BƏƏ Prezidentinin önəmli səfəri - Azərbaycanın Yaxın Şərqlə genişlənən əməkdaşlığı - ŞƏRH

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan sentyabrın 16-da Azərbaycanda rəsmi səfərdə olub. Prezident İlham Əliyev onu Füzulidə qarşılayıb.
Ali qonaq Azərbaycanın Qarabağ bölgəsini ziyarət edib. Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə işğaldan azad olunmuş ərazilərdə inşa edilmiş Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları haqqında məlumat verilib.
Qarşılama mərasiminin işğaldan azad edilmiş torpaqda keçirilməsi Azərbaycan, regional və qlobal baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu səfər Azərbaycanın torpaqlarına sahib olduğunu, işğalçıların havadarları ilə birlikdə xarabazara çevirdikləri bölgələrin yenidən qurulmasını, modern şəhərlərin, infrastrukturun tikilməsini, yerli əhalinin qayıdışının uğurla həyata keçdiyini beynəlxalq səviyyədə nümayiş etdirmək üçün daha bir fürsət idi.
Prezident İlham Əliyev çıxışında BƏƏ ilə münasibətlərə toxunaraq deyib: "Bugünkü səfəriniz xüsusi əhəmiyyət daşıyır. Çünki Siz Qarabağa, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz və bu, bizi, bütün Azərbaycan xalqını çox məmnun edir".

Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Füzulidə qarşılanması Azərbaycanın bütün bölgələrinin, o cümlədən işğaldan azad olunan bölgələrinin təhlükəsizlik baxımından güvənli olduğunu yenidən təsdiqləyib. Müasir dünyada bunun çox ciddi məsələ olduğunu da vurğulamağa ehtiyac var.
Yeri gəlmişkən, beynəlxalq münasibətlərdə strateji tərəfdaşlığın mahiyyəti aktorlar arasında məqsədyönlü qarşılıqlı əlaqəni, uzunmüddətli, fasiləsiz, sabit xarakterli, qarşılıqlı fundamental maraqların reallaşdırılmasına əsaslanmasında və bir qayda olaraq, ictimai həyatın bütün sahələrində həyata keçirilməsindədir. Bu münasibət taktiki tərəfdaşlıqdan strateji tərəfdaşlığa, həmçinin strateji tərəfdaşlıqdan müttəfiqliyə keçiddir.
Prezident İlham Əliyev ikitərəfli əlaqələrdən danışarkən onu da bildirib ki, Əmirliklərin şirkətləri Azərbaycanın strateji tərəfdaşıdır, əsas investordur: "Azərbaycanda istifadəyə verilmiş birinci Günəş Elektrik Stansiyasının tikintisi və investisiyaları BƏƏ-nin bizə dəstəyi nəticəsində mümkün olmuşdur. Bilirsiniz ki, planlarımız daha genişdir, bir neçə giqavat bərpaolunan enerji növünün yaxın gələcəkdə Azərbaycanda istehsalı məhz Sizin şəxsi göstərişinizin və ölkənizin şirkətlərinin fəaliyyəti nəticəsində mümkün olacaqdır".

Qeyd edək ki, bu səfər çərçivəsində "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə" də daxil olmaqla 14 sənəd imzalanıb.
Al Nəhyan iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığa dair imzalanmış Bəyannamənin tərəflərin qarşılıqlı münasibətlərini daha da inkişaf etdirmək və yüksək səviyyəyə qaldırmaq iradəsini əks etdirdiyini vurğulayıb.
BƏƏ Prezidenti bu əlaqələrin regional mahiyyətindən və əhəmiyyətindən danışarkən bildirib ki, ölkəsi Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olmasına çox böyük əhəmiyyət verir, Azərbaycan başda olmaqla, bütün xalqların mənafeyi üçün bölgənin bütün ölkələri ilə əlaqələrini və əməkdaşlığını inkişaf etdirməkdə maraqlıdır: "Bu xüsusda Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin imzalanması istiqamətində əldə edilmiş nailiyyətlərin və müsbət inkişafın davam etməsini səbirsizliklə gözləyirik".

Bu, BƏƏ Prezidentinin Azərbaycana səfərinin regional əhəmiyyətini təsdiqləyən açıqlama da sayıla bilər.
Əmirlik beynəlxalq aləmdə daha çox ticarət mərkəzlərindən biri olaraq tanınır. Bu baxımdan, Şeyxin səfəri, Azərbaycanla əlaqələrin inkişafı perspektivdə onun Cənubi Qafqazda fəaliyyətinin genişlənməsinə imkan yaradar. Çünki Azərbaycan regionda logistika və infrastruktur xidmətinə malikdir. Digər tərəfdən isə Azərbaycan Asiya ilə Avropanı birləşdirən yolun üzərində etibarlı dövlətlərdəndir. Odur ki, BƏƏ Azərbaycanın regiondakı bu üstünlüyündən faydalana bilər.
Azərbaycanla BƏƏ islam dünyasında, beynəlxalq münasibətlərdə oxşar mövqelərə malikdirlər. Yaxın Şərqdə baş verənlərə münasibətlərində də oxşarlıq var.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri əlaqələri həm də islam dövlətləri olaraq beynəlxalq problemlərə yaxın mövqedən yanaşma üçün əlavə fürsət verir.
Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana, Qarabağa səfərinin bu baxımdan qlobal önəmi olduğu qənaətinə də gəlmək olar. Hər iki dövlət münaqişələrin dinc danışıqlar yolu ilə həllini, əməkdaşlığı qarşıdurmadan üstün tutduqlarını nümayiş etdirirlər.
BƏƏ Prezidentinin bu rəsmi səfəri Azərbaycanın qlobal miqyasda, habelə islam dünyasında, Yaxın Şərqdə nüfuzunun, əhəmiyyətinin göstəricisi sayıla bilər.(Report)
Bugün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Bugün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Bugün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Bugün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Bugün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Bugün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Bugün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Bugün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Bugün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Bugün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Bugün, 09:30
Rusiyada zəlzələ baş verib
Bugün, 09:00
"BOLT" BAHALAŞDI
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT