Əsrə bərabər gün - İlham Əliyevin Vaşinqtonda tarixi zəfəri - ŞƏRH
Gündəm / Siyasət
Oxunub: 87
9 Ağu 2025 | 14:17
Əsrə bərabər gün - İlham Əliyevin Vaşinqtonda tarixi zəfəri - ŞƏRH


Dünya tarixində müharibəni udub, diplomatiyada uduzan xeyli sayda dövlət tanıyırıq. Döyüş meydanında əldə edilmiş qələbəni diplomatik müstəvidə möhkəmləndirmək hər dövlətə qismət olmur.

Azərbaycan isə nəinki son 80 ildə müharibədə tam və mütləq qələbə qazanmış yeganə ölkə oldu, həm də bu qələbəni beynəlxalq səviyyədə tam və olduğu kimi qəbul etdirdi. Bu mənada, Prezident İlham Əliyevin ABŞ lideri Donald Trampın dəvətilə Vaşinqtona etdiyi səfərinin nəticələrini heç bir şişirtmə olmadan diplomatik zəfər adlandırmaq mümkündür.

Birgə bəyannamə - haqlı tələblərə yaşıl işıq

ABŞ prezidentinin şahidliyi ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında Birgə Bəyannamənin imzalanması Vaşinqtonda əldə olunan ən mühüm razılaşmalardan biridir.

Sənəddə Minsk qrupunun ləğv edilməsinə dair iki ölkənin ATƏT-in Baş Katibinə birgə müraciət edəcəyi təsdiqlənir. Xatırladaq ki, onilliklər boyu Ermənistan-Azərbaycan münaqişəsinin həllinə deyil, dondurulmuş vəziyyətə uzanmasına xidmət etmiş bu “vasitəçilər” qrupunun ləğvi rəsmi Bakının sülh müqaviləsini imzalamaq üçün Ermənistanın qarşısına qoyduğu tələblərdən biri idi.

Vaşinqton bəyannaməsində, eyni zamanda, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanandan sonra adıçəkilən “sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması”nın zəruriliyi tanınır. Yəni, yekun sülh müqaviləsinin imzalanması üçün əsas tələblərdən biri – Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur.

Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Dövlət başçısının bu tələbi də Ermənistan tərəfindən qəbul edildi. Belə ki, imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Bununla da, Zəngəzur dəhlizi reallaşmış olur.
Əsrə bərabər gün - İlham Əliyevin Vaşinqtonda tarixi zəfəri - ŞƏRH

Sülh müqaviləsi – imzalanmanın bir addımlığında

Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin paraflanması tarixi hadisədir. İki ölkə xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında razılaşdırıldığını təsdiq edir. Paraflanma hələ sülh müqaviləsinin imzalanması demək deyil. Bununla belə, bu istiqamətdə ciddi addımdır. Ermənistanda konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum keçirildikdən sonra sülh sazişinin yekun imzalanması təmin olunacaq.

İmzalanan sənədlərin əhəmiyyətinə gəldikdə - Azərbaycan bir tərəfdən Ermənistanla uzunmüddətli sabitliyin əsasını qoyur, digər tərəfdən isə ABŞ ilə strateji tərəfdaşlığını yeni mərhələyə yüksəldir. Bu isə təkcə ikitərəfli münasibətlərin möhkəmlənməsi deyil, həm də regionun qlobal iqtisadi və nəqliyyat xəritəsində Azərbaycanın rolunun daha da artması deməkdir.

Vaşinqton danışıqlarının uğurla nəticələnməsi Cənubi Qafqaz üçün yeni siyasi səhifənin açılması deməkdir. Azərbaycan üçün bu, həm də əldə etdiyi zəfərin diplomatik müstəvidə möhkəmlənməsi, Ermənistan üçün isə bölgədə düşdüyü özünütəcrid vəziyyətindən çıxmaq baxımından tarixi şansdır. ABŞ Prezidentinin təşəbbüsü ilə atılan addım, eyni zamanda, Qərbin bölgədəki nüfuzunu möhkəmləndirəcək.

Ortaq dəyərləri paylaşan Azərbaycan-ABŞ liderləri

İlham Əliyevin ABŞ-yə tarixi səfəri, eyni zamanda, Azərbaycanın beynəlxalq nüfuzunun artması və regionda balanslı xarici siyasət kursunun davam etdirilməsi baxımından mühüm mərhələdir. İmzalanan sənədlər Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin yeni, strateji mərhələyə keçməsinə imkan verəcək. Etiraf edək ki, məhz Donald Trampın prezident seçilməsi ilə iki ölkə arasında münasibətlərdə yeni səhifə açılıb və iki ölkə liderləri arasında səmimi münasibətlər formalaşıb. Bu, özünü həm liderlərin bəyanatlarında, həm məktub formatında ünsiyyətin intensivləşməsində göstərirdi.

Ötən ay Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə İlham Əliyevin amerikalı həmkarı ilə bağlı səsləndirdiyi fikirləri özünün şəxsi "Truth" sosial şəbəkə səhifəsində paylaşan Donald Tramp dünən Vaşinqton görüşündən sonra onu təkrarən paylaşıb. O, həmçinin Prezident İlham Əliyevi səmimi qarşılamasını nümayiş etdirən daha bir paylaşım edib.

Xatırladaq ki, Prezident İlham Əliyev Xankəndidə jurnalistlərin sualını cavablandırarkən Donald Trampın Azərbaycan xalqı ilə ortaq fundamental, o cümlədən ailə dəyərlərini paylaşdığını və buna görə də ABŞ-də seçkiqabağı kampaniya dönəmində məhz onun prezident seçilməsini istədiyini bildirib. Dövlət başçısı, həmçinin Trampın müharibə başlatmayan, əksinə, müharibələrə son qoymaq məqsədi güdən yeganə ABŞ prezidenti olduğunu söyləyib.
Əsrə bərabər gün - İlham Əliyevin Vaşinqtonda tarixi zəfəri - ŞƏRH

Tarixi reallıq ondan ibarətdir ki, Azərbaycan 2020-ci il Vətən müharibəsindən sonra regionda tamamilə yeni geosiyasi düzən formalaşdırıb. Məhz bu reallıq sülh prosesini mümkün edib və Vaşinqton səfərinin nəticələri həmin prosesin beynəlxalq legitimləşməsi istiqamətində mühüm addım sayıla bilər. Trampın şəxsi təşəbbüsü və dəvəti ilə keçirilən bu sammit həm də ABŞ-nin Cənubi Qafqazda yeni diplomatik fəallığının göstəricisidir. Bu fəallıqdan Azərbaycanın qazancları yalnız siyasi deyil, həm də iqtisadi və təhlükəsizlik müstəvisində olacaq.
Əsrə bərabər gün - İlham Əliyevin Vaşinqtonda tarixi zəfəri - ŞƏRH

Azərbaycan və ABŞ – strateji tərəfdaşlığa doğru

ABŞ-də əldə edilən tarixi uğur həm də Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin strateji səviyyəyə yüksəlməsidir. İmzalanan sənədlər də bunu bir daha təsdiq edir. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı 3 istiqaməti əhatə edəcək. Birincisi, enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar. İkincisi, süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə. Üçüncüsü, müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq. Bu məqsədlərlə yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq.

Digər mühüm məqam odur ki, ABŞ-Azərbaycan strateji tərəfdaşlığı Qərb texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-nin bölgədə iqtisadi fəallığının artması deməkdir.

Tramp 907-ci düzəlişə qarşı

Bu səfər çərçivəsində Prezident Tramp tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalanıb. ABŞ Konqresi 1992-ci ildə Azərbaycanın guya Ermənistana "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək Azərbaycana ABŞ-dən dövlət yardımının göstərilməsini qadağan edən qanunu qəbul edib. Bayden-Blinken administrasiyası Əfqanıstan əməliyyatları başa çatan kimi 907 saylı düzəlişi yenidən canlandıraraq Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdı.

Bu baxımdan, Prezident İlham Əliyevin Vaşinqtonda Bayden-Blinken cütlüyünün “xidmətlərinə” toxunması da təsadüfi deyil: “Biz vaxt itirmək istəmirik, onsuz da əvvəlki administrasiya dövründə - bu dörd ili mən itirilmiş illər kimi qiymətləndirirəm. Əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi”.
Əsrə bərabər gün - İlham Əliyevin Vaşinqtonda tarixi zəfəri - ŞƏRH

Sülh gündəliyi – Azərbaycan 5 qazandı

Göründüyü kimi, Vaşinqtonda imzalanan sənədlər Azərbaycanın müstəqillik tarixinin ən böyük uğurlarındandır. Bunlar, eyni zamanda, bölgə və dünya əhəmiyyətli qərarlardır.

“Mən avqustun 8-ni bütün region üçün çox müsbət nəticələr verəcək dövlətlərarası münasibətlərimizdə tarixi gün hesab edirəm. Şübhəsiz ki, bu gün Azərbaycan və Ermənistan arasında baş verənlər həm də bütün region, Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq istəyən hər kəs üçün çox əhəmiyyətli olacaq”, - deyə Azərbaycan Prezidenti Vaşinqtonda media nümayəndələrinə müsahibəsində bildirib.

Beləliklə, qarşıya qoyulan məqsədlər düzgün, ədalətli olanda bütün hədəflərə çatmaq mümkündür. Prezident İlham Əliyev yürütdüyü məqsədyönlü siyasətlə bunu təsdiqləyib. Dövlət başçısı müharibədə qalib gəlməklə kifayətlənməyərək bölgə üçün sülhün də əsasını qoydu.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əsasını təşkil edən “5 əsas prinsip” 2022-ci ildə məhz Azərbaycan tərəfindən irəli sürülmüşdü və Vaşinqtonda imzalanmış sənədlər də göstərdi ki, həm bu 5 prinsip, həm də Azərbaycanın Ermənistan qarşısında qoyduğu digər tələblər artıq həyata keçməkdədir.(Report)
Bugün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Bugün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Bugün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Bugün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Bugün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Bugün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Bugün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Bugün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Bugün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Bugün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Bugün, 09:30
Rusiyada zəlzələ baş verib
Bugün, 09:00
"BOLT" BAHALAŞDI
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT