Maliyyə xərclərini artıran NATO – çəkindiriciliyə yarayan Alyans - ŞƏRH

Yaxın Şərqdə və Rusiya-Ukrayna cəbhəsində gərgin vəziyyət fonunda NATO-nun Zirvəsi Toplantısı keçirilib. Ona görə də bu sammiti liderlər üçün çox çətin saymaq olar. Yığıncaqdan bir gün əvvəl ABŞ İranın Fordo, İsfahan, Nətənzdəki nüvə obyektlərini bombalayıb. Bununla da İranın nüvə proqramına qarşı İsrailin başladığı əməliyyatda birbaşa iştirak etdi.
Həmin aksiyadan sonra ABŞ Prezidenti Donald Tramp “İndi danışıqlara başlamaq olar” açıqlamasını verdi. O, İsraillə İran arasında atəşkəs olacağını sammitdən öncə bəyan etmişdi.
Alyansın gündəliyində duran başlıca məsələ üzv ölkələrin müdafiə xərclərini artırmağı razılaşdırması idi. Bu, ABŞ-nin təşəbbüsü ilə irəli sürülən təklifdir. Hələ prezidentliyinin birinci dövründə Donadl Tramp bu istiqamətdə NATO-dan olan müttəfiqlərinə maliyyə xərclərinin artırılmasını təklif edirdi. O, prezident səlahiyyətlərini ikinci dəfə icra etməyə başlayandan sonra da bu məsələyə diqqəti çəkmişdi.

Haaqa Sammitində Alyans üzvləri müdafiə xərclərini Ümumi Daxili Məhsulun 5 faizinə qədər artırmağa razılaşıblar. Onlar 2035-ci ilə qədər ÜDM-nin 3,5 faizini klassik hərbi ehtiyaclara və əlavə 1,5 faizini infrastruktura - terrorla mübarizəyə və hərbi məqsədlər üçün istifadə edilə bilən infrastrukturun inkişafına, məsələn, tankları daşıya bilən körpülərə, dəmir yollarına, limanlara sərmayə qoyulması ayıracaqlarına dair qərar qəbul ediblər.
Xərclərin artırılması Donald Trampın “Avropanın müdafiəsi üçün əsas məsuliyyəti avropalıların öz üzərinə götürməsi” tələbi ilə izah edilir.
Odur ki, ABŞ-nin NATO-dakı daimi nümayəndəliyi alyans üzvlərinin hərbi ehtiyaclara xərclərinin ÜDM-in 5 faizə qədər artırılması barədə razılaşmanın əldə edilməsini alqışlayıb.
Yeri gəlmişkən, Ukrayna ilə bağlı məsələ bu toplantıda o dərəcədə aktualı olmayıb. Halbuki 2024-cü ildə Vaşinqtonda keçirilmiş sammitdə Ukraynaya 40 milyard avro məbləğində təhlükəsizlik yardımı vəd edilmişdi. Bundan əlavə, onun NATO-ya üzvlük yolunun "geri dönülməz" olduğu bəyan edilmişdi. Ancaq Haaqa toplantısından sonra NATO üzvlərinin yekun bəyanatında bu cür ifadələr işlədilməyib. Bu zaman Rusiyanı qıcıqlandırmamaq, habelə Donald Trampın Rusiyaya yönəli davam edən danışıqları nəzərə alınıb.
NATO sammitinin yekun sənədində Ukraynanın alyansa "dönməz yolu" haqqında fikirlərin olmadığı da diqqətçəkən hadisədir. Belə ehtimal edilir ki, Ukraynanın NATO-ya üzvlüyü üçüncü dünya müharibəsinə bərabər tutulur. Bununla da NATO Rusiya-Ukrayna müharibəsində Avropadakı müttəfiqlərinin mövqeyindən müəyyən mənada yayınmış sayılır.
Ukraynanın problemlərinin Haaqada çox aktiv müzakirə olunmadığı da bunu təsdiqləyir. Məlumatlara əsasən, NATO-Ukrayna Şurasının görüşü də ləğv edilib. Ukrayna Prezidenti Volodimir Zelenski yalnız sammitin açılışı şərəfinə verilən şam yeməyinə dəvət olunub.

Bununla belə NATO-nun Baş katibi Mark Rütte bildirib ki, yekun bəyanatda Ukrayna haqqında vacib ifadələr, o cümlədən 2035-ci ilə qədər müdafiə xərclərinin ona bağlanması və Ukraynanın mübarizəni davam etdirməsi zərurəti də var.
Yaxın Şərq ənənəvi olaraq qərblilər üçün ən incə mətləb olaraq qalır. Bu baxımdan Zirvə toplantısı ərəfəsində ABŞ-nin İrana zərbələri NATO rəhbərliyinin bir neçə aydır hazırladığı sammitin mahiyyətini müəyyən mənada kölgədə qoydu.
Ona görə də Yaxın Şərqdə baş verənləri tədbirdə ayrıca müzakirə etməyə liderlər həvəs göstərməyiblər. Bununla belə Mark Rütte görüş ərəfəsində etiraf edib ki, iştirakçılar bu mövzunu ayrı-ayrı danışıqlar zamanı qaldıra bilərlər.
Ukrayna məsələsinə böyük diqqət ayırmayan, İran, habelə Yaxın Şərqə dair problemləri, özəlliklə, İsrail-İran müharibəsini, nəticələrini Sammitin gündəliyinə daxil etməyən NATO dövlətləri daha çox maliyyə xərclərindən danışıblar.
Ancaq bu Zirvə toplantısından təxminən bir həftə öncə Kanadada G7-lik qrupunun Sammiti keçirilib. Bu yığıncaqda ABŞ Prezidenti Donald Tramp və “Yeddilik Qrupu” ölkələrinin başqa liderləri gözlənilmədən Yaxın Şərqdəki cari vəziyyətlə bağlı birgə bəyanat verdilər. Hətta, tədbirdən sonra Avropa “üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) və İran nümayəndələri arasında dialoq belə keçirildi. Ancaq bu tədbir də müharibənin dayanmasına zahirən təsir göstərmədi.
Bununla belə danışıqlar aparmaq, vasitəçilik baxımında “üçlüyə” ehtiyat qüvvə olaraq baxılır.
Sammitin dərc edilmiş sənədində İran "regional qeyri-sabitliyin və terrorun əsas mənbəyi” adlandırılıb, İsrailin isə özünümüdafiə hüququ vurğulanmışdı. G7 dövlət və hökumət başçıları həmçinin İrana heç bir halda nüvə silahı əldə etməyə imkan verilməməli olduğuna dair çoxdan məlum olan mövqelərini təsdiqləyiblər.
Yaxın Şərq və Rusiya-Ukrayna məsələlərinə belə loyal yanaşması NATO-nun istənilən səviyyədə aparıcı olmadığına dair faktlardandır.

Alyansın müxtəlif münaqişələrdə müstəqil qərar qəbul etməməsi, yaxud tərəddüdlü mövqeyi ona edilən ümidləri doğrultmadığını göstərir. Bu, 32 dövlətin hərbi-siyasi maraqlarının daşıyıcısı olan alyansda maraq və mövqelərin də üst-üstə düşmədiyini isbatlayır. Belə bir vəziyyət həm də Alyansın perspektivinə şübhələri artırır. Çünki ona üzv olmaq istəyən, buna görə ərazisinin bir hissəsi işğal və ilhaq edilmiş Ukraynanın maraqlarının təmin edilməməsi alyansa üzv olmağın təhlükəsini nümayiş etdirir.
Donald Trampın təşəbbüsü ilə Alyansın müdafiə xərclərinin artırılması bu təşkilatda əsas söz sahibini göstərdi. ABŞ alyansı Avropadakı müttəfiqlərini keçmiş SSRİ-nin hərbi hegemonluğundan müdafiə və təhlükəsizlik məqsədləri üçün yaratdığını nəzərə alsaq, demək olar ki, 1949-cu ildən indiyədək onun patronu, lideri Ştatlar olaraq qalır.
Ona görə də belə bir sual yaranır: Bu, vəziyyətdə fəaliyyət göstərən NATO-ya üzv olmağa dəyər? Belə görünür ki, ABŞ və ya başqa güclü dövlətlə hərbi müttəfiqlik daha faydalıdır. Təhlükəsizlik və müdafiə məsələləri ilə bağlı bəzi ərəb dövlətlərinin ABŞ ilə müttəfiqliyi də bu baxımdan daha anlaşılandır.

NATO-nun bu sammiti dövlət və hökumət başçılarının ikitərəfli görüşləri ilə daha çox yadda qaldı. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO sammiti çərçivəsində Donald Trampla görüşünü örnək göstərmək olar. Görüşdə iki ölkə arasında münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan ABŞ prezidentinin səyləri nəticəsində əldə olunan İsrail və İran arasında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb və bunun daimi olmasını arzulayıb. Türkiyə lideri Qəzza zolağında baş verən humanitar faciənin qısa zamanda dayandırılması və Rusiya - Ukrayna müharibəsinin sülh yolu ilə həlli üçün sıx dialoqun vacibliyini də vurğulayıb. Prezident Ərdoğan iki ölkənin müxtəlif, xüsusən, enerji və investisiya sahəsində böyük potensiala malik olduğunu, əməkdaşlığın inkişaf etdirilməsinin, özəlliklə müdafiə sənayesində ümumi ticarətin 100 milyard dollarlıq hədəfə çatmasına töhfə verəcəyini bildirib.
Bu, ABŞ-Türkiyə əlaqələri və əməkdaşlığının inkişafı üçün ilkin açıqlama, yaxud niyyət sayıla bilər.
Başqa dövlətlər də oxşar görüşlər təşkil edə, uyğun istiqamətləri müəyyənləşdirə bilər. Ancaq NATO SSRİ dağıldıqdan sonra dünyadakı münaqişələr, mübahisəli məsələlərin həllində aparıcı deyil.
Bu həm də Avropa İttifaqına üzv dövlətlərin müstəqillik dərəcəsinin göstəricisidir. Çünki Aİ Yaxın Şərqdə gedən proseslərlə də ayaqlaşa bilmir. Onlar bu tip məsələlərdə ABŞ-nin kölgəsində qalmağa yaxud, hərdən pərdə arxasından başlarını göstərməyə daha çox yarayırlar. Onların çoxu isə NATO üzvüdür. Başqa sözlə Alyansın 32 üzvündən 27-si Aİ-də təmsil olunur. Odur ki, İttifaqın ehtiyatlılıq və çəkingənliyi təşkilata da sirayət edib.
Bu baxımdan NATO daha çox güclərin birləşdiyi çəkindiricilik aləti roluna daha çox yarayır. İran-İsrail müharibəsi Alyansın beynəlxalq siyasətdə çəkisini bir daha ortaya qoydu.(Report)
Bugün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Bugün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Bugün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Bugün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Bugün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Bugün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Bugün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Bugün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Bugün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Bugün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Bugün, 09:30
Rusiyada zəlzələ baş verib
Bugün, 09:00
"BOLT" BAHALAŞDI
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT