Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL
Gündəm / Siyasət
Oxunub: 125
14 Ekm 2025 | 13:15
Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Misirdə keçirilən Yaxın Şərq Sülh Sammiti bölgədə davam edən silahlı toqquşmalar, humanitar böhran və geosiyasi gərginlik fonunda mühüm beynəlxalq diplomatik platforma oldu. ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin birgə təşəbbüsü ilə təşkil olunan bu sammitin məqsədi Yaxın Şərqdə uzunmüddətli sülh və sabitliyin təmin edilməsi, tərəflər arasında dialoqun gücləndirilməsi və qlobal güclərin mövqelərinin uzlaşdırılması idi.
Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Yaxın Şərq regionu hazırda çoxsaylı siyasi, təhlükəsizlik və humanitar böhranların kəsişməsində dayanır. Fələstin-İsrail münaqişəsi, Qəzzada davam edən hərbi əməliyyatlar, Ərəb ölkələrinin öz aralarındakı münasibətləri yenidən formatlaşdırmaq cəhdləri və qlobal güclərin bölgəyə artan marağı sammiti mühüm beynəlxalq hadisəyə çevirib. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilən bu toplantı Vaşinqtonun Yaxın Şərqdə yeni diplomatik fəallıq dövrünə daxil olduğuna da işarədir. Misir Prezidenti Sisinin sammitə ev sahibliyi etməsi isə Qahirənin bölgədəki tarixi vasitəçilik rolunu yenidən ön plana çıxarır.

Yeni mərhələnin siyasi əsasları və qəbul edilən sənəd
Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Yaxın Şərq Sülh Sammiti bölgədə uzunmüddətli sabitliyin təmininə yönəlmiş yeni diplomatik mərhələ kimi qiymətləndirilir. Sammitdə tərəflər arasında atəşkəs rejiminin möhkəmləndirilməsi, humanitar dəhlizlərin açılması, qaçqınların təhlükəsiz qayıdışı və siyasi dialoqun bərpası ilə bağlı birgə bəyannamə imzalanıb. Sənəd beynəlxalq vasitəçilik mexanizmlərinin gücləndirilməsini, regional oyunçular və qlobal güclər arasında koordinasiyanın artırılmasını nəzərdə tutur. Bu sənəd Yaxın Şərqdə diplomatik səylərin institusional əsasının formalaşdırılmasına yönəlmiş mühüm addım sayılır.

Azərbaycanın iştirakı: balanslı siyasətin təzahürü
Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Fərqli dini və milli qütbləri bir araya gətirərək siyasi dialoq və əməkdaşlıq platformasında balanslı aktor imicini formalaşdıran Azərbaycanın həm İslam ölkələri, həm də İsraillə paralel şəkildə münasibətləri inkişaf etdirməsi xüsusi diqqətəlayiqdir. Yaxın Şərqdə müşahidə olunan gərginliklər Azərbaycan üçün də narahatlıq doğuran amildir. Məhdud sayda dövlət başçılarının iştirakı ilə keçirilən sammitə Azərbaycanın da dəvət olunması, ölkənin regionda söz sahibi olmasının göstəricisidir. Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Sammitdə iştirakı ölkəmizin beynəlxalq diplomatik fəallığının və artan geosiyasi çəkisinin növbəti bariz göstəricisidir. Bu səfər həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar yaradır.

Diplomatik dialoq və regional gündəmin beynəlmiləlləşməsi
Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Sammit çərçivəsində Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron qısa görüşlər keçirməsi də diplomatik baxımdan diqqətəlayiq məqamdır. Bu görüşlər beynəlxalq tədbirlər çərçivəsində regional məsələlərin müzakirəsi üçün əlavə diplomatik kanalların formalaşdığını göstərir və Azərbaycanın Cənubi Qafqazda sülh gündəmini beynəlxalq arenaya daşımaq imkanlarını genişləndirir. Eyni zamanda, Yaxın Şərq Sülh Sammiti Azərbaycanın Qərb və Ərəb dünyası arasında körpü rolunu daha da möhkəmləndirir. Bakı bir tərəfdən Qərb dövlətləri ilə enerji və təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirir, digər tərəfdən isə Yaxın Şərqdə balanslı və etibarlı mövqe sərgiləməklə regional diplomatik proseslərin fəal iştirakçısına çevrilir.
Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Səfərin əhəmiyyəti bir neçə strateji istiqamətdə özünü göstərir. İlk növbədə, bu addım Azərbaycanın müsəlman dünyasının əsas siyasi platformalarında aktiv iştirakının davamlılığını təsdiqləyir. Ölkəmiz uzun illərdir İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, həmçinin ikitərəfli münasibətlər vasitəsilə Yaxın Şərq dövlətləri ilə çoxtərəfli əməkdaşlıq münasibətləri qurub. Prezident İlham Əliyevin Misirə səfəri bu münasibətlərin siyasi və diplomatik aspektlərinin daha da dərinləşdirilməsi baxımından yeni imkanlar açır. Bu, Azərbaycanın İslam dünyası ilə münasibətlərini təkcə mədəni və dini müstəvidə deyil, həm də geosiyasi və təhlükəsizlik ölçülərində inkişaf etdirmək niyyətini əks etdirir.

Bakının mövqeyi qlobal siyasi müzakirələrin tərkib hissəsi kimi
Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

ABŞ Prezidenti Donald Trampın sammitdə səsləndirdiyi çıxış diqqət mərkəzinə çevrilib. O, nitqində Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünə toxunaraq vurğulayıb Azərbaycan Prezidenti İlham Əliyevi çox güclü lider adlandırıb:

“Hər halda, burada olduğunuz üçün hamınıza təşəkkür edirəm. Bu şəxs üçün, Azərbaycan üçün müharibəni həll etdim. Siz hələ də bir-birinizlə yola gedirsiniz, elə deyilmi? 32 il mübarizə apardıq, amma təxminən bir saata məsələni həll etdik, düzdürmü? İndi isə onlar bir-birini bəyənirlər. Burada olduğunuz üçün hər kəsə təşəkkür edirəm. O, çox güclü bir liderdir, işini çox yaxşı görür. Bu mərasimdən sonra çıxış edəcəyik, amma bu, çox önəmli bir imzalanmadır”.

Trampın bu çıxışı Vaşinqtonun vasitəçilik səylərini önə çıxarmaqla yanaşı, Azərbaycanın beynəlxalq danışıqlarda mərkəzi tərəf kimi qəbul olunduğunu da göstərdi. Bu, həm də Qarabağ münaqişəsinin post-müharibə mərhələsində Bakının mövqeyinin qlobal siyasi müzakirələrin tərkib hissəsinə çevrildiyinə işarədir.

Azərbaycanın diplomatik mövqeyinin yeni konturları
Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Yaxın Şərq Sülh Sammiti həm regional güc balansında, həm də qlobal diplomatik müstəvidə yeni strateji arxitekturanın təşəkkül tapdığı mühüm bir mərhələyə təsadüf edir. Prezident İlham Əliyevin yüksək səviyyəli toplantıda iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisinin, həmçinin çoxşaxəli və çevik diplomatik strategiyasının real təzahürüdür. Bakı İslam dünyası, Qərb mərkəzləri və region dövlətləri ilə paralel siyasi xətt yürüdərək özünü etibarlı tərəfdaş və mühüm geosiyasi körpü kimi mövqeləndirir. Sammitdə imzalanan sənədlər və aparılan danışıqlar Azərbaycanın sülh təşəbbüslərində fəallığını artırmaqla yanaşı, Cənubi Qafqaz məsələlərinin beynəlxalq gündəlikdə strateji səviyyəyə çıxarılmasına xidmət edir. Bu səfər Azərbaycanın yeni geosiyasi düzənin formalaşmasında aktiv iştirakçıdan daha çox, regional və qlobal proseslərə təsir göstərən mühüm diplomatik oyunçu kimi rolunu möhkəmləndirən əhəmiyyətli siyasi hadisədir.(Apa)
Bugün, 18:00
Prezident onu nazir təyin etdi - FOTO
Bugün, 17:30
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Bugün, 17:00
ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO
Bugün, 16:30
Saleh Məmmədovun qudası vəzifəsindən azad olunub
Bugün, 16:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Bugün, 12:00
Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO
Bugün, 11:30
Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ
Bugün, 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Bugün, 10:30
Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
Bugün, 10:00
"Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılacaq" - DİM sədri açıqladı
Bugün, 09:30
Rusiyada zəlzələ baş verib
Bugün, 09:00
"BOLT" BAHALAŞDI
Dün, 18:00
Prezidentdən sərəncam - Pensiyalar ARTIRILDI
Dün, 17:30
Bakıda məşhur klinika 18 milyona satışa çıxarıldı - FOTO
Dün, 17:00
Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
Dün, 16:30
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dün, 16:00
Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! - FOTO
Dün, 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Dün, 11:30
Niderlandda "Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
Dün, 11:00
Qarabağ qazisi vəfat edib
Dün, 10:30
Britaniyada Epşteyn QALMAQALI: Starmerin aparat rəhbəri İSTEFA VERDİ
Dün, 10:00
Yeni binalarda qaraj problemi pik həddə - VİDEO
Dün, 09:30
Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"
Dün, 09:00
Azərbaycan IQ göstəricisinə görə neçənci yerdədir? - Siyahı
7-02-2026, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
7-02-2026, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
7-02-2026, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT