Qarabağın Azərbaycanın əzəli, əbədi torpağı olduğu şübhəsinə 2020-ci ildə 44 günlük Vətən müharibəsi son qoydu.

Bu gün ölkənin Müstəqillik Günüdür. Azərbaycan türkləri tarixdə çoxsaylı dövlətlər, imperiyalar qurublar. Son 500 ildə qurulmuş Səfəvilər, Əfşarlar, Qacarlar dövlətlərini yada salmaq yetərlidir.
107 il öncə ilk milli dövlət qurulub. Çağdaş dövrün tələbi bu dövləti inkişaf etdirib gücləndirmək, yeni hədəflərə çatmaqdır. Bura işğal altında olan ərazilərin dirçəlməsi, sakinlərin qayıdışı, dünya azərbaycanlılarının assimilyasiyasının qarşısının alınması üçün Azərbaycan türkcəsinin tədrisinin genişlənməsi, Qərbi azərbaycanlıların Ermənistan vətəndaşlığının bərpası, Zəngəzur dəhlizinin açılması, firavan, demokratik, ədalətli Azərbaycan qurmaq, Orta Dəhlizin inkişafı, dünyanın təhlükəsiz enerji təchizatında rol, regional sülhə, təhlükəsizliyə, əməkdaşlığa nail olmaq və başqa bu kimi hədəflər daxildir.(Report)
Müstəqilliyin mübarək, Azərbaycan!
Bugün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Bugün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Bugün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Bugün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Bugün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Bugün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Bugün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Bugün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Bugün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Bugün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Bugün, 09:30
Rusiyada zəlzələ baş verib
Bugün, 09:00
"BOLT" BAHALAŞDI
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT