Vaşinqton Bəyannaməsi Sarqsyan və Köçəryanı Haaqa Məhkəməsinə göndərə bilər - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında avqustun 8-də əldə edilmiş razılaşmalar erməni diasporu, erməni müxalifəti və Apostol Kilsəsinin bütün planlarını alt-üst edib.
Təsadüfi deyil ki, hələ səfərdən əvvəl Ermənistanın ikinci prezidenti Robert Köçəryan geniş müsahibə verərək səfərlə bağlı tənqidi fikirlərini səsləndirib. Eləcə də Saziş imzalandıqdan sonra Robert Köçəryan və Serj Sarqsyan geniş açıqlama verərək Vaşinqton Bəyannaməsi barədə sərsəm fikirlər səsləndiriblər. Onlara yaxın media qurumları, siyasətçilər, müxalifət deputatları da bu fikirlərə dəstək veriblər.
Bəs görəsən, eks-prezidentlərin kürkünə birə salan nədir? Aydındır ki, Vaşinqton sazişinin həyata keçirilməsi Azərbaycanın Serj Sarqsyan və Robert Köçəryanı Haaqa Beynəlxalq Ədalət Məhkəməsinə göndərməyə nail olacağını ehtiva edir.
Vaşinqton razılaşmasının əsas məqamlarından biri ATƏT-in Minsk qrupunun ləğvidir ki, bu da nəhayət Qarabağ məsələsinin tamamilə bağlanması deməkdir. Eyni zamanda, separatçı “Qarabağ hərəkatı” və müharibə cinayətinə görə də məsuliyyət daşıyanlar cavab verməli olacaqlar. Azərbaycanın bu məsələdə nə qədər qətiyyətli olduğu 2020-ci il müharibəsindən sonra tam aydınlaşıb.

Məsələn, 2022-ci ildə Azərbaycan Hərbi Prokurorluğu Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi bəşəriyyətə qarşı cinayətlər, o cümlədən hərbi cinayətlərlə bağlı cinayət işi açıb. Azərbaycanda 297 şəxs barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırım), 113-cü (işgəncə), 115-ci (müharibə qanunlarını və adətlərini pozma), 116-cı (silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququn pozulması) maddələri ilə cinayət işi başlanıb. Onların hamısı barəsində axtarış elan edilib. 2022-ci ilin fevral ayından Azərbaycan həmçinin Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarqsyanın da 1988-ci ildən separatçı fəaliyyətlərinə görə axtarışda olduğunu elan edib. Azərbaycanın axtardığı şəxslərin siyahısı bununla məhdudlaşmayıb. 2020-ci ilin noyabrında Ermənistanın keçmiş müdafiə nazirləri Seyran Ohanyan, Davit Babayan və Cəlal Arutyunyan da axtarışa verilib.
Siyahıya erməni iş adamları da daxildir: Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abrahamyan, “Tashir Group”un sahibi Samvel Karapetyan və “Royalsis”in sahibi David Qalstyan. Onların hamısı Azərbaycanın tələbi ilə beynəlxalq axtarışa verilib. Azərbaycan o vaxt bu məsələlərin həlli üçün bütün beynəlxalq qurumlara müraciət edib. 2023-cü ildə Qarabağda keçirilən antiterror əməliyyatı nəticəsində bir sıra separatçıların həbsi, onların hazırda Bakıda məhkəmə qarşısında cavab verməsi rəsmi Bakının qəti mövqeyini bir daha sübut edir.
Vaşinqton sazişinin imzalanmasından sonra paraflanmış sülh müqaviləsinin mətninin dərci də Ermənistanda eks-prezidentlərin və digər rəsmi şəxslərin yuxusunu ərşə çəkib.
9-cu maddədə deyilir: “Tərəflər, onların hər ikisinin də cəlb olunduğu hərbi münaqişədə baş vermis itkin düşmüş şəxslər və məcburi yoxaçıxma ilə bağlı halların həlli üçün birbaşa və ya müvafiq olduğu təqdirdə, aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə, həmin şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla, tədbirlər görəcəklər. Tərəflər, bu çərçivədə, sözügedən şəxslərin taleyinə aydınlıq gətirilməsinin, o cümlədən, müvafiq olduğu təqdirdə, onların qalıqlarının axtarılması və geri qaytarılmasının, zəruri istintaq tədbirləri yolu ilə həmin şəxslərə münasibətdə ədalətin təmin edilməsinin barışıq və etimadın qurulması vasitəsi kimi əhəmiyyətini qəbul edirlər. Bununla əlaqəli müvafiq modallıqlar müzakirə ediləcək və ayrıca sazişdə təfərrüatlı şəkildə razılaşdırılacaqdır”.

Beləliklə, bu maddəyə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərlə bağlı məsələlər hər iki tərəfin iştirakı ilə həll olunacaq. Onlar birbaşa və ya beynəlxalq təşkilatlarla bütün məlumat mübadiləsini öhdələrinə götürürlər.
Bu formada Azərbaycan istənilən vaxt Xocalı soyqırımına görə cinayətkarlara qarşı ədalətin bərqərar olmasını tələb edə bilər. Üstəlik, rəsmi Bakı bu məsələdə Deyton razılaşmasının təcrübəsini tətbiq edə bilər. Bəs Deyton razılaşması nədir?
Deyton sazişi - Güc diplomatiyası - keçmiş Yuqoslaviya ərazisində 1991–1995-ci illər arası Bosniyada vətəndaş müharibəsi, həmçinin Xorvatiya müharibəsinə son qoyan sazişdir. Sazişə əsasən keçmiş Yuqoslaviyada cinayətlərinə görə Beynəlxalq tribunalda günahlandırılan şəxslər Bosniya və Herseqovina, Serbiya və Xorvatiyada dövlət vəzifələrini tutmağa qadağa qoyurdu. Bunun nəticəsi kimi Radovan Karadiç, Ratko Mladiç, Dario Kordiç və digər bosniya serbləri ilə xorvat liderləri tutduqları vəzifələrdən uzaqlaşdırıldı. Eyni zamanda hərbi cinayətdə ittiham edilən bir sıra serb rəsmiləri Haaqa Beynəlxalq Ədalət Məhkəməsinə verildi.
Əgər rəsmi Bakı Deyton təcrübəsini tətbiq etməyə başlasa, sülh müqaviləsi imzalandıqdan sonra eks-prezidentlərin həbsi sadəcə texniki məsələyə çevriləcək. Eyni zamanda, “Qarabağ” komitəsinin sağ qalan bütün üzvləri, yəni, Levon Ter-Petrosyan, Vazgen Manukyan, Samvel Babayan və digər hərbçilər də bu siyahıya daxildir.
Vəziyyətin bu ssenari üzrə inkişafı Ermənistanın Baş naziri Nikol Paşinyan üçün də faydalıdır. Uzun müddətdir Serj və Robertə qarşı müxtəlif cinayət işləri açdıran, onları məhkəmələrdə yubadan, siyasətə qayıdışlarını əngəlləyən baş nazir üçün belə bir imkanın yaranması hava və su kimi lazımdır. Təbii ki, bu məsələdə əsas olan Azərbaycan tərəfinin qətiyyətli mövqeyidir. Çünki Prezident İlham Əliyev də dəfələrlə çıxışlarında bildirib ki, Azərbaycana qarşı cinayət törədən heç bir şəxs cəzadan yayına bilməz. Vaxtilə Qarabağ separatçıları həbs ediləndə növbənin Serj və Robertə çatacağı da ehtimal edilirdi və artıq o gün yaxınlaşır…(Report)
Dün, 18:00
"Wikipedia" süni intellektlə yazılan məqalələri qadağan edir
Dün, 17:30
Bu türk ölkəsi ilk dəfə öz milli valyutasını çap etdi
Dün, 17:00
Nar ixracından gəlirlər 684 min dollar azalıb
Dün, 16:30
İrandan İsrailə raket hücumu – ölkədə həyəcan siqnalları səslənir
Dün, 16:00
Dağıstan buna görə Rekordlar kitabına düşdü
Dün, 12:00
Çipslər üçün yeni standart qəbul edildi
Dün, 11:30
Pulu çəkən rənglər
Dün, 11:00
Tribunaya Messinin adı verildi
Dün, 10:30
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasından 107 il ötür
Dün, 10:00
Tramp: İranda hərbi əməliyyat əla davam edir
Dün, 09:30
Millimizin paltardəyişmə otağını su basdı
Dün, 09:00
Bakıda evlərin həyətlərini su basıb, 18 nəfər təxliyə edilib - VİDEO
27-03-2026, 18:00
Putin İlham Əliyevə təşəkkür etdi
27-03-2026, 17:30
Qaydaları pozan idmançımıza 4 illik cəza verildi
27-03-2026, 17:00
Sel və subasma ilə bağlı əhaliyə ÇAĞIRIŞ
27-03-2026, 16:30
Yol polisi sürücülərə müraciət etdi
27-03-2026, 16:00
Yağıntılar nə vaxt kəsəcək? - Nazirlik AÇIQLADI
27-03-2026, 12:00
Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?
27-03-2026, 11:30
Tanınmış jurnalist Rəşad Baxşəlıyev vəfat etdi
27-03-2026, 11:00
İran idmançılarına bu ölkələrə səfər etməyi qadağan etdi
27-03-2026, 10:30
Zelenski Səudiyyə Ərəbistanına getdi
27-03-2026, 10:00
4 yaşlı uşağı maşın vurdu - Qonşusu gəzintiyə çıxarıbmış
27-03-2026, 09:30
Trampın imzası dollarının üzərində əks olunacaq
27-03-2026, 09:00
Pensiyaçılar üçün cənnət ölkələr: Siyahıda Azərbaycan da var
26-03-2026, 18:00
Tehrandan Zəngəzur dəhlizi ilə bağlı YENİ AÇIQLAMA
26-03-2026, 17:30
Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş
26-03-2026, 17:00
İran Xarq adasının ətrafına mina hasarı çəkir