Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Gündəm / Siyasət
Oxunub: 83
25 Ekm 2025 | 11:17
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli Kasım-Jomart Kemeleviç,

Qazaxıstan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Qazaxıstanın hər bir sahədə əldə etdiyi sanballı uğurları, iqtisadi inkişafı, əhalinin rifahının artması və beynəlxalq aləmdə yüksək nüfuz qazanması Sizin rəhbərliyiniz altında ölkədə aparılan əhəmiyyətli islahatların və yorulmaz fəaliyyətinizin nəticəsidir.

Xalqlarımızın ortaq tarixi-mədəni kökləri dövlətlərarası əməkdaşlığımızı şərtləndirən başlıca amillərdəndir. Qardaş ölkələrimiz arasında əlaqələr qarşılıqlı etimad və yüksək hörmət ruhunda inkişaf edir. Bu il imzalanmasının 20 illiyini qeyd etdiyimiz "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə" dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini əyani şəkildə əks etdirir.

Siyasi təmaslarımızın intensivliyi, ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə, xüsusilə də ticari-iqtisadi, energetika, o cümlədən yaşıl enerji, nəqliyyat, investisiya, informasiya texnologiyaları, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır.

Bu yaxınlarda qardaş ölkənizə həyata keçirdiyim dövlət səfərim zamanı əldə etdiyimiz nəticələr, razılaşmalar və imzaladığımız sənədlər münasibətlərimizin daha da dərinləşdirilməsi istiqamətində sarsılmaz iradəmizin və əzmimizin bariz nümunəsidir.

Əminəm ki, Azərbaycan-Qazaxıstan qardaşlığının, etibarlı strateji tərəfdaşlığının və müttəfiqliyinin möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".
Dün, 18:00
"Wikipedia" süni intellektlə yazılan məqalələri qadağan edir
Dün, 17:30
Bu türk ölkəsi ilk dəfə öz milli valyutasını çap etdi
Dün, 17:00
Nar ixracından gəlirlər 684 min dollar azalıb
Dün, 16:30
İrandan İsrailə raket hücumu – ölkədə həyəcan siqnalları səslənir
Dün, 16:00
Dağıstan buna görə Rekordlar kitabına düşdü
Dün, 12:00
Çipslər üçün yeni standart qəbul edildi
Dün, 11:30
Pulu çəkən rənglər
Dün, 11:00
Tribunaya Messinin adı verildi
Dün, 10:30
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasından 107 il ötür
Dün, 10:00
Tramp: İranda hərbi əməliyyat əla davam edir
Dün, 09:30
Millimizin paltardəyişmə otağını su basdı
Dün, 09:00
Bakıda evlərin həyətlərini su basıb, 18 nəfər təxliyə edilib - VİDEO
27-03-2026, 18:00
Putin İlham Əliyevə təşəkkür etdi
27-03-2026, 17:30
Qaydaları pozan idmançımıza 4 illik cəza verildi
27-03-2026, 17:00
Sel və subasma ilə bağlı əhaliyə ÇAĞIRIŞ
27-03-2026, 16:30
Yol polisi sürücülərə müraciət etdi
27-03-2026, 16:00
Yağıntılar nə vaxt kəsəcək? - Nazirlik AÇIQLADI
27-03-2026, 12:00
Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?
27-03-2026, 11:30
Tanınmış jurnalist Rəşad Baxşəlıyev vəfat etdi
27-03-2026, 11:00
İran idmançılarına bu ölkələrə səfər etməyi qadağan etdi
27-03-2026, 10:30
Zelenski Səudiyyə Ərəbistanına getdi
27-03-2026, 10:00
4 yaşlı uşağı maşın vurdu - Qonşusu gəzintiyə çıxarıbmış
27-03-2026, 09:30
Trampın imzası dollarının üzərində əks olunacaq
27-03-2026, 09:00
Pensiyaçılar üçün cənnət ölkələr: Siyahıda Azərbaycan da var
26-03-2026, 18:00
Tehrandan Zəngəzur dəhlizi ilə bağlı YENİ AÇIQLAMA
26-03-2026, 17:30
Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş
26-03-2026, 17:00
İran Xarq adasının ətrafına mina hasarı çəkir