Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib - YENİLƏNİB

Azərbaycan ilə Ruanda arasında imzalanmış sənədlərin sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin iştirakı ilə mübadiləsi mərasimi olub.
xəbər verir ki, "Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"i, "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"i, "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Ruanda Respublikasının Kənd Təsərrüfatı və Heyvan Ehtiyatları Nazirliyi arasında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ruandanın Xarici İşlər Nazirliyinin Regional Əməkdaşlığa məsul Dövlət naziri James Kabarebe mübadilə ediblər.
"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Ruanda İnkişaf Şurası arasında qabaqcıl dövlət xidmətlərinin göstərilməsi mexanizminin yaradılması barədə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun həyata keçirilməsi üzrə Əməkdaşlıq Proqramı"nı, "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Ruanda Respublikasının İnkişaf Şurası arasında Anlaşma Memorandumu"nu Azərbaycanın Ruandada akkreditə olunmuş səfiri Ruslan Nəsibov və Ruanda İnkişaf Şurasının Baş icraçı direktorunun müavini xanım Juliana Kangeli Muganza mübadilə ediblər.
Sonra Azərbaycan və Ruanda prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Əvvəlcə cənab Prezidentə Azərbaycana səfər etdiyinə görə təşəkkürümü bildirmək istəyirəm. Sonuncu dəfə biz ötən ilin noyabrında Bakıda COP29-da görüşdük və həmin vaxt mən cənab Prezidenti Azərbaycana rəsmi səfərə dəvət etdim. Çox minnətdaram ki, o, mənim dəvətimi qəbul etdi və bu gün ölkəmizdə rəsmi səfərdədir.
Əminəm ki, bu səfər ikitərəfli münasibətlərə əlavə təkan verəcək. Biz əməkdaşlığımızın müxtəlif aspektlərini artıq müzakirə etdik, tərəfdaşlığımızı dərinləşdirməkdə və genişləndirməkdə birgə iradəmizi ifadə etdik. Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır. Biz müxtəlif beynəlxalq təsisatlarda birgə iştirak edirik və hər zaman bir-birimizi dəstəkləyirik. Qoşulmama Hərəkatında sədrliyimiz dövründə Ruanda hər zaman bizə dəstək vermişdir. Siz bizə sədr seçilmək və sonra sədrliyimizin uzadılması üçün dəstək verdiniz. Ruanda, həmçinin Qoşulmama Hərəkatında həmrəyliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslərimizin əksər hissəsini dəstəkləmiş və ona qoşulmuşdur. Biz birmənalı olaraq BMT daxilində hər zaman fəal əməkdaşlıq edirik və bir-birimizə qarşılıqlı dəstəyi artırırıq.
Şadam ki, son illərdə münasibətlərimiz daha da nəticəyönümlü olub. Azərbaycandan Ruandaya müxtəlif nümayəndə heyətləri səfər edib. Heydər Əliyev Fondunun nümayəndə heyəti ötən il Ruandaya səfər edib və mən cənab Prezidentə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı qəbul etdiyinə görə təşəkkürümü bildirirəm. Ölkənizin genişmiqyaslı inkişafı, xalqınızın dövlətçiliyə, müstəqilliyə bağlılığı və müstəqil siyasəti ona böyük təəssürat bağışlayıb. Məmnunuq ki, Heydər Əliyev Fondunun ölkənizdə təhsil proqramlarını dəstəkləmək şansı oldu. Yeri gəlmişkən düşünürəm ki, bu sahə ikitərəfli münasibətlərimizdə prioritetlərimizdən biri olmalıdır. Mən cənab Prezidentin səfərindən əvvəl bəzi məlumatlara baxdım və gördüm ki, Azərbaycanda Ruandadan cəmi bir tələbə təhsil alır. Hesab edirəm ki, biz tələbələrin sayını artırmaq üçün birgə işləyə bilərik. Bu, Azərbaycanın dövlət təqaüdü çərçivəsində ola bilər. Əməkdaşlıq qurmaq məqsədilə Xarici İşlər Nazirliyinin nümayəndə heyəti, eləcə də "ASAN xidmət" kimi oxşar qurumun yaradılması məqsədilə dövlət xidmətləri agentliyi hesab olunan "ASAN xidmət"in nümayəndə heyəti bu il Ruandada olmuşlar. Mən bunu cənab Prezidentlə artıq müzakirə etdim.
O, Azərbaycanda həmin dövlət xidmətləri mərkəzlərindən birinə səfər edəcək və bu cür qurumun Ruandada qurulması üçün texniki və maliyyə yardımını göstərə biləcəyimiz təqdirdə çox məmnun olarıq. Bu gün biz enerji sektorunda imkanları müzakirə etdik. Hər iki ölkə bunun üzərində fəal çalışır və əməkdaşlığımızın gücləndirilməsi potensialı olan mədən işləri sahəsində də iş aparır. Bizə, sadəcə, müxtəlif səviyyələrdə daha çox təmasların qurulması, birgə biznes və investisiya imkanlarının müzakirəsi üçün biznes, eləcə də müxtəlif nazirliklərin nümayəndə heyətlərinin mübadiləsi lazımdır. Mən Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğumuzu vurğuladım və əminəm ki, cənab Prezidentin səfəri və müzakirələrimiz, eləcə də mətbuat konfransından sonrakı söhbətlərimiz iqtisadi və ticari sahədə tərəfdaşlıq üçün çox möhkəm zəmin yaradacaq. Bizim əla siyasi münasibətlərimiz var və bizə bütün digər sahələrdə də eyni münasibətlər səviyyəsi lazımdır.
Cənab Prezident, bizə səfər etdiyinizə görə bir daha minnətdaram və Sizə xoş səfər arzu edirəm.
Prezident Pol Kaqamenin bəyanatı
-Təşəkkür edirəm, Prezident Əliyev.
İlk növbədə, məni Azərbaycana səfərə dəvət etdiyiniz üçün və həyata keçirilmiş bütün bu işlərə görə Sizə təşəkkür etmək istəyirəm. Mən iki ölkənin əməkdaşlıq edəcəyi sahələri yüksək qiymətləndirirəm.
Cənab Prezident, Ruanda və Azərbaycan arasında bir çox oxşarlıqlar var. Hesab edirəm ki, biz bu oxşarlıqları daha da inkişaf etdirə, əməkdaşlığı və tərəqqini daha da artıra bilərik. Bunların həyata keçirilməsinə razılıq verdiyiniz üçün Sizə təşəkkür edirəm. Biz artıq baş vermiş bir çox səfərləri, səyləri, müzakirələri və anlaşmaları rəhbər tutacağıq. Bunu hökumət rəsmilərinizin artıq bir neçə dəfə baş tutmuş mübadilə səfərləri və Bakıya səfər etmiş nümayəndələrimizin sayəsində edəcəyik. Biz bu əməkdaşlıq vasitəsilə nəyə nail olmaq imkanları ilə bağlı bir çox məsələləri öyrənmişik. Biz davamlı səylər göstərərək bu əməkdaşlığın hamımız üçün məhsuldar olmasını təmin etmək məqsədilə daha da böyük sürətlə fəaliyyət göstərmək istəyirik. Ölkənizi bu əməkdaşlığa açıq etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirirəm. Bu əməkdaşlıq vasitəsilə Siz də qeyd etdiyiniz kimi, neft və mədən sektorunda müəyyən əsas sahələrin inkişafı üçün ölkəmizdən dəstək əldə edə bilərsiniz. Azərbaycanın ərsəyə gətirdiyi dövlət xidmətlərinin göstərilməsi mexanizmi olan "ASAN xidmət"in necə işlədiyinin şahidi olmağı səbirsizliklə gözləyirəm. Bizim sistem "ASAN xidmət" modelindən çox faydalana bilər. Mənə deyilənə görə, bu sistem, sadəcə, görünüşünə görə yox, hansı nailiyyətləri əldə etməsi və insanlara nəyi verməsi baxımından çox böyük təsir bağışlayır. Biz bu sistemin gücləndirilməsini təmin etmək istəyirik.
Sonuncu, lakin mühüm məsələ odur ki, bayaq da qeyd etdiyim kimi, cənab Prezident, mən Sizi ölkənizdə cərəyan edən bu inkişaf prosesləri münasibətilə təbrik etmək istəyirəm. Siz sülh prosesini sürətləndirəcək bir məsələ ilə məşğulsunuz. Mən Sizin ABŞ-da gəldiyiniz razılaşmanı - sülh razılaşmasını gördüm. Nəyə görə mən bu məsələni qabardıram, çünki biz də Ruanda və Konqo Demokratik Respublikası arasında özümüz üçün bir sülh sazişinə nail olmaq istəyirik. Lakin siz müəyyən hədəflərə çatmaq nöqteyi-nəzərindən bizdən irəlidəsiniz. Odur ki, mən Sizi bu münasibətlə təbrik etmək istəyirəm. Lakin, cənab Prezident, eyni zamanda, Sizə deyirəm ki, biləsiniz, Sizin Afrikada, Ruandada dostlarınız var. Ona görə də biz hər iki ölkənin rifah halının daha da sürətləndirilməsi üçün öz aramızda və ölkələrimiz arasında bu dostluq, əməkdaşlıq imkanlarından istifadə etmək istəyirik. Bir daha təşəkkür edirəm.
***
Azərbaycan ilə Ruanda arasında imzalanmış sənədlərin sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin iştirakı ilə mübadiləsi mərasimi olub.
Sonra Azərbaycan və Ruanda prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.
Bugün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Bugün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Bugün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Bugün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Bugün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Bugün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Bugün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Bugün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Bugün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Bugün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Bugün, 09:30
Rusiyada zəlzələ baş verib
Bugün, 09:00
"BOLT" BAHALAŞDI
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT