Sepah Məsud Pezeşkiana qarşı – reallıq hissini itirən Tehran - ŞƏRH
Gündəm / Siyasət
Oxunub: 153
13 Ağu 2025 | 16:38
 
Sepah Məsud Pezeşkiana qarşı – reallıq hissini itirən Tehran - ŞƏRH


İran ictimai-siyasi gündəliyində daha çox iki mövzu müzakirə olunur. Bunlardan biri İslam Respublikasının ABŞ ilə mümkün danışıqları, o biri isə Zəngəzur yolu (Tramp marşrutu) üzrə Vaşinqton-İrəvan razılığıdır.

İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin "X" hesbında bildirilib: “İslam Respublikası heç vaxt İranla Ermənistan arasındakı sərhədin bağlanmasına gətirib çıxaracaq siyasət və proqramları qəbul etməyəcək”.

İran liderinin mövqeyi əvvəllər bundan daha sərt idi. O, bir müddət öncə Ermənistanın ərazi bütövlüyü, sərhədlərin dəyişilməməsindən bəhs edir, bunu özlərinin “qırmızı xətti” adlandırırdı.

İndiki qüsurlu olsa da, əvvəlkilərlə müqayisədə mütərəqqi sayıla bilər. Çünki Zəngəzur yolu heç bir dövlətin sərhədini bağlamağı qarşısına məqsəd qoymayıb. Digər tərəfdən isə bu məsələ ABŞ ilə Ermənistan arasında qəbul ediləcək sənəddən asılı olacaq.

İran parlamentinin təhlükəsizlik komissiyasının üzvü, deputat Məcid Dustəli isə bildirib ki, bu dəhliz ABŞ-nin müdaxiləsi olmadan həll edilməlidir. Onun sözlərinə görə, guya bu, İranın “müqavimət oxu” adlandırdıqları hərəkatı (islam adı altında ABŞ və İsrailə qarşı hərəkatı belə adlandırır - red.) “məhdudlaşdırır”.
Sepah Məsud Pezeşkiana qarşı – reallıq hissini itirən Tehran - ŞƏRH

Onun sözlərinə görə, Zəngəzurun ABŞ-yə 99 illiyə icarəyə verilməsi ideyası sadəcə iqtisadi layihə deyil, “İranın şimal-qərb sərhədlərində daimi təhdid yarada biləcək, Cənubi Qafqazda güc balansını ABŞ və onun müttəfiqlərinin xeyrinə dəyişə biləcək geosiyasi tələdir”.

Yenixeber.org: Hakimiyyətdaxili mühafizəkar xəttin nümayəndəsi Mahmud Əhmədinejatın prezidentliyi dövründə hökumətin katibi, habelə Əmək və Sosial Təminat nazirinin İmdad Xomeyni adına Yardım Komitəsinin işləri üzrə müavini işləmiş Məcid Dustəli “hərbi və dövlətin bütün strukturlarını bu planı pozmağa”, “İranın regiondakı mövqelərinin zəifləməsinə yol verməmək üçün maksimum sayıq olmağa çağırıb”.

Bu, hakimiyyətdaxili mühafizəkar xəttin ümumi fikridir. Onlar əvvəllər Ermənistandan Azərbaycana qarşı təzyiq üsulunu indi bir qədər dəyişiblər. “Azərbaycan Ermənistanın ərazisini işğal edəcək” təbliğatını aparan bu qrupun nümayəndələri iddiaları puça çıxandan sonra çıxışlarında bu cür dəyişiklik edib, yolun açılmaması üçün hərbi təzyiq kimi avantürist varianta belə əl atırlar.

İranın Azərbaycandakı keçmiş səfiri, Prezident Administrasiyasının protokol və rəsmi tədbirlər üzrə rəis müavini Abbas Musəvi Sepaha bağlı sosial şəbəkə səhifəsinə müsahibəsində Ermənistan hökumətini ittiham edərək bildirib: “Xarici şirkətlərin iştirakı ilə Ermənistanın suverenliyi zəiflədilərsə, İran buna qarşı çıxacaq”.
Sepah Məsud Pezeşkiana qarşı – reallıq hissini itirən Tehran - ŞƏRH

O bu dəyərləndirməsi ilə Ermənistanın daxili işinə müdaxilə, İranın qaldıra bilməyəcəyi yükdən bəhs edib. Çünki “Ermənistanın suverenliyi zəifləyəcəyi” halda Tehranın buna qarşı bəyanat verməkdən başqa ata biləcəyi başqa addım, demək olar ki, görünmür. Odur ki, özünü islahatçı göstərməyə çalışan bu mühafizəkar diplomat İrandan Azərbaycanın Naxçıvan bölgəsinə keçən yolun da mahiyyətini təhrif edib: “Araz dəhlizi Zəngəzur yoluna alternativ və oyunu dəyişdirən vasitədir”.

Bunun cəfəngiyat olduğu aşkardır. Çünki rəsmi Bakı bu layihəyə razılıq verəndə onu Zəngəzura alternativ kimi təqdim etməyib. Odur ki, səfir Musəvinin mühafizəkarların Zəngəzur və Araz yolları ilə bağlı mövqelərini müdafiə etmək cəhdi də uğursuzdur.

İran hökumətinin sözçüsü Fatimə Mühaciraninin açıqlaması Sepaha, mühafizəkarlara daha məntiqli, tutarlı cavab sayıla bilər. O deyib ki, Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşma guya İranın şimal sərhədinin əldən getməsi kimi təqdim olunur: “Halbuki Zəngəzur dəhlizi kimi tanınan bu ərazi sərhədimizin kiçik bir hissəsini təşkil edir. Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşma sosial şəbəkələrdə elə bir formada təqdim olunur ki, guya bütün şimal sərhədimiz əldən gedib”.
Sepah Məsud Pezeşkiana qarşı – reallıq hissini itirən Tehran - ŞƏRH

O, regionda sabitlik, dövlətlərin ərazi bütövlüyünün qorunması, ümumi xəritənin dəyişməməsi və mövcud suverenliyin saxlanılmasının tələblərindən olduğunu, bu siyasəti davam etdirdiklərini vurğulayıb: “Əlbəttə, bölgə xalqlarının regionda sabitliyi təmin etməsi ən yaxşı haldır”.

Fatimə Mühacirani həm də Prezident Məsud Pezeşkianın mövqeyini təbliğ edib.

Hökumət başçısı bildirmişdi ki, hadisələr xəbərlərdə göstərildiyi kimi deyil. İslam Respublikası ilə bağlı bu marşrutla əlaqədar tələblər nəzərə alınıb: “Ərazi bütövlüyü ilə bağlı məsələlər və bizim Avropaya və ya şimala gedən yolumuzun bağlanmaması təmin olunub”.

O, tikintinin ABŞ və Ermənistan şirkətləri tərəfindən aparılacağının yeganə narahatlıqları olduğunu da vurğulamışdı. Sepah və mühafizəkarlar onun mövqeyini sərt tənqid edərək bunu “zəif”, “ali rəhbərin siyasətinə zidd” adlandırmış, “İslam Respublikasının nüfuzuna xələl gətirdiyini” bildirmişdilər.

Sepaha bağlı aparıcı informasiya vasitələrindən biri Məsud Pezeşkianın tənqidçilərinə verdiyi cavabı “rəqibləri qarşısında acizliyin göstəricisi” kimi təqdim edib.
Sepah Məsud Pezeşkiana qarşı – reallıq hissini itirən Tehran - ŞƏRH

Məsud Pezeşkian son günlər Zəngəzur yolu ilə yanaşı, məcburi hicaba qarşı da çıxış edib, Qərblə danışıqlar tərəfdarı olduğunu sətiraltı vurğulayıb: “Sən dialoq istəmirsən? Bəs nə etmək istəyirsən? Müharibə istəyirsən?”.

O ABŞ-nin İrana hücumuna işarə edərək əlavə edib: “Yaxşı, hücum etdi. İndi düzəldək, gəlib yenə vuracaq!”.

Pezeşkian bu kimi açıqlamaları ilə İranın düşüyü vəziyyətdən çıxış yolunu göstərir. Bütün obyektiv yanaşmalar, faktlar Zəngəzur yolunun heç bir dövlətin ərazi bütövlüyü və təhlükəsizliyini təhdid etmədiyini isbatlayıb. İranın mühafizəkar xətt nümayəndələri və Sepaha bağlı təhlilçilər buna “pantürkistlərin yolu”, “türkləri birləşdirən yol” adı verməklə onun mahiyyətini etnik səviyyədə təbliğ etməyə, guya bunun reallaşmasından Türkiyə və Türk dövlətlərin faydalanacaqlarını göstərməyə səy edirdilər.

Ancaq bu yol qlobal əhəmiyyətlidir. Ondan Pakistan, Əfqanıstan, Tacikistan daxil olmaqla Mərkəzi Asiya ölkələri, Çin, hətta Uzaq Şərq dövləti belə faydalana bilər.

Bu baxımdan, Sepahın Zəngəzur yolunu “türkləşdirmək” cəhdi uğursuzluğa uğrayır.
Sepah Məsud Pezeşkiana qarşı – reallıq hissini itirən Tehran - ŞƏRH

Bu yoldan perspektivdə İranın da istifadə etmək imkanı istisna edilmir. Məsud Pezeşkian İranın gələcəyinə mühafizəkarlardan fərqli baxdığı üçün haqlıdır. Heç şübhəsiz, İran yaxın gələcəkdə Qərblə danışıq aparacaq, əməkdaşlıq edəcək və s. Onda siyasi-iqtisadi, ticarət sahələrində də mənzərə dəyişəcək.

12 günlük müharibədən sonra İranda həyatın bütün sahələrində vəziyyət daha da ağırlaşır.

İranın neft nazirinin neft-kimya məsələləri üzrə xüsusi köməkçisi Afşin Qolaməlipur bildirib ki, yeddinci planın sonuna qədər bu sahənin ümumi nominal gücü 131,5 milyon tona çatmalıdır: “Bunun üçün tələb olunan maliyyə resursları 24 milyard dollar həcmində qiymətləndirilir və onların təmin edilməsi üçün innovativ modellər işlənib hazırlanmalıdır”.

Deməli, İran iqtisadiyyatının dirçəlməsinə sərmayə lazımdır. Riski olduğu üçün indiki şəraitdə bu ölkəyə sərmayə qoyuluşu mümkün deyil. Sanksiyalar İranda vəziyyəti böhrana sürükləyir. Tehran hakimiyyəti, xüsusilə Sepah Çinə güvənərək vəziyyətdən çıxacaqlarına, sanksiyalara müqavimət göstərəcəklərinə inanınırlar. Ancaq İranla əlaqədar olan şirkətlərin də məhdudlaşdırıcı tədbirlərə məruz qalması, yaxud qalacağı ehtimalları unudulur. Ölkənin təbii sərvətlərinin talan edilməsi nəticəsində iqtisadiyyatın “qara bazarın”, “qaçaqmalçılığın” ümidinə qoyulması isə daha faciəlidir.
Sepah Məsud Pezeşkiana qarşı – reallıq hissini itirən Tehran - ŞƏRH

Tehran hakimiyyəti ölkədəki çoxsaylı problemləri diqqətdən kənar qoyaraq ölkə ictimaiyyətinin diqqətini Zəngəzur yoluna yönəltməyə çalışır. Bununla da sanki əhalinin su, elektrik enerji qıtlığını, ərzaq bahalığını, əməkhaqları və təqaüdlərin verilməsinin gecikdirilməsini, işsizlik və başqa bu kimi problemləri görməzlikdən gəlir. Elə davranırlar ki, guya İranın yeganə problemi Zəngəzur yoludur. Sanki bu yol açılmazsa, İranın bütün çətinlikləri həll olunacaq.

Bu, yalnız hakimiyyətdaxili mühafizəkar və islahatçı xəttin mübarizəsi deyil. İranda əsas söz sahibi İran İnqilab Keşikçiləri Qvardiyasıdır. Başqa sözlə, ölkəyə bu silahlı təşkilat nəzarət, rəhbərlik edir. Mühafizəkar xətt onun siyasi baxışlarının təmsilçisidir. ABŞ və İsrailə qarşı müharibəni, “Qüds” qoşunu ilə xarici ölkələrdə (Livan, İraq və s.) mübarizəni də o aparır. Bu savaşı və iddianı o, indi də Zəngəzura daşıyır.

Bu kimi səbəblərdən belə qənaətə gəlmək olar ki, yalnız mühafizəkar xətt deyil, əsasən, Sepah Məsud Pezeşkiana qarşı mübarizə aparır. Çünki İslam Respublikası Sepah, Sepah isə İslam Respublikasıdır. Məsud Pezeşkianın təmsil etdiyi xətt başqa mövqenin də olduğunu göstərməyə çalışır. Tehran hakimiyyəti isə reallıq hissini itirir.(Report)
Dün, 18:00
"Wikipedia" süni intellektlə yazılan məqalələri qadağan edir
Dün, 17:30
Bu türk ölkəsi ilk dəfə öz milli valyutasını çap etdi
Dün, 17:00
Nar ixracından gəlirlər 684 min dollar azalıb
Dün, 16:30
İrandan İsrailə raket hücumu – ölkədə həyəcan siqnalları səslənir
Dün, 16:00
Dağıstan buna görə Rekordlar kitabına düşdü
Dün, 12:00
Çipslər üçün yeni standart qəbul edildi
Dün, 11:30
Pulu çəkən rənglər
Dün, 11:00
Tribunaya Messinin adı verildi
Dün, 10:30
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasından 107 il ötür
Dün, 10:00
Tramp: İranda hərbi əməliyyat əla davam edir
Dün, 09:30
Millimizin paltardəyişmə otağını su basdı
Dün, 09:00
Bakıda evlərin həyətlərini su basıb, 18 nəfər təxliyə edilib - VİDEO
27-03-2026, 18:00
Putin İlham Əliyevə təşəkkür etdi
27-03-2026, 17:30
Qaydaları pozan idmançımıza 4 illik cəza verildi
27-03-2026, 17:00
Sel və subasma ilə bağlı əhaliyə ÇAĞIRIŞ
27-03-2026, 16:30
Yol polisi sürücülərə müraciət etdi
27-03-2026, 16:00
Yağıntılar nə vaxt kəsəcək? - Nazirlik AÇIQLADI
27-03-2026, 12:00
Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?
27-03-2026, 11:30
Tanınmış jurnalist Rəşad Baxşəlıyev vəfat etdi
27-03-2026, 11:00
İran idmançılarına bu ölkələrə səfər etməyi qadağan etdi
27-03-2026, 10:30
Zelenski Səudiyyə Ərəbistanına getdi
27-03-2026, 10:00
4 yaşlı uşağı maşın vurdu - Qonşusu gəzintiyə çıxarıbmış
27-03-2026, 09:30
Trampın imzası dollarının üzərində əks olunacaq
27-03-2026, 09:00
Pensiyaçılar üçün cənnət ölkələr: Siyahıda Azərbaycan da var
26-03-2026, 18:00
Tehrandan Zəngəzur dəhlizi ilə bağlı YENİ AÇIQLAMA
26-03-2026, 17:30
Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş
26-03-2026, 17:00
İran Xarq adasının ətrafına mina hasarı çəkir