Ukraynada hədəfə alınan Azərbaycan - Kremlin təhdid siyasətinin davamı - ŞƏRH

Vaşinqtonda dünya liderlərinin sülh müzakirələri apardığı gündə Rusiya Ukrayna ərazisini bombaladı. Bu addımı ilə də bir daha göstərdi ki, onun üçün heç bir beynəlxalq anlaşma və yaxud razılıq mövcud deyil. Önəmli olan həm də odur ki, Rusiyanın Ukraynadakı hədəfləri arasında Azərbaycana məxsus enerji obyekti də olub. Bu, son on gündə Azərbaycanın Ukraynaakı enerji infrastrukturuna sayca ikinci hücumdur.
Nəzərə alsaq ki, ilk belə hücum Vaşinqtonda avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalandığı gün baş vermişdi, əminliklə də deyə bilərik ki, bu zərbələr təsadüf deyil, nümayişkəranə törədilən bir aktdır. Hadisədən dərhal sonra Ukrayna Prezidenti Volodimir Zelenski də bunu təsdiq edən bəyanatla çıxış edib. Bildirib ki, Rusiya Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə qəsdən hücum edib. "Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə Rusiya tərəfindən məqsədli zərbə endirildi. Yəni bu, bizim münasibətlərimizə və enerji müstəqilliyinə zərbədir", - V.Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Rusiyanın zərbələri "nümayişkaranə və riyakar"lıqdan başqa bir şey deyil. “Sülh və həqiqi təhlükəsizliyə can atıldığı bir vaxtda Xarkov, Zaporojyeni, Sumı vilayəti və Odessanı hücuma məruz qoyur, yaşayış evlərini və mülki infrastrukturu dağıdır”. Xüsusən də Azərbaycana məxsus obyektlərin hədəfə alınması onu deməyə əsas verir ki, Kreml həm Azərbaycanla Ermənistan arasında ABŞ-nin iştirakı ilə əldə edilmiş razılaşmalarıUkrayna arasında enerji əməkdaşlığından narahatdır və hər vəchlə bunu əngəlləməyə çalışır.

Ancaq bu kimi addımlar Kreml üçün əks-effektli olacaq. Azərbaycan Kremlin bu şantajı qarşılığında Ukrayna ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirəcək. Təsadüfi deyil ki, Rusiya Odessada SOCAR-ın yanacaq mərkəzini birinci dəfə raketlə vurduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı ilə telefonla danışaraq Ukraynaya əlavə olaraq 2 milyon dollar yardım ayırdığını bildirdi. Bu vəsait hesabına Azərbaycandan Ukraynaya elektrik transformatorları göndərildi. Avqustun 10-da Azərbaycan və Ukrayna prezidentləri - İlham Əliyev və Vladimir Zelenski Rusiyanın zərbələrini pisləyib və bildiriblər ki, heç bir hücum Bakı və Kiyevin strateji tərəfdaşlığına təsir göstərməyəcək.
Dünənki hücumdan sonra Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba bildirib ki, “Ukraynada Azərbaycan kapitalı olan infrastruktur obyektləri Rusiyanın atəşindən əziyyət çəkir. Dostlarımızı və tərəfdaşlarımızı əmin etmək istəyirəm ki, gələcəkdə bu obyektlərin bərpasına və qorunmasına kömək etmək üçün əlimizdən gələni edəcəyik".

Əminliklə demək mümkündür ki, enerji obeyktlərimizə hücumlar qəsdən törədilməkə yanaşı, Kremlin Azərbaycana qarşı təhdid, hədə, şantaj siyasətinin tərkib hissəsidir. Hadisənin təkrarlanması də bunu deməyə əsas verir. Həm də bu addımı ilə Moskva özünün imzaladığı sənədlərə hörmətsiz yanaşdığını göstərib. Nə 2022-ci il fevralın 22-də imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə hörmətlə yanaşır, nə də iki ölkənin əsrlərdir qonşuluq şəraitində yaşamasına. İstənilən halda bu addım beynəlxalq hüquqa və Azərbaycan-Rusiya arasında imzalanan sənədlərin ruhuna ziddir və ölkələrimizin maraqlarına cavab vermir.

Bu da onu deməyə əsas verir ki, Kreml Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyil. Kreml təkcə Ukraynaya qarşı müharibə aparmır, həm də Azərbaycana qarşı xırda zərərvericilik fəaliyyəti ilə məşğuldur.
Baş verənlər də onu göstərir ki, Kreml üçün razılaşmalar deyil, xaos və dağıntı lazımdır. Faktiki olaraq, söhbət artıq təkcə Ukraynaya qarşı hərbi təcavüzdən deyil, həm də Avropa ilə enerji əməkdaşlığı siyasətini ardıcıl şəkildə quran Azərbaycana qarşı dolayı hücumdan gedir.
Bütün bu azğınlıqlarla paralel Rusiya ərazisində yaşayan və fəaliyyət göstərən soydaşlarımza qarşı da total hücumlar səngimir. Şovinist, irqçi, nasist siyasət davam etməkdədir. Yekaterinburqda soydaşlarımızın vəhşicəsinə qətli ilə başlayan proses diaspora üzvlərinə qarşı total hücumlara davam etməkdədir. “Xalqların həbsxanası”nda soydaşlarımız və digər müsəlman-türk xalqlaırn nümayəndələri heç bir səbəb göstərmədən həbs edilir, vətəndaşlıqdan məhrum edilir, biznesi çökdürülür.

Məsələn, repressiv addımların davamı olaraq Voronejin ən böyük bazarının sahibi və Azərbaycan diasporunun lideri Yusif Xəlilov həbs edilib. Xəbər verilir ki, Rusiya hüquq-mühafizə orqanları iddia edib edir ki, bu ilin martında o, oğlunun orduya aparılmaması üçün həkimə 330 min rubl verib. İyulun 1-də xüsusi təyinatlılar qrupu Y.Xəlilovun evinə gəlib, onun evində axtarışlar aparılıb, hüquq-mühafizə orqanları götürülmüş telefonda sübutlar tapıblar. Hazırda Xəlilov ifadə verməkdən imtina edib, günahını boynuna almayıb. Diaspor lideri həbs edilib, ona rüşvət vermə və deportasiya üçün 7 ildən 12 ilədək həbs cəzası təhlükəsi var, kanal qeyd edir. Ardınca digər bir bölgədə - Çelyabinsk vilayətində Azərbaycan diasporunun rəhbəri Ərşad Xankişiyev Rusiya vətəndaşlığından məhrum edilib. Rusiya KİV-lərinin məlumatına görə, səbəb "etnoseparatizm təbliğatı və Aleksey Navalnını dəstəkləmək" ittihamı olub.
Göründüyü kimi, Rusiyada Azərbaycan diasporasının irqçi təqiblərə məruz qalmaqdadır. Ksenofob qərarlarla millətlərarası və dinlərarası düşmənçiliyi qızışdırmağa davam edir. Sözügedən situasiya onu deməyə əsas verir ki, Rusiyada şovinizm, islamofobiya və milli ayrı-seçkilik təhlükəli həddə çatıb. Təəssüflə qeyd etməliyik ki, baş verən hadisələr dünyanın aparıcı hüquq-müdafiə təşkilatları, dövlətləri tərəfindən lazımı cavabını almır. Qarşı tərəf də qanunsuzuqlarını, repressiv, nasist addımlarını davam etdirir.(Report)
Bugün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Bugün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Bugün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Bugün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Bugün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Bugün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Bugün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Bugün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Bugün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Bugün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Bugün, 09:30
Rusiyada zəlzələ baş verib
Bugün, 09:00
"BOLT" BAHALAŞDI
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT