İlham Əliyevin sülh gündəliyi: dünən təzyiq edənlər bu gün təbrik edirlər - ŞƏRH

ABŞ Prezidenti Donald Trampın dəvəti, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Vaşinqtonda keçirilən sülh sammitinin böyük rezonans doğuracağı əvvəlcədən bəlli idi.
Hələ danışıqlar ərəfəsində medianın əldə etdiyi məlumatlardan görünürdü ki, danışıqların zəngin gündəliyi və imzalanacaq sənədlər Azərbaycanla Ermənistan arasında sülh gündəliyini finiş xəttinə çıxaracaq və Cənubi Qafqazda mahiyyətcə yeni geosiyasi dövrün əsasını qoyacaq.
Artıq neçə gündür ki, danışıqların nəticələri mediada və analitik çevrələrdə təhlil edilir və demək olar ki, bütün rəylərdə əldə olunan razılaşmaların bölgəyə sülh və rifah gətirəcəyinə dair əminlik ifadə olunur.
Vaşinqton sammitinin uğurlu yekunları ilə bağlı Azərbaycan və Ermənistan liderlərinə çoxsaylı təbrik, Donald Trampa isə təşəbbüsə görə təşəkkür mesajları göndərilir. Dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar baş verənləri bir ağızdan alqışlayır, kimisi vaxtilə sülh prosesinə özünün verdiyi töhfəni xatırladır, kimisi gələcək üçün dəstəyini təklif edir.
ATƏT, Makron və digər qatara gecikənlər
Razılaşmaları alqışlayanlar arasında vaxtilə sülhə mane olmaq istəyənləri, Azərbaycanı qəbuledilməz güzəştlərə məcbur etməyə çalışanları da görmək mümkündür. Onlar qatara gecikdiklərini başa düşsələr də, artıq ona çatdırmaqları çox çətin, bəziləri üçün isə ümumiyyətlə mümkün olmayacaq.

Məsələn, ATƏT deyir ki, Azərbaycan və Ermənistan liderlərinin 8 avqust Bəyannaməsinin reallaşdırılmasında öz üzərinə düşəni etməyə hazırdır. Bəyannaməyə görə isə bu təşkilatın bundan sonra edə biləcəyi ən yaxşı iş ancaq ATƏT-in bədnam Minsk qrupunun ləğv edilməsi ola bilər. Münaqişənin həlli üçün vasitəçilik mandatı almış bu qurum, 30 ilə yaxın müddətdə yalnız Azərbaycanı işğalın nəticələri ilə barışdırmağa çalışıb.
Fransa senatının üzvü Natali Qule isə rəsmi Parisin erməni lobbisinə xidmət etməsi səbəbindən oyundan kənar vəziyyətdə qaldığı üçün təəssüflənib. “İndi Fransa bu prosesdə iştirak etmir. Ümid edirəm ki, Fransa tezliklə Azərbaycanla münasibətlərini yaxşılaşdıracaq”, - deyə senator bildirib.
Azərbaycan-Ermənistan razılaşmalarını alqışlayanlar arasında BMT-nin Baş katibi Antoniu Quterriş də var. Həmin BMT-nin ki, böyük güclərin lazım bildiyi ölkələrə hərbi müdaxiləyə bir gecədə fərman verə bilir, amma 30 il ərzində öz Təhlükəsizlik Şurasının Qarabağdan işğalçı erməni qüvvələrinin çıxarılması haqqında qətnamələrinin icrasını təmin edə bilmədi.
907 saylı maneə
Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurasında əsas söz sahibi olan ABŞ-nin özü də Donald Tramp hakimiyyətə gələnədək Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə ədalətli yanaşması ilə seçilmirdi. Elə Vaşinqton danışıqlarının nəticəsi olaraq prezident Trampın icrasını dayandırdığı “Azadlığa dəstək aktı”na 907 saylı düzəliş bunun ən bariz nümunəsidir. 1992-ci ildə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı BMT səviyyəsində təsdiqini tapdığı bir vaxtda, ABŞ işğalçı tərəfi deyil, işğaldan zərər çəkən tərəfi sanksiyalara məruz qoymuşdu. Yalnız Amerika hərbi yüklərinin Azərbaycan üzərindən Əfqanıstana daşınması zərurəti yarandıqdan sonra Ağ Ev sahibləri bu ədalətsiz düzəlişin icrasını müvəqqəti dayandırmağa başladılar. ABŞ Əfqanıstandan çıxdıqdan sonra isə qatı ermənipərəst Co Bayden administrasiyası yenidən 907-ci düzəlişi işə saldı. Bu mənada Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevlə konstruktiv münasibətləri sayəsində 907-ci düzəlişin iclasının dayandırılması Vaşinqton sammitinin ən vacib nəticələrindən hesab olunur.

Qonşun qonşu olsa
Analitikləri ən çox maraqlandıran məsələlərdən biri də Vaşinqtonda baş verənlərə Moskvanın münasibəti idi ki, onun da reaksiyası özünü çox gözlətmədi. Bu ölkənin xarici siyasət idarəsinin sözçüsü Mariya Zaxarova da Vaşinqton görüşünü müsbət qiymətləndirdiklərini deyib. Lakin o, qeyd edib ki, əldə olunan razılaşmaların əsası Rusiyanın iştirakı ilə 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatda qoyulub. Zaxarova hesab edir ki, Cənubi Qafqazdakı problemləri bölgə ölkələri öz qonşuları – Rusiya, İran və Türkiyənin iştirakı ilə həll etsə daha optimal olar. Türkiyənin bölgədə sülhə və əməkdaşlığa verdiyi töhfələr, oynadığı müsbət rol hər kəsə məlumdur. Bəs Rusiya və İran?
Azərbaycanın Qarabağ bölgəsindəki silahlı separatçıları zərərsizləşdirməsindən sonra Rusiya “sülhməramlı” kontingentinin də burada mövcudluğuna zərurət qalmadı. Lakin onlara dəstəyini Ermənistan ərazisində davam etdirən Moskva bilməli idi ki, revanşist qüvvələri himayə etməklə bölgənin lider dövləti olan Azərbaycanın olan-qalan etimadını da itirəcək. O ki qaldı Zaxarovanın adını çəkdiyi digər qonşu – İrana, bu ölkənin Ali dini rəhbərinin müşaviri Əli Əkbər Vilayəti indidən deyir ki, onlar Vaşinqton anlaşmalarının həyata keçirilməsinə mane olacaqlar - Rusiya onlara kömək etsə də, etməsə də.
Vaxtilə Zəngəzur dəhlizinin Azərbaycana verilməsinə qarşı çıxan və Ermənistan sərhədlərinin toxunulmazlığını özünün “qırmızı xətti” adlandıran Tehran, məntiqlə, gərək indi Ermənistanın özünü cəzalandırsın. Çünki İranın “qırmızı xəttini” İrəvan qonşu Azərbaycanın, Rusiyanın və ya Türkiyənin nəzarətinə yox, birbaşa ABŞ-nin icarəsinə verməyə hazırlaşır. Zəngəzur dəhlizindən söz düşmüşkən, Mariya Zaxarova Rusiyanın da bu məsələyə isti yanaşmadığına eyham vurub və Ermənistanın İranla sərhədlərinin rus sərhədçiləri tərəfindən qorunduğunu nəzərə almağa çağırıb.

Yeri gəlmişkən, elə Vaşinqton sammitinin keçirildiyi günlərdə Rusiya ordusu SOCAR-ın Odessa vilayətində yerləşən neft bazasına raket zərbəsi endirdi. Bundan əvvəl isə Ukrayna ərazisində Azərbaycan qazını nəql edən boru kəməri Rusiyanın hücumuna məruz qalmışdı. Avqustun 10-da Azərbaycan və Ukrayna Prezidentləri İlham Əliyev və Volodimir Zelenski telefon danışığı apararaq, Rusiyanın bu hərəkətlərindən hiddətləndiklərini bildiriblər. Caliber.az isə etibarlı mənbələrə istinadən xəbər verir ki, Rusiya Azərbaycanın maraqlarına qarşı yönəlmiş aqressiv siyasətini davam etdirsə, rəsmi Bakı öz arsenalında olan silahların Ukraynaya təchizatına qoyduğu embarqonu aradan qaldıra bilər.
“Nəyi, necə, nə vaxt etmək lazım olduğunu” bilən Lider
Hər bir halda Prezident İlham Əliyevin özünün də dediyi kimi, “nəyi, necə, nə vaxt etmək lazım olduğunu” o, hər kəsdən yaxşı bilir. Uzun illər göstərilən ədalətsiz münasibətə, edilən beynəlxalq təzyiqlərə rəğmən, torpaqları işğaldan tam azad edən, ölkənin sərhədlərini və suverenliyini bərpa edən və Qələbənin nəticələrini bütün dünyaya qəbul etdirən Azərbaycan lideri, irəli sürdüyü sülh gündəliyini də Vaşinqton sammitində tam reallaşdırdı. Bununla da erməni lobbisinin xidmətçiləri olan Bayden-Blinken cütlüyünün, Ermənistanı yeni müharibəyə sövq etməyə çalışan Emmanuel Makronun, barışıq əvəzinə bölgəyə hərbi kəşfiyyat yeridən Avropa İttifaqının, siyasi cəza maşınına çevrilən Avropa Parlamenti və Avropa Şurası kimi qurumların Azərbaycanı güzəştlərə məcbur etmək planları iflasa uğramış oldu.
Azərbaycan Prezidentinin yürütdüyü siyasət nəticəsində hər kəs gördü ki, bölgə xalqları çoxdan arzuladıqları sülhə özləri, birbaşa dialoq vasitəsilə nail ola bilərlər. Bunun üçün münaqişənin kökündə duran, onu qızışdıran dövlətlərin “vasitəçiliyi”nə ehtiyac yoxdur. Sülhə mane olmasınlar, yetər.(Report)
Bugün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Bugün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Bugün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Bugün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Bugün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Bugün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Bugün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Bugün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Bugün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Bugün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Bugün, 09:30
Rusiyada zəlzələ baş verib
Bugün, 09:00
"BOLT" BAHALAŞDI
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT